Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-427/2024 25.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil 22 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 579095 saylı elektron qaiməyə əsasən 230.037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 (beş yüz iyirmi) manat dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınıb X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə (bundan sonra cavabdeh) aralarında Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi haqqında (1 saylı əlavəyə uyğun olaraq) xx.xx.2021-ci il tarixli müqavilə bağlanıldığını, müqavilənin 2.1 bəndində nəzərdə tutulan 1147972.98 (bir milyon yüz qırx yeddi min doqquz yüz yetmiş iki) manat həcmində görüləcək işlərə dair üzərinə götürdüyü öhdəliyi artıq həcmdə icra edəndən sonra xx.xx.2023-cü il tarixdə bu barədə aralarında müvafiq aktlar tərtib olunduğunu, müqavilənin 3.1.1, 3.1.2 bəndlərinə əsasən görülmüş işlərin dəyərinin 80% ödənilsədə, yerdə qalan 20%, yəni ƏDV ilə birlikdə cəmi 230037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixli 579095 saylı elektron qaiməyə əsasən bu günədək ödənilmədiyini, göstərilənlərlə əlaqədar olaraq cavabdehə pretenziya göndərib 10 gün ərzində müqavilə şərtlərinə əməl etməklə, xx.xx.2023-cü il tarixli, 579095 saylı elektron qaimədə göstərilən 230037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində borcun ödənilməsini təmin edilməsi, əks təqdirdə borcun və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olacağı barədə bildirdiyini, lakin cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli H/651 saylı cavab məktubu ilə tələb olunan məbləğin dövlət büdcəsinə ödənilməsinin mümkün olmadığının bildirildiyini, buna görə hüquqularının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu, iddianın predmetinin– 230037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaiti olduğunu, iddianın qiymətinin–230037.16 (iki yüz otuz min otuz yeddi) manat təşkil etdiyini, xx.xx.2023-cü il tarixli, 579095 saylı elektron qaiməyə əsasən 230037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 manat dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınıb ona verilməsinə dair iddia tələbinin əsası kimi istinad etdiyi faktlar və halların aşağıdakı sübutlarla (xx.xx.2021-ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavə, xx.xx.2023-cü il tarixli aktlar, xx.xx.2023-cü il tarixli,579095 saylı elektron qaimə, pretenziya məktubu, pretenziya məktubunun göndərilməsi barədə poçt qəbzi və çatdırılması barədə elektron çıxarış, pretenziya məktubuna cavabdehin xx.xx.2024-cü il tarixli H/651 saylı cavab məktubu) təsdiq edildiyini, beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq xx.xx.2023cü il tarixli, 579095 saylı elektron qaiməyə əsasən 230037.16 (iki yüz otuz min otuz yeddi) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər əsaslar olduğunu hesab etdiyini qeyd edərək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 26.1, 35.1, 149 və 150-ci maddələrinə istinad etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 05 avqust 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alındığını və nizamnamə əsasında fəaliyyət göstərən sahibkar X4 arasında bağlanmış Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi haqqında 03 dekabr 2021-ci il tarixli müqavilə öhdəliklərinə əsasən dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməsi əsasında qarşılıqlı öhdəlikləri nəzərdə tutduğunu və qanunvericiliklə öhdəliklər yaratdığını, iddia ərizəsinə əsasən qalıq borcunun ödənilməməsinin səbəbinin cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi kimi göstərilsə də bunun əsl səbəbinin isə aşağıdaki kimi olduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə Komissiyanın yaradılması haqqında” 03 may 2023-cü il tarixli 40s nömrəli sərəncamına əsasən yaradılmış komissiya tərəfindən hazırlanmış 10 iyul 2023-cü il tarixli arayışda müəyyən edildiyini, arayışın 3.2-ci hissəsinə əsasən komissiya tərəfindən Naxçıvan şəhər, Heydər Əliyev prospektində abadlıq işlərinə baxış keçirilən zaman “Naxçıvan şəhər prospektində abadlıq işləri” adı altında obyektin təyinatı dəyişdirilərək 44 mənzilli yaşayış binası adlı “Özəl obyekt” inşa edildiyini və tələb olunan dövlət vəsaitin (iddia tələbi) həmin özəl obyektin inşasına sərf edildiyini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələrinin smeta bölməsi və ekspertizadan keçirilməsi haqqında müvafiq sənədlərin müəyyən edilmədiyini, qeyd olunanlar əsasında dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddia tələbinin yerinə yetirilməsinin mümkünsüz hesab edildiyini qeyd edərək iddiaçı X1 nümayəndəsi, vəkili Vəkil Seyid oğlu tərəfindən “230037,16 ((iki yüz otuz min otuz yeddi, manat on altı qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 520 (beş yüz iyirmi) manat dövlət rüsumunun Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınması tələbinə dair” iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı X5 və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı X1 və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı X5 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında müqavilənin bağlanıldığını, pulun ödənildiyini, o pulun müqabilində o malları sifariş verdiyini, Türkiyədən rəsmi sənədlə gələn mal olduğunu, sonra Memarlığın, Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin nümayəndəsi, yəni 3 nəfərlə o binanı gəzdiklərini, həmin dövrdə Heydər məscidinin də pulunun qaldığını, hamısını bir-bir ölçdüklərini, iki gün onların orada əziyyət çəkdiklərini, sonra da akt yazdıqlarını, onun da qol çəkdiyini, aktın surətini də ona verdiklərini, onun həmin idarəyə iki dənə qaimə-faktura yazdığını, Heydər məscidinin pulunu ödədiklərini, bu binanın pulunu saxladıqlarını, Nazirlər Kabinetinə getdiyini, “Bəli, sənin pulun ödənməlidir. Onlar qeyri-qanuni hərəkət edirlər. Nazirlər Kabinetinə məktub yazsınlar biz sizin pulunuzu ayıraq, Maliyyə Naziri də qol çəksin, sizin pulunuz ödənsin” dediklərini, gəlib bunların idarəsində mühasiblə görüşdüyünü, onun “Bu mümkün deyil” dediyini, onun da “Onun mənə aidiyyəti yoxdur. Mən sizin daxili işinizə qarışmıram özünüz bilərsiniz. Narazıçılığınız varsa deyərdiniz. Mən öhdəliyimi yerinə gətirmişəm. Xahiş edirəm mənim pulumu verin” dediyini, qanunu pozmadığını, müqavilədə nəzərdə tutulan Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərini gördüyünü, başqa iş görmədiyini bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında mübahisənin yaranma səbəbinin tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3.1 bəndində göstərilən ödəniş şərtlərinə əməl edilməməsi olduğunu, müqavilənin müddətinin bitmədiyini, çünki qarşı tərəfin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, bundan başqa cavabdehin müqavilənin 5.1.2 bəndində üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdeh tərəfindən müqavilənin 5.2-ci bəndində göstərilən öhdəliklərin yerinə yetirilmədiyini, bunun da aktla və elektron qaimə ilə təsdiq edildiyini, ən əsası da müqavilənin özünün qarşı tərəfdən mübahisələndirilmədiyini, qarşı tərəfin yaranmış borcu özünün də təsdiq etdiyini, bu barədə aktı da məhkəməyə təqdim etdiyini, borcun ödənilməmə səbəbini qarşı tərəf etirazında bildirdiyini, orda göstərilən səbəbin öhdəliyin icra edilməməsinə və iddianın rədd edilməsinə əsas ola bilməyəciyini hesab etdiklərini bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında öhdəliklərin yerinə yetirilməmə səbəbinin etiraz ərizələrində göstərdikləri kimi qarşı tərəfin müqavilənin şərtlərini doğru olmayan istiqamətdə istifadə etməsi və sui-istifadə hallarına yol verməsi olduğunu, yəni müqavilə əsasında vəsaitin dövlət müəssisəsi üçün deyil, özəl bir obyekt üçün istifadə edildiyini, sənədləşmələrdə də pozuntu hallarının aşkar olunduğunu, aidiyyəti dövlət orqanlarının nümayəndəsinin və Nazirlər Kabinetinin məhsul şəxsinin iştirakı ilə arayışın hazırlandığını, həmin arayışda qeyri-qanuni olduğuna görə vəsaitlərin həmin müəssisəyə ödənilməsinin qarşısının alınması haqqında qərara gəlindiyini, həmin əsasla da həmin vəsaitin ödənilməsinin mümkün olmadığını, bütün şərtlərin müqavilədə göstərilməyə biləcəyini, müqavilə şərtlərində sui-istifadə olunmamalı olduğunun mülki məcəllədə göstərildiyini, sui-istifadə halını əsas götürdüklərini, iddiaçı tərəfindən sui-istifadə halı gördüklərini, dövlət müəssisəsinə alınmış pulun sonradan özəl müəssisəyə istifadə olunursa sui-istifadə sayıldığını, pul vəsaitinin istifadə olunduğu obyektin dövlət obyekti deyil, özəl obyekt olduğunu, özəl obyektə o vəsait istifadə olunmuşdursa bu halın sui-istifadə hesab olunduğunu, özəl obyekt dedikdə başqasının şəxsi mülkiyyətində olan obyekti nəzərdə tutduğunu, həmin binanın əvvəl dövlət binası olduğunu, sonra o binanın özəlləşdiyini, özəllişdikdən sonra işlərin davam etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 25 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahında tərəflər arasında müqavilə öhdəliyi olsada, ayrılan vəsaitin düzgün olaraq xərclənmədiyini, dövlət vəsaiti, dövlət əmlakının yox, xüsusi mülkiyyətdə olan əmlaka xərcləndiyini, bu baxımdanda müqavilə öhdəlikləri olsada, qarşı tərəfin bundan sui-istifadə etdiyini əsas götürdüklərini, buna görədə iddianın doğru oladığını düşündüklərini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi haqqında 03 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi ilə X5 arasında podrat müqaviləsi bağlanmış, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi sifarişçi qismində, X5 isə podratçı qismində çıxış etmiş və sifarişçi ilə razılaşma əsasında podratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri 1147972,98 (bir milyon yüz qırx yeddi min doqquz yüz yetmiş iki manat, doxsan səkkiz qəpik) manat təşkil etmişdir. 03 dekabr 2021-ci il tarixli Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi “Smetası”ndan (1 saylı əlavə) görünür ki, görülən işlərin ümumi dəyəri 1147972,98 (bir milyon yüz qırx yeddi min doqquz yüz yetmiş iki manat, doxsan səkkiz qəpik) manatdır. 06 iyun 2023-cü il tarixli “Akt”dan görünür ki, tikinti obyektinə baxış keçirilən zaman müqavilədə qeyd olunan 1072.79 m2 alüminium pəncərə və 1019.15 m2 6mm şəffaf temperli şüşə iş həcmlərindən 969.7 m2 alüminium pəncərə və 921.2 m2 6mm şəffaf temperli şüşə quraşdırıldığı aydın olmuşdur. 06 iyun 2023-cü il tarixli “Akt”dan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 44 mənzilli yaşayış binasının alüminyum şüşəli fasad işlərinin görülməsi üçün 03 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil 1147972.98 manat dəyərində müqavilə bağlanmış, X3 bağlanmış müqavilə əsasında 573986 manat avans olmaqla cəmi 918377 manat vəsait ödənişi həyata keçirilmişdir. Obyektə baxış keçirilən zaman müqavilədə 1268.4 m2 alüminium pəncərə və 1204.98 m2 6 mm şəffaf temperli şüşə qeyd olunmağına baxmayaraq 1346.01 m2 alüminium pəncərə və 1278.7 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı müəyyən edilmişdir. 06 iyun 2023-cü il tarixli “Akt”dan görünür ki, Naxçıvan şəhəri, Heydər Məscidi binasının alüminyum şüşəli fasad işlərinin görülməsi üçün Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi ilə X5 arasında xx.xx.2021-ci il tarixli, ƏDV daxil 595.920,34 manat dəyərində müqavilə bağlanmış, müqavilə əsasında X3 avans olaraq 297960 manat və xx.xx.2022-ci il tarixində 178776 manat vəsait ödənilmiş, Obyektə baxış keçirilən zaman müqavilədə qeyd olunan 1072.79 m2 alüminium pəncərə və 1019.15 m2 6 mm şəffaf temperli şüşə iş həcmlərindən 969.7 m2 alüminium pəncərə və 921.2 m2 6 mm şəffaf temperli şüşə quraşdırıldığı aydın olmuşdur. 22 avqust 2023-cü il tarixli, 579095 saylı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, X5 tərəfindən Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə 230037.15 (iki yüz otuz min otuz yeddi manat, on beş qəpik) dəyərində işlər təqdim edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər aralarında podrat müqaviləsi bağlayaraq üzərlərinə öhdəlik götürmüşdür. Müqavilədən irəli gələn müvafiq addımlar ataraq podratçı yəni iddiaçı X5 üzərinə düşən öhdəliyi yerinə yetirmiş, sifarişçi yəni Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək sifarişçiyə gördüyü işlərə görə ödənilməli olan müqavilə ilə razılaşdırılmış məbləğin qalıq borcunu ödəməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə izahından tərəflər arasında müqavilədən irəli gələn münasibətin və həmin münasibətdən irəli gələn qalıq borcunun olduğu müəyyən olunur. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə izahında öhdəliklərin yerinə yetirilməməsi səbəbi kimi vəsaitin dövlət müəssisəsi üçün deyil, özəl bir obyekt üçün istifadə olunmasını qeyd etmişdir. Həmçinin etiraz ərizəsində də dövlət vəsaitinin özəl obyektin inşasına sərf edildiyini, dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddia tələbinin yerinə yetirilməsinin mümkünsüz hesab edildiyini bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfin qalıq borcunu ödənilməməsinin əsası kimi istinad etdiyi bu hal müqavilədən irəli gələn, onun üzərinə qoyulmuş öhdəliyini icra etməkdən, yəni qalıq borcunu ödəməkdən azad etmir. Həmçinin cavabdehin nümayəndəsinin göstərdiyi bu halı və digər etirazında və izahatında bildirdikləri barədə, onları təsdiq edəcək sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsaən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə qanunvericiliklə 520 (beş yüz iyirmi manat) dövlət rüsumu nəzərdə tutulduğundan iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən dövlət büdcəsinə 520 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın təmin edilməsi qənaətində olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən tutularaq iddiaçı X3 ödənilməsi qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsidən 230.037.16 (iki yüz otuz min otuz yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməli, iddia ərizəsi verilərkən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən alınıb iddiaçı X3 ödənilməsi qanunamüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsidən (VÖEN-**********) 230 037,16 (iki yüz otuz min otuz yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 (VÖEN: **********), (Fin-1ARMYCD) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən ********* saylı qəbzlə ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən alınıb iddiaçı X3 ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-427/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-427/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver