Məhkəmə qərarları › İş №e-2-2(121)-562/2021

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-562/2021

19.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-562/2021 19.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, Kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinin (“xxxx” ASC-nin) borclu Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan Borclu (VÖEN: **********) qarşı 2.088 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC-yə) ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 2.088 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış 2019-cu il 03 oktyabr tarixli, 09/00025622 nömrəli, 2019-cu il 03 oktyabr tarixli, 09/00025623 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1 ədəd CAN-PA.R-4T markalı qoşqunu və 2019-cu il 09 sentyabr tarixli, 09/00025227 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-80x markalı traktoru 2019-cu il taxıl biçini mövsümü ərzində Borclu istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 09/00025622 nömrəli müqaviləyə əsasən 879 manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 879 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 09/00025623 nömrəli müqaviləyə əsasən 879 manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 879 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 09/00025227 nömrəli müqaviləyə əsasən 1.020 manat öhdəlikdən 690 manat ödəniş edilmiş, 330 manat borcu qalmışdır. Borclunun cəmiyyətə hal-hazırda 2.088 manat borcu vardır. Lakin, borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Kreditor Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025227 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ödəniş məbləği 1.020 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd Belarus-80x markalı, ******* şassi nömrəli, 979472 mühərrik nömrəli pambıqçılıq üçün traktoru mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın operativ lizinqə verilərkən tərtib edilən xx xxxxxxxx 2019-cu il tarixli, F00025227 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Belarus-80x markalı, buraxılış ili 2017-ci il, ******* şassi nömrəli, 979472 mühərrik nömrəli pambıqçılıq üçün traktor “xxxx” ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin rəhbəri X2 tərəfindən Borclu oğluna təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın operativ lizinqə götürəndən geri alınarkən tərtib edilən xx xxxxxx 2019-cu il tarixli, 10879 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Belarus-80x markalı, buraxılış ili 2017-ci il, ******* şassi nömrəli, 979472 mühərrik nömrəli traktor Borclu tərəfindən “xxxx” ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin rəhbəri X1 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli, 09/00025227 saylı müqavilə əsasında müəyyən edilmiş 1.020 manat ödəniş məbləğindən 690 manatı ödənilmiş, qalıq borc isə 330 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 09/00025622 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ödəniş məbləği 879 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd CAN-PA.R-4T markalı, 2085 şassi və mühərrik nömrəli, 2 oxlu traktor üçün qoşqunu mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın operativ lizinqə verilərkən tərtib edilən xx xxxxxxx 2019-cu il tarixli, F00025622 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, CAN-PA.R-4T markalı, buraxılış ili 2017-ci il, 2085 şassi nömrəli 2 oxlu traktor üçün qoşqu “xxxx” ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin rəhbəri X2 tərəfindən Borclu oğluna təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 09/00025622 saylı müqavilə əsasında müəyyən edilmiş 879 manat ödəniş məbləğindən ödəniş edilməmiş, qalıq borc 879 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 09/00025623 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ödəniş məbləği 879 manat olan, biçin mövsümü müddətində (3 ay), 1 ədəd CAN-PA.R-4T markalı, 1674 şassi və mühərrik nömrəli, 2 oxlu traktor üçün qoşqunu mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən xx xxxxxxx 2019-cu il tarixli, F00025623 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, CAN-PA.R-4T markalı, buraxılış ili 2017-ci il, 1674 şassi nömrəli 2 oxlu traktor üçün qoşqu “xxxx” ASC-nin Sabirabad RN-nin Neftçala rayon bölməsinin rəhbəri X2 tərəfindən Borclu oğluna təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Borclu tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 09/00025623 saylı müqavilə əsasında müəyyən edilmiş 879 manat ödəniş məbləğindən ödəniş edilməmiş, qalıq borc 879 manat təşkil edir. İş materiallarında olan Kreditor ASC (“xxxx” ASC) tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-277 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor ASC (“xxxx” ASC) Borclu pretenziya məktubu ünvanlayaraq yaranmış 330 manat məbləğində borcun qısa zaman ərzində Kreditor ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Kreditor ASC (“xxxx” ASC) tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-389 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor ASC (“xxxx” ASC) Borclu pretenziya məktubu ünvanlayaraq yaranmış 1.758 manat məbləğində borcun qısa zaman ərzində Kreditor ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Kreditor ASC tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci, 276.2.2-ci, 280-282-ci və 284-cü maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan Borclu (VÖEN: **********) 2.088 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 2.108 manat pul vəsaiti tutularaq kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar