Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1484/2024 06.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlunun İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı- Cavabdeh əsas borcu üzrə 5000 (beş min) manat, 1000 (bir min) manat hüquqi xidmət üçün çəkilənxərclər, 1000 (bir min) manat maddi zərərə görə pul vəsaitinin və həmçinin ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutulubYusifov Turan Şahin oğlunun xeyrinə ödənilməs tələbi barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə 1000 manat maddi zərərin vurulduğunu təsdiq edən sənədlər ərizəyə əlavə olunmamışdır. Sadələşdirilmiş icraat qaydasında işə yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən 1.000 manat maddi zərərə görə pul tələbini təsdiq edən zəruri sənədlər əlavə edilmədiyindən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4.-cü maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin maddədən də göründüyü kimi ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərildiyi halda kommersiya mübahisələrinə sadələşdirilmiş icraat qaydasında baxılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə həmçinin məlumat üçün qeyd edir ki, iş materiallarından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada Cavabdeh göndərildiyi və onun tərəfindən alındığı müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269–cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçınin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1484/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1484/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver