Məhkəmə qərarları › İş №e-2-2(121)-1498/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1498/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1498/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 20718,74 manat əsas borcun, gecikdirilmiş vaxt üzrə hesablanmış 258,96 manat cəmi 20977,70 manat və ödənilmiş 153 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınıb "xxxx" MMC-yə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC Arasında xx.xx.2024-cü il tarixində XM/SC-AN/08/2024 №li xidmət müqaviləsi bağlanılmışdır. Qeyd edilən xidmət müqaviləsi əsasında, işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair 11 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktı əsasında, 7239,30 manat, 22 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktı əsasında, 6989,14 manat, 05 noyabr 2024-cü il tarixli təhviltəslim aktı əsasında, 6490,30 manat borclu "xxxx" MMC tərəfindən təsdiqlənmişdir. Hazırda müqavilə üzrə icraçının göstərdiyi xidmət üzrə sifarişçi (hazırki iş üzrə cavabdeh) "xxxx" MMC-nin 20718,74 manat məbləğində borcu yaranmışdır. Lakin cavabdeh artıq uzun müddətdir ki, borc məbləğini ödəməkdən boyun qaçırır. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq "xxxx" MMC-dən 20718,74 manat borcun "xxxx" MMCyə ödənilməsini tələb edirik. Bağlanılmış xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, icraçı göstərdiyi xidmətlərin dəyərinə uyğun olaraq hər ayın sonunda Sifarişçiyə elektron qaimə-faktura təqdim edir. Həmin elektron qaimə fakturaya əsasən, Sifarişçi tərəfindən xidmətin dəyəri növbəti ayın 10-dək köçürmə yolu ilə ödənilir. Lakin göstərilmiş xidmətə görə xidmət haqqı cavabdeh tərəfindən xeyli müddətdir ki, ödənilmir. Nəticədə qanunvericilikdə, o cümlədən müqavilədə nəzərdə tutulmuş hüquqlarımız sifarişçi şirkət tərəfindən kobud şəkildə pozulur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə öz izahatında cavabdeh tərəfindən ödəniş olunmadığını bildirdi. İddianı müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etdi.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan İddiaçı MMC MMC (satıcı) Cavabdeh (alıcı) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, XM/SC-AN/08/2024 saylı malların xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən İcraçı Sifarişçinin layihələrində qeyd olunan tarixdən etibarən müəssisəyə məxsus olan Mini eskalator vasitəsi ilə xidmət göstərir və bunun müqabilində yanacaq sifarişçidən olmaq şərti ilə aylıq (1 ay 26 gün kimi nəzərə alınır) 5500 manat ( ƏDV-xaric) xidmət haqqı ödəyir. Tərəflərin qarşılıqlı razılığı əsasında görülən işin həcmindən aslı olaraq xidmət haqqı artırıla və ya azaldıla bilər.Xidmətin dəyəri tərəflərin iştirakı ilə akt formasında təsdiqlənir. 2.1-ci bəndinə əsasən, İcraçı göstərdiyi xidmətlərin dəyərinə uyğun olaraq hər ayın sonunda Sifarişçiyə elektron qaimə- faktura təqdim edir. Həmin elektron qaimə fakturaya əsasən Sifarişçi tərəfindən xidmətin dəyəri növbəti aym 10-dək icraçının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. Tərəflərin yazılı və ya şifahi razılığı ilə ödəniş 1 (bir) ay müddətinədək uzadıla bilər. 2.2-ci bəndinə əsasən, Elektron qaimə faktura təqdim edilmədən Sifarişçi tərəfindən xidmət haqqı ödənilməyəcəkdir. 7.2-ci bəndinə əsasən, Əgər tərəflərdən biri fors-major halları ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə həmin tərəf hadisələrin başlanması anından üç gündən gec olmayaraq həm şifahi, həm də yazılı şəkildə digər tərəfi dərhal məlumatlandırmalıdır. Əgər üç gün ərzində heç bir məlumat verilmirsə, o zaman həmin tərəf müqavilə şərtini pozmuş hesab edilir. Belə olduqda fors-major hallarının təsirinə məruz qaldığına istinad edə bilmir və bununla öhdəliklərin icra etməməsinə görə vurulmuş zərəri qarşı tərəfə ödəməlidir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktdan görünür ki, İddiaçı MMC MMC (satıcı) tərəfindən Cavabdehnə 6490,30 manat məbləğində, olan xx.xx.2024-cü il tarixli işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktdan görünür ki, İddiaçı MMC MMC (satıcı) tərəfindən Cavabdehnə 6989,14 manat məbləğində və xx.xx.2024-cü il tarixli işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktdan görünür ki, İddiaçı MMC MMC (satıcı) tərəfindən Cavabdehnə 7239,30 manat olmaqla, ümumilikdə 20718,74 (ƏDV daxil) manat məbləğində görülən işlər təhvil verilmişdir.

11. İş materiallarında olan qaimə fakturalardan görünür ki, İddiaçı MMC MMC (satıcı) tərəfindən Cavabdehnə 7239,30 manat olmaqla, ümumilikdə 20718,74 (ƏDV daxil) manat məbləğində görülən işlər təhvil verilmişdir.

12. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə pretenziya məktubu göndərilmişdir.

14. Mədaxil qəbzinin (**********) surətindən görünür ki, İddiaçı MMC tərəfindən 153 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, xidmət müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, xidmət müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

19. Məhkəmə, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış alqı-satqı nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən iddiaçı (Satıcı) istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə cavabdehə (Alıcıya) alıcıya satmağı, cavabdeh (Alıcı) isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 20718,74 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş,və cavabdehin 20718,74 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə, iddiaçının gecikdirilən hər gün üçün cərimə hesablamaq hüququ vardır. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

24. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 20718,74 manat məbləğində əsas borc və 258 manat məbləğində cərimə tutularaq iddiaçı “X1 Company” MMC-yə ödənilməlidir.

22. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 153 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdehndən 20718,74 manat məbləğində borc, 258 manat cərimə borcu olmaqla cəmi 20977,70 ( iyirmi min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 153 (bir yüz əlli üç) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir..

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar