Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-836/2021 29.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4cü mərtəbədə yerləşən Kreditor ASC-nin borclu Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Borclu oğlundan pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05/00024337 saylı, xx.xx.2019-ci il tarixli və 05/00230 saylı xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 1600 manat məbləğdə ödənilməmiş borcun və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1620 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor ASC (“xxxx” ASC) ilə Borclu arasında bağlanmış 05/00024337 saylı, xx.xx.2019-ci il tarixli və 05/00230 saylı xx.xx.2020-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı 2019 və 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor ASC ilə borclu arasında bağlanmış 05/00024337 nömrəli müqaviləyə əsasən 1500 manat öhdəlikdən heç bir məbləğ ödəməmiş 1500 manat borcu qalmışdır. Kreditor ASC ilə borclu arasında bağlanmış 05/00230 nömrəli müqaviləyə əsasən 1000 manat öhdəlikdən 900 manat ödəniş edərək 100 manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda hər iki müqavilə üzrə 1600 manat borcu vardır. Lakin borclu borcunu vaxtında qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Kreditor Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, kreditor lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumu da borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, borclunun kreditor qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, kreditor məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi nəticəsində dövlət rüsumunu ödəməklə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği borcludan alınmaqla yanaşı, borcludan ziyanın ödənilməsi ilə əlaqədar kreditorun dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq kreditora ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu borcluya aid edilməli və buna görə də kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276 və 280-284cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1960-ci il təvəllüdlü, Ağcabədi rayonu, Hindarx qəsəbəsi ünvanında qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Borclu 05/00024337 saylı, xx.xx.2019-ci il tarixli və 05/00230 saylı, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 1600 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu, cəmi 1620 manat məbləğində pul vəsaiti alınaraq Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-836/2021
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-836/2021
29.04.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver