Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-539/2021 19.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (“xxxx” ASC-nin) Borclu qarşı 3.500 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) xx.xx.2021-ci il tarixdə elektron ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 02 sentyabr tarixli, 09/00025167 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.400 manat məbləğdə ödənilməmiş borcun, 2019-cu il 02 sentyabr tarixli, 09/00025168 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2.100 manat məbləğdə ödənilməmiş borcun, ümumilikdə 3.500 manat pul vəsaitinin və 20 manat dövlət rüsumunun, cəmi 3.520 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə (“xxxx” ASC-yə) ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, “xxxx” ASC ilə Borclu arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025167 saylı və xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025168 saylı müqavilələrə əsasən, borclu tərəfindən kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. Lakin ərizədə ərizəçi (kreditor) Kreditor Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) öz tələbinin əsaslandığı hallara dair sənədlərin (xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025167 saylı və xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025168 saylı müqavilələr) elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunduğu qeyd olunsa da, həmin sənədlər, yəni elektron qaydada əlavə edildiyi görünən müqavilə adlı sənəd (fayl) texniki baxımdan qüsurlu şəkildə “Elektron məhkəmə” informasiya sisteminə yükləndiyindən (yerləşdirildiyindən) həmin sənədlərə (müqavilələrə) baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, tələbin aşkar surətdə tam mübahisəsiz olması Kreditor Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) tərəfindən təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın görünmür. Məhkəmə araşdırılmasının aparılmasına zərurət olduğundan ərizəyə əmr icraatı qaydasında baxılması yolverilməz sayılmaqla ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2 və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. İşin qeyd olunan hallarını və mübahisənin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Açıq Səhmdar Cəmiyyətinin (“xxxx” ASC-nin) Borclu qarşı 3.500 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-539/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-539/2021
19.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver