Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2-2(123)-36/2021 30.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, kreditor İddiaçı MMC-nin Naxçıvan MR, Ordubad rayonu, Yuxarı Əylis kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan borclu Cavabdeh qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair elektron qaydada göndərilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə xx xxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1987 (bir min doqquz yüz səksən yeddi manat) manat məbləğində əsas borcun, eyni zamanda müqavilə tələbləri üzrə hesablanmış 894,60 (səkkiz yüz doxsan dörd manat, altmış qəpik) manat məbləğində dəbbənin, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2912 (iki min doqquz yüz on iki manat) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Kreditor İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx xxxx 2019-cu il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlandığını, həmin müqaviləyə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə 1987 (bir min doqquz yüz səksən yeddi) manat borcunun olduğunu etiraf etdiyini və həmin məbləği ayda 198.7 (yüz doxsan səkkiz manat yeddi qəpik) manat olmaqla, hissə-hissə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürdüyünü, borclu Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğin ödənilmədiyini, borc məbləğinin ödənilməmiş vəziyyətdə qaldığını, sözügedən müqavilənin 2.4-cü maddəsinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclunun borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürdüyünü, təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı, borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun bugünədək kreditora olan borcunu ödəmədiyini, borclu Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx xxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə MMC-nin məhkəməyə müraciət etmək hüququnun yarandığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyini, işə əlavə edilmiş MAPS arayışından Cavabdeh Naxçıvan MR, Ordubad rayonu, Yuxarı Əylis kəndində qeydiyyatda olduğunun göründüyünü, kreditor İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə borclu Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubunun göndərildiyini bildirərək ərizəsini əsaslandırmış və Cavabdeh 1987 (bir min doqquz yüz səksən yeddi manat) manat məbləğində əsas borcun, eyni zamanda müqavilə tələbləri üzrə hesablanmış 894,60 (səkkiz yüz doxsan dörd manat, altmış qəpik) manat məbləğində dəbbənin, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2912 (iki min doqquz yüz on iki manat) manat məbləğində vəsaitin tutularaq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmiş və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 425.1-ci, 445.2.1-ci, 448.1-ci və 882.2-ci maddələrinə istinad etmişdir. Kreditor İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə olunmuş borclu Cavabdeh ilə kreditor İddiaçı MMC arasında imzalanmış xx xxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, borclu kreditora 1987 (bir min doqquz yüz səksən yeddi) manat borcunun yarandığını tam etiraf edir və borclu 10 (on) aya 1987 (bir min doqquz yüz səksən yeddi) manat borcun yarandığı, həmin məbləği xx.xx.2019-cu il tarixindən, hər ay 198.7 (bir yüz doxsan səkkiz manat, 70 qəpik) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və yazılı formada bağlanmış əqdə, yəni xx xxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” yə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, hesab olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iş üzrə kreditor tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu borcludan alınaraq kreditorun xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 (iyirmi) manat miqdarında dövlət rüsumu tutulmalıdır. Lakin kreditor İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli, ********* saylı qəbzlə 30 (otuz) manat məbləğində, yəni artıq məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 2.1.1-ci maddəsinə əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, iş üzrə kreditor tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı borcludan tutularaq kreditorun xeyrinə ödənilməli, kreditor tərəfindən artıq ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 98 saylı qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının tələblərinə uyğun olaraq kreditora qaytarılmalıdır. Qeyd edilənlərə əsasən belə qənaətə gəlirəm ki, borclu Cavabdeh 1987 (bir min doqquz yüz səksən yeddi manat) manat məbləğində əsas borc, eyni zamanda müqavilə tələbləri üzrə hesablanmış 894,60 (səkkiz yüz doxsan dörd manat, altmış qəpik) manat məbləğində dəbbə pulu, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2902 (iki min doqquz yüz iki manat) manat məbləğində vəsait tutularaq kreditor İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq əmr edirəm: Borclu Cavabdeh 1987 (bir min doqquz yüz səksən yeddi manat) manat məbləğində əsas borc, eyni zamanda müqavilə tələbləri üzrə hesablanmış 894,60 (səkkiz yüz doxsan dörd manat, altmış qəpik) manat məbləğində dəbbə pulu, həmçinin məhkəməyə müraciət edilməsi üçün xx.xx.2021-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2902 (iki min doqquz yüz iki manat) manat məbləğində vəsait tutularaq ünvan 1 ünvanında olan kreditor İddiaçı MMCnin hesabına ödənilsin. Kreditor İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 10 (on) manat məbləğində olan hissəsi İddiaçı MMC-yə geri qaytarılsın. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-36/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(123)-36/2021
30.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver