Məhkəmə qərarları › İş №e-2-2(121)-363/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-363/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-363/2021 15.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, cavabdeh X1 iştirakı ilə, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh X2 qarşı iddiaçı “xxxx” MTK ilə cavabdeh X3 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 03 saylı podrat müqaviləsindən irəli gələn öhdəliklərə əsasən, hər gecikdirilmiş gün üçün işin həcminin 0,2 faizi olmaqla 417.600 manat məbləğində, “xxxx” MTK-nın işgüzar nüfuzuna cavabdeh tərəfindən vurulmuş zərər olaraq 150.000 manat məbləğində, əgər zərər vurulmasaydı əldə ediləcək gəlir kimi 100.000 manat məbləğində və qüsurlu işlərin sökülərək (tullantı materiallarının) binanın ərazisindən daşınmasına görə çəkiləcək xərclərin dəyərinin yəni, 120.000 manat məbləğində pulun, ümumilikdə 787.600 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” MTK-ya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X4 məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, həmin məktubda tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin hazırki tələbdə qeyd olunan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmamışdır. Göründüyü kimi, hazırki mübahisə pul tələbi ilə bağlı olsa da, məhz bu tələblə bağlı iddiaçı tərəfindən cavabdehə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair sənəd mövcud deyildir. Tərəflər arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli 03 saylı podrat müqaviləsinin 7.2-ci bəndinə əsasən, bu müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar