Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-33/2026 31.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı iş üzrə Açar sözlər: işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X4 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh X3 iştirakları ilə Iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “icarəyə götürülmüş obyektin istifadəsinə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz müdaxilələrin qadağan edilməsi və mülki hüquqların müdafiəsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxılmışdır. Işin halları
1. X3 (icarəyə verən) və “X1” MMC (icarəçi) arasında bağlanmış ##.##.2016-cı il tarixli icarə müqaviləsinə görə icarəyə verən öz mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd-tərəvəz sovxozu ünvanında yerləşən, ümumi sahəsi 115 m2 olan obyekti aylıq icarə haqqı 500 manat olmaqla 10 il müddətinə icarəyə vermişdir.
2. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilədə isə onlar aşağıdakı şərtlər barədə razılığa gəlmişlər. 1.1. Icarəyə verən öz mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Südtərəvəz sovxozu ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin 115 m2 hissəsini icarəyə verir. 1.2. Bu icarə müqaviləsi 10 il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərsə, tərəflərin razılığı ilə müqavilə hər növbəti 1 il müddətinə uzadılmış hesab olunur. 2.1. Icarəyə verən icarəyə veriləcək sahəni icarəçiyə razılaşdırılmış tarixdə təhvil verir və icarəçi həmin sahəni təhvil alır, bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. 3.1. Icarə haqqı hər ay üçün 585 manat müəyyən edilir. Tərəflər razılığa gəlirlər ki, icarə müqaviləsinin başlandığı andan 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. 4.1. Icarəçi icarəyə verəni 15 gün öncədən xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. 4.2. Icarəyə verən yalnız icarəçi icarə haqqını 2 ay ardıcıl ödəmədikdə müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
3. Icarəçinin nümayəndələri tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan məlum olur ki, icarəçinin təmir-tikinti və layihələndirmə departament müdiri Nicat Nəcəfli, təmir-tikinti şöbə müdiri Yavər Bayramov və həmin şöbənin sorğuların e-mail üzrə mütəxəssisi Vüsal Yusifzadə təsdiq edirlər ki, icarədə olan sözügedən mağazada təmir-tikinti işlərini apara bilmirlər. Səbəb isə odur ki, mülkiyyətçi – icarəyə verən mağazanın icarəçi tərəfindən təmir üçün boşaldılmasından sonra giriş qapısının qıfılını icarəçiyə bildirmədən dəyişmiş və açarları icarəçiyə verməkdən imtina edir. Həmin şəxsə dəfələrlə açarları təhvil verməsi və hazırda qüvvədə olan icarə müqaviləsinin ##.##.2029-cu ilə qüvvədə olduğu bildirilsə də, icarəyə verən icarə haqqı artırılmayana qədər açarları təhvil verməyəcəyini bildirmişdir. Hazırda qanuni olaraq icarəçi olduqları mağazaya daxil ola bilmirlər və bəzi avadanlıq, maddi vəsaitləri də mağazada qalmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı MMC (bundan sonra iddiaçı) 2026-cı il # ###### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 (bundan sonra cavabdeh) Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd tərəvəz sovxozu ünvanında yerləşən və iddiaçı tərəfindən ##.##.2016-cı il tarixli icarə müqaviləsi əsasında icarəyə götürülmüş qeyriyaşayış sahəsinin qapılarının açılaraq qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçının iradəsinə zidd hər hansı bir hərəkətin edilməsinin (mağazanın fəaliyyətinə manelərin törədilməsi və hər hansı bir formada müdaxilə) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini, iş üzrə dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2016-cı il tarixdə notariat qaydasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd tərəvəz sovxozu ünvanında yerləşən, sahəsi 115 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) 10 il müddətinə icarəyə verilmişdir. ##.##.2017-ci il tarixdə və ##.##.2019-cu il tarixdə əsas icarə müqaviləsinə tərəflər arasında əlavə sazişlər imzalanmışdır.
6. Cavabdeh - icarəyə verən əsas borcunu (icarəçinin obyektdən müqaviləyə uyğun istifadə etməsinə şərait yaratmaq, süni maneələr törətməmək, obyektin istifadəsinə müdaxilə etməmək) qəsdən pozaraq, mağazanın istifadəsinə müxtəlif formalarda müdaxilə etmişdir.
7. ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən obyektin qapısının açarları dəyişdirilmişdir. Iddiaçının əməkdaşları obyektə daxil ola bilməmişdir. Obyektin açarlarının dəyişilməsindən sonra iddiaçı tərəfindən təmir-bərpa işlərinin aparılması üçün usta və texniki heyət obyektə cəlb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə obyektə girişə mane olmuş, təmir prosesinin icrasını ləngitmiş, faktiki olaraq imkan verməmişdir. Bu cür davranışlar iddiaçının fəaliyyətinin dayanmasına və maddi zərərin artmasına səbəb olmuşdur.
8. Qeyd olunan qanunsuz hərəkətlər iddiaçının məsul əməkdaşları tərəfindən rəsmiləşdirilmiş ##.##.2025-ci il tarixli akt ilə təsbit olunmuşdur. Aktda cavabdehin müdaxilələrinin konkret təsviri, obyektin istifadəsinin məhdudlaşması, təhlükə və zərər riski, təmir işlərinə süni maneələrin yaradılması qeyd edilmişdir.
9. Iddiaçı yaranmış vəziyyətin təxirəsalınmaz xarakter daşıdığını nəzərə alaraq, müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir.
10. MTT qərardadı müvəqqəti xarakter daşıyır və ##.##.2026-cı il tarixdə qüvvədən düşür. Qərardadın qüvvədə olduğu müddətdə belə, cavabdehin müqavilə öhdəliklərini pozmaq niyyətinin və eyni hərəkətləri yenidən törətmək ehtimalının yüksək olması iddiaçının hüquqlarının yalnız müvəqqəti deyil, mahiyyəti üzrə qətnamə ilə qorunmasını zəruri edir. Beləliklə, mübahisə predmeti cavabdehin qanunsuz müdaxilələrinin davamlı xarakter alması, obyektin istifadə imkanlarının məhdudlaşdırılması və icarə hüquqlarının pozulmasıdır.
11. Müqavilələr və digər əqdlər tərəflər üçün hüquq və vəzifələr yaradır. Bu baxımdan, icarə müqaviləsi üzrə tərəflər müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməlidirlər.
12. Öhdəlik hüququnun ümumi prinsiplərinə əsasən, borclu şəxs (bu halda - icarəyə verən) kreditora (icarəçiyə) qarşı müəyyən hərəkətləri etməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditor isə öhdəliyin icrasını tələb etmək hüququna malikdir.
13. Cavabdehin icarəçinin obyektdən maneəsiz istifadə etməsinə süni maneələr yaratması, dam örtüyünün sökülməsi, təmir-bərpa prosesinə icazə verilməməsi və girişin daşlarla bağlanması öhdəliyin kobud pozuntusudur.
14. Icarə münasibətlərinin mahiyyətinə görə, icarəçinin obyektə daxil olaraq ondan müqavilədə göstərilən məqsədlə istifadə etməsi əsas hüquqdur. Icarəyə verən tərəf isə həmin istifadəni təmin etməli, icarəçinin hüquqlarını pozan hərəkətlərə yol verməməlidir. Iddiaçı tərəfin təqdim etdiyi icarə müqaviləsinin müvafiq şərtlərində də obyektin tam və maneəsiz istifadəsinə şəraitin yaradılması öhdəliyi nəzərdə tutulmuşdur.
15. Iddiaçının təqdim etdiyi müqavilə şərtlərinə uyğun olaraq: obyekt icarəyə veriləndən sonra avadanlıqların istifadəsinə tam və ya qismən mane olan qüsur aşkarlanarsa, icarəyə verən zəruri tədbirləri görməli və aradan qaldırmalıdır; icarəyə verən obyektin daxilində və ya xaricində icarəçinin fəaliyyətinə mane ola biləcək süni əngəllər yaratmamalıdır; tərəflər müqavilə şərtlərinin pozulması nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyırlar. Bu müddəalar cavabdehin hüquqa zidd davranışının birbaşa müqavilə pozuntusu olduğunu təsdiqləyir.
16. Məhkəmə müdafiəsi hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi və mübahisənin mahiyyəti üzrə həll edilməsi ilə təmin olunur.
17. Nəticə etibarilə, cavabdehin hərəkətləri ilə (a) iddiaçının obyektə sərbəst giriş-çıxış hüququ pozulur; (b) kommersiya fəaliyyəti dayanır; (c) zərər və zərər riski artır; (ç) müqavilə öhdəliyinin icrası qeyri-mümkün və ya xeyli çətin vəziyyətə düşür. Bu səbəblə, məhkəmənin qətnamə ilə müdaxilə edərək mübahisəyə tam hüquqi həll verməsi zəruridir.
18. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1 və 442-ci maddələrinə istinad etmişdir.
19. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddia tələbinin rədd edilməsi, 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (hakim Qabil Məmmədov).
20. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. ##.##.2016-cı il tarixli icarə müqaviləsindən, eləcə də ona müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan ##.##.2019-cu il tarixli icarə müqaviləsindən aydın olur ki, tərəflərin qarşılıqlı razılaşması ilə müvafiq müqavilə münasibətləri yaranmış və icarəyə verən - cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞQT, Süd tərəvəz sovxozu ünvanında yerləşən, ümumi sahəsi 115 m2 olan obyekti icarəçiyə - iddiaçıya vermək, icarəçi isə aylıq müəyyən haqq ödəmək iradəsini ifadə etmişlər.
21. Iddiaçı hesab edir ki, cavabdehin icarəyə verilmiş obyekt barədə müvafiq hərəkətləri onun əmlak hüququnun pozuntusu deməkdir.
22. Həmçinin iş materillarında olan ##.##.2025-ci il tarixli iddiaçının əməkdaşları Nicat Nəcəfli, Yavər Bayramov və Vüsal Yusifzadə tərəfindən imzalanmış aktdan aydın olur ki, cavabdeh (mülkiyyətçi) mağazanın iddiaçı tərəfindən təmir üçün boşaldılmasından sonra giriş qapısının qıfılını iddiaçıya bildirmədən dəyişmiş və açarları verməkdən imtina etmişdir.
23. Qeyd olunan fakt məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən də təsdiq olunmuş, lakin cavabdeh həmin müdaxilənin təxminən 5 ay əvvəl olduğunu, obyektin açarlarını təhvil verdiyini və hazırda heç bir müdaxilə olmadığını qeyd etmişdir.
24. Eyni zamanda, ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi nümayəndə2 izahatında hal-hazırda obyektin qapılarının açıldığını təsdiq etmişdir.
25. Iş materillarına obyektin qapılarının bağlı olması və açarın icarəçiyə verilməməsi faktının təsdiqi ilə əlaqədar əlavə edilmiş yeganə sübut ## ###### 2026-cı il tarixdə tərtib edilmiş aktdır. Lakin tərəflər - həm iddiaçının nümayəndəsi, həm də cavabdeh həmin aktın tərtibindən sonra obyektin qapılarının açıldığını təsdiq etmişlər.
26. Məhkəmə hesab edir ki, icarəçinin - iddiaçının əmlak hüquqlarının pozulması halı mövcud deyildir.
27. Iddiaçı tərəf cavabdeh tərəfindən gələcəkdə öz əmlak hüquqlarına müdaxilə edilə biləcəyi ehtimalına istinad etsə də, bu cür müdaxilənin real xarakter daşıdığını təsdiq edən mötəbər sübutları iş materillarına əlavə etməmişdir.
28. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbinin təmini əsasları olmadığından rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3, 6.1.5, 6.2, 13, 14.1, 14.2-14.2.1, 16.1, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 390.3, 700.1 və 700.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraM ülki Prosessual Məcəllə) 2.1, 4.1, 9.1, 76.1, 76.2, 77.1, 81, 88, 107, 108.1-108.1.1, 119.1, 217.3, 217.4, 217.5, 218.1, 218,3 və 220.4-cü, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “HYPERLINK "https://www.constcourt.gov.az/az/decision/136" S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ###, "Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
30. Iddiaçı apellyasiya şikayətində e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd tərəvəz sovxozu ünvanında yerləşən və iddiaçı tərəfindən ##.##.2016-cı il tarixli icarə müqaviləsi əsasında icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin iddiaçının iradəsinə zidd hər hansı bir hərəkətin edilməsinin (mağazanın faliyyətinə manelərin törədilməsi və hər hansı bir formada müdaxilə) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehdən ödənilmiş dövlət rüsumu 100 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
31. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.
32. Mülki Prosessual Məcəllənin 165-ci maddəsi üzrə - Mingəçevir Şəhər Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur.
33. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - Naxçıvan MR Kommersiya Məhkəməsi ##.##.2025-ci il tarixli e-**(***)-**/**** saylı qərardada hüquqi qiymət verməmişdir. Belə ki, həmin qərardad ilə qeyri-yaşayış sahəsinin qapılarının açılaraq qanunsuz hərəkətlərin qarşısı alınması, iddiaçının iradəsinə zidd hər hansı bir hərəkət edilməsinin (mağazanın faliyyətinə manelərin törədilməsi və hər hansı bir formada müdaxilə) qadağan edilməsi qərara alınmış, bu qərardadın icrası ilə qapılar açılmışdır. Həmin qərardadın qüvvədə olma müddəti ##.##.2026-cı ilə qədər olmuşdur.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
35. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
36. Cavabdeh məhkəmə iclasında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. 2025-ci ilin əvvəlindən o iddiaçıya məlumat vermişdir ki, icarə haqqını qaldırır. Iddiaçı tərəf isə bildirmişdir ki, “biz buranı boşaldacağıq, yəni çıxacağıq” və mağazanı boşaltmışlar. Binanın içərisi boş olduğu üçün o düşünmüşdür ki, daha çıxırlar. Buna görə binanı təmir etmiş, yararsız olduğu üçün qapıları yeniləmiş, bundan sonra iddiaçı tərəfdən zəng etmişlər ki, “biz buranı təmir edəcəyik, tavanı endirəcəyik”. O isə buna razı olmamışdır. Müvəqqəti təminat tədbiri ilə bağlı Bakıdan icradan müraciət edən kimi açarı könüllü iddiaçı tərəfə vermiş və məhkəmə mübahisəsinə ehtiyac qalmamışdır.
37. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
Tətbiq edilən hüquq
38. Mülki Prosessual Məcəllə; Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 35. Iddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; ... Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; ... 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: ... 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: ... 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və cavabdehin izahatı ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir.
40. Hazırkı işdə iddia üzrə mübahisə iddiaçı (icarəçı) ilə cavabdeh (icarəyə verən) arasında bağlanmış icarə müqavilələrinə əsasən icarəyə götürülmüş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd tərəvəz sovxozu ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qapılarının açılaraq qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçının iradəsinə zidd hər hansı bir hərəkətin edilməsinin (mağazanın fəaliyyətinə manelərin törədilməsi və hər hansı bir formada müdaxilə) cavabdehə qadağan edilməsi ilə bağlıdır.
41. Iddianın əsasını tərəflər arasında bağlanmış icarə müqaviləsi və həmin müqavilənin cavabdeh tərəfindən lazımınca icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.
42. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarları).
43. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində ümumi ərazi aidiyyəti qaydası nəzərdə tutulsa da, həmin maddənin dispozisiyası qanunla başqa hal nəzərdə tutulduqda ümumi aidiyyətin tətbiq olunmayacağını müəyyən edir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (neqator (actio negatoria latınca “inkar edən iddia”, yəni hüquqa müdaxilənin aradan qaldırılması barədə iddia deməkdir) iddialar) daşınmaz əşyanın olduğu yerə görə verilir.
44. Iş materiallarından görünür ki, mübahisəli daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Süd-tərəvəz sovxozu ünvanında yerləşir. Iddiaçının (qanuni sahibin/icarəçinin) tələbi də birbaşa bu daşınmaz əmlaka sərbəst daxil olmaq və onun istifadəsinə müdaxilənin qadağan edilməsi ilə bağlıdır. Hətta cavabdehin rəsmi qeydiyyat yeri Naxçıvan MR, Şahbuz rayonu, Mahmudoba kəndi olsa da, Mülki Prosessual Məcəllənin 39.1ci maddəsində nəzərdə tutulan müstəsna ərazi aidiyyəti qaydaları imperativdir və cavabdehin qeydiyyat yeri üzrə ümumi aidiyyəti (MPM 35.1) yolverilməz edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. ... Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz”.
46. Birinci instansiya məhkəməsi işə ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasını araşdırmamış, Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması üçün, iş icraata qəbul etdikdən sonra isə həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinin aşkar olunaraq işi başqa məhkəməyə verməsi üçün əsas olduğu halda işə mahiyyəti üzrə baxmışdır.
47. Mülki Prosessual Məcəllənin; 387.2.9-cu maddəsinə görə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
48. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə işə ərazi aidiyyəti qaydalarının pozulması ilə, eləcə də işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığına görə ləğv edilməklə iş baxılması üçün müstəsna ərazi aidiyyəti üzrə daşınmaz əmlakın yerləşdiyi yerin kommersiya məhkəməsinə - Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 384.0 və 384.0.4, 402.2 və 402.2.5, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qətnaməsi ərazi aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilsin. Kommersiya mübahisəsinə dair iş müstəsna ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.