Məhkəmə qərarları › İş №e-2-2(121)-2124/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2124/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2124/2024 30.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə və qeyrisinə qarşı – subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı – 23.760 manat məbləğin və 161,28 manat məbləğində ödənilmiş dövlət rüsumununun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, AZ/037244 saylı xx.xx.2015-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə X4 mülkiyyətində olan Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən daşınar əmlaka sığorta təminatı verilmişdir. xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Cavabdeh1nə ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində X5 məxsus daşınar əmlaka 47527 manat məbləğində real zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı1361/FŞ//Fİ-082/2015-2016 nömrəli sığorta aktına əsasən X5 23760 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 10/4974 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1nə məxsus ticarət mərkəzində X11 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5-ci bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin (və ya yeni təsdiq tarixi ilə 2.1.1.15, 2.1.2.3, 2.1.2.10-cu bəndlərinin) tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X12 tərəfindən pozulmuşdur. X2 Elektrik Şəbəkəsində növbətçi montyor vəzifəsində çalışmışdır. Hesab edirik ki, ödənilmiş 23760 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X13 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən AZ seriyalı, 037244 saylı “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinin surətindən görünür ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən ticarət obyektində X5 məxsus olan daşınar əmlak xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 1361/FŞ//Fİ-082/2015-2016 nömrəli sığorta aktının surətindən görünür ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən ticarət obyektində xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində X5 məxsus olan sənaye malları zərərə uğramış və müəyyən edilmiş zərərin məbləği 240 manat azadolma məbləği çıxılaraq cəmi 23.760 manat təşkil etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, 6846 saylı ödəniş tapşırığının surətindən görünür ki, 23.760 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X5 ödənilmişdir. İş materiallarına əlavə edilən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-334/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 10/4974 saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh1nə məxsus ticarət mərkəzində ticarətlə məşğul olan X18 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrin şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verdiyinə, eləcə həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Cavabdeh1nə məxsus ticarət mərkəzində X11 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X12 tərəfindən pozulmuşdur. Qərardadın təsviri hissəsində göstərildiyi kimi, elektrik montyoru X12 tərəfindən X11 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, Cavabdeh1nə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri Cavabdeh1 vəzifəli şəxsləri tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırılmalar aparılmaqla müəyyən edilə bilər). “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. İşdən görünür ki, iddiaçı cavabdehlərə baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmişə dəymiş zərərin əvəzi qismində ödənilmiş 23.760 manat məbləğinin 5 təqdim günü ərzində iddiaçıya ödənilməsi barədə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-334/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 qaydasında vurulmuş zərərin əvəzi olaraq 41.196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41.409,59 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(121)-334/2023 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1nə qarşı təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1ndən və X1 qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 manat 59 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 107 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən aydın olur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən Cavabdeh1nə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində X18 ilə yanaşı bilavasitə Cavabdeh1 də məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, işin hallarına əsasən X12 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Belə ki, işdə olan FHN Əməliyyat- İstintaq İdarəsinin xx.xx.2015-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, X3-Şöhrət Şirkətində elektrik montyoru işləmişdir. Habelə yuxarıda qeyd edilən yanğın hadisəsi üzrə araşdırma zamanı əldə edilmiş istintaq ifadələrindən aşkar olur ki, şirkətin nümayəndələri X12 ilə xx.xx.2009-cu il tarixdə müqavilə bağlamış, bundan sonra o, həmin şirkətdə xidmət etmişdir. Bununla yanaşı, X12 xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə istintaqa verdiyi ifadələrdə bazarda müqavilə əsasında elektrik montyoru işlədiyini və Nadir Rzayevə məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyini etiraf etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-44188/2023 saylı məktubundan da müəyyən edilir ki, Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə nəzarətçielektrik X12 arasında əmək müqaviləsi bağlanmışdır. Bu baxımdan, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasının videoyazısından müəyyən edilir ki, Cavabdeh1 nümayəndəsi X14 məhkəmə iclasında bildirmişdir ki, X7 əsas iş yeri elektrik şəbəkəsi olmuşdur. Bazarda isə mülkihüquqi müqavilə əsasında işləmişdir. O, verilən suallara cavab olaraq Q.Əhədovun müqaviləni Cavabdeh1lə bağlamasını bildirmiş və həmin müqavilənin növbəti məhkəmə iclasında gətirib məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Kollegiya qeyd olunanlara əsasən belə yekun qənaətə gəlir ki, X12 və Cavabdeh1 arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Baş vermiş yanğın hadisəsində məsuliyyəti Nadir Rzayevdən əlavə bilavasitə Ə.Qubadov yox, onun çalışdığı şirkət, yəni işəgötürən Cavabdeh1 də daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-402/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(106)-25/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göstərilən qərardan aydın olur ki, məhkəmə kollegiyası cavabdeh "xxxx" Şirkətinin kassasiya şikayətinin məhkəmənin yalnız ekspert rəyinə istinad edərək Şirkətin iddia tələbi üzrə cavabdehliyini müəyyən etməsinin düzgün olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən təkcə ekspert rəyini əsas götürməmiş, həmin rəyi işdə olan digər sübutlarla, o cümlədən işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclasında verilmiş izahatlarla birgə qiymətləndirmişdir. Belə ki, Cavabdeh1 nümayəndəsi V.Məmmədov tərəfindən Q.Əhədovun yanğın ərəfəsində həmin şirkətdə elektrik montyoru işlədiyi bildirilmiş, cavabdeh N.Rzayev isə həmin məhkəmə iclasında elektrik sayğacının Q.Əhədov tərəfindən çəkildiyi ilə bağlı izahat vermişdir. Həmçinin, Q.Əhədovun istintaqa verdiyi ifadələrdə elektrik montyoru işlədiyi və N.Rzayevə məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyi etiraf edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan izahatları MPM-nin 106.3-cü maddəsinin tələbləri baxımından qiymətləndirmiş və müəyyən etmişdir ki, X12 və Cavabdeh1 arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Odur ki, baş vermiş yanğın hadisəsində məsuliyyəti cavabdeh N.Rzayevdən əlavə, Cavabdeh1 də daşıyır. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən hüquqi qiymətləndirmə ilə razılaşaraq, MPM-nin 82.4-cü maddəsinin tələblərinin pozulmasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh N.Rzayevin sözügedən yanğın hadisəsinə görə cinayət məsuliyyətinə cəlb ediməsi, həmin hadisənin baş verdiyi ticarət mərkəzinin sahibi olan Cavabdeh1 mülki məsuliyyətini istisna etmir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən X5 məxsus olan daşınar əmlaka "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən Cavabdeh1nə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində ticarət mərkəzinin ərazisində yerləşən X5 məxsus ticarət obyekti və ona məxsus daşınar əmlak yanğının təsirinə məruz qalmışdır. Yanğın nəticəsində sonuncuya maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı X5 23.760 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, qanuni qüvvədə olan məhkəmə akt(lar)ına əsasən xx.xx.2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən Cavabdeh1nə məxsus ticarət mərkəzində baş vermiş yanğında Cavabdeh1 məsuliyyət daşıması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən fakt hazırkı mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Sığortalanmış daşınar əmlaka vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən daşınar əmlaka ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göstərilən Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd edilən Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol vurulmuş ziyan yalnız öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyan Cavabdeh1ndən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1099.1 və 1099.2-ci maddələrinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X12 və Cavabdeh1 arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olduğundan, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olduğundan, baş vermiş yanğın hadisəsində məsuliyyəti onun çalışdığı şirkət, yəni işəgötürən Cavabdeh1 daşıdığından, məhkəmə araşdırılması zamanı digər Cavabdeh2 məsuliyyəti müəyyən olunmadığından, vurulmuş ziyan yalnız Cavabdeh1ndən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, digər Cavabdeh2 baş vermiş yanğın hadisəsi üçün məsuliyyət daşımır. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh2 digər Cavabdeh1 direktoru olduğundan, iddiaçı "xxxx" ASC ona qarşı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 Cavabdeh1 direktoru olsa belə, "xxxx" ASC-yə ona qarşı mövcud iddia tələbini irəli sürməyə hüquq vermir. Odur ki, iddia tələbi Cavabdeh2 qarşı hissədə əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, subroqasiya qaydasında vurulmuş zərərin əvəzi yalnız Cavabdeh1ndən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçı "xxxx" ASC qarşısında mülki məsuliyyətinin olması işin materialları ilə sübut olunmadığından, iddia mülki məsuliyyət daşıyan şəxslərin dairəsinə görə qismən əsaslıdır. Buna görə də, iddia yalnız Cavabdeh1nə münasibətdə təmin edilərək, subroqasiya qaydasında vurulmuş zərərin əvəzi yalnız Cavabdeh1ndən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə, Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan 161,28 manat dövlət rüsumu da Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 23.760 manat məbləğində borc və 161,28 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar