Məhkəmə qərarları › İş №e-2-2(121)-523/2021

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-523/2021

17.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-523/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, Kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinin (“xxxx” ASC-nin) borclu Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Borclu (VÖEN: **********) qarşı 2.360 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC-yə) ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 2.360 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 05/00023155 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-82.1 markalı traktoru, xx xxx 2019-cu il tarixli, 05/00023815 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CAN-S.P markalı çöp doğrayanı, xx xxxxx 2019-cu il tarixli, 05/00023466 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Azer Cansa markalı kultivatoru və xx xxxxx 2019-cu il tarixli, 05/00023519 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Can-R.Ö.M-2,7 markalı mala rotasionu 2019-cu il biçin mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 05/00023155 nömrəli müqaviləyə əsasən 645 manat öhdəlikdən 515 manat ödəniş edərək 130 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 05/00023815 nömrəli müqaviləyə əsasən 555 manat öhdəlikdən 500 manat ödəniş edərək 55 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 05/00023466 nömrəli müqaviləyə əsasən 1.176 manat öhdəlikdən 100 manat ödəniş edərək 1.076 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 05/00023519 nömrəli müqaviləyə əsasən 1.299 manat öhdəlikdən 200 manat ödəniş edərək 1.099 manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda 2.360 manat borcu vardır. Lakin, borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Kreditor Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 05/00023155 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının müvəqqəti lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 34.200 manat, istifadə haqqı 645 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd Belarus-82.1 markalı, ******* şassi nömrəli, 952032 mühərrik nömrəli traktorun mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən xx xxxxxx 2019-cu il tarixli, F00023155 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Belarus-82.1 markalı, buraxılış ili 2016-ci il, ******* şassi nömrəli, 952032 mühərrik nömrəli traktor “xxxx” ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 05/00023155 saylı müqavilə əsasında müəyyən edilmiş 645 manat ödəniş məbləğindən 515 manatı ödənilmiş, qalıq borc isə 130 manat təşkil edir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 05/00023466 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 13.500 manat, ödəniş məbləği 1.176 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd AzerCansa markalı, 1179 mühərrik və şassi nömrəli, kultivatoru 4 cərgəli gübrəsəpəni mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən xx xxxxx 2019-cu il tarixli, F00023466 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, AzerCansa markalı, buraxılış ili 2017-ci il olan kultivator “xxxx” ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxx 2019-cu il tarixli, 05/00023466 saylı müqavilə əsasında müəyyən edilmiş 1.176 manat ödəniş məbləğindən 100 manatı ödənilmiş, qalıq borc isə 1.076 manat təşkil edir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 05/00023519 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 11.000 manat, ödəniş məbləği 1.299 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd Can-R.Ö.M- 2.7 markalı, 572 mühərrik və şassi nömrəli, mala rotasionu (üfiqi bıçaqlı) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən xx xxxxx 2019-cu il tarixli, F00023519 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Can-R.Ö.M-2.7 markalı markalı, buraxılış ili 2017-ci il olan mala rotasion (üfiqi bıçaqlı) “xxxx” ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxx 2019-cu il tarixli, 05/00023519 saylı müqavilə əsasında müəyyən edilmiş 1.299 manat ödəniş məbləğindən 200 manatı ödənilmiş, qalıq borc isə 1.099 manat təşkil edir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, 05/00023815 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 8.500 manat, ödəniş məbləği 555 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd CAN-S.P markalı, 0911 mühərrik və şassi nömrəli çöp doğrayanı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən xx xxx 2019-cu il tarixli, F00023815 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, CAN-S.P markalı, buraxılış ili 2017-ci il çöp doğrayan “xxxx” ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən xx xxxxxx 2019-cu il tarixli, 9810 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, CAN-S.P markalı, buraxılış ili 2017-ci il, 0911 zavod nömrəli kombayn taxılyığan Borclu tərəfindən “Ağcabədi RN-nin rəhbəri X1 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxx 2019-cu il tarixli, 05/00023815 saylı müqavilə əsasında müəyyən edilmiş 555 manat ödəniş məbləğindən 500 manatı ödənilmiş, qalıq borc isə 55 manat təşkil edir. İş materiallarında olan Kreditor ASC (“xxxx” ASC) tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-352 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor ASC (“xxxx” ASC) Borclu pretenziya məktubu ünvanlayaraq yaranmış 2.360 manat məbləğində borcun qısa zaman ərzində Kreditor ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Kreditor ASC tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci, 276.2.2-ci, 280-282-ci və 284-cü maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Borclu (VÖEN: **********) 2.360 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 2.380 manat pul vəsaiti tutularaq kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar