Məhkəmə qərarları › İş №e-2-2(121)-2908/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2908/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2908/2023 28.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh Taxıl Şirkətinə qarşı “elektrik enerjisi ilə təchiz edilmə öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh Taxıl Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 1237,6 m2 olan əmlak kompleksinə elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyinin Cavabdeh Taxıl Şirkətinin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 1237,6 m2 olan əmlak kompleksi kimi müəssisiə mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, Qeyd olunan əmlak kompleksində heyvandarlıq üçün nəzərdə tutulmuş yem məhsullarının istehsalı həyata keçirilir. İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 1237,6 m2 olan əmlak kompleksi kimi müəssisiənin iddiaçının mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan əmlak kompleksinə hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014cü il tarixdə 4740 inventar nömrəsi, **********83-120301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd olunan əmlak kompleksinin texniki pasportunda su, elektrik təchizatının, kanalizasiya sisteminin olması öz təsdiqini tapır. Əvvəllər Əmlak kompleksi və Cavabdeh Taxıl Şirkətinə məxsus inzibati bina eyni müəssisənin balansında olduğu üçün hər iki əmlak eyni elektrik xətti ilə enerji ilə təmin edilmişdir. Hazırda da Əmlak kompleksinin elektrik xətti eyni torpaq sahəsində yerləşən Cavabdeh Taxıl Şirkətinə məxsus inzibati binadan çəkilmiş və əmlak kompleksinin daxilində elektrik sayğacı quraşdırılmışdır ki, həmin elektrik sayğacı vasitəsilə istifadə olunmuş enerjinin dəyəri iddiaçı tərəfindən ödənilir. Cavabdeh Taxıl Şirkətinə məxsus təsis payının 42% hissəsidə xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsusdur. Cavabdeh Taxıl Şirkətinin təsisçisi X1 Cavabdeh Taxıl Şirkətinə məxsus inzibati binadan iddiaçıya məxsus əmlak kompleksinə çəkilmiş elektrik xəttini kəsərək əmlak kompleksinə enerji verlişini dayandırmişdir. İddiaçı mübahisənin mediasiya yolu ilə həll olunması üçün cavabdehə təklif göndərmişdir. Lakin təklifdə göstərilən müddətdə cavabdeh heç bir münasibət bildirmədiyi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sabirabad 1 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sesiyasında cavabdeh iştirak etməmişdir. Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-03038 nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sesiyasının xərci olaraq 50 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 1237,6 m2 olan əmlak kompleksinə elektrik enerjisinin verilməsini dayandırılması bir sahibkar kimi iddiaçının sahibkarlığın inkişafı istiqamətində işlərinə ciddi maneə törədir, ona ziyan vurur. Qeyd olunan kompleksə elektrik enerjisinin verilməsi üçün alternativ elektrik xətti yoxdur. Cavabdehlə aralarında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin icrasından irəli gəldiyi üçün ərazi aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilən nöqsanlara yol verildiynə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

1. İddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun iddiaçı tərəfindən elektron qaydada vergi ödəyicisi olan Cavabdeh Taxıl Şirkətinə çatdırılmasına dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş elektron kabinetdən çıxarışda xx.xx.2023-ci il tarixdə iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə göndərilməsi statusu “Göndərilmiş” kimi qeyd olunsa da, həmin iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə təqdim olunması, çatdırılması və ya hər hansı bir səbəbə görə təqdim olunma, çatdırılmanın mümkün olmaması barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

2. İddia tələbi aydın deyildir. Belə ki, iddia ərizəsində Cavabdeh Taxıl Şirkətinə qarşı yönəldilmiş tələb iddiaçıya məxsus olan əmlak kompleksinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədədir. Lakin, nəzərə alınmalıdır ki, elektrik enerjisi ilə təchiz etmə fəaliyyəti yalnız "xxxx" ASC-nin inhisarında olan fəaliyyətdir və buna görə də elektrik enerjisi ilə təchiz etmə öhdəliyinin yalnız "xxxx" ASC-nin və ya onun yerli strukturlarının üzərinə qoyulması tələb edilə bilər. Hazırki işdə iddiaçı tərəfindən cavabdeh qismində seçilmiş Cavabdeh Taxıl Şirkəti elektrik enerjisi ilə təchiz etmə öhdəliyinin daşıyıcısı olmadığı üçün, həmin məzminda tələb üzrə də cavabdeh ola bilməz. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

3. İddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı:

İddiaçı Cavabdeh Taxıl Şirkətinə qarşı “elektrik enerjisi ilə təchiz edilmə öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar