Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-341/2024 01.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X1 xeyrinə 10034,51 manat vəsaitin, 1337,9 manat cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin və 125 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-341/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X3 və Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 24 iyul 2024-cü il tarixdə iddiaçı X3 tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə iddiaçı X1 Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı 10034,51 manat əsas borcun, 1337,90 manat əldən çıxmış faydanın və 125 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə yekun məhkəmə aktı çıxarılmasına dair iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraicət edildiyi, e-2- 2(123)-341/2024 saylı işin icraatda olduğu, məhkəmə hazırlıq iclasının xx.xx.2024-cü il, saat 09:05-ə təyin edildiyi, cavabdeh tərəfindən borcun tam həcmdə ödənildiyi, Müılki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizənin geri qaytarıldığı, həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmənin qərardad çıxardığı, göstərilənləri nəzərə alınmasının iddianın baxılmamış saxlanılaraq iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Belə ki, iddiaçı ərizəsində borcun cavabdeh tərəfindən tam həcmdə ödənildiyini qeyd edərək müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etdiyindən məhkəmə bu halı nəzərə alıb qanunverciliyə uyğun olaraq iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, 21 may 2024-cü il tarixli iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “125 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi” barədə tələb 24 iyul 2024-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə ərizədə öz əksini tapmadığından, o cümlədən, ərizədə sadəcə olaraq cavabdeh tərəfindən borc tam həcmdə ödənildiyindən işə xitam verilməli olduğu bildirildiyindən, məhkəmə iddiaçı tərəfindən ödənilmiş xərclərin cavabdehdən alınıb iddiaçıya qaytarılması məsələsinə toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı X1 Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-341/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-341/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver