Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-715/2020 07.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin (Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 12) borclu “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Sabirabad rayonu, Kürkəndi kəndi) qarşı 23.983 manat borcun və 20 manat dövlət rüsumunun borclu “BVB X1” MMC-dən tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 23.983 manat borcun və 20 manat dövlət rüsumunun borclu “BVB X1” MMC-dən tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə “BVB X1” MMC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinə əsasən, borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun həmin müqavilə üzrə 23.983 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinin surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə “BVB X1” MMC (borcalan) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği 194.400 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 38.880 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kreditor ASC-nin xx.xx.2015-ci il tarixli, 5299/ü saylı əmrindən görünür ki, Kreditor ASC ilə “BVB X1” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinə əsasən, hər birinin qiyməti 8.100 manat, ümumilikdə qiyməti isə 194.400 manat olan 24 ədəd bağçılıqda istifadə olunan arabacığın lizinqə verilməsi barədə əmr verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə “BVB X1” MMC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinə əsasən vahidinin dəyəri 8.100 manat, ümumi dəyəri 194.400 manat olan 24 ədəd bağçılıqda istifadə olunan AG-CV-01 markalı arabacıq Kreditor ASC tərəfindən “BVB X1” MMC-yə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Kreditor ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx xxxxxx 2015-ci il tarixli, 326 saylı aktdan görünür ki, Kreditor ASC-nin xx xxxxxx 2015-ci il tarixli, 5299/ü saylı əmrinə əsasən Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə “BVB X1” MMC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı lizinq müqaviləsinə əsasən vahidinin dəyəri 8.100 manat, ümumi dəyəri 194.400 manat olan 24 ədəd bağçılıqda istifadə olunan AG-CV-01 markalı arabacıq Kreditor ASC tərəfindən “BVB X1” MMC-yə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, “BVB X1” MMC ilə Kreditor ASC arasında bağlanmış müqaviləyə əsasən lizinqə götürdüyü dəyəri 194.400 manat olan texnikalar üçün bu məbləğdə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə “BVB X1” MMC 131.537 manat ödəniş etmişdir. “BVB X1” MMC-nin xx xxxxxx 2015-ci il tarixli, 2043-L/15 saylı müqavilə üzrə Kreditor ASC-yə 23.983 manat borcu vardır. İş materiallarında olan Kreditor ASC tərəfindən BVB X1” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, ASC/P-628 saylı pretenziya məktubunun surətindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti borclu “BVB X1” MMC-yə pretenziya məktubu ünvanlayaraq yaranmış 23.983 manat məbləğində gecikdirilmiş borcu qısa zaman ərzində Kreditor ASC-yə ödəməklə məlumat verməsi tövsiyə etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Kreditor ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Kreditor ASC tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, borclu “BVB X1” MMC tərəfindən Kreditor Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclu “BVB X1” MMC-dən 23.983 manat borc və 20 manat dövlət rüsumu, cəmi 24.003 manat pul vəsaiti tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-715/2020
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-715/2020
07.05.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver