Məhkəmə qərarları › İş №e-2-2(121)-417/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-417/2021

18.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-417/2021 18.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu 3.000 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti əmr icraatı qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, SR-2045 markalı 561351 şassi nömrəli, Z29717 mühərrik nömrəli traktora görə 3.000 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 3.020 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun ərizədə göstərdiyi borclu Məmmədov X1 rayonu, X2 Dairəsi, Əlinəzərli kəndində qeydiyyatdadır. Lakin kreditorun iş materiallarına əlavə etdiyi “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışda qeyd olunmuş VÖEN (**********) eyni soyad, ad və ata adı olan başqa Borclu adlı şəxsə məxsusdur. Həmin şəxs isə ünvan 1 A ünvanında qeydiyyatdadır. Yəni ərizədə qeyd olunan Borclu fərdi sahibkar deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizədə qeyd olunan Borclu fərdi sahibkar olmadığından qeyd olunan mübahisəyə Şirvan Kommersiya Məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə onu da qeyd edir ki, kreditor tərəfindən qeyd olunan borc məbləği ünvan 1 A ünvanında qeydiyyatda olan fərdi sahibkar Borclu tələb edilərsə belə, yenə də həmin mübahisəyə Şirvan Kommersiya Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Gəncə şəhəri, Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.1-ci və 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu və 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu 3.000 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar