Məhkəmə qərarları › İş №e-2-2(121)-446/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-446/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-446/2025 12.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – 30.04 2020-ci il tarixli, 22D/2022 saylı alqısatqı müqaviləsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 11.985,36 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 126 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-481/2022 saylı, xx.xx.2022-ci il məhkəmə aktına əsasən (hakim: Elşən Abdullayev) Cavabdeh, iddiaçı "xxxx" MMC-yə 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 manat məbləğində pul tutularaq verilməlidir. Cavabdeh ilə iddiaçı arasında 30.04 2020-cı il tarixli, 22D/2022 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya olan borcu 102.490 manat olmuşdur. Borcundan xx.xx.2021ci il tarixinədək 17.590 manat ödəsə də, yerdə qalan 84.900 manatı ödəməkdən müxtəlif vədlər verməklə, bəhanələr gətirməklə yayınmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən sonra borcundan xx.xx.2023-cü il tarixində 1.100 manat, xx.xx.2023-cü il tarixdə 9.900 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 2.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat, cəmi 14.500 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 70.400 manat təşkil edir. Amma dövlətin adından qət olunmuş qətnaməni bilərəkdən, məqsədli şəkildə yerinə yetirmir. Nəzərə almaq lazımdır ki, iddiaçı 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Cavabdeh müəssisəyə maddi zərər vurmaqla bərabər bu günə kimi, işgüzar nüfuzuna da xələl gətirmişdir. O, özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər iddiaçıya olan borcunu ödəməkdən boyun qaçıracaqdır. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırılır ki, cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Lakin belə insanlar etdikləri hərəkətlərin və tutduqları işlərin gələcək nəticələrini bildikləri üçün əvvəlcədən öz işlərini ehtiyatlı tutaraq, başqalarının pulları hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklarını öz adlarına deyil, öz yaxınlarının adlarına rəsmiləşdirirlər. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini cavabdeh əsassız olaraq qaytarmaqdan boyun qaçırdığında görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin vəsaitin məbləğindən faizləri ödəməlidir. Cavabdehin xx.xx.2021-ci il tarixinə olan borcu 84.900 manat təşkil edirsə, xx.xx.2023-cü il tarixə kimi, 2 il 6 gün üçün ( 84900 manat x 5% /12 ay = 353.75 x 2 il,6 gün (bir gün 11,79 manat) = 8.560,74 manat; xx.xx.2023-cü il tarixdə 1100 manat ödəniş etməklə həmin tarixə qalan borcu 83.800 manat üçün, bir gün üçün (83800 manat x 5%/360 gün=11,64 manat bir gün üçün) 11,64 manat; xx.xx.2023-cü il tarixdə 9.900 manat ödəniş etməklə həmin tarixə qalan borcu 73.900 manat üçün xx.xx.2023 tarixdən xx.xx.2024-cü il tarixə kimi, 5 ay 1 gün üçün (73900 manat x 5%/12 ay=307,92 manat bir ay üçün (bir gün 10,26 manat)) 1549,86 manat; xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 73400 manat üçün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, 1 ay 20 gün üçün (73400 manat x 5%/12 ay=305,83 manat bir ay üçün (bir gün 10,19 manat)) 509,63 manat; xx.xx.2024-cü il tarixdə 2000 manat ödəniş etməklə həmin tarixə qalan borcu 71400 manat üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, 29 gün üçün (71400 manat x 5%/360 gün = 9,92 manat bir gün) 287,68 manat; xx.xx.2024-cü il tarixdə 1000 manat ödəniş etməklə həmin tarixə qalan borcu 70400 manat üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, 3 ay 19 gün üçün (70400 manat x 5%/12 ay = 293.33 manat bir ay (bir gün 9.78 manat)) 1065,81 manat olmaqla, gecikdirilmiş vaxt üçün faiz, cəmi 11.985,36 manat (8560,74 + 11,64 + 1549,86 + 509,63 + 287,68 + 1065,81) təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin Masallı rayon İcra və probasiya şöbəsinə göndərdiyi e-2-2(121)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə əldən çıxmış fayda barədə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli etirazın məzmunundan aydın olur ki, iddia tələbini qəbul etmir və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. MMC ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış, uzun müddət müqaviləyə uyğun olaraq onlardan mal götürüb pullarını vermişdir. MMC-yə borcu ilk öncə 102.490 manat olmuş, borcundan ödəyərək 84.900 manat qalmışdır. MMC müqaviləni pozaraq cavabdehi məhkəməyə vermiş və nəticədə Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdehdən 84.900 manat pulun alınıb iddiaçı təşkilata verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra MMC-yə 15.000 manata yaxın ödənişlər edilmişdir. Həmçinin mülkiyyətində olan torpaq sahələrinə icra məmuru Habil İsmayılov tərəfindən həbs qoyulmuş, qiymətləndirilərək hərraca çıxarılmışdır. İlkin qiymət olaraq 50.000 manata yaxın qiymət qoyulmuşdur. Torpaqların hərracda satılmasına etiraz edilməmişdir. Yəni bütün vasitələrdən istifadə edərək borcun tez bir zamanda bağlanmasına çalışılmışdır. Cavabdeh MMC-yə olan borcu əmlaklar qarşılığında ödəmək istəyir. Borclu olaraq əmlakın satış qiyməti ilə razı olmuş və əmlakların iddiaçı təşkilatın mülkiyyətinə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Heç bir əsas olmadan əmlakların hərracda satılması dayandırılmışdır. Bir neçə dəfə icra məmurundan bu barədə soruşduqda tez bir zamanda satışa çıxarılacağını bildirmişdir. Hörmətli məhkəmə qeyd olunanları nəzərdən keçirərək belə bir nəticəyə gəlmək olur ki, borcun tam şəkildə bağlanmasına cavabdeh tərəfindən heç bir süni maneələr yaradılmamışdır. Əmlakların icra məmuru tərəfindən hərracda satılaraq MMC-yə olan borcun bağlanmasına cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sadəcə olaraq icra məmuru və MMC əmlakların orta bazar qiymətinə satılmasına süni maneələr yaradırlar. Onlar istəyirlər ki, əmlakların qiymətini yarı faizindən də ucuz qiymətə satsınlar. MMC tərəfindən 6 səhifəlik iddia ərizəsi yazılmış, bir cümlə olsun belə əsaslandıra bilməmişlər ki, axı hansı səbəbə görə cavabdehdən 11.985,36 manat əldən çıxmış fayda istəyir. Əmlaklar hərracda satılsın, MMC-yə borc ödənilsin. 3 ilə yaxındır MMC-nin hüquqşünaslarının səriştəsizliyi nəticəsində cavabdeh borcu ödəyə bilmir. Hazırda maddi vəziyyəti olduqca aşağı səviyyədədir, ödəniş gücü yoxdur, MMC-yə olan borcu indi yox 2 il bundan əvvələ əmlakın satılaraq bağlanmasına razılıq vermişdir. Belə ki, iddia ərizəsi əsassızdır, qanunsuzdur və heç bir maddi hüquq normasına istinad edilmədiyindən rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh cəmi 85.725 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icranın dərhal təmin olunması üçün bildirişlə birlikdə borclu X2 göndərilmişdir. İcra sənədi üzrə borclu Cavabdeh icra sənədində göstərilən tələbi təmin etmədiyindən əmlak və gəlir vəziyyəti yoxlanılmış və borclunun adına daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli, ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli, ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli torpaq sahələri müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Cavabdeh məxsus Masallı rayonu Ərkivan kəndində yerləşən 0.7222 saylı ha torpaq sahəsi üzərinə Masallı Rayon Məhkəməsin 8(050)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuş və həmin torpaq sahələrinin qiymətləndirilməsindən ötrü "xxxx" MMC-yə göndərilmişdir. Qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin 0365/2023 nömrəli məktubuna əsasən həmin torpaq sahəsinin bazar qiyməti 21.600 manat müəyyən edilmişdir. Torpaq sahəsi qiymətləndirilikdən sonra satılmasından ötrü hərrac təşkilatı olan X1 Mərkəzinə göndərilmişdir. Qiymətləndirilmiş torpaq sahəsi tələbkar "xxxx" MMC-yə təklif olunsa da, "xxxx" MMC Şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda həmin əmlakları qəbul etməkdən imtina etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Masallı Rayon Məhkəməsinə təqdimat verilmiş məhkəmənin 8(050)-425/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Cavabdeh Saban oğlu tərəfindən müxtəlif vaxlarda cəmi 15.000 manat məbləğində pulun tələbkara ödənilməsi təmin edilmişdir. İcra sənədinin icrası istiqamətində icra hərəkətləri davam etdirilir. Masallı rayon İcra və Probasiya Şöbəsinin cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlamaq haqqında” qərar iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “X1 Mərkəzi” MMC-nin tərəflərə göndərdiyi xx.xx.2024cü il tarixli “açıq hərracın keçirilməsi barədə” bildirişin surətindən görünür ki, 14/02 LOT üzrə Masallı rayonu, Ərkivan kəndində yerləşən 0.7223 ha torpaq sahəsinin ilkin satış qiyməti 21.600 manat müəyyən edilməklə, xx.xx.2024-cü il tarixdə hərracın keçiriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icranın dərhal təmin olunması üçün bildirişlə birlikdə borclu (hazırki iş üzrə cavabdehə) göndərilmişdir. İcra məmuru tərəfindən cavabdehin əmlak və gəlir vəziyyəti yoxlanılmış və borclunun adına torpaq sahələri müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)- 481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borcluya məxsus Masallı rayonu Ərkivan kəndində yerləşən 0.7222 saylı ha torpaq sahəsi üzərinə Masallı Rayon Məhkəməsin 8(050)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuş və həmin torpaq sahələrinin qiymətləndirilməsindən ötrü "xxxx" MMC-yə göndərilmişdir. Qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin 0365/2023 nömrəli məktubuna əsasən həmin torpaq sahəsinin bazar qiyməti 21.600 manat müəyyən edilmişdir. Torpaq sahəsi qiymətləndirilikdən sonra satılmasından ötrü hərrac təşkilatına göndərilmişdir. Qiymətləndirilmiş torpaq sahəsi tələbkar (hazırki iş üzrə iddiaçıya) təklif olunsa da, iddiaçı xx.xx.2024-cü il tarixli məktubunda həmin əmlakları qəbul etməkdən imtina etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Masallı Rayon Məhkəməsinə təqdimat verilmiş məhkəmənin 8(050)-425/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Cavabdeh Saban oğlu tərəfindən müxtəlif vaxlarda cəmi 15.000 manat məbləğində pulun tələbkara ödənilməsi təmin edilmişdir. İcra sənədinin icrası istiqamətində icra hərəkətləri davam etdirilir. İddiaçı hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini cavabdeh əsassız olaraq qaytarmaqdan boyun qaçırdığında görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin məbləğindən əldən çıxmış fayda kimi faizlərin ödənilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etmədiyindən iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Digər tərəfdən, məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla onları könüllü yerinə yetirərək, mülkiyyətində olan torpaq sahə(lər)sini təhvil verilmişdir. Torpaq sahəsi qiymətləndirilikdən sonra satılmasından ötrü hərrac təşkilatına göndərilmişdir. Qiymətləndirilmiş torpaq sahəsi iddiaçıya təklif olunsa da, iddiaçı xx.xx.2024-cü il tarixli məktubunda həmin əmlakları qəbul etməkdən imtina etmişdir. Məhkəmə eyni zamanda iddianın 126 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar