Məhkəmə qərarları › İş №e-2-2(121)-554/2020

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-554/2020

17.03.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-554/2020 17.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinin (Lənkəran şəhəri, Hacı Nəsir küçəsi 13) Borclu (Astara rayonu, Məçitməhəllə kəndi) qarşı açıq məkanda reklam yerləşdirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 127,57 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, cəmi 147,57 manat pul vəsaitinin Borclu tutularaq Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 127,57 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, cəmi 147,57 manat pul vəsaitinin Borclu tutularaq Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan açıq məkanda reklam yerləşdirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, M********** saylı müqavilədən və müqaviləyə əlavənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsi (icazə verən qurum) ilə Borclu (reklam yayıcısı) arasında bağlanılmış müqaviləyə əsasən, reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş xx.xx.2019-cu il tarixli, İ**********001 nömrəli icazə əsasında bu müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirməyi, icazə verən qurum isə bununla bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirməsi barədə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hesab-fakturanın surətindən görünür ki, Borclu Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə ümumi 127,57manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsi tərəfindən Borclu ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, Rİ-5/01-03/529 saylı məktubunun surətində qeyd olunur ki, açıq məkanda yayımlanan reklamlara dair X5 İdarəsi ilə Borclu arasında bağlanılmış M190800252 №-li açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixində bitmişdir. Həmin müqaviləyə dair 127,57 (bir yüz iyirmi yeddi manat əlli yeddi qəpik) manat vəsait üzərində kreditor borc kimi qalmışdır. Göstərilən məbləğdə borcunun ödənilməsi barədə edilən çoxsaylı şifahi və yazılı xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Rəsmi xəbərdarlıq edilərək, qeyd edilən müqavilə üzrə olan borcunun 127,57 (bir yüz iyirmi yeddi manat əlli yeddi qəpik) manat xx xxxxxx 2019-cu il tarixinə kimi ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tədbir görülməsi və məhkəməyə iddia ilə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsi tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Respublikası Dövlət X1 Reklam İdarəsinə “Nur Elektro” mağazası ilə bağlı borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci, 276.2.2-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu 127,57 (bir yüz iyirmi yeddi manat əlli yeddi qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 147,57 (bir yüz qırx yeddi manat əlli yeddi qəpik) manat pul vəsaiti tutularaq kreditor Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar