Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-684/2020 29.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı 4.806 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 4.806 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor ASC-yə ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş ərizədə Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 581-GL/19saylımüqaviləyə istinad edilərək, 4.806 manat əsas borcun tutulması xahiş edilir. Lakin ərizəyə yuxarıda göstərilən müqavilə deyil, xx.xx.2018-ci il tarixli, 1289-L/18 saylı müqavilə əlavə olunmuşdur. Belə olan halda isə borcun hansı müqavilə əsasında yarandığını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən ərizəyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 1289-L/18 saylı müqavilədən və ödəniş qrafikindən görünür ki, müqavilə üzrə son ödəniş tarixi xx.xx.2028ci il nəzərdə tutulmuşdur. Başqa sözlə müqavilə hazırda qüvvədədir. Lakin tələb olunan 4.806 manat əsas borcun hansı dövrü əhatə etdiyi müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, Kreditor ASC tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından, Kreditor ASC ilə Borclu arasında bağlanmış lizinq müqaviləsinin müddəti başa çatmadığından və tərəflər arasında öhdəlik münasibətləri davam etdiyindən məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2 və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı 4.806 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-684/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-684/2020
29.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver