Məhkəmə qərarları › İş №e-2-2(121)-740/2020

Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-740/2020

04.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-740/2020 04.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ ünvan 1 ünvanında yerləşən kreditor Azərbaycan Respublikası Dövlət x1 x2 borclu Cəlilabad şəhəri, H.Məmmədov küçəsi, ev 37 ünvanında qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Borclu qarşı pul məbləğinin ödənilməsi tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət x1 x4 əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11 mart 2019-cu il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 290,46 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Azərbaycan Respublikası Dövlət x1 x4 ilə bağladığı icazə müqaviləsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazə(lər) əsasında reklam yayımını həyata keçirmiş və nəticədə 290,46 manat məbləğində borcu yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki,kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, məhkəmə hesab edirki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, bağlanmış müqaviləyə əsasən borclu açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazə(lər) əsasında reklam yayımını həyata keçirmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq ödəniş(lər) həyata keçirilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Borcluisə müqavilə əsasında reklam yayımını həyata keçirməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq ödəniş(lər) həyata keçirilməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumu da borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, borclunun kreditor qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, kreditor məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği borcludan alınmaqla yanaşı, borcludan ziyanın ödənilməsi ilə əlaqədar kreditorun dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq kreditora ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu borcluya aid edilməli və buna görə də kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276 və 280-284cü maddələrini rəhbər tutaraq, əmr etdi: 05.10.1965-ci il təvəllüdlü, Cəlilabad şəhəri, H.Məmmədov küçəsi, ev 37 ünvanında qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Borclu 290,46 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu, cəmi 310,46 məbləğində pul vəsaiti alınaraq ünvan 1 ünvanında yerləşən kreditor Azərbaycan Respublikası Dövlət x1 x3 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar