Məhkəmə qərarları › İş №e-2-2(123)-386/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-386/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-386/2024 05.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 10 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarının icrası üçün muxtar respublikaya şəkər tozunun gətirilməsi məqsədilə "xxxx" MMC ilə Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Anonim Şirkəti arasında “Rafinad olunmuş şəkər tozunun alışı və çatdırılması” üzrə imzalanmış 27 dekabr 2016-cı il tarixli, TR 001/2016 nömrəli müqaviləyə əsasən idxal olunan şəkər tozunun muxtar respublika ərazisində topdansatışının həyata keçirilməsi məqsədilə "xxxx" MMC ilə Cavabdeh MMC arasında 08 dekabr 2017-ci il tarixli, 04 saylı xidmət müqaviləsi üzrə 31 iyul 2017-ci il tarixli, 01 saylı aktla 4300.15 ton, 30 oktyabr 2017-ci il tarixli, 02 saylı aktla 5200.65 ton və 26 yanvar 2018-ci il tarixli aktla 2049.2 ton olmaqla, ümumilikdə 11550 ton şəkər tozunun dəyəri olan 9.671.938,4 manat vəsaitin, müqavilə üzrə öhdəliklərin gecikdirildiyi üçün Naxçıvan Məhsulları MMC-nin 07 noyabr 2016-cı il tarixli, 07118/01/SKF saylı kredit müqaviləsi üzrə yaranmış 313.100,0 manat cərimə borcu olmaqla ümumilikdə 9.985.038,4 manat vəsaitin Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan Naxçıvan Məhsulları PHŞ-nin xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi və cavabdeh təşkilatın nümayəndəsi məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adından ləğvetmə komissiyasının sədri Vaqif Rzayev 02 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində e-2-2(123)-386/2024 saylı mülki işin Sizin tərəfinizdən baxılması üçün icraata qəbul edildiyini, tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğu üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının məqsədəuyğun hesab edildiyini, odur ki, yuxarıda göstərilənlərə əsasən, iştirakları olmadan işə baxılması və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən işin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə ünvanlanmış ərizənin nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının zəruri olduğu qənaətindədir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar