Məhkəmə qərarları › İş №e-2-2(121)-316/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-316/2020

31.01.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-316/2020 31.01.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, kreditor Azərbaycan Respublikası Dövlət X3 X4 Borclu qarşı açıq məkanda reklam yerləşdirilməsinə dair xx xxxx 2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 283,60 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Azərbaycan Respublikası Dövlət X3 X5 ödənilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Azərbaycan Respublikası Dövlət X3 X6 xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, açıq məkanda reklam yerləşdirilməsinə dair xx xxxx 2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 283,60 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Azərbaycan Respublikası Dövlət X3 X5 ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli, M********** saylı açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Dövlət X3 X6 ilə “Masallı İstisu X1” MMC arasında bağlanmışdır. Həmin müqaviləni Borclu Masallı İstisu X1 MMC-nin adından həmin müəssisənin nümayəndəsi kimi imzalamışdır. Kreditor Azərbaycan Respublikası Dövlət X3 X6 tərəfindən ərizəyə “Masallı İstisu X1” MMC-nin deyil, məhz Borclu borcunu təsdiqləyən heç bir sənəd əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilmiş sənədlərdən (müqavilə, texniki şərtlər pasportu, pretenziya, hesab-faktura və s.) görünür ki, həmin sənədlər “Masallı İstisu X1” MMC ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2-ci və 279.2.2-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-279-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Azərbaycan Respublikası Dövlət X3 X4 Borclu qarşı açıq məkanda reklam yerləşdirilməsinə dair xx xxxx 2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 283,60 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Azərbaycan Respublikası Dövlət X3 X5 ödənilməsi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar