Məhkəmə qərarları › İş №e-2-2(123)-384/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-384/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-384/2024 23.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X3 Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 04 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı vəsatətini və e-2-2(123)-384/2024 saylı iş materiallarını nəzərdən keçirərək məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6 və iddiaçının nümayəndəsi Nümayəndə2 05 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında və düzgün icra edilməməsi (elektron qaimələrin təqdim edilməməsi) və inzibati xətalar məcəlləsinin 227-ci maddəsinə əsasən vurulan zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nə qaiməsiz vurulan 27449.03 manat və qaiməli vurulan 25924.04 manat dəyərindəki ziyanın müəssisənin bank hesabına ödənilməsi və qaiməsinin vurulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2-2(123)- 384/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Naxçıvan Sağlamlıq Mərkəzi X6ndən göstərdiyi xidmətlərin dəyəri olan 18500 (on səkkiz min beş yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 146 ( bir yüz qırx altı) manat pulun, ümumillikdə 18646 (on səkkiz min altı yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, e- 2-2(123)-275/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixdə iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq, işlərin birləşdirilərək bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından qeyd olunan işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadı ilə vəsatət təmin olunaraq, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X3 Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-384/2024 saylı işin, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X2rşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının digər nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə hazırki iş üzrə qeyd olunan vəsatəti nəzərdən keçirib, eyni zamanda MPM-in yuxarıda qeyd olunan müddəaları əsasında e-2-2(123)-275/2024 saylı iş üzrə çıxarılmış 09 iyul 2024-cü il tarixli qərardadın mövcudluğunu nəzərə alaraq belə hesab edir ki, eyni məsələ üzrə məhkəmənin artıq çıxarılmış qərardadı mövcud olduğundan, e-2-2(123)-384/2024 saylı iş həmin qərardadla e-2-2(123)-275/2024 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2-2(123)-384/2024 saylı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Məhkəmənin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadı nəzərə alınaraq e-2-2(123)-384/2024 saylı iş həmin qərardadla e-2-2(123)-275/2024 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2-2(123)-384/2024 saylı iş üzrə icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar