Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-308/2025 13.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 045/19 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə əsasən yaranmış ƏDV daxil 4,274.98 (dörd min iki yüz yetmiş dörd tam doxsan səkkiz) manat məbləğində borcun, həmçinin ödənilmiş 63.00 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2019-cu il tarixli, 045/19 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq İddiaçı Cavabdeh tərəfindən göndərilmiş avtomobillərə texniki servis xidmətləri göstərməyi və ehtiyat hissələri təqdim etməyi, Cavabdeh isə İddiaçı tərəfindən göstərilmiş xidmətlərə və ehtiyat hissələrinə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən aşağıdakı xidmətlər göstərilmişdir: · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFJA17BP8C078075), model HD-45, qeydiyyat nömrəsi **-JC- *** olan avtomobilə ƏDV daxil253.72 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFJA17BP8C078064), model HD-45, qeydiyyat nömrəsi **-JD-*** olan avtomobilə ƏDV daxil141.25 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundaimarkalı (BAN: KMCJK17BP9C110126), model HD-45, qeydiyyat nömrəsi **-JK-*** olan avtomobilə ƏDV daxil24.07 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFZAX7BAAU629544), model H-100, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil 353.56 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsisatılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFJA17BP8C078064), model HD-45, qeydiyyat nömrəsi **-JD-*** olan avtomobilə ƏDV daxil353.06 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFGA17CPDC234950), model HD-65, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil 475.86 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsisatılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMCJK17BP9C110125), model HD-45, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil163.57 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFZAX7BAAU630105), model H-100, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil 489.28 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsisatılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMCJK17BP9C110127), model HD-45, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil282.53 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMCGK17BPCC201864), model HD-78, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil 200.03 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsisatılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFGA17CPDC224925), model HD-65, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil91.96 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMCGK17BPCC201865), model HD-72, qeydiyyat nömrəsi **-DP-*** olan avtomobilə ƏDV daxil1,416.00 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMCGK17BPCC201864), model HD-78, qeydiyyat nömrəsi **-JR-*** olan avtomobilə ƏDV daxil30.09 manat məbləğində xidmət göstərilmiş/ehtiyat hissəsi satılmış və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. Qeyd edilən elektron qaimələr Cavabdeh tərəfindən təsdiq edilmiş, lakin Cavabdeh İddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri olan ümumilikdə ƏDV daxil 4,274.98 manat borcunu bu günədək ödəməmişdir. Yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və müraciətlər edilmiş, rəsmi pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (İcraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Sifarişçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 045/19 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən, İcraçı, Sifarişçi tərəfindən göndərilmiş avtomobillərə texniki servis xidmətləri göstərməyi və ehtiyat hissələri təqdim etməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilmiş xidmətlərə və ehtiyat hissələrinə görə müəyyən edilmiş haqqı ödəməyi öhdələrinə götürürlər. İş materiallarında olan, servis iş kartlarından, hesab fakturalardan və elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikalara göstərilmiş servis xidməti haqqının ümumi məbləği 4274,98 manat təşkil edir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin əsasında bir tərəfin digər tərəfin sifarişi ilə sonuncuya məxsus nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələri ilə təchizatına dair işin görülməsi haqqında tərəflər arasında baş tutan razılaşma dayanır. Bu razılaşma hər iki tərəf üçün mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin razılaşmadan yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul iddiaçının sahibkarlıq (kommersiya) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar cavabdehə göstərdiyi xidmətin (gördüyü işin) qarşılığında yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas da odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları iş görülməsi müqaviləsindən irəli gələn sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus olan nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsindən ibarət olan işin görülməsi, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2019-cu il tarixində “Texniki təmir xidmətlərinin göstərilməsi barədə Müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında cavabdehə məxsus nəqliyyat vasitələrinin təmirini və yeni ehtiyat hissələri ilə təchizatını həyata keçirdiyini, lakin cavabdehin görülən işlərin qarşılığında 4274,98 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələr “Texniki xidmət göstərilməsi barədə Müqavilə” adlandırılsa da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının cavabdehə məxsus olan nəqliyyat vasitələrini təmir və yeni ehtiyat hissələri ilə təmin etməsi, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə məxsus texnikanın təmir işləri ilə yanaşı, yeni ehtiyat hissələri ilə də təchiz etməsi iddiaçı tərəfindən görülən işin (təmirin) tərkib hissəsi kimi qəbul edilməlidir. Başqa ifadə ilə iddiaçı tərəfindən cavabdehə məxsus texnikanı yeni ehtiyat hissələri ilə təchiz etməsi tərəflər arasında buna dair ayrıca alqı-satqı münasibətlərinin yaranması məqsədini daşımamışdır, həmin ehtiyat hissələri məhz aparılan təmir işləri üçün nəzərdə tutulmuş, həmin işlərə sərf edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən zaman əlavə olaraq alqı-satqı müqaviləsinə dair müddəalara istinad etməyə əsas yoxdur. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə etibarlı hüquq münasibətlərinin yarandığı, iddiaçı tərəfindən cavabdehə 4274,98 manat məbləğində iş görülməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halları belədir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya 4274,98 manat borcu qaldığını iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, görülən işlərin həcmini və dəyərini özündə əks etdirən cavabdehə göndərilmiş sənədlərə, o cümlədən elektron qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə, iş materiallarına, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına, öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə yükününün bölüşdürülməsi prinsipinə əsasən tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya görülən işlərin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin görülən işlərin qarşılığında borcunun yaranması işdə olan sənədlərlə tam təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin qarşılığında haqqın (borcun) ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 09 avqust 2019-cu il tarixli, 045/19 nömrəli müqavilə üzrə 4274,98 manat məbləğində borc və ödənilmiş 63 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4337,98 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-308/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-308/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver