Məhkəmə qərarları › İş №e-2-2(121)-2909/2025

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-2909/2025

08.08.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-2909/2025 08.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, Kreditor MMC-nin borclu X1 pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 37594 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat, cəmi 37694 manat məbləğində pulun borclu X1 alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor MMC ilə borclu X2 arasında xx.xx.2022-ci il tarixdə “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Borclu ilə Kreditor MMC arasında arasında imzalanmış xx.xx.2022-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 39394 manat borcundan 1800 manat ödəniş etsə də, qalan 37594 manat borcu bu günə qədər "xxxx" MMC-yə ödəməmişdir. xx.xx.2022-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.6-cı maddəsinə görə, tərəflərin yekdil razılığına əsasən aralarında mübahisə yarandığı təqdirdə məhkəmə prosesi qanunla müəyyən edilmiş əmr icraatı qaydasında həll edilməlidir. Həmin tarixdən bu günə qədər borclu X2 tərəfindən 1800 manat borc ödənilsə də Kreditor MMC-yə olan qalıq 37594 manat məbləğində borc ödənilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb tərəflər arasında yazılı şəkildə bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği də borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, borclunun kreditor qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, kreditor məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi nəticəsində dövlət rüsumunu ödəməklə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği borcludan alınmaqla yanaşı, borcludan ziyanın ödənilməsi ilə əlaqədar kreditorun dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq kreditora ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu borcluya aid edilməli və buna görə də kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276 və 280-284cü maddələrini rəhbər tutaraq, məhkəmə əmretdi: xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1i ünvanı üzrə qeydiyyatda olan fərdi sahibkar (VÖEN: **********) borclu X1 (Ş/V AA2670436, FİN: 4NZ1470) xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 37594 manat məbləğində borc və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 37694 manat məbləğində pul vəsaiti tutularaq hüquqi ünvanı Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 olan Kreditor MMC-yə (VÖEN: **********) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar