Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-88/2025 29.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətin müdafiəsi və vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 366130 AZN pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi və zəbt edilmiş torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq (mövcud tikililər sökülərək və s.) iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində 25 oktyabr 2005-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən ünvan 4 adı ilə ünvan 1 ünvanında yerləşən ünvan 2 və hasar "xxxx" MMC tərəfindən əldə edildiyini, cavabdeh “Cavabdeh MTK tərəfindən "xxxx" MMC-yə məxsus bina və hasarın yerləşdiyi ərazidə X9 adlı yeni tikili kompleksi inşa etmək məqsədi ilə həmin bina və hasarlar cəmiyyətin razılığı olmadan uçurdulduğunu və yerləşdiyi (cəmiyyətin istifadəsində olan) torpaq sahəsinin zəbt edildiyini, lakin bu müddət ərzində aralarında bir çox danışıqlar aparılsa da cavabdeh cəmiyyətə dəymiş maddi ziyanı ödəmək və zəbt etdiyi torpaq sahəsini boşaltmaq niyyətində olmadığını, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, bununla əlaqədar cavabdehə pretenziya məktubu da göndərildiyini və bu da öz müsbət həllini tapmadığını, "xxxx" MMC tərəfinbdən verilmiş 21 noyabr 2024-cü il tarixli rəyə əsasən "xxxx" MMC-yə məxsus bina və hasarın sökülməsi nəticəsində cəmiyyətə ümumilikdə 366130 manat ziyan dəydiyini, Tikililərin dəyəri: 160500 manat, Hasarın tikinti dəyəri: 205630 manat olduğunun bildirildiyini, Azərbaycan Respublikası MM-in 21, 157, 1096, 1097, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 31-ci maddələrinə istinad edilmişdir. 20 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh təşkilatın vəkili Vəkil izahatında iddia ərizəsində geniş informasiya verilməsə də həmin obyektin özəlləşdirmə ilə götürüldüyünü, özəlləşdirmədən götürüldükdən sonra Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməklə çıxarış alınmadığını, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu, həmin torpağın nəinki mülkiyyət hüququ digər hüquqlar qismində də yəni servitut və digər istifadə hüquqları qismində də hər hansı hüquqlarını qeydiyyatdan keçirmədiklərini, icarə müqavilələrinin əvvəllər olduğunu, 2018-ci ildən bağlanmadığını, iddiaçı ilə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin icarə müqaviləsi bağlamaqdan bir növü imtina etdiyini, 2018ci ildən sonra 6-7 il keçdiyini, icarə müqavilələrinin olmadığını, söküldüyünü iddia elədikləri 2021-ci il tarixdə də icraə müqavilələrinin olmadığını, həmin tarixdə də Cavabdeh MTK ora ilə əlaqəsi olmadığını, nəticə etibarı ilə orda olmadıqları halda obyekti necə sökə biləcəklərini, həmin torpaq ərazisinə hazırda onların dövlət reyestrndən çıxarışları olduğunu, servitutla hüquqlarının olduğunu, həmçinin iddiaçının iddia etdikləri ərazinin hamısının onların olduğu əraziyə düşmədiyini, bir qisminin hardasa 60 faizinin düşdüyünü, həmin ərazini götürəndə boş torpaq ərazisi olduğunu hər hansı bir tikili olmadığını, yaşayış binalarının tikilməsi məqsədi ilə dövlət tərəfindən yüklü edilərək onların istifadəsinə verildiyini, belə olan təqdirdə orada söküntü etmələri ilə bağlı iddia qaldırılmasının həqiqətən əsassız olduğunu, həmçinin torpaq ərazisinin iddiaçının mülkiyyətində ümumiyyətlə olmadığını, 2018-ci ildən bugünə torpağa istifadə hüquqları olmadığını, bu halda nə torpağın boşaldılması ilə bağlı iddianı onlara qarşı qaldıra biləcəklərini, nə də söküntü ilə bağlı onlara qarşı iddianı qaldıra bilmədiklərini, iddiaçı ilə telefon əlaqəsi yaratmağa da çalışıb iddia qaldırarlarsa cavabdehin onlar olmadığını dediklərini, maraqlandıqda iddiaçının həmin yerə heç qeydiyyatının olmadığını bildiklərini, Mülki Məcəlləyə əsasən məhv olmuş və ya sökülmüş əmlakın maraqlı şəxslərin müracəti əsasında Dövlət reyestrində ləğvinin həyata keçirildiyini, silinərək qeydiyyatdan çıxarıldığını, bunu etmək istədikdə qeydiyyatda olmadıqlarının məlum olduğunu, belə olan halda qeydiyyatda olmayan əmlakdan söhbət getdiyini, 2006-cı ilə qədər aparılmış qeydiyyatların Dövlət reyestrinin qeydiyyatına bərabər tutulduğunu bildiklərini, amma aparılmış qeydiyyatın mövcud olmalı olduğunu, mövcud olmayan qeydiyyatdan bugün danışıldığını, iddiaçının 2021-ci ildə söküldüyünü iddia etdiyini o vaxt onların orada olmadığını, iddiaçının bu halı sübut etməli olduğunu, olmayan bir tikilinin qiymətləndirilməsinin necə aparıldığı sualının yarandığını, qiymətləndirmənin tarixinə 21 noyabr 2024-cü il yazıldığını, olmayan bir obyekt orda hansı üsuldan istifadə olunduğu, hansı metaldan istifadə olunub, hansı digər tikinti materiallarından istifadə olunbdur bunların əks olunmadığını, nəticə etibarı ilə iddianın onlara aid olmadığını düşündüklərini, həm söküntü ilə əlaqədar iddianın onlara aid olmadığını bununla belə iddiaçının iddialarını sübut etməli olduğunu, həmin ərazinin iddiaçıya məxsus olduğunu sübut etməli olduğunu, həmin ərazinin iddiaçıya məxsus olmadığını, həmin torpaq ərazisinin Dövlətin mülkiyyətində olduğunu və heç kimin istifadəsinə verilmədiyini, onlara veriləndə də onlardan əvvəl də dövlətin mülkiyyətində olduğunu bildirmişdir. 20 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 izahatında vəkilin dediyi bütün fikirlərə qatıldığını, gəlib dövlətə müraciət edərək torpaq sahəsini aldığını, torpağı tam qanuni şəkildə sənədləşdirdiyini, sənədləşdirdiyi dövrdə torpağın tam şəkildə boş olduğunu, söküntü məsələsinin ona heç bir aidiyyatı olmadığını, orda heç bir söküntü işi aprmadığını, onların torpağını zəbt eləmədiyini, Dövlət reyestrindən çıxarışlı torpaq əldə elədiyini, təyinatı üzrə tikintini apardıqlarını, həmin torpağın 40 faiz ərazisinin məktəb ərazisinə düşdüyünü, 60 faiz hissəsinin onların olduğu əraziyə düşdüyünü, amma iddiaçıya aid torpağın olması ilə bağlı heç bir sənədlə sübutla müraciət etmədiklərini, amma onların Dövlət reyestrindən çıxarışı olduğunu, iddia tələbini qəbul etmədiyini bildirmişdir. 25 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçı təşkilatın vəkil və nümayəndəsi Nümayəndə1 Oktay oğlu izahatında bütün sübutları mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etdiklərini, cavabdeh tərəfin o əmlakı sökmədiyini, həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olduğunu oranı ya dövlət sökübdür ya da şirkət dediklərini, dövlətə qarşı hər hansı iddia sürə bilmədiklərini, çünki dövlətin vətəndaşa kompensasiya təklif etmədən onun tikilisini sökməz buna inanmadıqlarını inanmaq da istəmədiklərini, Mülki Prosessual Məcəlləyə əsasən hamıya məlum olan halların sübuta ehtiyacı yoxdur ordakı tikilinin mövcudluğu hamıya məlum olan haldır onu sübut eləməli olmadıqlarını, pasportları və sənədləri olduğunu və bugünkü gün orda tikilini aparan şirkət olduğunu, onlara məxsus torpaqda şirkət tikinti aparıb bina tikdiyini, normaldır haldır ki, o şirkətə qarşı iddia qaldırmalıdırlar, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda və Mülki Məcəllədə də əmlakların dövlət məqsədləri üçün alınmasının prosedur qaydasının nəzərdə tutulduğunu, onlara dövlət tərəfindən əmlakınızı almaq və ya sökmək istəyirik deyə təklif bildiriş gəlmədiyini, cavabdeh tərəfin “google earth” vasitəsi ilə təqdim etdiyi şəkillərdə həmin görüntülərin onların ərazisi olduğuna dair heç biri sübutun olmadığını nəzərə alınmasını bildirmişdir. 25 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 izahatında ərazini aldığı dövrdə boş olduğuna dair video görüntünün onda olduğunu, faktiki olaraq əraziyə Naxçıvan MR Rabitə Nazirliyi, Naxçıvan MR Su kanalizasiya İdarəsi, Naxçıvan MR X6 İdarəsi tərəfindən baxış keçirildiyini, ərazinin texniki pasportunda hansı hərəkətlərin edilib hansı hərəkətlərin edilməməsinin göstərildiyini, ərazinin həmin idarələrdə şəkillərinin də olduğunu, bunların sübutunun onda deyil dövlət orqanlarında olduğunu, onlara müraciət edib o sübutları ala biləcəklərini, peyk görüntülərinin dünyada qəbul olunduğunu, ərazinin texniki pasportunda olan 2005-ci ildəki tikinti peyk görüntüdə hara düşdüyünün tam şəkildə göründüyünü, onun sözü sübut deyilsə əgər iddiaçı tərəf müvafiq orqanlara müraciət edə biləcəyini, onların gəlib koordinatlara baxıb tikintinin yerinin hara düşdüyünü müəyyən edə biləcəklərini bildirmişdir. 29 iyul 2025-ci il tarixdə məhkəmə baxışı iclasında iddiaçı təşkilatın vəkil və nümayəndəsi Nümayəndə1 Oktay oğlu izahatında artıq bu iş üzrə uzun müddətdir ki, araşdırma getdiyini, iddia tələblərinin qanuni və əsaslı olduğunu, İqtisadiyyat Nazirliyi tərəfindən verilən cavabda qarşı tərəfə veriləndə orda tikinti olmadığının bildirildiyini, məhkəmənin qərar qəbul edilərkən tək İqtisadiyyat Nazirliyinin verdiyi cavab əsasında yox daxili inamı əsasında da iddia tələbimizin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini, nəzərdə tutulan əmlakla bağlı texniki pasport və şəhadətnamə təqdim etdiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, mülahizələri və dəlilləri dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında olan: xx.xx.2005-ci il tarixli, 000231 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədəm görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Naxçıvan şəhərində yerləşən Naxçıvan rayonlararası Təsərrüfat hesablı Nəqliyyat Müəssisəsinin bina və hasarı 41424000 (qırx bir milyon dörd yüz iyirmi dörd min) manat məbləğində sahiblik hüququ əsasında verilmişdir. xx.xx.2005-ci il tarixli, 000452 nömrəli texniki X2 və X3 görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Tikinti altı sahəsi 167.2 m2, faydalı sahəsi 55.2 m2 olmaqla Naxçıvan şəhərində əmlaka məxsusdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02 dekabr 2024-cü il tarixli, **********110600 nömrəli məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Qoç Üstü ev. 5 m. 29-dur. "xxxx" MMC-nin 21 noyabr 2024-cü il tarixli, 156/KS/24 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus Naxçıvan şəhəri ünvanında istifadə olunan 0.873 ha torpaq sahəsində yerləşən sökülmüş əmlak kompleksinin və tikililərinin təmir-bərpa dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Nəticədə əmlak kompleksinin yenidən təmir bərpa dəyəri Tikililərin dəyəri : 160500 manat, Hasarın tikinti dəyəri : 205630 manat olmaqla, ümumilikdə 366130 manat təşkil etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış pretenziya məktubundan görünür ki, ünvan 4 adı ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus zəbt etdiyiniz torpaq sahəsini boşaldaraq (tikililəri sökərək və s.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, vurulmuş maddi ziyana görə 366130 AZN pul vəsaitini "xxxx" MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi üçün aidiyyatı məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2023-cü il tarixli 223 nömrəli Sərəncamında Naxçıvan şəhəri Əziz Əliyev küçəsində Naxçıvan Şəhər X1 yaxınlığında dövlət mülkiyyətində olan 3.7 hektar torpaq sahəsi yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-nın istifadəsinə verilməsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarətmə və yerli özünüidarətmə orqanları ilə şöbəsi, Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi sərəncamdan irəli gələn məsələləri həll edilməsi öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli A № 037372 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə görünür ki, ünvan 5 ünvanında yerləşən 3.7 ha Yaşayış məntəqələrinin torpaqları daimi istifadə hüququ əsasında "xxxx" MTK-nın istifadəsindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 3.7 ha Yaşayış məntəqələrinin torpaqları xx.xx.2024-cü il tarixdən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2023-cü il tarixli 223 nömrəli Sərəncamı ilə istifadə hüququ əsasında "xxxx" MTK-nın xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 tərəfindən "xxxx" MTK-a ünvanlanmış məktubdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 29 dekabr 2023-cü il tarixli müraciətinə əsasən 08 yanvar 2024-cü il tarixdə 3,7 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, "Torpaq sahəsinin planı və ölçüsü” və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" hazırlanaraq təqdim olunmuşdur. Bəhs edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud olmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-a ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 27 dekabr 2023-cü il tarixli, 223 nömrəli sərəncamı əsasında Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində Naxçıvan Şəhər Kimya- X4 yaxınlığında dövlət mülkiyyətində olan 3.7 hektar torpaq sahəsinin yaşayış binalarının tikintisi məqsədilə “Bizim Evlər" MTK-nın istifadəsinə verildiyi, həmin torpaq sahəsinin istifadəyə verildiyi dövrdə onun üzərində heç bir şirkətin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə məlumatın olmadığı müəyyən edilmədiyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2018-ci ilə aid sənədlərində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 8700 m² torpaq sahəsinin "xxxx" MMС-yə icarə müqaviləsi əsasında verilməsi ilə bağlı məlumata rast gəlinmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın onlara məxsus torpaq sahəsində tikinti aparmaqla onlara məxsus tikililəri sökməklə maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfdən təqdim olunan sübutlardan məlum olur ki, mənzil tikintisi aparmaq üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin 27 dekabr 2023-cü il tarixli, 223 nömrəli sərəncamı əsasında Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində Naxçıvan Şəhər X1 yaxınlığında dövlət mülkiyyətində olan 3.7 hektar torpaq sahəsinin yaşayış binalarının tikintisi məqsədilə “Bizim Evlər" MTK-nın istifadəsinə verilmiş, həmin torpaq sahəsinin istifadəyə verildiyi dövrdə onun üzərində heç bir şirkətin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə məlumat olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 tərəfindən "xxxx" MTK-a ünvanlanmış məktubdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 29 dekabr 2023-cü il tarixli müraciətinə əsasən 08 yanvar 2024-cü il tarixdə 3,7 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, "Torpaq sahəsinin planı və ölçüsü” və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" hazırlanaraq təqdim olunmuşdur. Bəhs edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat cavabdeh təşkilata qarşı iddia ilə müraciət edərkən onlara məxsus mülkiyyətin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsinə dair sübutları təqdim etməmişdir. Həmçinin mübahisələndirdikləri ərazinin və üzərində olan tikililərin mülkiyyətlərində olması ilə əlaqədar rəsmi sübutları təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 656.13 manat məbləğində dövlət rüsumu iddiaçıya aid hesab olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edəcək mötəbər sübutları təqdim etmədiyindən tələbi əsaslı hesab edilə bilmədiyindən təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 656.13 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətin müdafiəsi və vurulmuş maddi zərərin ödənilməsi tələbi üzrə 366130 (üç yüz altmış altı min yüz otuz) manat tələbi və zəbt edilmiş torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq (mövcud tikililər sökülərək və s.) iddiaçıya təhvil verilməsi tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 656.13 (altı yüz əlli altı manat on üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid hesab edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-88/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-88/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver