Məhkəmə qərarları › İş №e-2-2(121)-893/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-893/2020

06.08.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-893/2020 06.08.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu, Kreditor Azərbaycan Respublikası Dövlət X1 X2 məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X1 X3 əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 184,05 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizə geri qaytarılmalıdır. Belə ki, kreditor mövcud ərizəsi üzrə nə özünün (kreditorun) ünvanını, nə də borclunun (iş yeri və) ünvanını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 278.2.2-ci maddəsinə əsasən, ərzədə kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer göstərilməlidir. Həmin Məcəllənin 278.2.3-cü maddəsinə əsasən ərizədə borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer göstərilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kreditor ərizə özünün ünvanını, borclu olan şəxsin iş yerini və ünvanını göstərmədiyindən, kreditor mövcud ərizəsini Azərbaycan Respublikası MPM-nin 278-ci maddəsi ilə müəyyən edilmiş tələblərə və formaya riayət etməklə məhkəməyə verməmişdir. Buna görə də ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci bəndinə əsasən, məhkəmə əmrləri icra sənədi sayılır. Həmin Qanunun 7.1.4-cü bəndinə əsasən, icra sənədində tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə əmrləri icra sənədi sayıldığından, icra sənədində isə kreditorun ünvanı, borclunun iş yeri və ünvanı göstərilməli olduğundan, kreditor isə göstərilən məlumatları ərizəsində göstərmədiyindən, göstərilən halların isə sadələşdirilmiş qaydada baxılaraq müəyyən edilməsi mümkün olmadığından, icra sənədinin icrası gələcəkdə mümkün olmayacağından, kreditor mövcud ərizəsini Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş tələblərə və formaya riayət etməklə məhkəməyə verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə əmrinin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, məhkəmə əmrinin verilməsinə dair ərizə, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə də düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. “Ərazi aidiyyatı”nı müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4-cü fəslinin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə edilən borclunun şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, borclu Xızı şəhərində qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazisində rəsmi qeydiyyatda olması müəyyən edilmədiyindən, kreditor mövcud ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. Kreditor mövcud ərizəsini borclunun rəsmi qeydə alındığı yerin yurisdiksiyasına aid olan kommersiya məhkəməsinə verməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, ərizədən 20 manat məbləğində dövlət rüsumunun kreditor tərəfindən deyil, X4 tərəfindən ödənilməsi görünür. Belə ki, kreditor qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olsa da, qanunla müəyyən edilmiş qaydada ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kreditor mövcud ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olsa da, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: Kreditor Azərbaycan Respublikası Dövlət X1 X2 - xx.xx.2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 184,05 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclu tutularaq ona ödənilməsi barədə əmr icraatı qaydasında ərizəsi geri qaytarılsın. Kreditora izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar