Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-2001/2025 22.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, Kreditor "xxxx" MMC-nin borclu Saatlı rayonu, Qaralar kəndində qeydiyyatda olan Borclu pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC əmr icraatı qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 370 saylı 2024-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 2734,27 manat əsas, 628,79 manat cərimə, cəmi 3363,06 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 3463,06 manat pul vəsaitinin Borclu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu (fermer) Borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli 370 saylı 2024-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən borclu öhdəsində olan 7 hektar torpaq sahəsində pambıq əkib-becərməsini, yığmasını və satışını üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən "xxxx" MMC tərəfindən Borclu toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 7984,4 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən borclu torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, "xxxx" MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2024-cü ilədək ödəməsini üzərinə götürmüsdür. Yığım mövsümü başa çatmasına baxmayaraq borclu müqavilə şərtlərini tam icra etməmiş və kreditora 2734,27 manat borcu qalmışdır. Borclunun kreditora 2734,27 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər ərizəyə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Fermer” (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında “Cəmiyyət”ə (zavoda) cərimə odəməlidir. Borclu 21000 kq xam pambıq təhvil verməli olduğu halda 8698 kq xam pambıq təhvil vermiş və nəticədə 12302 kq az xam pambıq təhvil vermişdir. Borclunun təhvil verilməyən pambığa görə kreditora 492,08 manat cərimə borcu yaranmışdır (21000 kq – 8698 kq = 12302 kq x 0,8 AZN (pambığın 1 kq dəyəri) = 9841,6 AZN x 5% = 492,08 AZN). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə “Fermer” (nümayəndə) müqavilə ilə “Cəmiyyət”dən (zavoddan) xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 136,71 manat təşkil etmişdir (2734,27 AZN x 5% = 136,71 AZN). Müqavilə üzrə borclunun "xxxx" MMC-yə 2734,27 manat əsas, 628,79 manat cərimə, cəmi 3363,06 manat borcu yaranmışdır. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün borcluya xx.xx.2025-ci ildə pretenziya məktubu göndərilərək 10 gün müddət verilmiş və ondan kreditora olan borcunu ödəməsi tələb olunmuşdur, lakin borclu tərəfindən kreditorun pretenziyasına cavab verilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Məhkəmə, cərimənin tutulmasının hüquqi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği də borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, borclunun kreditor qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, kreditor məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi nəticəsində dövlət rüsumunu ödəməklə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği borcludan alınmaqla yanaşı, borcludan ziyanın ödənilməsi ilə əlaqədar kreditorun dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq kreditora ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu borcluya aid edilməli və buna görə də kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276 və 280-284cü maddələrini rəhbər tutaraq, əmretdi: xx.xx.1968-ci il təvəllüdlü, Saatlı rayonu, Qaralar kəndində qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) Borclu (Ş/V AA*******, FİN: xxxxxxx) xx.xx.2024-cü il tarixli 370 saylı 2024-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 2734,27 manat əsas, 628,79 manat cərimə, cəmi 3363,06 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 3463,06 manat pul vəsaiti tutularaq hüquqi ünvanı Saatlı rayonu, Qıraqlı kəndi olan kreditor "xxxx" MMC-yə (VÖEN: **********) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2001/2025
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-2001/2025
22.05.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver