Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-461/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: sığorta ödənişi, subroqasiya) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Cavabdeh MMC-yə məxsus olan “Changan CS75”xxxx“xxxx Sığorta Şirkəti”xxxx##.##.2022-ci il tarixdən ##.##.2026-cı i tarixədək könüllü qaydada (kasko) sığorta olunmuşdur.
2. ##.##.2023-cü il tarixdə “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Mercedes Benz E350 minik markalı **YP*** dövlət qeydiyyat nişanlı və başqa nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilmiş nəqliyyat hadisəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada qərar qəbul edilmiş və təqsirli bilinmişlər.
3. Cavabdeh MMC-nin ekspertləri tərəfindən icra edilmiş xidmətlərə dair akt tərtib edilmiş və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 5039.41 AZN (beş min otuz doqquz manat qırx bir qəpik) olaraq qiymətləndirilmişdir.
4. ##.##.2024-cü il tarixli, “A” formatlı ödəniş tapşırığından göründüyü kimi cavabdehin təqdim etdiyi bank hesabına 5039 AZN sığorta ödənişi edilmişdir.
5. İddiaçı Sığorta Şirkətixxxx“xxxx” ASC-yə icbari sığorta ödənişinin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli məktub ünvanlanmışdır.
6. “xxxx”xxxx“xxxx Sığorta Şirkəti” ASC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, № ****/C saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının DIN-i ilə “xxxx” ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən ** YP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” markalı avtomobil sığortalanmışdır. ##.##.2025-ci il tarixində həmin avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “xxxx Sığorta Şirkəti” ASCdə könüllü sığorta üzrə sığortalanmış ** PT *** dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilə zərər dəymişdir. Zərərçəkmiş avtomobil üzrə sığorta ödənişi həyata keçirilmiş və ödənilmiş məbləğlə bağlı subroqasiya tələbi irəli sürülmüşdür. Həmçinin bildirilmişdir ki, ##.##.2024-cü il tarixində ** PT *** dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin mülkiyyətçisi sığorta məbləğinin tam şəkildə digər zərərçəkənə ödənilməsinə etiraz etmədiyini rəsmi qaydada bəyan etmişdir. Bununla əlaqədar olaraq, hadisə nəticəsində zərər dəymiş digər avtomobil - ** VN *** dövlət qeydiyyat nişanlı “X2” markalı nəqliyyat vasitəsi üzrə də tam sığorta məbləği həcmində sığorta ödənişi həyata keçirildiyi göstərilmişdir. Sonda qeyd olunmuşdur ki, “xxxx” ASC ## #### 2025-ci il tarixli müraciətlə bağlı üzərinə düşən öhdəlikləri tam və əskiksiz şəkildə yerinə yetirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. Iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 2.419.5 manat pulun və ödənilmiş 44,20 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, həmçinin digər 2 nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsində “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri X4 və X8 IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, hər iki sürücü barədə qəbul edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar, o cümlədən forma 4 arayışı iş materiallarına əlavə edilmişdir. Iş materiallarında olan ****** saylı sığorta aktına və ************* saylı sığorta şəhadətnaməsinə əsasən, “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı iddiaçı sığorta şirkətində könüllü (kasko) sığorta qaydasında sığortalanmışdır. Rəsmi Servisin yəni cavabdeh Cavabdeh MMC-nin öz ekspertləri tərəfindən icra edilmiş xidmətlərə dair akt tərtib edilmiş və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 5039.41 AZN (beş min otuz doqquz manat qırx bir qəpik) olaraq qiymətləndirilmişdir. ##.##.2024-cü il tarixli, “A” formatlı ödəniş tapşırığından göründüyü kimi cavabdehin təqdim etdiyi bank hesabına 5039 AZN sığorta ödənişi edilmişdir. Iş materiallarında olan Icbari sığorta müqaviləsindən göründüyü kimi hadisə zamanı təqsirli olan digər avtomobil “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin icbari avtoməsuliyyət sığortası hadisə zamanı “xxxx” ASCdə sığortalanmışdır. Iddiaçı tərəfindən “xxxx” ASC-yə icbari sığorta ödənişinin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli məktub ünvanlanmışdır. Sonuncu tərəfindən iddiaçıya göndərilən ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, ##.##.2024- cü il tarixində “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi sığorta məbləğinin tam şəkildə digər zərərçəkənə ödənilməsinə etiraz etmədiyini rəsmi şəkildə bildirmişdir. Buna görə də tam sığorta məbləği həcmində sığorta ödənişi hadisə ilə əlaqədar digər zərərçəkənə ödənilmişdir. Bununla da, cavabdeh iddiaçının dəymiş zərərlə əlaqədar ona ödəmiş olduğu sığorta ödənişini Subroqasiya qaydasında zərərvuranın icbari sığorta şirkətindən tələb etmək hüququnu əlindən almışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh MMC-yə məxsus olan “Changan CS75”xxxx“xxxx Sığorta Şirkəti”xxxx##.##.2022-ci il tarixdən ##.##.2026-cı i tarixədək könüllü qaydada (kasko) siğorta olunmuşdur. Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin könüllü qaydada siğorta olunması barədə ##.##.2022-ci il tarixli şəhadətnamədən görünür ki, faydalanan şəxs kimi Cavabdeh MMC müəyyən olunmuşdur. Işin digər müəyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, ##.##.2023-cü il tarixdə “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Mercedes Benz E350 minik markalı **YP*** dövlət qeydiyyat nişanlı və başqa nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilmiş yol-nəqliyyat hadisəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada qərar qəbul edilmiş və təqsirli bilinmişlər. Işin digər müəyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 5039 ,41 manat tələb edilmiş, bu barədə icra edilmiş xidmətlərə dair akt tərtib edilmiş, bundan sonra “xxxx Sığorta Şirkəti”xxxxCavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ##.##.2024-cü il tarixli sığorta aktı tərtib edilmiş və ##.##.2024-cü il tarixində 5039 manat məbləğində pul “xxxx Sığorta Şirkəti”xxxxCavabdeh MMC-yə ödənilmişdir. Hazırda iddiaçı Subroqasiya qaydasında ödəmiş olduğu məbləği geri ala bilmədiyindən cavabdehə ödənilmiş sığorta ödənişinin əsassız olmasını, Cavabdeh MMC-nin əsassız olaraq varlandığını, Yol-nəqliyyat hadisəsində “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bərabər həm də, sığortalanmış əmlak olan “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təqsirli olduğu üçün iddiaçı tərəfindən ödənilmiş 5.039 manat sığorta ödənişindən 200 AZN azadolma (franşiza) məbləği çıxılmaqla qalan 4.839 manat sığorta məbləğinin yarısı, yəni 2.419,5 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğunu bildirir. Göründüyü kimi, iddiaçı tərəf Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini mübahisələndirmir. Iddiaçının istinad etdiyi hal ancaq, Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə ##.##.2024-cü il tarixdə ünvanlanmış məktubla bağlıdır. Iş materiallarından görünür ki, ##.##.2023-cü il tarixdə “xxxx” ASC-yə Cavabdeh MMCnin möhürü ilə təsdiq edilmiş məktub ünvanlanmışdır. Qeyd edilmiş məktubdan görünür ki, Cavabdeh MMC, baş vermiş hadisə nəticəsində əsas zərərçəkən X2 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən edilmiş zərərin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə bu xüsusda qeyd edir ki, “xxxx Sığorta Şirkəti” ASC Cavabdeh MMC-nin könüllü sığorta müqaviləsi üzrə sığortaçısı olaraq, sığorta hadisəsi ilə bağlı sığorta ödənişini etmək onun birbaşa vəzifəsidir. Sığortalı olan Cavabdehxxxx“xxxx Sığorta Şirkəti”xxxxvermiş olduğu sığorta ödənişindən azadolma məbləği çıxmaqla, onun yarsının qaytarılması (və hətta nəyə görə məhz yarısı, bu meyarın özü belə qeyrimüəyyəndir) tələbinin hüquqi əsası müəyyən deyildir. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərdən görünür ki, hadisənin digər iştirakçısı və təqsirli bilinmiş DIN-nin Avtomobil Təsərrüfatına məxsus Mercedes Benz E350 minik markalı **YP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 olmuşdur. “xxxx Sığorta Şirkəti”xxxx“xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, hadisə üzrə ödənilmiş 4.839 manat pulun “xxxx”xxxxonlara ödənilməsi tələb edilmişdir. “xxxx”xxxxisə “xxxx Sığorta Şirkəti” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, **YP*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E350 minik markalı nəqliyyat vasitəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalandığını, yuxarıda qeyd edilmiş Cavabdeh MMC tərəfindən verilmiş olan ##.##.2024-cü il tarixli məktuba istinad edərək, tam sığorta məbləği həcmində sığorta ödənişinin, hadisə ilə əlaqəli digər zərər dəymiş ** VN *** dövlət qeydiyyat nişanlı X2 markalı avtomobil üzrə həyata keçirildiyini bildirmişdir. Məhkəmə bu xüsusda qeyd edir ki, könüllü sığortaçı olan “xxxx Sığorta Şirkəti” ASC öz istəyi ilə, sığortalısı olan Cavabdeh MMC-yə aid olan nəqliyyat vasitəsinə dəymiş olan zərəri tam olaraq ödəmişdir. Mülki Məcəllənin də, 931-ci maddəsinin tələbindən görünür ki, sığrta ödənişi ilk növbədə icbari sığorta müqaviləsi bağlamış sığortaçı ödəməlidir. Ancaq, hazırkı halda, Mercedes Benz E350 minik markalı **YP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaçısı “xxxx” ASC icbari sığorta ödənişini digər zərər çəkmiş nəqliyyat vasitəsinin sürücüsünə ödəmişdir. Məhkəmə qeyd edir ki, artıq hər bir sığortaçı öz üzərinə düşən sığorta ödənişini ödəmək ödəliyini icra etmişdir. Yəni, artıq bir sığortalıdan ona ödənmiş sığorta məbləğinin bir hissəsinin geri qaytarılması, sonradan həmin sığortalının digər icbarı sığortaçıdan qalan məbləğin tələb edilməsi, bundan sonra da, icbari sığortalı olan şəxsə qarşı başqa növ iddiaların qaldırılması ilə nəticələnə bilər. Ona görə də, qeyd edilmiş bu kimi halların yaşanmaması üçün sığorta təşkilatları baş vermiş sığorta hadisəsinə daha tez müddətə reaksiya bildirilməli və kordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər. Bundan başqa Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh MMC könüllü sığorta müqaviləsi üzrə sığortalı olaraq sığorta ödənişini, “xxxx Sığorta Şirkəti” ASC-dən almaq hüququ olmuş və sığorta ödənişi də, ona ödənmişdir. Sonradan isə, sığortalıya ödənmiş olan sığorta ödənişinin qaytarılmasının hüquqi əsası mövcud deyildir
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1, 888.1, 889.1, 889.2, 909.1, 915, 922.1, 925.1, 926.1, 931-ci maddələrinə istinad etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə yazılı qarşı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahat
16. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
19. Maddə 888.1.Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
20. Maddə 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
21. Maddə 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülkihüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.
22. Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər.
23. Maddə 915. Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
24. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
26. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
27. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və tətbiq edilməli hüquq normaları baxımından qanuni və əsaslı hesab edir.
37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ##.##.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş “Changan C575” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən könüllü (kasko) sığorta müqaviləsi əsasında sığortalanmış, hadisə nəticəsində dəymiş zərər qiymətləndirilərək sığortalıya 5039,41 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla bağlı iddiaçı subroqasiya hüququna əsaslanaraq cavabdehdən mübahisələndirilən məbləğin tutulmasını tələb etmişdir.
38. Lakin iş materiallarında olan və Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış məktubdan görünür ki, hadisə nəticəsində əsas zərərçəkən hesab edilən digər nəqliyyat vasitəsinə dəymiş zərərin tam şəkildə ödənilməsinə etiraz edilməmişdir. Həmin məktubun məzmunundan aydın olur ki, cavabdeh hadisə ilə bağlı digər zərərçəkənə sığorta ödənişinin tam həcmdə həyata keçirilməsinə razılıq vermişdir. Nəticə etibarilə, hadisə üzrə məsuliyyət daşıyan icbari sığortaçı tərəfindən zərər artıq digər zərərçəkənin xeyrinə ödənilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, könüllü sığorta müqaviləsi üzrə sığortaçı olan iddiaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi onun müqavilədən irəli gələn birbaşa öhdəliyi olmuşdur. Bu hal özlüyündə sonradan həmin məbləğin subroqasiya qaydasında tələb olunması üçün yetərli əsas hesab edilə bilməz. Çünki subroqasiya hüququ yalnız sığortaçının sığortalının malik olduğu hüquq həddində və həmin hüquq mövcud olduğu müddətdə mümkündür. Hazırkı halda isə cavabdehin iradəsi və təqdim etdiyi razılıq məktubu nəticəsində hadisə üzrə məsul sığortaçı tərəfindən digər zərərçəkənə ödəniş edilmiş, bununla da sonradan eyni hadisə üzrə əlavə tələbin irəli sürülməsi üçün hüquqi əsas aradan qalxmışdır.
40. Apellyasiya şikayətinin “müvafiq məlumatların iddiaçıya təqdim edilməməsi” ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sığorta fəaliyyəti peşəkar sahibkarlıq fəaliyyəti olmaqla, sığortaçı riskin həcmini, hadisə üzrə digər ödənişlərin olub-olmamasını və məsul şəxsləri müəyyən etmək imkanına malikdir. Bu səbəbdən könüllü sığorta ödənişinin həyata keçirilməsi zamanı həmin halların tam araşdırılmaması nəticəsində yaranmış risk sonradan cavabdehin üzərinə qoyula bilməz.
41. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, sığorta münasibətlərində vicdanlı davranış və hüquqi müəyyənlik prinsipləri qorunmalıdır. Əks yanaşma eyni hadisə üzrə müxtəlif sığorta mexanizmləri çərçivəsində təkrar kompensasiya hallarının yaranmasına, habelə sığorta münasibətlərində balansın pozulmasına səbəb ola bilər.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
44. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.