Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-299/2025 11.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC 11 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən ümumilikdə 431.847,48 manat (dörd yüz otuz bir min səkkiz yüz qırx yeddi manat qırx səkkiz qəpik) dəyərində (365.972 manat və 65.875,48 manat ƏDV) və 721,85 (yeddi yüz iyirmi bir manat səksən beş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. 11 avqust 2025-ci il tarixdə, saat 09:05-də keçirilən məhkəmə hazırlıq iclasında, İddiaçı MMC və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə İddiaçı MMC-nin və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin məhkəmə hazırlıq iclasına onun iştirakı olmadan baxılmasını tələb edən hər hansısa sənədi iş materiallarına əlavə etməmişdir. Bundan əlavə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti də nümayəndəsinin iştirakını təmin etmədiyindən İddiaçı MMC-nin nümayəndəsinin iştrakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə olan münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə İddiaçı MMC-nin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi barədə ərizəsini baxılmamış saxlamağı zəruri hesab edir. Həmçinin iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsindən sonra qeyd olaraq elektron məhkəmə informasiya sistemində iddia ərizəsinə qoşma şəklində sənədlərin yüklənməsi zamanı maksimum həcm (10 mb-dan artıq olmama) məhdudiyyəti ilə əlaqədar sübutlar siyahısında yer alan sənədləri iddia ərizəsi ilə eyni vaxtda yükləmək mümkün olmadığından həmin sənədləri ərizə icraata qəbul olunduğu an yükləyəcəyimizi nəzərə almağınızı Sizdən xahiş edirik deyə bildirsədə, icraata qəbuldan 31 gün keçməsinə baxmayaraq etinasızlıq göstərərək əlavə edəcəyi sənədləri əlavə etməməklə yanaşı məhkəmə iclasındada iştirak etməmişlər.Bu səbəbdəndə Məhkəmə iddiaçının iddiasına etinasız yanaşmasını görərək həmçinin Məhkəmənin vaxtını və Dövlətin ayırdığı maddi vəsaitləri boşa sərf edilməsini düşünməkdədir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin: - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, 723,00 (yeddi yüz iyirmi üç manat, 00 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi barədə ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən ödənilmiş 723,00 (yeddi yüz iyirmi üç manat, 00 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, 723,00 (yeddi yüz iyirmi üç manat, 00 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-299/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-299/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver