Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-452/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI “xxxx-İ” MMC-nin Cavabdeh qarşı ilkin, Cavabdeh “xxxx-İ” MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: ərizənin etibarsız sayılması, razılıq ərizəsinin hədə-qorxu və məcburetmə nəticəsində verilməsi, ərizənin etibarsız sayılması, əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, neqator iddia, vindikasiya iddiası, əldən çıxmış fayda, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx-İ” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) nümayəndə1 iştirakları ilə “xxxx-İ” MMC-nin Cavabdeh qarşı “sahənin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsi” barədə ilkin, Cavabdeh “xxxx-İ” MMCyə qarşı “ərizənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsindən və ## ###### 2026-cı il tarixli əlavə qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhər X10 İcraiyyə Komitəsinin **/*** saylı ## ####### 1991-ci il tarixli qərarına əsasən, Nizami rayon sovetinin xahişi təmin edilərək Nizami rayonu, Sosialist küçəsi, 2360-cı məhəllədə “xxxx” Kiçik Müəssisəsinə istehsalat məntəqəsinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır.
2. “xxxx” Firmasının təsisçi-direktoru Keşlə bələdiyyəsinə ünvanladığı ##.##.2005-ci il tarixli məktubda bildirmişdir ki, “Mənim Keşlə qəsəbəsi, O. Vəliyev küçəsi, 2360 məhəllə ünvanda yerləşən “xxxx” müəssisənin qarşısında 900 m2 boş sahə var. Həmin torpaq sahəsi Bakı şəhər X10 İcraiyyə Komitəsinin **/*** saylı ## ####### 1991-ci il tarixli qərarı ilə mənə məxsus olan “xxxx” firmasına yaşıllıq sahəsi kimi ayrılmışdır. Vaxtımın olmaması və digər səbəblərdən mən həmin sahəyə qulluq edə bilmirəm. Onun üçün də həmin torpaq sahəsinin Cavabdeh Keşlə Bələdiyyəsi tərəfindən uzun müddətli icarəyə verilməsinə etiraz etmirəm”.
3. İcarəyə verən Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış ##.##.2005-ci il tarixli ** nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən Nizami rayon Keşlə Bələdiyyəsinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarı əsasında Keşlə qəsəbəsi, O.Vəliyev küçəsində yerləşən ümumi sahəsi 860 kv.m. olan torpaq sahəsi ##.##.2005ci il tarixdən ##.##.2030-cu ilədək müddətli istifadəyə verilmişdir. Keşlə Bələdiyyəsi tərəfindən Oqtay Vəliyev küçəsində Cavabdeh adına rəsmiləşdirilməsi nəzərdə tutulan 860 kv.m. torpaq sahəsinin şərti ölçülü cizgisi tərtib edilmiş və bələdiyyənin sədri tərəfindən təsdiq olunmuşdur.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, O. Vəliyev küçəsi **/** saylı evə yaşayış hüququnun tanınması qət edilmişdir.
5. ünvan 5 ünvanında yerləşən ümumu sahəsi 871,7 kv.m olan əmlak kompleksi kimi müəssisə “xxxx-İ” MMC-nin adına qeydiyyata alınmış, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ##.##.2018-ci il qeydiyyat tarixli RX seriyalı ******** nömrəli çıxarış verilmişdir.
6. ünvan 5 ünvanında yerləşən, ümumu sahəsi 871,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,10137 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
7. Cavabdeh notarial qaydada təsdiqlənmiş ##.##.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, “pasport qeydiyyatında olduğum ünvan 7 ünvannda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında “xxxx-İ” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmağım üçün “xxxx-İ” MMC-nin direktoru X6 tərəfindən mənə 250 000 (iki yüz əlli min) manat kompensasiya ödənildi. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə dair heç bir iddiam yoxdur və gələcəkdə də olmayacaq”.
8. “xxxx-İ” MMC ##.##.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin qeyri-yaşayış sahəsindən pasport qeydiyyatının ləğv olunması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, O. Vəliyev küçəsi ev 23/60 ünvanından Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, O. Vəliyev küçəsi ev 23/60 ünvanına dair “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv olunması” tələbi Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə təmin olunmamış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci icraat
10. “xxxx-İ” MMC (ilkin iddiaçı) Cavabdeh (ilkin cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı ## #### 2018-ci il tarixli çıxarışa əsasən “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması, Cavabdeh Məhəmədəli oğlundan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manatın, maddi ziyana görə 10 000 manatın, mənəvi ziyana görə 10 000 manatın, dövlət rüsumunun əvəzi olaraq 500 manatın alınaraq “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 0,10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871,7 kv.m daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı ## #### 2018-ci il tarixli çıxarışa əsasən “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinin tam paylı xüsusi mülkiyyətinə qeydiyyata alınmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ## #### 2018-ci il tarixli ************-***** saylı reyestr nömrəsi ilə ünvan 6 ünvanına “əmlak kompleksi kimi müəssisə” kimi texniki pasport verilmişdir. “xxxx-İ” MMC tərəfindən Cavabdeh Məhəmədəli oğluna gələcəkdə ünvan 6 ünvanına dair hər hansısa bir iddiasının olmaması barədə 250 000 (iki yüz əlli min) manat məbləğində kompensassiya ödənilmiş və ## ###### 2018-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində verilən pul və ərizəsi təsdiq edilmişdir. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixindən “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh Məhəmədəli oğlu qeyri-yaşayış sahəsindən çıxmır. “xxxx” firmasının ## ####### 2024-cü il tarixli **/**-**/ƏK saylı “Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi 22F ünvanında yerləşən “xxxx-İ” MMC-yə məxsus qeyri-yaşayış sahələrinin icarə haqlarının hesablanması haqqında” ekspert rəyinə əsasən əmlakın 1 aylıq ümumi icarə haqqı 5000 manat, icarə haqqının illik ümumi məbləği isə 60 000 manat qiymətləndirilmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən “xxxx-İ” MMC-yə məxsus qeyri-yaşayış sahələrini qanunsuz olaraq başqa şəxslərə icarəyə verib ordan aylıq 5000 manat məbləğində qazanc əldə edir. Hər dəfə ona müraciət olunub qeyri-yaşayış sahəsinin boşaldılması tələb edildikdə mübahisə salır, qeyriyaşayış sahəsinə daxil olmağa icazə vermir.
12. Cavabdeh isə “xxxx-İ” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində rəsmiləşdirilən **** reyestr nömrəli ərizənin etibarsız hesab olunması və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun “xxxx-İ” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əraziyə dair Keşlə Bələdiyyəsi ilə Cavabdeh Məhəmmədəl oğlu arasında ##.##.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, bu müqavilə ilə ünvan 2 ünvanında yerləşən 860 kv.m-lik hissə ##.##.2030-cu ilədək Cavabdeh icarəyə verilmişdir. Həmin icarə müqaviləsi əsasında Cavabdeh tərəfindən orada tikinti işləri aparılmış və həmin tikinti işləri üçün müvafiq dövlət qurumlarından rəsmi icazələr də alınmışdır. Qeyd olunan ərazi cəmiyyətin ərazisi olmuş, əvvəlki direktorunun vaxtında Keşlə bələdiyyəsinə müraciət olunaraq, ərazinin Cavabdeh icarəyə verilməsinə etirazlarının olmadığı bildirilmişdir. Ərazi Cavabdeh tərəfindən icarəyə götürüldükdən sonra rəsmi qurumlardan icazə alınmaqla hazırki tikililər inşa edilmiş və Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə həmin ünvana yaşayış üzrə qeydiyyata alınmışdır. Ərazinin dəyəri günü-gündən dəyər qazanmağa başladığı üçün “xxxx-İ” MMC-nin hazırki təsisçilər X5 və X4 Cavabdeh həmin ərazini onlara satmalı olması ilə bağlı təkliflər irəli sürmüşlər. Cavabdeh icarəyə götürdüyü ərazidə tikililər inşa etdiyini və orada rəsmi qeydiyyatda olduğunu bildirərək həmin ərazini onlara satmayacağını bildirmişdir. Bundan sonra bu şəxslər Şirkəti Quliyeva Zərifə Rzaqulu qızının adına rəsmiləşdirərək həmin xanımın vasitəsilə hansı yolla baş verdiyi anlaşılmayan üsulla həmin ünvana dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən RX seriyalı, №******* saylı, ##.##.2018-ci il tarixli çıxarış almışlar. Lakin həmin çıxarış alınan zaman Cavabdeh, onun oğlu və digər başqa şəxslər ünvanda pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq həmin şəxslərin razılığı olmadan ərazi üzrə “xxxx-İ” MMC-nin adına çıxarış verilmişdir. Çıxarış alındıqdan sonra işlərinə qanuni don geyindirmək üçün Cavabdeh təhdid edərək, ##.##.2018-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində rəsmiləşdirilən ərizə ilə Cavabdeh “xxxx-İ” MMC-yə məxsus qeyriyaşayış sahəsindən çıxarılması üçün şirkətin direktoru Quliyeva Zərifə Rzaqulu qızı tərəfindən 250 000 manat kompensasiyanın ödənilməsi qarşılığnda gələcəkdə bununla bağlı heç bir tələb irəli sürməyəcəyinə dair ərizə alınmışdır. Burada sual yaranır ki, “xxxx-İ” MMC öz adına çıxarış aldıqdan sonra Cavabdeh təhdid yolu ilə 250 000 manat kompensasiya ödənilməsi və gələcəkdə heç bir tələbinin olmayacağına dair ərizə almasına nə ehtiyac var idi? Həmin təhdid hazırki günədək davam etdiyindən buna dair Cavabdeh tərəfindən şikayətlər edilir, lakin əfsuslar olsun ki, heç bir obyektiv araşdırma aparılmır. Bu hədələr ən son fiziki müstəviyə belə keçmişdir. Belə ki, ən son “xxxx-İ” MMC-nin hazırki təsisçiləri X5 və X4 ilə Niyaməddin, Orucəli və Rauf adlı şəxslər tərəfindən döyülmüşdür. İş üzrə müvafiq ekspertiza təyin olunmuş və Cavabdeh xəsarət müəyyən edilmişdir. Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi R X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə ## ######## 2024-cü il tarixdə “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda əsl təqsirkar şəxslər müəyyən edilmədiyi üçün Baş prokurora və Xətai Rayon prokuroruna şikayət ünvanlanmış, şikayət təmin olunaraq qeyd edilən qərar ləğv eidlmiş və araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Hazırki mübahisənin əsasını təşkil edən 250 000 manatlıq kompensasiya ödənilməsi və gələcəkdə heç bir tələbin olmayacağı barədə ## ###### 2018-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində imzalanmış ərizə hədə altında verildiyi üçün etibarsızdır. Həmin hədələr daimi xarakter daşımış, hazırki günədək də davam etməkdədir.
14. Birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadı ilə “xxxx-İ” MMC-nin Cavabdeh qarşı “ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manatın cavabdehdən alınaraq “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” tələbinin baxılmamış saxlanılması, eyni tarixli digər qərardadla Cavabdeh “xxxx-İ” MMC-yə qarşı “ərizənin etibarsız sayılması” tələbi üzrə icraata xitam verilməsi qərara alınmış, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə isə ilkin iddianın qismən təmin olunması, ünvan 4 ünvanında yerləşən 0,10137 ha torpaq sahəsində ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manatın Cavabdeh tutularaq “xxxx-İ” MMC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
15. Məhkəmə qətnamə üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
ünvan 5 ünvanında yerləşən ümumu sahəsi 871,7 kv.m olan qeyri-yaşayış sahəsinin "xxxx-İ” MMC-nin mülkiyyətində olmasını və cavabdeh Cavabdeh hazırda da həmin sahədən istifadə etdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx-İ” MMC-nin iddiası əsaslı olmaqla təmin edilməli, ünvan 6 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində ümumi sahəsi 871.7 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmalıdır.
Məhkəmə hesab edir ki, iddia dəymiş maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.
İddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
İddia mənəvi ziyanın əvəzi olaraq 10 000 manat məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, mənəvi ziyan məhz fiziki şəxsə xas olan bir haldır, hüquqi şəxsin mənəvi zərər görə bilməsi halı mümkün deyildir.
Həmçinin, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx-İ” MMCyə ödənilməlidir.
16. Qətnamə üzrə gəldiyi nəticəni əsaslandırarkən məhkəmə həmçinin, Mülki Məcəllənin 152.1-ci, 152.8-ci, 157.2-ci, 157.4-cü maddələrinə istinad etmişdir.
17. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin idda tələbinin rədd, icraata xitam vermə barədə qərardad ləğv ediləcəyi halda qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, iddiaçının əmlak hüquqlarının pozulmasına haqq qazandırdığını, əmlakın dəyərini nəzərə almadığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istiladə ilə yanaşı bəhərdən istiladə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qarşılıqlı iddia da qeyd etidyimiz kimi, hazırki mübahisəli əraziyə dair Keşlə Bələdiyyəsi ilə qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra iddiaçı)-Cavabdeh arasında ##.##.2005-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə ünvan 3 ünvanında yerləşən 860 kv.m-lik hissə ##.##.2030-cu ilədək iddiaçıya icarəyə verilmişdir. Həmin icarə müqaviləsi əsasında iddiaçı tərəfindən orada tikinti işləri aparılmış və həmin tikinti işləri üçün müvafiq dövlət qurumJarından rəsmi icazələr də alınmışdır. Qeyd olunan ərazi cəmiyyətin ərazisi olmuş, əvvəlki direktorunun vaxtında Keşlə bələdiyyəsinə müraciət olunaraq, ərazinin Cavabdeh icarəyə verilməsinə etirazlarının olmadığı bildirilmişdir. Ərazi Cavabdeh tərəfindən icarəyə götürüldükdən sonta rəsmi qurumlardan icazə alınmaqla hazırki tikililər inşa edilmiş və Nizami rayon məhkəməsinin qətnaməsi ilə həmin ünvana yaşayış üzrə qeydiyyata alınmışdır. Gördüyünüz kimi Cavabdeh Bələdiyyə ilə bağladığı icarə müqaviləsinə əsasən 2030-cu il tariXədək həmin ərazidən istiladə etmək hüququ vardır. Bələdiyyə ilə onun arasında bağlanmış müqavilənin qüvvədən düşməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Y əni həmin müqavilə hələ də qüvvədədir. Həmin müqaviləyə də əsaslanıb ərazidə tikililər inşa edilmişdir. 2030-cu il tarixədək ərazidən istiladə hüququ tanınmış Cavabdeh həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsi mülki hüquq normalarının pozuntusuna gətirib çıxarmışdır. Yalnız müddət tamam olduqdan sonra, yəni 2030-cu ildə onun çıxarılması məsələsinə baxıla bilərdi. Nəzərə alınmalıdır ki, “xxxx-İ” MMC-nin o zamanki rəhbərliyi ərazinin Cavabdeh verilməsinə etiraz etməməsinə dair ərizəsi də mövcuddur. Bütün bu lazımi icazələr alındıqdan sonra bağlanmış olan icarə müqaviləsi yoxmuş kimi davranmaq və bu formada qətnamə qəbul etmək yanlış olmuşdur. Bakı Kommersiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Cavabdeh tərəfindən mübahisələndirilən ərizə öz-özlüyündə hər hansı bir hüquqi nəticə yaratmır, ona görə də, məhkəmə qaydasında mübahisələndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qeyd edilən hissəsi müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir ”. Bakı Kommersiya Məhkəməsi mübahisələndirdiyimiz ərizənin heç bir hüquqi nəticə yaratmaması barədə qənaəti yanlış olmuşdur. Belə ki, ilkin iddiaçı da istər inzibati məhkəmədə tərəflər arasında gedən mübahisələrdə, istərsə də hazırki kommersiya işi üzrə həmin ərizəyə istinad edərək Cavabdeh 250.000 manatlıq kompensasiya aldığını və gələcəkdə heç bir tələb və şikayətinin olmayacağını öhdəsinə götürdüyünü bildirmişlər. Cavabdeh də həmin ərizənin verildiyi tarixdən etibarən hüquqmühafizə orqanlarına şikayətlər ünvanlamaqla ona hədə-qorxu vasitəsilə həmin ərizənin yazdırıldığını bildirmişdir. Lakin hazırki tarixədək həmin müraciətlərin heç bir nəticəsi olmamışdır. Mülki Məcəlləyə görə əqdlər çoxtərəfli ola biləcəyi kimi təktərəfli də ola bilər. İddiçm həmin əraziyə çıxarış aldıqdan sonra Cavabdeh məcbur edərək notarial qaydada ərizə almasının məntiqli səbəbi olduğu kimi, hüquqi nəticəsi də vardır. Həmin hüquqi nəticə yaranmasa idi, sözsüz ki, heç kəs çıxarışını aldığı torpaq sahəsinə dair kiməsə 250.000 manat ödəməzdi. Həmin ərizə də təktərəfli əqd olmaqla Cavabdeh qeyd edilən əraziyə heç bir tələbi olmayacağına dair hüquqi nəticəni yaratmışdır. Hazırki icraatda da Cavabdeh qarşı məhz həmin ərizəyə istinad olunmaqla ərazidən çıxarılma və pul tələbinə dair iddiaya baxılmışdır. Belə olduğu təqdirdə həmin ərizənin etibarlılığı yoxlanılmadan çıxarılan məhkəmə aktı qanuni hesab oluna bilməz. Çünki qeyd edilən tələblər bir-biri ilə sıx bağlıdır. Tərəflər arasındaki razılaşmanı təsdiq edən səs yazısı və şirkətin keçmiş direktoru Zərifə Quliyevanın bu razılaşmanın bir qismini təsdiq edən ərizəsi tərəfimizdən məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlarla yanaşı tərəfimizdən şirkətin hazırki təsisçiləri Hafiz və Namiqin, həmçinin keçmiş direktoru Zərifə Quliyevanın üçüncü şəxs qismində məhkəmə icraaatına cəlb olunması xahiş edilmişdir. Təəssüf ki, həmin sübutlara hüquqi qiymət verilməmiş və vəsatətimiz təmin edilməmişdir. Halbuki ən azı Zərifə Quliyevanın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Bakı Kommersiya məhkəməsi bunu etməsə də, işə baxan Bakı Apelyasiya məhkəməsi üçüncü şəxs qismində cəlb edilmə barədə əsaslı vəsatətimizi təmin edərək işə hərtərəfli baxmalıdır. Qeyd etdiyimiz sübutlara obyektiv qiymət verilmədiyindən hazırki çıxarılmış qətnamə qanuni hesab edilə bilməz. Belə ki, təqdim etdiyimiz səs yazısında şirkətin təsisçilərindən biri özü etiraf edir ki, Cavabdeh oradan müəyyən obyekt veriləcək, öz tikdiyi tikililəri quraşdırmaq üçün şərait yaradacaq və torpaq sahəsi ilə təmin edəcəkdilər. Həmin səs yazısına sübut kimi qiymət vermədən, keçmiş direktor Zərifə Quliyevanın ərizəsinə toxunmadan, onu məhkəmə icraatına cəlb etmədən məhkəmə qətnaməsi çıxarmaq prosessual hüquq normalarının pozuntusuna gətirib çıxarmışdır. Bu qeyd edilənlər ## ###### 2018-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində rəsmiəşdirlmiş ərizənin etibarsız olması, dolayısı ilə məhkəmə tərəfindən baxılaraq bu istiqamətdə qətnamə çıxarılmalı olduğunu təsdiq etdiyi halda anlaşılmaz şəkildə qarşılıqlı iddiaya xitam verilməsi və bu cür qətnamə çıxarılması qanunsuz olmuşdur. Qətnamənin 11-ci bəndində məhkəmə qeyd edir ki, Bundan başqa iş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh xüsus mülkiyyət hüququ əsasında “xxxx-İ” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün “xxxx-İ” MMCnin direktoru X6 tərəfindən ona 250.000 manat kompensasiyanın ödənildiyini, yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə dair heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını imzası ilə təsdiq edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisinə müraciət edərək 2018-ci il tarixdə verilmiş və bizim etibarsızlığını irəli sürdüyümüz ərizəni ləğv etmişdir. Odur ki, Məhkəmə həmin ərizəyə əsaslanıb iddianı təmin etməkdə haqlı olmamışdır. Qarşılıqlı iddiaya məhkəmə tərəfindən obyektiv şəkildə baxılsaydı, nəinki icraata xitam vermə, həmçinin ilkin iddia birbaşa olaraq rədd edilməli idi. Məhkəmə isə anlamadığımız şəkildə işdəki sübutları, səs yazılarını, ərizələri dəyərləndirməyərək əsassız bir qətnamə çıxarmışdır. Bununla da maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmuş və çıxarmış olduu qətnamə qanuni və ədalətli olmamışdır”.
18. Birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadlarından da müvafiq olaraq “xxxx-İ” MMC və Cavabdeh tərəfindən şikayətlər verilmiş, həmin şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadları ilə birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadlarının ləğv edilməsi, növbəti prosessual hərəkətlərin edilməsi üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
c) Birinci instansiya məhkəməsində ikinci icraat
20. Birinci instansiya məhkəməsinin ## ###### 2026-ci il tarixli əlavə qətnaməsi ilə “xxxx- İ” MMC-nin Cavabdeh qarşı “ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manatın cavabdehdən alınaraq “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” tələbinin qismən təmin edilməsi, 324 000 (üç yüz iyirmi dörd min) manat məbləğində pulun Cavabdeh tutulub “xxxx- İ” MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
21. Məhkəmə əlavə qətnamə üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Hazırda münasibət bildirilməli olan hissələr ilkin iddianın ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun tutulması hissəsi və bütövlükdə qarşılıqlı iddiadır. İş materiallarına əlavə edilmiş "Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən ##.##.2018-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında "xxxx-İ” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün "xxxx-İ” MMC-nin direktoru X6 tərəfindən ona 250 000 manat kompensasiyanın ödənildiyini, qeyri-yaşayış sahəsinə dair heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını imzası ilə təsdiq edilmişdir.
Qarşılıqlı iddiaçı qeyd edilmiş ərizənin təhdid və hədə qorxu nəticəsində verildiyini bildirərək, ərizənin etibarsızlığını xahiş edir.
Məhkəmə iclasında qarşılıqlı iddiaçıdan ərizədə qeyd edilmiş 250.000 manat pulun alınıb-alınmaması soruşulmuş, qarşılıqlı iddiaçı qeyd edilmiş məbləğin alındığını bildirmişdir.
Məhkəmə bu xüsusda qeyd edir ki, qarşılıqlı iddiaçı ilkin iddiaçı tərəfindən ona müvafiq təzyiq, hədə qorxu göstərilməsi ilə bağlı qeyd edilmiş ərizənin yazılmasına məcbur olduğunu bildirsə də, bu halı təsdiq edəcək halları əsaslandıra bilməmiş (hədə və təzyiqin nədən ibarət olması, nə qədər müddətdə davam etməsi və s.) və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir..
Ona görə də, tələbinin hüquqi əsası təşkil edən Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtləri olmadığından qarşılıqlı iddia təmin edilə bilməz.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasınnı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ##.##.2018-ci il qeydiyyat tarixli RX seriyalı ******** nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumu sahəsi 871,7 kv.m olan əmlak kompleksi kimi müəssisə "xxxx-İ” MMC-nin adına qeydiyyata alınmışdır.
İlkin iddiaçı ##.##.2018-ci il tarixdən hər ay 5000 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
İlkin iddianın qeyd edilən hissəsinin hüquqi əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir.
İş materiallarından da göründüyü kimi qeyd edilmiş qeyri-yaşayış sahəsi "xxxx-İ” MMCnin adına ##.##.2018-ci il tarixdə qeydə alınmışdır. Ancaq iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsindən çıxma barədə razılıq məhz ##.##.2018-ci il tarixdə verilmiş ərizə ilə əldə edilmişdir. Yəni, Cavabdeh artıq ərizəni vermiş olduğu ##.##.2018-ci il tarixdən qeyd edilmiş qeyri-yaşayış sahəsinə dair vicdansız sahib olması halını qəbul etmişdir.
Verilmiş olan ərizə (razılıq) əsasında ##.##.2018-ci il tarixdə Cavabdeh qeyri-yaşayış sahəsini "xxxx-İ” MMC-yə qaytarmalı idi, ancaq o bunun əvəzinə "xxxx-İ” MMC-nin adına verilmiş çıxarışı mübahisələndirməklə hal-hazıradək həmin əmlakdan istifadə edir.
Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, ##.##.2018-ci il tarixdə əmlak "xxxx-İ” MMC-yə qaytarılsa idi, o bu sahədən istifadə edərək, müvafiq olaraq gəlir əldə edə bilərdi. Kommersiya hüquq subyektinin qeyri-yaşayış sahəsindən istifadə üzrə əldə edə biləcəyi ən minimum gəlir isə, əmlakın icarəyə verilməsindən əldə edilə biləcək gəlirdir.
Ona görə də məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqının müəyyən edilməsi üçün məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, “xxxx” MmC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli rəyə əsasən ünvan 6 ünvanında yerləşən sahəsi 871.7 kv.m olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı 4500 manat məbləğində müəyyən edilmişdir.
##.##.2018-ci il tarixdən (ərizənin verildiyi) ##.##.2025-ci il tarixədək (iddia ərizəsinin verildiyi) aylıq 4500 manat olmaqla hesablanmaqla, 324 000 manat məbləğində pul (72 x 4500) Cavabdeh tutularaq "xxxx-İ” MMC-yə ödənilməlidir.
22. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 157.2-ci, 157.5ci, 337.1-ci, 337.3-cü, 337.4-cü, 337.5-ci, 339.4-cü, 354.2-ci maddələrinə istinad etmişdir.
23. Əlavə qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin idda tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin və əsas qətnamədən verdiyi apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır.
Apellyasiya şikayətlərinə qarşı etiraz
24. İlkin iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz (mülahizə) verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
25. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, “xxxx-İ” MMCnin nümayəndəsi (vəkili) isə şikayətlərin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu
28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
40. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
44. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
45. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
51. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
52. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
53. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
66. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
Məhkəmə kollegiyasının mövqeyi
67. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
68. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
69. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
70. İlkin iddiaçı, mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və cavabdehin əmlakdan çıxarılmasını, eyni zamanda əmlakın cavabdehin qanunsuz istifadəsində olduğunu iddia etdiyi dövr üçün ondan icarə haqqının tutulmasını tələb edir.
71. X1 (§ 26, 27), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 36, 37, 38) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2007-ci il tarixli Qərarı).
72. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.
73. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1
74. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.2
75. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan
1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024,
(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27) 2 Ali Məhkəmə, İş № 2(102)-1541/2024,
(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1541+04.06.2024.pdf) (§ 69) qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.3
76. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.4
77. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Bu isə o halda mümkündür ki, əmlak natura şəklində mövcud olsun. Natura şəklində saxlanmamış əmlak həmin əmlakın mövcud olmaması deməkdir. Belə halda, mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia verməlidir.
78. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur.
79. İşin hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən ümumu sahəsi 871,7 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ “xxxx-İ” MMC-nə (ilkin iddiaçıya) aiddir.
80. Cavabdeh isə ilkin iddiaçının öz əmlakından istifadə etmək hüququna maneə yaradan hərəkətlər etməkdə, əmlaka özünün hüququnun olduğunu irəli sürməkdədir.
81. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin “ünvan 4 ünvanında yerləşən 0,10137 ha torpaq sahəsində ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması” tələbi üzrə gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün əsas ola bilməz.
82. Bununla belə kollegiya, ilkin iddiaçının “Cavabdeh Məhəmədəli oğlundan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ## #### 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manatın xeyrinə tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir.
83. Belə ki, ilkin iddiaçı həmin tələbini, “Cavabdeh ünvan 4 ünvanında yerləşən “xxxx-İ” MMC-yə məxsus qeyri-yaşayış sahələrini qanunsuz olaraq başqa şəxslərə icarəyə verib oradan aylıq 5000 manat məbləğində qazanc əldə edir, hər dəfə ona müraciət olunub qeyri-yaşayış sahəsinin boşaldılması tələb edildikdə mübahisə salır, qeyri-yaşayış sahəsinə daxil olmağa icazə vermir” əsaslandırması ilə irəli sürmüş, lakin 2023-cü ilin əvvəllərinə qədər Cavabdeh əmlakı boşaldıb ona təhvil verməsini tələb etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
84. İşin mübahisəsiz halı odur ki, Cavabdeh mübahisəli daşınmaz əmlaka özbaşına daxil olmamış, həmin əmlaka ilkin iddiaçının iradəsi və razılığı əsasında sahiblik etməyə başlamış, eyni zamanda əmlakdan Keşlə Bələdiyyəsi ilə bağlanmış və hüquqi qüvvəsini itirdiyi müəyyən edilməyən, 2030-cu ilədək qüvvədə olan icarə müqaviləsinə əsaslanaraq istifadə etmişdir.
85. Başqa sözlə, ilkin iddiaçı uzun müddət Cavabdeh əmlakdan istifadəsinə razılıq göstərmiş, onun əmlakı faktiki istifadə etməsinə qarşı hər hansı hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Əksinə, iş materiallarından görünür ki, ilkin iddiaçı yalnız ## #### 2023-cü il tarixdə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət etməklə onuin mübahisəli əmlakdan istifadəsinə artıq razı olmadığını hüquqi müstəvidə ifadə etmişdir.
3 Ali Məhkəmə, İş № 2(102)-3317/2024,
(https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3317+24.10.2024.pdf) (§ 20, 52) 4 Ali Məhkəmə, İş № 2-1(102)-1573/2024,
(https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_1573+12.07.2024.pdf) (§ 40)
86. Belə olan halda kollegiya hesab edir ki, ən azı həmin tarixədək Cavabdeh mübahisəli əmlaka sahibliyi Mülki Məcəllənin 157.5-ci maddəsinin mənasında vicdansız sahiblik kimi qiymətləndirilə bilməz; çünki onun sahibliyi ilkin iddiaçının iradəsinə zidd yaranmamış, əksinə, uzun müddət ilkin iddiaçının açıq və ya dinməz razılığı ilə davam etmişdir.
87. Əldən çıxmış faydanın əvəzinin tutulması üçün zərər vuranın davranışı ilə əldə edilməmiş gəlir arasında birbaşa səbəbli əlaqənin mövcudluğu sübuta yetirilməlidir; hazırkı iş üzrə müəyyən edilən hallar isə göstərir ki, ilkin iddiaçı özü də uzun müddət Cavabdeh əmlakdan istifadəsinə etiraz etməməklə zərərin artmasına şərait yaratmışdır. Bu baxımdan əldən çıxmış faydanın bütün dövr üzrə yalnız Cavabdeh davranışı nəticəsində yarandığını qəbul etmək mümkün deyildir.
88. İlkin iddiaçının mübahisəli əmlak üzərində faktiki istifadə imkanını əldə etmək məqsədilə həmin əmlak üzərində uzunmüddətli istifadə hüququ olan Cavabdehlə qarşılıqlı razılığa gəlməsi və bunun müqabilində 250 000 manat məbləğində ödəniş etməsi də göstərir ki, daşınmaz əmlak üzərində sərəncam və istifadə imkanlarının məhdudlaşması yalnız Cavabdeh davranışı ilə şərtlənməmiş, həmin nəticəyə digər hüquqi və faktiki münasibətlər də təsir göstərmişdir. Belə şəraitdə əldən çıxmış faydanın tam həcmdə Cavabdeh üzərinə qoyulması nə zərərin əvəzinin ödənilməsi institutunun məqsədinə, nə də mülki hüququn ədalət və vicdanlılıq prinsiplərinə uyğun hesab edilə bilər.
89. Bu səbəblə kollegiya hesab edir ki, əldən çıxmış faydanın hesablanması zamanı ilkin iddiaçının Cavabdeh mübahisəli əmlakdan istifadəsinə razılığının aradan qalxdığını obyektiv şəkildə nümayiş etdirdiyi ## #### 2023-cü il tarixi əsas götürülməli, həmin tarixdən hazırkı iş üzrə ilkin iddia tələbinin irəli sürüldüyü ##.##.2025-ci il tarixinə qədər olan dövr üçün Cavabdeh əldən çıxmış fayda qismində 98 100 manat ilkin iddiaçının xeyrinə tutulmalı (21 ay 24 gün x 4500 manat = 98 100), qətnamə həmin hissədə müvafiq qaydada dəyişdirilməlidir.
90. Qarşılıqlı iddia üzrə gəlinən nəticəni isə kollegiya əsaslı hesab edir; belə ki, Cavabdeh ##.##.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin hədə və təzyiq altında alınması səbəbindən etibarsız hesab olunmasını xahiş etsə də, iş materiallarının hüquqi qiymətləndirilməsi bu dəlilin əsaslı olmadığını göstərir.
91. İlk növbədə qeyd olunmalıdır ki, mülki hüquqda əqdin etibarsız sayılması üçün Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu – yəni əqdin zor tətbiqi, hədə-qorxu və ya aldadılma nəticəsində bağlanması – yalnız iddiaçı tərəfindən irəli sürülməklə deyil, həm də mötəbər və inandırıcı sübutlarla təsdiq edilməklə müəyyən edilir. Sübutetmə yükü bu halı iddia edən tərəfin üzərinə düşür.
92. Hazırkı iş üzrə qarşılıqlı iddiaçı tərəfindən ərizənin məhz hədə və təzyiq nəticəsində verildiyini təsdiq edən konkret, ardıcıl və obyektiv sübutlar – o cümlədən həmin hədənin xarakteri, davametmə müddəti, iştirak edən şəxslər, dövlət orqanlarına vaxtında edilən təsirli müraciətlər və ya həmin müraciətlər üzrə təsdiqləyici araşdırma nəticələri – məhkəməyə təqdim edilməmişdir.
93. Bununla yanaşı, iş materiallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı ##.##.2018-ci il tarixli ərizədə göstərilən 250 000 manat kompensasiyanın ona faktiki olaraq ödənildiyini məhkəmə iclasında özü də təsdiq etmişdir. Bu hal, bir tərəfdən, tərəflər arasında müəyyən razılaşmanın faktiki icra olunduğunu, digər tərəfdən isə həmin sənədin tamamilə hüquqi nəticəsiz və formal xarakter daşımadığını göstərir.
94. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun müddət ərzində (2018-ci ildən etibarən) həmin ərizənin etibarsızlığına dair hüquqi addımlar atmaması, eyni zamanda kompensasiyanın qəbul edilməsi faktı ilə birlikdə qiymətləndirildikdə, ərizənin yalnız zor və hədə altında alınması barədə dəlillərin inandırıcılığını azaldır və onun Mülki Məcəllənin 339.4-cü maddəsi mənasında etibarsız əqd kimi tanınmasına əsas vermir.
95. Eyni zamanda nəzərə alınmalıdır ki, notariat qaydasında təsdiq edilmiş sənədlər qanunvericiliyə əsasən yüksək sübutedici qüvvəyə malikdir və onların etibarsızlığı yalnız ciddi və mötəbər sübutlarla təkzib oluna bilər. Hazırkı işdə isə bu cür sübutlar mövcud deyildir.
96. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtləri hazırkı iş üzrə sübuta yetirilmədiyindən, ##.##.2018-ci il tarixli ərizənin etibarsız hesab olunması üçün hüquqi əsaslar mövcud deyil və qarşılıqlı iddia təmin edilə bilməz.
97. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilən rüsum məbləği qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
98. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən hissədə, yəni “ünvan 4 ünvanında yerləşən 0,10137 ha torpaq sahəsində ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manatın Cavabdeh tutularaq “xxxx-İ” MMC-yə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli əlavə qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Əlavə qətnamə “324 000 (üç yüz iyirmi dörd min) manat məbləğində pulun Cavabdeh tutulub “xxxx-İ” MMC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh əldən çıxmış fayda qismində 98 100 (doxsan səkkiz min yüz) manat tutulub “xxxx-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Əlavə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səməd Cəfərov
Tural Qocayev