Məhkəmə qərarları › İş №e-2-2(121)-563/2021

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-563/2021

19.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-563/2021 19.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12) Borclu (Saatlı rayonu, Azadkənd kəndi) qarşı 1.813 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.833 manat məbləğində pulun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu il 21 avqust tarixli 09/00025059 nömrəli və 2019-cu il 21 avqust tarixli 09/00025061 nömrəli operativ lizinq müqavilələrinə əsasən əsasən 1.813 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.813 manat məbləğində ödənilməmiş borcun, cəmi 1.833 manat məbləğin Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış 2019-cu il 21 avqust tarixli 09/00025059 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktoru və 2019-cu il 21 avqust tarixli 09/00025061 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotanı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 09/00025059 nömrəli müqaviləyə əsasən 1.571 manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 1.571 manat borcu qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 09/00025061 nömrəli müqaviləyə əsasən 242 manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 242 manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda 1.813 manat borcu vardır. Borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilələrin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (İstifadəyə verən) ilə Borclu (İstifadəçi) arasında müqavilələr bağlanmış və xx.xx.2019-cu il tarixli, 09/00025061 saylı müqaviləyə əsasən lizinq verən ümumi məbləği 1.571 manat və xx.xx.2019-cu il tarixli, 09/00025061 saylı müqaviləyə əsasən lizinq verən ümumi məbləği 242 manat olan kənd təsərrüfatı texnikalarını tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin etməyi, lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4-cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan aktlardandan görünür ki, 1 ədəd Belarus-1221 markalı traktor və 1 ədəd AK-5-35 markalı kotan “xxxx” ASC tərəfindən Borclu təhvil verilmiş və bu barədə tərəflər arasında aktlar tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, Saatlı rayonu, Azadkənd kənd sakini Borclu Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələrə əsasən, lizinqə götürdüyü xx.xx.2019-cu il tarixli, 09/00025059 nömrəli müqavilə üzrə məbləği 1.571 manat olan kənd təsərrüfatı texnikasına görə 1.571 manat və xx.xx.2019-cu il tarixli, 09/00025061 nömrəli müqavilə üzrə məbləği 242 manat olan kənd təsərrüfatı texnikasına görə isə 242 manat borcu qalmışdır İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-284 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti Borclu müqavilələr üzrə yaranmış borcun qısa zaman ərzində Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu 2019-cu il 21 avqust tarixli 09/00025059 nömrəli və 2019-cu il 21 avqust tarixli 09/00025061 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1.813 manat ödənilməmiş borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.833 manat pul vəsaiti tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar