Məhkəmə qərarları › İş №e-2-2(121)-1627/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1627/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1627/2022 18.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı Cavabdeh MMCdən müqavilə üzrə 103.715 manat, son iki il ərzində indeksasiya üçün ümumi məbləğin 10% həcmində, yəni 10.371 manat, dövlət rüsumu üçün ödənilmiş 405 manat, yəni ümumilikdə 114.491 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı Cavabdeh MMCdən müqavilə üzrə 103.715 manat, son iki il ərzində indeksasiya üçün ümumi məbləğin 10% həcmində yəni 10.371 manat, dövlət rüsumu üçün ödənilmiş 405 manat, yəni ümumilikdə 114.491 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 may 2019-cu il tarixli QA/SP-001/0519 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC müqavilə üzrə göstərilən bütün öhdəliklərini icra etmiş, bununla bağlı Forma-3, Forma-2 və elektron qaimələri təqdim etmişdir. Cavabdeh MMC Subpodrat müqaviləsində nəzərdə tutulmuş qaydada ödəniş etməmiş və faktiki olaraq Cavabdeh MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə 103.715 manat qalıq borcu vardır və həmin qalıq borc bu günədək ödənilməmişdir. İddiaçı yuxarıda qeyd olunan məsələlər barədə cavabdehə pretenziya məktubu göndərmiş və tələb etmişdir ki, 10 gün müddətində 103.715 manat pulun İddiaçı MMC-yə ödənilməsini xahiş edirik, əks təqdirdə 10 günlük müddət bitdikdən sonra borcun, eyni zamanda ödənilməmiş müddət ərzində borcun indeksasiyası nəzərə alınmaqla əlavə pulun və digər xərclərin məcburi qaydada tutulmasından ötrü məhkəməyə müraciət olunacaqdır. Belə ki, Cavabdeh MMC tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda elektron qaydada təkrar olaraq cavabdehə pretenziya ünvanlanmış, lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh MMC-nin direktoru X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “iddia ərizəsinə etiraz etmə” ərizəsində bildirilmişdir ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə borcu yoxdur, "xxxx" MMC-nin direktoru X9 “X2 Company” MMC-nin direktoru X1 şəkildə iş almış, "xxxx" ASC prezidentinin "xxxx" MMC-ni tanımadığından onuu birbaşa olaraq podratçı kimi qəbul etməyəcəyi səbəbindən X10 və X9 xahiş edərək Cavabdeh MMC podratçı olduğu üçün "xxxx" MMC ilə Cavabdeh MMC-yə müqavilə ilə subpodratçı kimi qəbul edilmiş, “X2 Company” MMC-dən bu subpodrat müqaviləsi üzrə gələcəkdə yarana biləcək borc və öhdəliklərə görə məsuliyyət daşımayacağım barədə şifahi öhdəlik götürmüş və qohumu olduğu üçün bu barədə yazılı olaraq öhdəlik almamışdır. Hazırda "xxxx" MMC-nin iddia etdiyi borc Cavabdeh MMC-yə deyil, “X2 Company” MMC-yə məxsusdur. "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsini və iddiaçıya borclu olan əsl cavabdehin işə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin iddia ərizəsində göstərdiyi borcun büyük hissəsi “X2 Company” MMC-nin direktoru X10 tərəfindən nağd şəkildə "xxxx" MMC-nin drektoru X8 ödənilmişdir. Həmçinin "xxxx" ASC-nin 238.851.78 manat və onun törəmə müəssisəsi olan “X2 Company” MMC-nin 290.427,50 manat olmaqla ümumilikdə Cavabdeh MMC-yə 529.279,28 manat ödəilməmiş borcu var və bu borclarla bağlı məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək, "xxxx" ASC-nin 238.851.78 manat və onun törəmə müəssisəsi olan “X2 Company” MMC-nin 290.427,50 manat olmaqla ümumilikdə Cavabdeh MMC-yə 529.279,28 manat ödəilməmiş borcu var və bu borclarla bağlı məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Həmin borclarla bağlı qətnamə çıxarılıb ödəndikdən sonra "xxxx" MMC-yə olan borcu ödəyəcəklərini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01.05.201-cu il tarixli, QA/SP-001/0519 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən subpodratçı podratçının təsdiq etdiyi və ya təqdim etdiyi iş layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında melorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY2 kanalının qazılması və paylayıcı dəmir-beton kanalların əsasının qurulması üçün torpağın daşınması işlərini müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı ilə subpodratçının gördüyü işin müqabilində razılaşdırılmış haqqı ödəməyi üzərinə götürür. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01.05.201-cu il tarixli, QA/SP-001/0519 saylı subpodrat müqaviləsi əsasında xx.xx.2019cu il tarixli 1 saylı və xx.xx.2020-ci il tarixli 2 saylı əlavələr bağlanmışdır. İş materiallarında olan subpodratçının görülmüş işlərə dair qəbul aktına uyğun olaraq xx.xx.2020-xx.xx.2020 tarixli akt dövrü üzrə xx.xx.2020-ci il tarixli 574188 saylı elektron qaiməsinə əsasən 64.900 manat, xx.xx.2020-xx.xx.2020 tarixli akt dövrü üzrə xx.xx.2020ci il tarixli 827202 saylı elektron qaiməsinə əsasən 62.953 manat, xx.xx.2020-xx.xx.2020 tarixli akt dövrü üzrə xx.xx.2020-ci il tarixli 221964 saylı saylı elektron qaiməsinə əsasən 37.642 manat, xx.xx.2020-xx.xx.2020 tarixli akt dövrü üzrə xx.xx.2020-ci il tarixli 922130 saylı elektron qaiməsinə əsasən 58.410 manat, xx.xx.2020-xx.xx.2020 tarixli akt dövrü üzrə xx.xx.2020-ci il tarixli 348658 saylı elektron qaiməsinə əsasən 25.311 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli 612148 saylı elektron qaiməsinə əsasən 20.000 manat, xx.xx.2019-cu il tarixli 040947 saylı elektron qaiməsinə əsasən 122.189 manat, xx.xx.2019-cu il tarixli 249748 saylı elektron qaiməsinə əsasən 223.493 manat, xx.xx.2019-cu il tarixli 454042 saylı elektron qaiməsinə əsasən 190.216 manat, xx.xx.2019-cu il tarixli 901344 saylı elektron qaiməsinə əsasən 100.300 manat, xx.xx.2019-cu il tarixli 262012 saylı elektron qaiməsinə əsasən 35.400 manat, xx.xx.2019- cu il tarixli 155671 saylı elektron qaiməsinə əsasən 35.400 manat, xx.xx.2019cu il tarixli 154843 saylı elektron qaiməsinə əsasən 14.160 manat, xx.xx.2020-ci il tarixli 241991 saylı elektron qaiməsinə əsasən 35.240,70 manat, xx.xx.2020-ci il tarixli 574188 saylı elektron qaiməsinə əsasən 64.900 manat, xx.xx.2020-ci il tarixli 827202 saylı 62.953 manat, xx.xx.2020-ci il tarixli 922130 saylı elektron qaiməsinə əsasən 58.410 manat, xx.xx.2020-ci il tarixli 221964 saylı 37.642 manat, xx.xx.2020-ci il tarixli 348658 saylı 25.311 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 3.550 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 16.949,15 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 189.400,85 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 85.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 30.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 100.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 130.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 12.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 30.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 31.200 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 19.865 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 35.135 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 19.865 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 33.485 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 9.000 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 10.000 manat, xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 10.000 manat "xxxx" MMC hesabına ödənilmişdir. İş materiallarında olan bildirişdən (pretenziyadan) görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müraciət edilərək, 103.715 manat borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, QA/SP-001/0519 saylı müqavilə imzalanmışdır. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə cavabdehin 103.715 manat əsas borc və son iki il ərzində indeksasiya üçün ümumi məbləğin 10% həcmində, yəni 10.371 manat olmaqla, cəmi 114.086 manat borcunun olduğunu bildirərək həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən, Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2019-cu il tarixli QA/SP-001/0519 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, xidmətlərin icrasını icraçı öz üzərinə götürmüşdür. Podratçı olaraq cavabdeh isə müqavilə ilə razılaşdırılmış qaydada xidmət haqqını tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra olunmış, cavabdeh tərəfindən iddiaçıya ödənişlər tam edilməmişdir. İddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə götürdüyü öhdəliyə əməl etmək, yəni razılaşdırılmış muzdu ödəmək tələb olunsa da, bunlar yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan hallara dair heç bir tutarlı dəlil irəli sürülməmişdir. İddiaçı isə əksinə görülmüş işləri, aparılmış ödənişləri təsdiq edən sənədləri, həmçinin cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair kifayət qədər sübutlar təqdim etmişdir. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik icra edilmiş, cavabdehdən pul tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilsə də, tam olaraq ödənilməmişdir. İddia tələbinin “son iki il ərzində indeksasiya üçün ümumi məbləğin 10% həcmində, yəni 10.371 manat tutulması” hissəsinə dair məhkəmə qeyd edir ki, qeyd olunan hissə iddiaçı tərəfindən əsaslandırılmamış, tələbin hüquqi əsası kimi hansı müqaviləyə və ya normaya istinad olunduğu qeyd olunmamışdır. Odur ki, həmin hissədə tələbin təmin olunması istisna olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 103.715 manat, dövlət rüsumu və mediasiya üçün ödənilmiş 405 manat, cəmi 104.120 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 405 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 103.715 manat, dövlət rüsumu və mediasiya üçün ödənilmiş 405 manat, cəmi 104.120 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar