Məhkəmə qərarları › İş №e-2-2(121)-3111/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3111/2022

20.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-3111/2022 20.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, Tələbkar Borclu qarşı pul tələbinə dair əmr icraatı qaydasında ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 24670 manat əsas borcun və 100 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq tələbkara verilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əmr icraatı üzrə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Tələbkar ilə Borclu arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Tələbkar 24.670 manat Borclu borc pul vermişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, Borclu mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər mübahisənin həll edilməsi məqsədilə ilk olaraq mediasiya sessiyasında iştirak etmiş, lakin daha sonra keçirilən mediasiya sessiyasında tələbin yönəldiyi tərəf həmin sessiyada iştirak etməkdən imtina etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında olan borc münasibətinin və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, mülki prosessual qanunvericiliyin tələblərini və mübahisənin xarakterini nəzərə alaraq hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Tələbkar Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar