Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-677/2021 16.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12) Borclu (Sabirabad rayonu, Kürkənd kəndi) qarşı 3.970 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 3.990 manat məbləğində pulun Borclu oğlundan tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2019-cu il tarixli, 09/0025169 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1.400 manat, 02 sentyabr 2019-cu il tarixli, 09/0025170 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 2.100 manat, 01 sentyabr 2020-ci il tarixli, 09/00521 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 20 manat və 01 sentyabr 2020-ci il tarixli, 09/00522 nömrəli operativ lizinq müqaviləsinə əsasən 450 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 3.990 manat məbləğində pulun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, 09/0025169 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı, 02 sentyabr 2019-cu il tarixli, 09/0025170 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1ədəd LQ-400 markalı qarğıdalı xeyderini, 01 sentyabr 2020-ci il tarixli, 09/00521 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı və 01 sentyabr 2020-ci il tarixli, 09/00522 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1 ədəd LQ-400 markalı qarğıdalı xeyderini müvafiq olaraq 2019-cu il və 2020-ci il taxıl biçini mövsümləri ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 09/0025169 nömrəli müqaviləyə əsasən, 1400 manat öhdəlikdən və 09/0025170 nömrəli müqaviləyə əsasən, 2.100 manat öhdəlikdən heç bir məbləğ ödəniş edilməmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 09/00521 nömrəli müqaviləyə əsasən, 1.400 manat öhdəlikdən 1.380 manat məbləğ ödəniş edilərək, 20 manat borc qalmış, həmçinin 09/00522 nömrəli müqaviləyə əsasən, 1500 manat öhdəlikdən 1.050 manat məbləğ ödəniş edilərək, 450 manat borc qalmışdır. Borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02.09.2019-cu il tarixli 09/0025169 saylı, 02.09.2019cu il tarixli, 09/0025170 saylı, 01.09.2020 ci il tarixli, 09/00521 saylı və 01.09.2020 ci il tarixli, 09/00522 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilələrin surətlərindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (İstifadəyə verən) ilə Borclu (İstifadəçi) arasında müqavilələr bağlanmış və 02.09.2019-cu il tarixli 09/0025169 saylı müqaviləyə əsasən, istifadə haqqı 1.400 manat, 02.09.2019-cu il tarixli, 09/0025170 saylı müqaviləyə əsasən, istifadə haqqı 2.100 manat, 01.09.2020 ci il tarixli, 09/00521 saylı müqaviləyə əsasən, istifadə haqqı 1.400 manat və 01.09.2020 ci il tarixli 09/00522 saylı müqaviləyə əsasən, istifadə haqqı 1.500 manat olan kənd təsərrüfatı texnikalarını tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin etməyi, lizinq alan istifadə haqqını bu müqavilənin 1.1-ci bəndindəki şərtə və müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan aktlardan görünür ki, taxılyığan kombaynlar və qarğıdalı xeyderləri “xxxx” ASC tərəfindən Borclu oğluna təhvil verilmiş və bu barədə tərəflər arasında aktlar tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin 01.04.2021-ci il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, Borclu Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələrə əsasən, lizinqə götürdüyü 02.09.2019-cu il tarixli 09/0025169 nömrəli müqavilə üzrə məbləği 1.400 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə heç bir məbləğ ödəniş olunmamış, qalıq borcu 1.400 manat təşkil edir və 02.09.2019-cu il tarixli 09/0025170 nömrəli müqavilə üzrə məbləği 2.100 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə heç bir məbləğ ödəniş olunmamış, qalıq borcu 2100 manat təşkil edir, 01.09.2020-ci il tarixli 09/00521 nömrəli müqavilə üzrə məbləği 1.400 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 1.380 manat məbləğ ödəniş olunmuş, qalıq borcu 20 manat təşkil edir, 01.09.2020-ci il tarixli 09/00522 nömrəli müqavilə üzrə məbləği 1.500 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 1.050 manat məbləğ ödəniş olunmuş, qalıq borcu 450 manat təşkil edir. İş materiallarında olan Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu oğluna ünvanlanmış 28.01.2021-ci il tarixli, 23/P-198 saylı, 09.02.2021-ci il tarixli, 23/P-306 saylı və 03.03.2021-ci il tarxli, 23/P-388 saylı pretenziya məktublarının surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti Borclu oğlundan müqavilələr üzrə yaranmış borcun qısa zaman ərzində Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu oğlu tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu 02 sentyabr 2019-cu il tarixli, 09/0025169 nömrəli, kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 1.400 manat, 02 sentyabr 2019-cu il tarixli, 09/0025170 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 2.100 manat, 01 sentyabr 2020-ci il tarixli, 09/00521 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 20 manat, 01 sentyabr 2020-ci il tarixli 09/00522 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən 450 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 3.990 manat pul vəsaiti tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-677/2021
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-677/2021
16.04.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver