Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-685/2020 29.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu Nəsrulla oğluna qarşı 10.185 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10.185 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu Nəsrulla oğlundan tutularaq Kreditor ASC-yə ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki,Kreditor ASC ilə Borclu Nəsrulla oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1066-GL/15saylı və xx.xx.2016cı il tarixli, 2977-GL/16 saylı müqavilələrə əsasən, borclu tərəfindən kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. Lakin ərizəyə Kreditor ASC ilə Borclu Nəsrulla oğlu arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, D-1066-GL/15 saylı və xx xxxxxx 2018-ci il tarixli, 2977-GL/16 saylı müqavilələr əlavə olunmuşdur. Göründüyü kimi ərizədə qeyd olunan müqavilələrlə, ərizəyə əlavə olunan müqavilələr tamamilə fərqli müqavilələrdir. Bundan başqa ərizədə 10.185 manat pulun Borclu Nəsrulla oğlundan tutulması xahiş edilsə də, ərizəyə əlavə olunmuş maliyyə arayışında Borclu Nəsrulla oğlunun Kreditor ASC-yə 9.185 manat məbləğində borcu olduğu qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, tələbin aşkar surətdə tam mübahisəsiz olması Kreditor ASC tərəfindən tədim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın görünmür. Məhkəmə araşdırılmasının aparılmasına zərurət olduğundan ərizəyə əmr icraatı qaydasında baxılması yolverilməz sayılmaqla ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2 və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. İşin qeyd olunan hallarını və mübahisənin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu Nəsrulla oğluna qarşı 10.185 manat əsas borcun və 20 manat dövlət rüsumunun Borclu Nəsrulla oğlundan tutularaq Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-685/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-685/2020
29.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver