Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-619/2020 17.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 12) Borclu (İmişli şəhəri, S.Babayeva küçəsi, ev 12) qarşı 9.609,12 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 9.609,12 manat borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanılmış xx xxx 2017-ci il tarixli, 114-LD/17 saylı lizinq müqaviləsinə əsasən, borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun həmin müqavilə üzrə 9.609,12 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxx 2017-ci il tarixli, 114-LD/17 saylı müqavilənin (güzəşt) surətindən görünür ki, Tələbkar Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Borclu (borcalan) arasında müqavilə (güzəşt) bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana 50 faiz güzəştdən sonra məbləği 75.524,68 manat olan və spesifikasiyada göstərilən damazlıq heyvanların müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Tələbkar ASC-nin xx.xx.2017-ci il tarixli, 2118/ü saylı əmrindən görünür ki, Tələbkar ASC ilə Borclu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 114-LD/17 saylı lizinq müqaviləsinə əsasən, cins damazlıq heyvanlara güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilməsi barədə əmr verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli lizinqə verilmiş cins damazlıq heyvanların inventarizasiyasından görünür ki, xx xxx 2017-ci il tarixli, 114-LD/17 saylı müqaviləyə əsasən Tələbkar ASC tərəfindən Borclu verilmiş cins damazlıq heyvanların yerində inventarizasiyası aparılmışdır. Aparılmış inventarizasiya nəticəsində məlum olmuşdur ki, İmişli rayonu, Muradxanlı kəndində yerləşən fermada Borclu verilmiş simmental cinsli 31 damazlıq heyvanın 22-si faktiki mövcuddur, 2-si tələf olmuşdur, müqavilə üzrə 7-si çatışmır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Borclu ilə Tələbkar ASC arasında bağlanmış müqaviləyə əsasən lizinqə götürdüyü güzəştli dəyəri 75.524,68 manat olan damazlıq heyvanlar üçün bu məbləğdə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə Borclu 25.615,56 manat ödəniş etmişdir. Borclu xx xxx 2017-ci il tarixli, 114-LD/17 saylı müqavilə üzrə Tələbkar ASC-yə 9.609,12 manat borcu vardır. İş materiallarında olan Tələbkar ASC tərəfindən Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli, ASC/P-741 saylı pretenziya məktubunun surətindən görünür ki, Tələbkar Açıq Səhmdar Cəmiyyəti Borclu pretenziya məktubu ünvanlayaraq yaranmış 9.609,12 manat məbləğində gecikdirilmiş borcu qısa zaman ərzində Tələbkar ASC-yə ödəməklə məlumat verməsi tövsiyə etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Tələbkar ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Tələbkar ASC tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Tələbkar Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu 9.609.12 manat borc və 20 manat dövlət rüsumu, cəmi 9.629,12 manat pul vəsaiti tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-619/2020
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-619/2020
17.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver