Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-59/2025 06.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" ASC 27 dekabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə olunan vəsaitə görə 3133.86 manat borcun tutulması, həmçinin ödənilmiş 49.98 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC-nin Xırdalan filialı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmış Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, BPM**********07 saylı Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə bağlanıldığını, müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetinin Bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarət olduğunu, müştərinin ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürdüyünü, müqavilənin 1.1.4-cü maddəsində texniki overdraftın müştəriyə Overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparıldığını, həmçinin 3.3.7-ci maddəsinə əsasən müştəri Texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın Tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 5 (beş) iş günü ərzində Banka ödəməyi öhdəsinə götürdüyünün qeyd edildiyini, Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabı (********************) vasitəsilə kart hesabı qalığından artıq məbləğdə əməliyyat apararaq kartında olmayan 3197.33 manat məbləğdən istifadə edərək texniki overdraft yaratdığını, xx.xx.2024cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştərinin xx.xx.2024-cü il tarixində hesabında 3.54 manat olmasına baxmayaraq 3200.87 manat məxaric edərək hesabından 3197.33 manatın artıq istifadə edildiyini, hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 199.36 manat ödəniş edildiyini, əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 135.89 manat borcunun hesablandığını, bankın Nərimanov filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün 3133.86 manat borcunun olduğunu, eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 49.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının ödənildiyini, tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-43694/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbirin görülmədiyini bildirərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, 439.4-cü, 445.7-ci, 1091.1-ci,1091.2-ci, 1092.1-ci, və 1094-cü maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci və 284-5-ci maddələrinə istinad etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2021-ci il tarixli, BPM**********07 saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən “Bank” qismində "xxxx" ASC, müvafiq surətdə vəkil edilmiş nümayəndəsi X1, digər tərəfdən “müştəri” qismində Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1.4-cü maddəsinə əsasən texniki overdraft dedikdə müştəriyə Overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması ifadə edilir. 2.1-ci maddəsinə əsasən müqavilənin predmeti Bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını banka ödəməyi öhdəsinə götürür. 3.3.7-ci maddəsinə əsasən Texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın Tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 5 (beş) iş günü ərzində Banka ödəmək müştərinin vəzifəsidir. 16 noyabr 2024-cü il tarixli, Əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh 16 noyabr 2024-cü il tarixədək "xxxx" ASC-yə əsassız varlanmaya səbəb olan hesabdan çıxarılmış məbləğ 3197,33 manat, əsassız varlanmaya səbəb olan hesabdan çıxarılmış məbləğə hesablanmış faiz (5%) 135.89 manat, əsassız varlanmaya səbəb olan hesabdan çıxarılmış vəsaitin bərpası üçün ödənilmiş 199,36 manat olmaqla əsassız varlanmaya səbəb olan cəmi borc məbləği 3133,86 manatdır. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 49.98 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, BPM**********07 saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilə bağlanmış, Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabı (********************) vasitəsilə kart hesabı qalığından artıq məbləğdə əməliyyat apararaq kartında olmayan 3197.33 manat məbləğdən istifadə edərək texniki overdraft yaratmış, hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 199.36 manat ödəniş etmiş, əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 135.89 manat borcu hesablanmışdır. Qeyd edilən hallar işdə olan 16 noyabr 2024-cü il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-43694/2024 saylı xəbərdarlıq məktubunda xx.xx.2021-ci il tarixli, BPM**********07 saylı “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən təqdim edilmiş plastik kart vasitəsilə sistemdə baş vermiş xəta səbəbli ona aid olmayan 3133.86 AZN vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etdiyini, qeyd olunan həcmdə banka maddi zərər vurduğunu, bankın məsul əməkdaşlarının borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmadığını, əsassız varlanmaya səbəb olmuş borcun 3 (üç) gün ərzində ödəməyi tələb etdiyini, əks halda bank tərəfindən yaranmış borcun hesablanmış faizlərin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-659/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəməyə daxil olmuş Naxçıvan Şəhər 3 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli, 01/03 saylı cavab məktubundan görünür ki, cavabdehin yaşadığı ünvana çatdırılmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3133.86 (üç min yüz otuz üç manat səksən altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 51,34 (əlli bir manat otuz dörd qəpik) manatdır. (30 + 2133,86-ın 1%-i = 30 + 21,34 =51,34) İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 49,98 AZN məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsinə görə 0,40 AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilməmiş 1,36 (bir manat otuz altı qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi qanuna müvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 3133,86 (üç min otuz üç manat 86 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 49,98 (qırx doqquz manat 98 qəpik) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdehdan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ödənilməmiş 1,36 (bir manat 36 qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6, 358.0.2, 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA 1999271, FİN: xxxxxxx, VÖEN: **********) 3133,86 (üç min otuz üç manat 86 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 49,98 (qırx doqquz manat 98 qəpik) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdehdan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilməmiş 1,36 (bir manat 36 qəpik) manat məbləğində dövlət rüsumu isə Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-59/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-59/2025
06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver