Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-670/2021 16.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12) Borclu (Kürdəmir rayonu, Qaramahmudlu kəndi) qarşı 910 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 930 manat məbləğində pulun Borclu oğlundan tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2019-cu il tarixli, 07/00024431 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 410 manat və xx xxxx 2019-cu il tarixli, 07/00024432 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 500 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 930 manat məbləğində pulun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu oğlu arasında bağlanmış 2019-cu il 04 iyun tarixli, 07/00024431 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-80x markalı traktor və 2019-cu il 04 iyun tarixli, 07/00024432 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1ədəd 2ÖTQ-6 markalı qoşqu müvafiq olaraq 2019-cu il taxıl biçini mövsümləri ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 07/00024431 nömrəli müqaviləyə əsasən, 918 manat öhdəlikdən 508 manat ödəniş edilərək, 410 manat borc qalmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 07/00024432 nömrəli müqaviləyə əsasən, 600 manat öhdəlikdən 100 manat ödəniş edilərək, 500 manat borc qalmışdır. Borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 07/00024431 saylı və xx.xx.2019-cu il tarixli, 07/00024432 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilələrin surətlərindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (İstifadəyə verən) ilə Borclu oğlu (İstifadəçi) arasında müqavilələr bağlanmış və xx.xx.2019-cu il tarixli, 07/00024431 saylı müqaviləyə əsasən lizinq verən istifadə haqqı 918 manat və xx.xx.2019-cu il tarixli, 07/00024432 saylı müqaviləyə əsasən lizinq verən istifadə haqqı 600 manat olan kənd təsərrüfatı texnikalarını tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin etməyi, lizinq alan istifadə haqqını bu müqavilənin 1.1-ci bəndindəki şərtə və müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, traktor və qoşqu “xxxx” ASC tərəfindən Borclu oğluna təhvil verilmiş və bu barədə tərəflər arasında aktlar tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, Kürdəmir rayonu Qaramahmudlu kənd sakini Borclu Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələrə əsasən, lizinqə götürdüyü xx.xx.2019-cu il tarixli, 07/00024431 nömrəli müqavilə üzrə məbləği 918 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 508 manat ödəniş olunmuş, qalıq borcu 410 manat təşkil edir və xx.xx.2019-cu il tarixli, 07/00024432 nömrəli müqavilə üzrə məbləği 600 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 100 manat ödəniş olunmuş, qalıq borcu 500 manat təşkil edir. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-165 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti Borclu oğlundan müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu oğlu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu oğlundan xx xxxx 2019-cu il tarixli, 07/00024431 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 410 manat, xx xxxx 2019-ci il tarixli 07/00024432 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 500 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 930 manat pul vəsaiti tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-670/2021
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-670/2021
16.04.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver