Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-478/2021 04.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12) Borclu (Sabirabad rayonu, Cavad kəndi) qarşı 1.500 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.520 manat məbləğində pulun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, SR-2045 markalı, 561299 şassi nömrəli, Z28181 mühərrik nömrəli taxılyığan kombayna görə 1.500 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.520 manat məbləğində pulun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış 2020-ci il 28 aprel tarixli, 09/00120 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı, 561299 şassi nömrəli, Z28181 mühərrik nömrəli taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 09/00120 nömrəli müqaviləyə əsasən 4.500 manat öhdəlikdən 3.000 manat ödəniş edərək 1.500 manat borcu qalmışdır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Borclu (borcalan) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği 4.500 manat olan kənd təsərrüfatı texniksını tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan aktdan görünür ki, SR-2045 markalı, 561299 şassi nömrəli, Z28181 mühərrik nömrəli taxılyığan kombayn saz vəziyyətdə “xxxx” ASC tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Sabirabad rayonu, Cavad kənd sakini Borclu Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən, lizinqə götürdüyü müqavilə üzrə məbləği 4.500 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 3.000 manat ödəniş olunmuş, Borclu qalıq borcu 1.500 manat təşkil edir. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-173 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti Borclu yaranmış 1.500 manat məbləğində gecikdirilmiş borcun qısa zaman ərzində Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu SR-2045 markalı 561299 şassi nömrəli, Z28181 mühərrik nömrəli taxılyığan kombayna görə 1.500 manat borc və 20 manat dövlət rüsumu, cəmi 1.520 manat pul vəsaiti tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-478/2021
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-478/2021
04.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver