Məhkəmə qərarları › İş №e-2-2(121)-3222/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3222/2025

12.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3222/2025 12.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu İddiaçı cavabdeh “AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi”nə qarşı “qərarın ləğvi və cərimə məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi”nə X2rşı “qərarın ləğvi” tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ******* saylı qərarın və həmin qərar əsasında İXM-nin 275.2-ei maddəsi üzrə 2500 (iki min beş yüz} manat cərimənin ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Biləsuvar şəhəri H.Əliyev küçəsində tikinti materiallarının satışı iiə məşğul olur. Obyektdə "taxta yonan" mişar fəaliyyət göstərir. 28 iyul 2025-ci ildə cavabdeh qurumun əməkdaşları tərəfindən obyektdə monitorinq aparılmış, guya mişar işlək vəziyyətdə olduğu vaxtı ətraf mühitə yayılan səs-küyün normadan artıq olması müəyyən edilmiş, nəticədə İXM-nin 275.2-cl maddəsi üzrə MN №1896759 saylı qərarla 2500 manat cərimə edilib. Nəzərə çatdırır ki, 02 dekabr 2023-cü ildə də cavabdeh qurumun əməkdaşları tərəfindən obyektdə monitorinq aparılmış, PEC 320 A saylı səyyar ölçmə cihazı vasitəsi ilə səs-küyün ətrafa yayılması 4,8 DBA (norma 60) müəyyən edilmiş, bu halın səs-küyə əsas olmadığı təsdiqini tapmışdır. Beləki, hər iki dövrdə aparılan monitorinqlər eyni mişardan gələn səs-küyü müəyyən etmişdir. Necə o!ur ki, 2023-cü ildə eyni mişar ətrafa sakit səs-küy yaydığı halda 2025-ci ilin iyul ayında normadan yüksək olmaqla 2500 manatlıq cərimə ilə nəticələnmiş olur? "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında" Əsasnamənin tələblərinə əsasən onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər və baxışlar) o cümlədən, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterində qeyd olunmalıdır. Mübahisəli qərar cavabdeh qurumun əməkdaşları tərəfindən ona məxsus obyektdə "səs-küyün vəziyyəti ilə bağlı" keçirilmiş yoxlamanın nəticəsi olaraq cəriməni müəyyən etdiyindən həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində reyster qeydiyyatına alınmamışdır. Belə olan halda isə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə asasan həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqqında" Qanununun 1-ci maddəsinə görə, bütün sahibkarlıq subyektlərində yoxlamalar 01 yanvar 2025-ci ilədək dayandırılmalı olduğu 3 saylı Regional Ekologiya va Təbii Sərvtlər İdarəsinin əməkdaşları qanunsuz hərəkətlərə yol verməklə mənə məxsus obyektdə icazəsiz yoxlama keçirmişdir. Göründüyü kimi cavabdeh qurumun şübhəli və icazəsi təsdiq edilməmiş monitorinqi nəticəsində o, əsassız olaraq 2500 manat cərimə edilib, bu da onun maddi məhrumiyyətlə üzləşməyinə səbəbdir. Uzun müddət tikinti materialları satışı ilə məşğul olsa da bu kimi neqativ halla mişarın guya səs-küyünün ətarafa yayılması kimi absurd fikirlə indi rastlaşır. Bu on illiklər ərzində səs-küy kütləvi şəkildə sakinləri narahat etmədiyi halda niyə əsassız monitorinqə məruz qalmalı idi? 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN №1896759 saylı qərar 21 avqust 2025-ci ildə poçt ünvanına göndərilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının tələbi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğvinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi, MPM, İPM, Cinayət Məcəlləsi və CPM strukturuna görə fərqlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində rayon (şəhər) məhkəmələrinin səlahiyyətləri göstərilərək qeyd olunmuşdur ki, rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ilə inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi xahiş olunduğundan və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti qanunla rayon (şəhər) məhkəmələrinə aid edildiyindən, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə mülki məhkəmə icraatı qaydasında qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi”nə qarşı “qərarın ləğvi və cərimə məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə rayon (şəhər) Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev İş № 8-2(121)-17/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu 03 avqust 2023-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında ərizəçi Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 “öhdəliyin qoyulması haqqında” təqdimatına prosessual hərəkət edərək baxdı. Prosessual hərəkət saat 15:30-da başlandı. Hakim təqdimatın iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması, təqdimata əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardadı qəbul etdi. Prosessual hərəkət saat 15:35-də qurtardı. Protokol 03 avqust 2023-cü il tarixdə tərtib edilib. Hakim Rəmzi Nəbiyev İş № 8-2(121)-17/2023 03 avqust 2023-cü il Lənkəran rayon İcra və probasiya şöbəsinə Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15 Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 8-2(121)-17/2023 saylı məhkəmə qərardadının surəti və ərizəyə əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma: “ “ vərəqdə Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar