Məhkəmə qərarları › İş №e-2-2(3-10)-100/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-100/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-100/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı (VÖEN: **********) ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas icarə haqqı olan 36375 manat, ƏDV haqqı 2461 manat, 1942 manat faiz borcu, ödənilmiş 213 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə cəmi 41291 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə mülkiyyətçi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında notarial qaydasında təsdiq edilmiş ## ###### 2019-cu il tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən fəaliyyət göstərən iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2024-cü il tarixdə “Globus Center” Ticarət və Biznes Mərkəzinin bir hissəsini təşkil edən sahənin icarəyə verilməsi barədə T-***/** saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC həmin Biznes Mərkəzində divarlar ilə əhatə edilən və istifadə üçün yararlı olan (fövqəladə hallar üçün çıxış və keçidlər, bütün sanitar qovşaqlar, vertikal arakəsmələr və kolonlar istisna olmaqla) 150 kvadrat metrlik ümumi əsas sahəni icarəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verir, icarəçi isə öz növbəsində qeyd edilən sahəni icarəyə götürərək, icarə müddəti ərzində icarəyə verilən əsas sahənin hər kvadrat metri üzrə bir ay üçün 23 (iyirmi üç) manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin qiymətə 18% ƏDV daxil deyildir. Müqavilə bağlanan gündən Icarəçi qeyd edilən sahəyə, köçərək istifadə etməyə başlamış və müqavilə şərtinə əsasən ayda 3450 manat əsas borc və 18%lə hesablanan 621 manat ƏDV ödəməli idi və həmin vaxtdan başlayaraq Icarəçi müxtəlif vaxtlarda olmaqla ümumilikdə 18825,42 manat əsas borc məbləği və 7474,58 manat ƏDV məbləği ödəmişdir. Bununla da 2025-ci ilin oktyabr ayının 31-nə qədər cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı İddiaçı olan əsas borcu 36375 manat, ƏDV borcu isə 2461,42 manat olmaqla, ümumilikdə borcu 38836,42 manat təşkil etmişdir. 2025-ci ilin noyabr ayından isə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti icarəyə götürdüyü həmin sahəni tərk edərək, naməlum ünvana köçmüşdür. ## ####### 2025-ci il tarixdə icarəyə verən olan İddiaçı tərəfindən icarəçi olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə haqqı üçün yaranmış borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Lakin, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti şifahi olaraq alınan malın dəyərini ödəyəcəyinə vəd versə də, bunu etməmişdir. Iddiaçı tərəf hesab edir ki, cavabdeh tərəfindən gecikdirilmiş vaxt üçün əlavə olaraq 1942 manat faiz borcu da ödənməlidir. Bundan başqa cavabdeh tərəfindən yol verilmiş mülkihüquq pozuntusu ilə əlaqədar İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 213 manat dövlət rüsumu ödənilmiş və məhkəmədə hüquqların müdafiəsi üçün hüquqi yardımdan ötrü Bakı şəhəri * saylı Vəkil Bürosuna müraciət edilərək, qarşılıqlı razılaşma əsasında 300 manat hüquqi yardım üçün pul ödənilmişdir. Iddiaçı tərəf hesab edir ki, qeyd edilən məbləğlər də cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə araşdırılması aparılarkən, iddiaçı İddiaçı tərəfindən 16 yanvar 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim olunaraq, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas icarə haqqı olan 34500 (otuz dörd min beş yüz) manat əsas, 621 (altı yüz iyirmi bir) manat ƏDV, 1756 (min yeddi yüz əlli altı) manat faiz borcu, ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 37390 (otuz yeddi min üç yüz doxsan) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, halhazırda mühasibat sənədləri tam araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə bağlanmış ## #### 2024-cü il tarixli T-***/** saylı icarə müqaviləsinə əsasən müqavilə bağlanan andan pretenziya məktubu göndərilən tarixə qədər, yəni ##.##.2025-ci il tarixədək cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarə haqqı olaraq 55200 manat əsas boprc və 9936 manat ƏDV məbləği ödənməli olduğu halda, 20700 manat əsas borcun və 9315 manat ƏDV məbləğinin ödənilməsi təmin edilmişdir. Bununla da, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı İddiaçı icarə haqqı olaraq 34500 manat əsas və 621 manat ƏDV borcu yaranmışdır. Ona görə də, bununla əlaqədar qaldırılmış iddiaya dəyişiklik edilməlidir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ##### 2026-cı il tarixli, e-*-*(*- **)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilmiş və həmin məhkəmə Qətnaməsində qət olunmuşdur ki: - “Iddia təmin edilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2019-cu il tarixli icarə müqaviləsi üzrə 34500 manat əsas borc, 621 manat ƏDV borcu və 1756 manat faiz borcu olmaqla, cəmi 36877 manat məbləğində pul vəsaiti, ödənilmiş 200,63 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat vəkil xərci tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli, 1S-3629 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş Icarə müqaviləsinin 1-ci bəndinə əsasən Icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1702,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ##.##.2019-cu il tarixdən ##.##.2045-ci il tarixədək müəyyən edilir. Müqavilənin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə əsasən Icarəyə götürən Icarəyə verənə qeyd edilən qeyri-yaşayış sahəsinin illik icarəsi üçün 10 000 manat icarə haqqı ödəyir. Müqavilənin 7-ci bəndinə əsasən Müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 12-ci bəndinə əsasən Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları Icarəçi tərəfindən ödənilir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, T-****/** nömrəli icarə müqaviləsindən müəyyən edilir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və B.Bağırova küçələrinin kəsişməsi, 609-cu məhəllə ünvanında yerləşən “Globus Center” Ticarət və Biznes Mərkəzinin bir hissəsini təşkil edən 150 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş, 8.2-ci bəndə əsasən hər kvadrat metr üçün 23 manat icarə haqqı müəyyən edilmişdir. Qiymətə 18% ƏDV daxil deyildir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə iddiaçı İddiaçı ünvanladığı hazırkı işlə bağlı ##.##.2026-cı il tarixli “Barışıq sazişi”nin layihəsində və müraciətində iş üzrə cavabdeh icarə haqqı üzrə borc məbləğinin 34751,69 manat olmasını qəbul etmiş, iddiaçının saziş layihəsində 4 ay müddətinə hər ay 8900 manat ödəməklə borcun yekunlaşması təklifinə həmin borcun 9 ay ərzində hər ay 3861 manat ödənilməklə hissə-hissə ödənilməsi ilə bağlı təkliflər mübadiləsi aparılmışdır. Qeyd edilən saziş layihəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmış, iddiaçı İddiaçı tərəfindən imzalanmamışdır. Iddiaçı ərizəsində bildirir ki, onunla icarə predmeti olan əmlakın mülkiyyətçisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Notariat qaydasında təsdiq edilmiş ## ###### 2019-cu il tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən fəaliyyət göstərən iddiaçı ilə cavabdeh arasında ## #### 2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə “Globus Center” Ticarət Mərkəzinin bir hissəsini təşkil edən 150 kv.m sahənin hər kvadratmetrinin bir ay üçün icarə haqqı 23 manat olmaqla, 18% ƏDV icarə haqqına daxil deyildir. Müqavilə bağlandığı vaxtdan icarəçi qeyd edilən sahəni istifadə etmiş və müqavilə şərtlərinə əsasən ayda 3450 manat icarə haqqı, 621 manat ƏDV haqqı ödəmişdir. Cavabdeh ümumilikdə 18825,42 manat icarə haqqı, 7474,58 manat ƏDV ödəmişdir. 2025-ci ilin oktyabr ayının 31-dək cavabdehin iddiaçıya əsas borcu 36375 manat, ƏDV borcu isə 2461,42 manat, ümumilikdə isə 38836,42 manat təşkil etmişdir. 2025-ci ilin noyabr ayından isə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti icarəyə götürdüyü sahəni tərk edərək naməlum ünvana köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsı (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qarşı tərəflə aralarında imzalanan icarə müqaviləsinə əsasən hər kv.m 23 manatdan hesablanmaqla, ümumilikdə 150 kv.m sahə cavabdehə verilmişdir. Qarşı tərəf bir müddət ödəniş etdikdən sonra maddi çətinliklərlə üzləşdiyini qeyd edərək ödənişi dayandırmışdır. Okytabr ayında onlar cavabdeh şirkətə məktub göndərmişlər. Qədir adlı cavabdehin nümayəndəsi 8000-8500 manat ödəniş etdikdən sonra saziş bağlanılaraq ödənişi hissələrə bölməyi təklif etmişdir. Lakin cavabdeh bu dediyini yerinə yetirməmişdir. Qarşı tərəfin vəkili barışıqla bağlı onunla əlaqə yaratdığı zaman müddəti 4 ay müəyyən etsələr də, bununla razılaşmamış və 9 ay müddət verilməsini xahiş etmişdir. Qarşı tərəfə inamları itdiyi üçün bu təklifi qəbul etməmişlər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmiş və borcun olduğunu bildirmiş, tərəflər arasında barışıq sazişinin bağlanması üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən qeyd edilən tərəflər arasında barışığın əldə edilməsi üçün tərəflərə şərait yaradılmışdır. Bununla belə məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh tərəfin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilib. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, T-****/** nömrəli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və B. Bağırova küçələrinin kəsişməsi, 609-cu məhəllə ünvanında yerləşən “Globus Center” Ticarət və Biznes Mərkəzinin bir hissəsini təşkil edən 150 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş, həmin qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 23 manat icarə haqqı müəyyən edilmişdir. Qiymətə 18% ƏDV daxil deyildir. Tərəflər arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsinin bağlanması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin icarəsinə verilməsi və həmin qeyri-yaşayış sahəsinin müqavilənin bağlanma tarixindən 2025-ci ilin noyabr ayına kimi cavabdehin istifadəsində olması, aylıq icarə haqqının məbləği, əlavə dəyər vergisinin məbləği və ödənilən vəsaitin məbləği tərəflər arasında mübahisələndirilməmişdir. Tərəflər arasında işin mübahisələndirilən halı olmasa da, hazırkı mübahisənin həlli üçün əsas məsələ tərəflər arasında müqavilə üzrə yaranmış icarə haqqının və ödənilməyən vergi borcunun məbləği ilə bağlı məsələdir. Mübahisə predmeti olan icarə obyektinin ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək cavabdeh tərəfin icarəsində olması faktını, cavabdeh tərəf ixtisaslı hüquqi yardım göstərən vəkillə təmsil olunsa da, mübahisələndirməmişdir. Ona görə qeyd edilən tarixlər aralığında qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olması faktını məhkəmə qəbul edir. Iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək 34500 manat məbləğində icarə haqqı borcunun ödənilməsini və əlavə dəyər vergisinin ödənilməsini tələb etmişdir. Iddiaçı tərəf tələbin həcminin azaldılması barədə ərizəsində icarə haqqı borcunun məbləğinin 34500 manat olmasını bildirmiş, cavabdeh ##.##.2026-cı il tarixli barışıq sazişinin layihəsi ilə bağlı iddiaçıya etdiyi müraciətində icarə haqqı borcunun məbləğinin 34751,69 manat olmasını etiraf etmişdir. Qeyd edilən icarə obyektinin 2025ci ilin noyabr ayında cavabdeh tərəfindən boşaldıldığını iddiaçı etiraf etmiş, cavabdeh tərəf isə bu arqumentə dair hər hansı bir dəlil irəli sürməmişdir. Qeyd edilən borcun cavabdeh tərəfindən təsdiq edilməsi onu deməyə əsas verir ki, həmin qeyri-yaşayış sahəsi iddiaçının bildirdiyi tarixlərdə cavabdehin istifadəsində olmuşdur. Bu səbəbdən aylıq icarə haqqı 3450 (150 kv.m x 23 manat) manat təşkil edir. 16 ay üçün icarə haqqı məbləği 55200 manat təşkil edir. Iddiaçı bildirir ki, icarə haqqı borcundan 20700 manat, vergi borcundan isə 9315 manat cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə icarə haqqı borcunun 34500 manat təşkil etməsi faktını cavabdeh etiraf edir. Cavabdeh ərizəsində 34751,69 manat qeyd edir. Bundan əlavə 16 ay üçün əlavə dəyər vergisinin məbləği 9936 manat təşkil edir. Iddiaçı bildirir ki, cavabdeh həmin borcdan 9315 manat məbləğində ödəniş etmiş, 621 manat borc qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələbinə görə qeyd edilən vergini ödəmək vəzifəsi icarəyə götürənin vəzifəsi olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına əsasən HYPERLINK "https://e-qanun.az/framework/46944" AzərbaycanHYPERLINK "https://eqanun.az/framework/46944" HYPERLINK "https://e-qanun.az/framework/46944" Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46944" Mülki HYPERLINK "https://e-qanun.az/framework/46944" MəcəlləsininHYPERLINK "https://eqanun.az/framework/46944" 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsinə münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən icarə obyekti boşaldıldığından tərəflər arasında müqavilə münasibətlərinə son qoyulmuşdur. Bundan əlavə, iddiaçı borc məbləğinin ödənişini gecikdirdiyi üçün gecikdirilən müddət üçün illik 5% olmaqla, 1756 manat məbləğində faiz borcu tələb edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda, 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdeh tərəfindən 6 ay üçün ödənilmiş 20700 manat məbləğində vəsaitin 16974 manat əsas icarə borcu və müvafiq dövr üçün ödənilmiş 3726 manat məbləğində vergi borcuna çıxılarsa, 55200 manat əsas borcdan 16974 manat icarə borcu çıxılarsa, yerdə qalan məbləğə münasibətdə 1 illik 5% faiz borcu 1911,3 manat təşkil edər. Qeyd edilən məbləğin 1 il üçün hesablanması cavabdeh tərəfindən ödənilən məbləğ çıxılmaqla yerdə qalan məbləğə hesablanmışdır ki, bununla bağlı cavabdeh tərəf hər hansı bir etiraz və ya mülahizə təqdim etməmişdir. Belə ki, aylıq icarə haqqının ödənilməyən məbləğin ümumi 16 ay üçün hesablandığından və ödənilən məbləğ çıxılmaqla qalan müddət üçün ödənişin aparılmaması nəzərə alındığından 1 il üçün 5% hesablanmaqla faiz borcu hesablanmış, müəyyən edilən məbləğin isə tələb edilən məbləğdən artıq olduğundan məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin iclasda iştirakı ilə bağlı bütün vasitələrdən istifadə edərək məhkəmə iclaslarının yeri və vaxtı barədə onu xəbərdar etmiş, lakin cavabdehin nümayəndəsi bir məhkəmə iclası istisna olmaqla məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəf etiraz təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını nəzərə alaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Iş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 213 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Iddia tələbinin həcmi azaldıldığından ödənilmiş 200,3 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.7, 675, 684.1, 684.2, 685.2, 685.2.1, 685.3, 700.1, 700.2, 700.3 və 705-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

– 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-*/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi həqiqətən icarəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyəverən İddiaçı arasında ## #### 2024-cü il tarixdə Icarə Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə “Globus Center” Ticarət Mərkəzinin bir hissəsini təşkil edən 150 kv.m. sahənin hər kvadrat metrinin bir ay üçün icarə haqqı 23 manat olmaqla Icarəçiyə icarəyə verilmişdir və 18% ƏDV icarə haqqına daxil deyildir. Müqavilə bağlandığı vaxtdan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən sahəni istifadə etmiş və müqavilə şərtlərinə əsasən ayda 3450 manat icarə haqqı, 621 manat ƏDV haqqı ödəmişdir. Bundan sonra cavabdeh Şirkətin maliyyə imkanları zəifləmiş, iqtisadi durğunluq keçirərək fəaliyyətini dayandırmaq dərəcəsinə çatmışdır. Cavabdeh Şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq orqanlara , o cümlədən vergi orqanlarına, o cümlədən iddiaçıya məlumat verilmişdir. Bununla əlaqədar tərəflərindən, apellyasiya şikayətinə əlavə olunmuş (elektron sistemin sənədlər qrafasında 10-cu bənddə apellyasiya şikayətindən sonrakı 2 ədəd sənəd) arayışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər, eyni zamanda ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək fəaliyyətini dayandırmış, bu barədə ** saylı Vergilər Baş Idarəsinə arayış təqdim etmiş və bu hal Vergi tərəfindən qeydiyyata alınmışdır. Bununla belə, məhkəmə - qətnaməsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2025-ci ilin noyabr ayına qədər icarə sahəsindən istifadə etməməsi hallarının mübahisələndirilməməsinə istinad edərək, icarə üzrə borcun 2025-ci ilin noyabr ayına qədər hesablanmasını əsaslı hesab etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının cəmi birində iştirak etmiş və həmin iclasda işin mahiyyəti üzrə hər hansı bir müzakirə aparılmamış, iddiaçı ilə cavabdeh arasında barışığa dair müzakirələr mövcud olduğundan məhkəmə iclası təxirə salınmışdır. Sonradan məhkəmə iclaslarından kənar iddiaçı ilə barışığa dair razılaşmanın şərtləri müzakirə olunmuş, ümumilikdə razılıq əldə olunsa da, ayrı-ayrı bəndlər üzrə müzakirə getmiş və iddiaçı tərəfindən mübahisəli bəndlərlə bağlı qərarın rəhbərlikləri tərəfindən veriləcəyi bildirilsə də, sonradan kommersiya etikasını pozaraq, tərəflərindən iddiaçıya təqdim olunan sənədləri borcun etirafı kimi məhkəməyə təqdim etmiş və işə baxan məhkəmə qeyd olunan sənədləri əsas tutaraq düzgün olmayan nəticəyə gəlmişdir. Başqa sözlə, cavabdehin həmin müddət ərzində orada fəaliyyət göstərməsi, onların istifadəsində olması barədə məhkəmədə hər hansı bir fikir bildirilməmiş, iddiaçı tərəfindən isə bunu təsdiq edən sənədlər təqdim olunmamışdır. Lakin, cavabdeh tərəfindən (arada olan münasibətləri nəzərə alaraq) kompromisə gedilərək, barışıq üçün təşəbbüs göstərilməsi – “2025-ci ilin noyabr ayına qədər həmin icarə sahəsindən istifadə edilməsi” kimi qəbul edilməsi üçün əsas ola bilməzdi (Əsas: fəaliyyətin dayandırılmasına dair ** saylı Vergilər Baş Idarəsinə təqdim olunan arayış).

– 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı: – 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı nümayəndəsi və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2- ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi – cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-*/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. Icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. Icarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. - 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*- **)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddiası təmin edilərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə müqaviləsi üzrə 34500 manat əsas borc, 621 manat ƏDV borcu və 1756 manat faiz borcu olmaqla, cəmi 36877 manat məbləğində pul vəsaitinin, ödənilmiş 200,63 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat vəkil xərcinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı tərəflər arasında məlum icarə münasibətləri üzrə cavabdeh tərəfin özünün tərtib etdiyi sənədlərdə ödənilməmiş icarə borcunun miqdarının “34751,69 manat məbləğində” olduğu təsdiq edilmiş və iddiaçı tərəf isə ## ###### 2026-cı ildə məhkəməyə təqdim etdiyi “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə isə əsas icarə haqqı borcu olaraq həmin məbləğdən nisbətən daha az miqdarda, yəni “34500 manat məbləğində” əsas icarə haqqı borcunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi - əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*- **)-*/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar