Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1673/2025 08.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, Kreditor Borclu qarşı pul tələbinə dair ərizəsinin əmr icraatı qaydasında baxılmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 164 saylı 2024-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1827,35 manat əsas, 519,6 manat cərimə, cəmi 2346,95 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2446 (iki min dörd yüz qırx altı) manat 95 (doxsan beş) qəpik pul vəsaitinin Borclu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin əmr icraatı qaydasında baxılmağa qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qeyd edir ki, borcludan tələb edilən cərimənin əsaslılığı və məbləği araşdırma tələb edən hallardır. Belə ki, lazmi miqdarda xam pambığın verilməməsinin səbəblərinin və borclunun həmin səbəblərin yaranmasında təqsirinin olub-olmamasının müəyyən edilməsi zəruridir. Buna görə də, təqdim olunmuş sənədlər əsasında ərizənin əmr icraatı qaydasında baxılmağa qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, və 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kreditor Borclu qarşı pul tələbinə dair ərizəsinin əmr icraatı qaydasında baxılmağa qəbul olunmasından imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1673/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1673/2025
08.04.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver