Məhkəmə qərarları › İş №e-2-2(123)-263/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-263/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-263/2025 28.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" MMC 12 iyun 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (VÖEN: **********) Fiziki X3 (VÖEN: **********) arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair "26" Sentyabr 2022-ci il tarixli müqavilə üzrə 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) (ƏDV daxil) pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödəniləcək 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun, cəmi 2029,40 (iki min iyirmi doqquz manat, qırx qəpik) AZN məbləğin Fiziki X3 (VÖEN: **********) dan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" MMC 24 iyun 2008-ci il tarixdə vergi ödəyicisi kimi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alındığını, MMC-nin qanuni təmsilçisi olaraq xx.xx.2023cü il tarixdə X2 təyin edildiyini, bu barədə müvafiq şəhadətnamə və dövlət reyestrindən çıxarış təqdim edildiyini, "xxxx" MMC ilə Fiziki X3 (VÖEN: **********) arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair dair "26" Sentyabr 2022-ci il tarixli 22/39 nömrəli müqavilə bağlandığını, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunduğunu, Müqavilə şərtlərinə görə 1 ədəd 100kq, ARKEL markalı mətbəx liftinin texniki xidməti avadanlıqlarına ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstərildiyini, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilmədiyini, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmadığını, Müqavilə xx.xx.2022-xx.xx.2023 -cü il tarixini əhatə etməklə, müqavilənin Digər Şərtlərinin 14.5-ci maddəsi nəzərə alınmaqla 26 Sentyabr 2024-cü ilə qədər uzadıldığını, tərəflərin arasında bağlanmış xx.xx.2022 - xx.xx.2023 -cü il tarixləri arasındakı müqavilənin 5.1-ci bəndinə əsasən 1 ədəd lift avadanlığına görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 80 (səksən) manat, ƏDV daxil olmaqla isə 94,4 (doxsan dörd manat, qırx qəpik) manat təşkil etdiyini, Müqavilənin 5-ci maddəsində göstərilmişdir ki, xidmətlərin yerinə yetirilməsi tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət aktları (bundan sonra təhvil-təslim aktı) əsasında müəyyən edildiyiniŞ, bu akt hər iki tərəfdən təsdiq edildikdən sonra ödəniş üçün hesab-faktura Şirkət tərəfindən tərtib olunaraq Lift sahibinə təqdim olunduğunu, Lift Sahibi hesab-faktura kəsildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində hesab-faktura üzrə ödənişi həyata keçirdiyini, belə ki, "xxxx" MMC ilə Fiziki X3 (VÖEN: **********) arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair bağlanmış “26" Sentyabr 2022-ci il tarixli müqavilə əsasında göstərilmiş xidmətlər üzrə Fiziki X3 (VÖEN: **********) "xxxx" MMC-уə xx.xx.2025-ci il tarixinə ümumi 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) (ƏDV daxil), 1680 AZN (min altı yüz səksən manat)(ƏDV xaric) borc öhdəliyi qaldığını, qeyd olunanlarla əlaqədar, iddiaçı tərəfindən 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) (ƏDV daxil) 30 may 2025-ci il tarixədək "xxxx"” MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verildiyini, buna baxmayaraq cavabdeh tərəfindənbu istiqamətdə hər hansı tədbir görülmədiyini bildirərək ərizəsini əsaslandırmış,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1425.1 ,442, 445.1, 448.1, 448.2, 462.1, 465.2, 119.1, 284-1 və 284.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə, iddiaçı "xxxx" MMC-nin X5 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2022-ci il tarixli 22/39 №-li qoruyucu və yaxşılaşdırıcı xidmət müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən "xxxx" MMC ilə Müştəri qismində X8 arasında bağlanmışdır. xx.xx.2022-ci tarixli 22/39 №-li qoruyucu və yaxşılaşdırıcı xidmət Müqaviləsinin: 1-ci bəndinə əsasən işin yeri: Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 63A ünvanıdır. 2-ci bəndinə əsasən işin təsviri: müqavilənin 1-ci bəndində göstərilən iş yerində 1 ədəd 100kq, ARKEL markalı mətbəx liftinin texniki xidməti işlərinin bu Müqavilə çərçivəsində yerinə yetirilməsidir. 3-cü bəndinə əsasən xidmət müntəzəmliyi: Ayda bir dəfə texniki xidmət 4-cü bəndinə əsasən Müqavilənin Müddəti xx/xx/2022- xx/xx/2023 tarixləri arasında cəmi 12 aydır. 5.1-ci bəndinə əsasən xx/xx/2022 xx/xx/2023 tarixləri arasında: Müqavilənin 2-ci bəndində göstərilən 1 ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 80.00 manat, ƏDV daxil olmaqla isə 94.40 manat təşkil edir. 5.2-ci bəndinə əsasən Xidmətlərin yerinə yetirilməsi Tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət aktları (bundan sonra "Təhvil - Taslim Aktı") əsasında müəyyən olunur. Bu akt hər iki tərəfdən təsdiq edildikdən sonra ödəniş üçün hesab-faktura Şirkət tərəfindən tərtib olunaraq 5 (beş) iş günü ərzində Lift Sahibinə təqdim olunur. Lift Sahibi hesab-faktura kəsildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində hesab faktura üzrə ödənişi həyata keçirir. Son ödəmə tarixinə qədər ödənişin aparılmaması halında hər gecikdirilmiş gün üçün Lift Sahibinə 0,1% (sıfır bir faiz) peniya tətbiq ediləcəkdir. 5.3-cü bəndinə əsasən Peniya məbləği tətbiq olunduğu halda, həmin məbləğ Lift Sahibinə təqdim olunacaq növbəti hesab-fakturada əlavə olunacaqdır. 5.4-cü bəndinə əsasən Son ödəniş tarixindən 30 gün keçməsinə baxmayaraq son hesabfakturanın ödənilməməsi ya da ki, Lift Sahibinin iflasa uğraması halında Şirkət bu Müqavilədən irəli gələn vəzifələrini və texniki xidmət işlərini dayandırmaq və ya bu Müqaviləyə tək tərəfli xitam vermək hüququna malikdir. Bu halda, Şirkət meydana gələ biləcək hər hansı bir təhlükə, zədə və ziyana görə məsuliyyət daşımır. İş materiallarına əlavə olunmuş 39/RKL/2024 nömrəli lift texniki xidmət üzrə təhvil-təslim aktlarından görünür ki, "Lift Sahibi" F/Ş X8 və "Şirkət" adlanacaq "xxxx" MMC-nin Lift Texniki Xidmət şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun X1 "Şirkət”in xx.xx.2022-ci il tarixli 39 saylı Əmrinə əsasən Bakı şəhəri, Yasamal ray., Z.Xəlilov 63A ünvanında quraşdırılmış 1 ədəd 100 kq, ARKEL markalı mətbəx liftinə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul Lift Texniki Xidmət X10 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə imzalanmış Müqaviləyə əsasən 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, noyabr, ayları ərzində liftə xx.xx.2024 tarixdə, xx.xx.2024 tarixdə, xx.xx.2024 tarixdə, xx.xx.2024 tarixdə, xx.xx.2024 tarixdə, xx.xx.2024 tarixdə baxış keçirilmiş və xidmətlər göstərilmişdir. İş materiallarına əlavə olunmuş 39/RKL/2022 nömrəli lift texniki xidmət üzrə təhvil-təslim aktlarından görünür ki, "Lift Sahibi" F/Ş X8 və "Şirkət" adlanacaq "xxxx" MMC-nin Lift Texniki Xidmət şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun X1 "Şirkət”in xx.xx.2022-ci il tarixli 39 saylı Əmrinə əsasən Bakı şəhəri, Yasamal ray., Z.Xəlilov 63A ünvanında quraşdırılmış 1 ədəd 100 kq, ARKEL markalı mətbəx liftinə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul Lift Texniki Xidmət X10 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə imzalanmış Müqaviləyə əsasən 2022-ci ilin oktyabr, noyabr, dekabrayları ərzində liftə xx.xx.2022 tarixdə, xx.xx.2022 tarixdə, xx.xx.2022 tarixdə baxış keçirilmiş və xidmətlər göstərilmişdir. İş materiallarına əlavə olunmuş 39/RKL/2023 nömrəli lift texniki xidmət üzrə təhvil-təslim aktlarından görünür ki, "Lift Sahibi" F/Ş X8 və "Şirkət" adlanacaq "xxxx" MMC-nin Lift Texniki Xidmət şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun X1 "Şirkət”in xx.xx.2022-ci il tarixli 39 saylı Əmrinə əsasən Bakı şəhəri, Yasamal ray., Z.Xəlilov 63A ünvanında quraşdırılmış 1 ədəd 100 kq, ARKEL markalı mətbəx liftinə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul Lift Texniki Xidmət X10 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə imzalanmış Müqaviləyə əsasən 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində liftə xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə, xx.xx.2023 tarixdə baxış keçirilmiş və xidmətlər göstərilmişdir. İş materiallarına əlavə olunmuş malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBDY seriyalı, 028679 nömrəli, xx.xx.2024 tarixli, MT2405 seriyalı, 11467348 nömrəli, xx.xx.2024 tarixli, MT2411 seriyalı, 12789320 nömrəli, xx.xx.2024 tarixli, EBCO seriyalı, 079768 nömrəli, xx.xx.2023 tarixli, EBDA seriyalı, 809525 nömrəli, xx.xx.2023 tarixli, EBDC seriyalı, 696676 nömrəli, xx.xx.2023 tarixli, EBDE seriyalı, 537033 nömrəli, xx.xx.2023 tarixli, EBDG seriyalı, 822104 nömrəli, xx.xx.2023 tarixli, EBDJ seriyalı, 097199 nömrəli, xx.xx.2023 tarixli, EBDL seriyalı, 422519 nömrəli, xx.xx.2023 tarixli, EBDN seriyalı, 370400 nömrəli, xx.xx.2023 tarixli, EBDP seriyalı, 587767 nömrəli, xx.xx.2023 tarixli, EBDR seriyalı, 851883 nömrəli, xx.xx.2023 tarixli, EBDU seriyalı, 145464 nömrəli, xx.xx.2023 tarixli, EBDV seriyalı, 713333 nömrəli, xx.xx.2023 tarixli, EBCİ seriyalı, 309188 nömrəli, xx.xx.2022 tarixli, EBCK seriyalı, 230088 nömrəli, xx.xx.2022 tarixli, EBCL seriyalı, 957924 nömrəli, xx.xx.2022 tarixli elektron qaimə fakturalarından görünür ki, X5 "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 22/39 nömrəli müqavilə üzrə texniki xidmətlər göstərilmiş hər bir ay üçün yekun məbləğ olaraq 94.40 manat olmuşdur. İş materiallarına əlavə olunmuş malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBEC seriyalı, 580167 nömrəli, xx.xx.2024 tarixlielektron qaimə fakturalarından görünür ki, X5 "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 22/39 nömrəli müqavilə üzrə texniki xidmətlər göstərilmiş yekun məbləğ olaraq 283.20 manat olmuşdur. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında uzun müddətli qoruyucu və yaxşılaşdırıcı xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən xidmətin göstərilməsi ilə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X5 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş ünvanlanaraq "xxxx" MMC ilə X8 arasında xx.xx.2022-ci il tarixində 22/39 saylı qoruyucu və yaxşılaşdırıcı xidmət müqavilə bağlandığı və həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona xidmətlər göstərildiyini, lakin qeyd olunan qoruyucu və yaxşılaşdırıcı xidmət müqaviləsinin tələblərinin cavabdeh tərəfindən pozulduğu, qoruyucu və yaxşılaşdırıcı xidmət ödənişlərinin qrafikə uyğun həyata keçirilmədiyi, bununla da xidmət öhdəliklərinin lazımınca icra edilmədiyi, bunun nəticəsində onların xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-ə 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) AZN məbləğində əsas borc qaldığı, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, ondan tələb olunan 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) AZN məbləğində borcun ödənilməsi bildirilmişdir. Beləliklə, məhkəmə borcluların öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən iddiaçının öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-263/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik), həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği: 982.40x1%=9.82+30=39.82 (otuz doqquz manat səksən iki qəpik) manatdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdеh X5 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi qismən təmin edilərək, 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna münasibətdə 39.82 (otuz doqquz manat səksən iki qəpik) manat cavabdeh X4 tutularaq iddiaçı "xxxx" MMC-nin хеyrinə ödənilməli, artıq ödənilmiş 6,78 manat dövlət rüsumu isə iddiaçıya qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X4 1982,40 AZN (min doqquz yüz səksən iki manat, qırx qəpik) manat və iş üzrə ödənilmiş 39.82 (otuz doqquz manat səksən iki qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Artıq ödənilmiş 6,78 (altı manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar