Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-476/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “Mətın İnşaat” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X10 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsini, “Sifarişçi” isə bunun müqabilində müqaviləyə əlavədə razılaşdırılmış məbləğin ödənilməsini öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən görülmüş işləri vaxtında və hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və tərəflərin möhürü ilə təsdiq edilən/rəsmiləşdirilən müvafiq təhvil-təslim aktı əsasında “Sifarişçi”yə təhvil vermək (təhvil-təslim aktı ödəniş üçün əsas sənəd sayılacaqdır. Əgər, ödəniş “Sifarişçi” tərəfindən avans şəklində əvvəlcədən həyata keçirilmişsə, görülən işlərə dair təhvil-təslim aktının imzalanmaması (elektron qaimə-faktura təqdim olunsa belə), avans olaraq həyata keçirilmiş ödənişin “Sifarişçi”yə qaytarılması üçün əsas hesab olunacaqdır); 2.1.2-ci bəndinə əsasən işləri lazımi keyfiyyətlə həyata keçirmək icraçının vəzifəsidir. 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti ## ###### 2025-ci il tarixədəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
2. ##.##.2024-cü il tarixli müqaviəyə ** saylı Əlavə olan X11 əsasən icraçı tərəfindən 375916 manat məbləğində işlərin görülməsi razılaşdırılmışdır.
3. “xxxx” MMC ilə Cavabdeh MMC arasında imzalanmış mart 2024-cü il tarixli yerinə yetiirlmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 63819.12 manat məbləğində işlər yerinə yetirilmişdir.
4. “xxxx” MMC ilə Cavabdeh MMC arasında imzalanmış aprel 2024-cü il tarixliyerinə yetiirlmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 119139.29 manat məbləğində işlər yerinə yetirilmişdir.
5. “xxxx” MMC ilə Cavabdeh MMC arasında imzalanmış may 2024-cü il tarixliyerinə yetirilmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 110917.64 manat məbləğində işlər yerinə yetirilmişdir.
6. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 10000 manat köçürülmüşdür.
7. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 10000 manat köçürülmüşdür.
8. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 30000 manat köçürülmüşdür.
9. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 70000 manat köçürülmüşdür.
10. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100000 manat köçürülmüşdür.
11. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 40000 manat köçürülmüşdür.
12. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 81702.7 manat köçürülmüşdür.
13. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 18297.3 manat köçürülmüşdür.
14. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 4400 manat köçürülmüşdür.
15. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 40000 manat köçürülmüşdür.
16. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 7200 manat köçürülmüşdür.
17. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindn cavabdehin hesabına 18000 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
18. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 5400 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
19. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 12600 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
20. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 18000 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
21. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 7200 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
22. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 14706.49 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
23. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 3293.51 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
24. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 792 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
25. “xxxx” MMC tərəfindən “X4MA” MMC-yə ##.##.2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 10 iş günündən gec olmayaraq, ## ###### 2024-cü il tarixli xidmət müqaviləsi üzrə işləri tam şəkildə yerine yetirilməsini ve müvafiq –təhvil-təslim aktı əsasında İddiaçı MMC-yə təhvil verilməsini tələb etmişdir.
26. “xxxx” MMC ilə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində POLO layihəsi üzrə 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarında təmir və izolyasiya işlərinin görülməsini, “Sifarişçi” isə bunun müqabilində müqaviləyə əlavə olunan Protokola əsasən görülən işlərin razılaşdırılmış məbləğinin ödənilməsini öz üzərinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
27. ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə ** saylı Əlavə olan qiymətlərin razilaşdirma protokoluna əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
28. ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə ** saylı Əlavə olan qiymətlərin razilaşdirma protokoluna əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
29. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə MT2405 ******** saylı ##.##.2024-cü il tarixli 6490 manat,EBEE ****** nömrəli ##.##.2024-cü il tarixli 12555.20 manat,MT2407 ******** nömrəli ##.##.2024-cü il tarixli 2265.60 manat, MT2407 ******** nömrəli ##.##.2024cü il tarixli 32450 manat, MT2407 ******** nömrəli ##.##.2024-cü il tarixli 1079.97 manat, MT2408 ******** nömrəli ##.##.2024- cü il tarixli 1188 manat, MT2409 ********* nömrəli ##.##.2024-cü il tarixli 2448 manat məbləğində elektron qaimələr göndərilmişdir.
30. “xxxx” MMC ilə X2 arasında ##.##.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının girişinin tavan hissələrində layihəyə uyğun MDF Şponla dekorativ üzlənmə 1m2 üçün 380,00 AZN (material daxil) və divarın Laminat mebellə üzlənməsi 1m2 üçün 80,00 AZN (material daxil) dəyərində işlərin görülməsini, “Sifarişçi” isə bunun müqabilində görülmüş işlərin təhvil-təslim aktına əsasən dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
31. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən X2 hesabına 7000 manat köçürülmüşdür.
32. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən X2 hesabına 3000 manat köçürülmüşdür.
33. “xxxx”ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, “xxxx” MMC tərəfindən ** saylı vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
34. Cavabdeh MMC ilə “xxxx" MMC arasında ##.##.2025-ci il tarixli *** saylı xidmət müqaviləsi imzalanmışdır.
35. “xxxx”MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **/**-***/** saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarında “xxxx" MMC ilə “X4 MA" MMC arasında bağlanmış **/** saylı, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDV-siz 585124,0 manat, , ƏDV daxil 690446.32 məbləğində müəyyən olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarına baxış zamanı **/** saylı, ## ###### 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarında aparılmış təmir işləri zamanı çəkilmiş video materialarında eyvan sahələrində metlağ örtüyünün vurulması zamanı pəncərə kənarı izolyasiya materiallarının düzgün vurulmaması ilə bağlı qüsurlar aşkar edilmişdir. Bu qüsurların pəncərə quraşdırılan zaman izolyasiya materiallarının tikinti texnologiyasına uyğun yerinə yetirlmədiyindən irəli gəldiyi və həmin qüsurların baş vermə səbəbi müqavilə üzrə İcraçı olan “X4 MA" MMC-nin əməkdaşlarının təmir işlərinin keyfiyyətsiz icra etməsi ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
36. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC tərəfindən X/M-**/** saylı, ## ###### 2024cü il tarixli Xidmət müqaviləsi üzrə cavabdeh Cavabdeh MMC-yə ödənilmiş 101839,90 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 391,84 manat dövlət rüsumunun əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş 500 manat xərcin, cəmi 102731,74 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsinə dair” X/M-**/** saylı, ## ###### 2024-cü il tarixli Xidmət müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərini yerinə yetirərək görüləcək işlərin dəyərini hər dəfə əvvəlcədən, yəni avans şəklində cavabdehə ödəmişdir. İddiaçı tərəfindən müqavilə çərçivəsində cavabdehə ödənilmiş pulun məbləği 689592 manat təşkil edir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh, ona ödənilmiş xidmət haqqının müqabilində cəmi 587752,10 manat məbləğində işləri yerinə yetirmiş, qalan işləri isə icra etməmişdir (icra olunan işlərdə belə cavabdeh müəyyən nöqsanlara yol vermişdir). ## ######## 2024-cü il tarixdə cavabdehə pretenziya göndərilərək işlərin yerinə yetirilərək başa çatdırılması cavabdehdən xahiş olunsa da, bunun nəticəsi olmamışdır. İddiaçı cavabdehə bildiriş göndərərək X/M-**/** saylı, ## ###### 2024-cü il tarixli xidmət müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bəyan etmiş, habelə cavabdehə avans şəklində ödənilmiş və icra edilməmiş işlərin dəyəri olaraq 101839,90 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq, Cavabdeh ödənilmiş pulu geri qaytarmamışdır. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış X/M-**/** saylı, ## ###### 2024-cü il tarixli Xidmət müqaviləsinin 2.1.1-ci bəndinə görə, görülmüş işləri vaxtında və hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və tərəflərin möhürü ilə təsdiq edilən/rəsmiləşdirilən müvafiq təhvil-təslim aktı əsasında İddiaçıya təhvil vermək (təhvil-təslim aktı ödəniş üçün əsas sənəd sayılacaqdır. Əgər, ödəniş iddiaçı tərəfindən avans şəklində əvvəlcədən həyata keçirilmişsə, görülən işlərə dair təhviltəslim aktının imzalanmaması (elektron qaimə-faktura təqdim olunsa belə), avans olaraq həyata keçirilmiş ödənişin sifarişçiyə qaytarılması üçün əsas hesab olunacaqdır) cavabdehin vəzifəsinə aid edilmişdir. Cavabdeh dəyəri 587752,10 manat təşkil edən işləri müvafiq təhvil-təslim aktı əsasında iddiaçıya təhvil versə də, lakin 101839,90 manat ödənişə münasibətdə işləri icra etməmiş və iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən iddiaçı işlərin icra olunmasını xahiş etmiş, cavabdehin isə iddiaçının xəbərdarlığına əhəmiyyət verməmiş, nəticədə iddiaçı müqavilənin 3.3.2-ci bəndinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv etmişdir.
38. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 10 000 manat məbləğində əsas borc, 300 manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 120.90 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
39. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmış və həmin müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsini və görülən işlərin müqabilində sifarişçi tərəfindən icraçıya xüsusi şərtlərdə müəyyən edilmiş qaydada istinad olunan məbləğlərin ödənilməsi öhdəliyini götürmüşlər. İddiaçı tərəfindən müqavilə çərçivəsində cavabdehə ödənilmiş pulun məbləği 689592 manat təşkil edir, cəmi 587752,10 manat məbləğində işlərin görülməsi işin mübahisəsiz halıdır. 101839,90 manat həcmində işlərlə bağlı təhvil-təslim aktları imzalanmamış, iddiaçı həmin işlərin qüsurlu şəkildə icra edildiyini və təhvil verilmədiyini iddia edərək həmin məbləği tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, onun tərəfindən müavilədə nəzərdə tutulan 689592 manat həcmində işlərin yerinə yetirildiyini bildirir və iddianın rədd edilməsini xahş edir. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan hal podrat müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən görülmüş işlərin həcmi və dəyəri ilə, cavabdeh tərəfindən müqavilə üzrə 101839,90 manat həcmində işin görülüb görülməməsi ilə bağlıdır. Göstərilən halın müəyyən edilməsi məqsədilə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli **/**- ***/** saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarında “xxxx" MMC ilə “X4 MA" MMC arasında bağlanmış **/** saylı, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDV-siz 585124,0 manat, (beş yüz səksən beş min yüz iyirmi dörd ), ƏDV daxil 690446.32 manat (altı yüz doxsan min dödr yüz qırx altı manat otuz iki qəpik) məbləğində müəyyən olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarına baxış zamanı **/** saylı, ## ###### 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən ##.##.2026cı il tarixli **/**-***/** saylı mütəxəssis rəyini tədqiq edərək hesab edib ki, qeyd edilən rəy sübut qismində nəzərə alına bilməz, belə ki, məhkəmə iclaslarında tərəflərin izahatları, həmçinin iddiaçı tərəfindən təqdim edilən sübutlarla tədqiqat obyekti olan sahələrdə iddiaçı tərəfindən də tamamlanma işləri həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və tədqiqat aparılmasından imtina edilmişdir. ##.##.2025ci il tarixli ekspertiza aparılmasından imtinaya dair məktubda qeyd edilmişdir ki, tədqiqat obyektlərinə baxış keçirilən zaman, tədqiqat obyektlərinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edilərək qüsurların aradan qaldırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən qərardadda qoyulan suala cavab vermək mümkün olmamışdır. Məhkəmə qeyd edib ki, məhkəmə araşdırması zamanı iddiaçının da müəyyən tamamlanma işlərinin həyata keçirilməsi öz təsdiqini tapdığından, məhkəmə hesab edib ki, cavabdeh tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli **/**-***/** saylı mütəxəssis rəyi ilə tədqiqat obyektində görülən işlərin dəyəri müəyyən olunan zaman, həmin işlərin əhz cavabdeh tərəfindən görüldüyünü müəyyən etməsi mümkün deyildir. Bu səbəbdən qeyd edilən rəy nəzərə alınmamalıdır. Məhkəmə qeyd edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. İşin halı ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim çoxsaylı ödəniş tapşırıqları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 689592 manat ödənilmiş,cavabdeh tərəfindən işlərin görülməsində qüsurlar aşkar edildiyindən təhvil təsim aktı imzalanmamış və həmin qüsurların aradan qaldırılması üçün digər şirkətlərlə müqavilə bağlanılmışdır. Məhkəmə qeyd edib ki, sözügedən tələbə Mülki Məcəllənin 763- 766-cı maddələrin tələbləri tətbiq edilməklə münasibət bildirilməlidir. Sözügedən normaların məzmunundan da göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini podratçıdan tələb etmək və ya muzdu azaltmaq hüququna malik olmasını müəyyən etmişdir. İş materialları ilə təsdiq olunurki, yaranmış qüsurların aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli pretenziya göndərilmiş və qüsurların 10 gün müddətində aradan qaldırılması tələb edilmişdir. İddiaçı mövcud qüsurlarla bağlı ona dəyən ziyanı iş materiallarına əlavə edilmiş iki ayrı xidmət müqavilələləri ilə təsdiq edir. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında müqavilə ##.##.2024-cü il tarixində bağlanılmış və adıçəkilən müqavilə iddiaçı tərəfindən cavabdehə pretenziya təqdim edildiyi andan əvvəlki dövrü əhatə edir. Bundan əlavə, iddiaçı ilə “xxxx” MMC arasında razılaşdırılmış görüləcək işlər (vitraj pəncərələrinin ətrafının izolyasiyası,şüşə məhəccərlərin hər iki tərəfinin setkanlanıb suvanaraq izolyasiyası və s.) CavabdehMMC ilə razılaşdırılmış işləri əhatə etmir. Bu səbədən həmin müqaviləvə o müqavilə üzrə çəkilən xərclər hazırki iş üzrə cavabdehin podrat müqaviləsi üzrə görməli olduğu işlərə dair qüsurun aradan qaldırılmasına dair xərc hesab edilə bilməz. İddiaçı ilə X3 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının girişinin tavan hissələrində layihəyə uyğun MDF Şponla dekorativ üzlənmə 1m2 üçün 380,00 manat (material daxil) və divarın Laminat mebellə üzlənməsi 1m2 üçün 80,00 manat(material daxil) dəyərində işlərin görülməsi razılaşdırılmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 10 000 manat ödənilmişdir. Məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanılmış müqavilədə tavan təmir işlərinin görülməsi nəzərdə tutulmuş,iddiaçı tərəfindən görülmüş işlərdə qüsur aşkar edilmiş və bunula bağlı cavabdehə pretenziya məktubu göndərmişdir.İddiaçı tərəfindən tavan təmir işlərinin tamamlanması ilə bağlı X3 ilə müqavilə imzalanmış və həmin müqavilə üzrə 10 000 manat ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə işlər (təmir tikinti) yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş işləri qüsurlu icra etmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qsurların aradan qaldırılması ilə bağlı 16.09.24-cü ildə pretenziya ilə müraciət etmiş və 10 gün vaxt verilsə də, cavabdeh tərəfindən qüsurlar aradan qaldırılmamışdır. Həmin tarixdən sonra iddiaçı cavabdehlə müqaviləsində cavabdeh tərəfindən görülməli olan işlərlə bağlı digər müqavilə imzalamış və 10000 manat ödəniş etmişdir. Mülki Məcəllənin 763- 766-cı maddələrin tələblərinə əsasən həmin məbləğ iddiaçı cavabdeh tərəfindən təhvil verilməli olan işlərin qüsurunu aradan qaldırdığı məbləğdə tələb etməkdə haqlıdır. Məhkəmə hesab edib ki , Beləliklə məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən, cavabdeh Cavabdeh MMC-dən 10 000 manat tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir. .Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 500 manat vəkil xərci ödənilmişdir. Məhkəmə cavabdehdən 300 manat vəkil xərcinin tutulmasını ağlabatan hesab edir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120.9 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
40. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 752.1, 753.3, 762.1, 762.2, 763.1, 763.2, 766, 769, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır.
41. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməsini və iş üzrə yeni, iddia tələbinin tam rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
42. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın rədd olunduğu hissədə ləğv edilməsini və iş iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddiasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
43. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin 49-cu bəndində qeyd edildiyi kimi, “xxxx” MMC tərəfindən müqavilə çərçivəsində Cavabdeh MMC-yə ödənilmiş pulun məbləği 689592 manat təşkil edir, cəmi 587752,10 manat məbləğində işlərin görülməsi işin mübahisəsiz halıdır. 101839,90 manat həcmində işlərlə bağlı təhvil-təslim aktları imzalanmamış, iddiaçı həmin işlərin qüsurlu şəkildə icra edildiyini və təhvil verilmədiyini iddia edərək həmin məbləği tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, onun tərəfindən müqavilədə nəzərdə tutulan 689592 manat həcmində işlərin yerinə yetirildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsində araşdırma aparılarkən iddiaçı tərəfindən ümumiyyətlə heç bir əsaslı, iş üzrə xidmətlərin natamam və ya qüsurlu icra edilməsini təsdiq edən sübut məhkəmənin diqqətinə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclaslarında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə natamam icra edilmiş işlər var. Lakin əraziyə cavabdeh tərəfindən baxış keçirilən zaman heç bir natamam qalmış iş aşkar edilmədi. Əksinə, “xxxx” MMC-nin ərazi üzrə təmir işlərinə nəzarəti həyata keçirən, şirkətin rəhbərinin atası olan Səxavət Qurbanov bizə bildirdi ki, natamam qalmış iş yoxdur-keyfiyyətsiz və qüsurlu icra edilmiş işlər var. Onun sözlərinə görə ərazidə eyvanlarda vurulan kafellərdə problemlər olmuşdur və pilləkənlarda vurulan kafellərin altı yaxşı doldurulmamışdır. Bundan başqa cavabdehin nümayəndəsinin iştirakı ilə əraziyə keçirilmiş iki baxış zamanı “xxxx” MMCnin nümayəndələri tərəfindən heç bir irad bildirilməmişdir. Əraziyə baxış keçiriləndən sonra məhkəmə iclasında iştirak edərkən baş verənləri məhkəmənin diqqətinə çatdırır. Lakin məhkəmə iclasından iştirak edən “xxxx” MMC-nin nümayəndəsi yenə də bildirdi ki, tələbləri natamam işlərlə bağlıdır. Cavabdeh də həm tərəfin, həm məhkəmənin diqqətinə çatdırır ki, ərazidə natamam iş yoxdur, təmir bitib, artıq sakinlər binada yaşayır. Bu zaman Nurlan bəy bildirdi ki, natamam işlər iddiaçının əraziyə cəlb etdiyi digər podratçılar tərəfindən icra edilmişdir və həmin podratçılarla bağlanılan müqavilələri (müqavilənin əlavələri, ödənişlər və s.) məhkəmənin diqqətinə təqdim etdi. Təqdim edilən iki podratçıdan biri olan “xxxx” MMC ilə bağlanılmış X/M-**/** saylı, ## ### 2024-cü il tarixli müqavilə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, bağlanılmış və adıçəkilən müqavilə iddiaçı tərəfindən cavabdehə pretenziya təqdim edildiyi andan əvvəlki dövrü əhatə edir (mübahisələndirilən qətnamənin 57-ci bəndi). Bundan əlavə, iddiaçı ilə “xxxx” MMC arasında razılaşdırılmış görüləcək işlər (vitraj pəncərələrinin ətrafının izolyasiyası,şüşə məhəccərlərin hər iki tərəfinin setkanlanıb suvanaraq izolyasiyası və s.) Cavabdeh MMC ilə razılaşdırılmış işləri əhatə etmir. Bu səbədən həmin müqaviləvə o müqavilə üzrə çəkilən xərclər hazırkı iş üzrə cavabdehin podrat müqaviləsi üzrə görməli olduğu işlərə dair qüsurun aradan qaldırılmasına dair xərc hesab edilə bilməz (mübahisələndirilən qətnamənin 58-ci bəndi). Qeyd edilən məhkəmənin mövqeyi sonuncu məhkəmə iclasları zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı mülahizələrdə əks etdirilən fikirlərlə ilə üstünlük təşkil edir və hesab edir ki, məhkəmə iddianın həmin hissədə rədd etməklə tam haqlı qənaətə gəlmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, əgər iddiaçı “xxxx” MMC X3 ilə sonradan müqavilə bağlayırsa mütləq o cavabdeh olaraq nəyisə qüsurlu icra etmişlər və ya natamam icra etmişlər. Axı bu absurddur? İş materiallarında cavabdeh tərəfindən şponla dekorativ üzlənmə və ya divarın laminat mebellə üzlənməsinin düzgün və ya tam icra edilməməsini sübuta yetirə biləcək heç bir fotoşəkil belə yoxdur. Heç bir məhkəmə iclasında və dəfələrlə əraziyə keçirilmiş baxışlar zamanı heç bir iddiaçının nümayəndəsi bu işlərlə bağlı bizə heç şifahi iradlarını belə bildirməyib. Bu müqavilələr sonradan “xxxx” MMC-nin digər podratçılarla bağladığı müqavilələr siyahısına aid olmaqla aramızda bağlanılmış xidmət müqaviləsindən irəli gələn öhdəliklərin icra edilib-edilməməsi ilə bağlı deyildir. Məhkəmənin diqqətinə təqdim edilən ikinci Heydərov Şaiq ilə bağlanılan müqavilə pretenziyanın onlara göndərildiyi tarixdə, yəni ##.##.2024-cü il tarixdə imzalanmışdır. Halbuki Tərəfin cavabdehə göndərdiyi pretenziya məktubunun özündə belə qeyd edilir ki, qüsur və çatışmamazlıqların aradan qaldırılması üçün cavabdehə 10 gün verilir. Qeyd edilən müqaviləyə əlavə edilmiş iki ödəniş tapşırığından isə cavabdehdə aydın olur ki, ##.##.2024-cü il tarixdə iddiaçı artıq xidmətin dəyərini tam ödəyərək natamam icra edildiyini istinad etdiyi işləri digər podratçıya icra etdirmişdir. Pretenziya məktubuna cavab verilməsini belə gözləməyən Tərəfin təqdim etdiyi sənədlərdən cavabdehə aydın olur ki, bu müqavilə də ərazidə çalışan digər podratçı ilə bağlanılmış müqavilə olmaqla heç bir natamamlığın aradan qaldırılmasına yönəldilmiş müqavilə deyil. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ##.##.2026-cı il tarixli **/**- ***/** saylı mütəxəssis rəyinin özündə də açıq-aşkar olaraq görünür ki, **/** saylı, ## ###### 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi. Həmin müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDV daxil 690446,32 manat təşkil edir. Lakin naməlum səbəblərdən məhkəmə mübahisələndirilən qətnamənin 52-ci bəndində qeyd edir ki: “...Məhkəmə cavabdeh tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli **/**-***/** saylı mütəxəssis rəyini tədqiq edərək hesab edir ki, qeyd edilən rəy sübut qismində nəzərə alına bilməz, belə ki, məhkəmə iclaslarında tərəflərin izahatları, həmçinin iddiaçı tərəfindən təqdim edilən sübutlarla tədqiqat obyekti olan sahələrdə iddiaçı tərəfindən də tamamlanma işləri həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və tədqiqat aparılmasından imtina edilmişdir . ##.##.2025-ci il tarixli ekspertiza aparılmasından imtinaya dair məktubda qeyd edilmişdir ki, tədqiqat obyektlərinə baxış keçirilən zaman, tədqiqat obyektlərinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edilərək qüsurların aradan qaldırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən qərardadda qoyulan suala cavab vermək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının da müəyyən tamamlanma işlərinin həyata keçirilməsi öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli **/**-***/** saylı mütəxəssis rəyi ilə tədqiqat obyektində görülən işlərin dəyəri müəyyən olunan zaman, həmin işlərin məhz cavabdeh tərəfindən görüldüyünü müəyyən etməsi mümkün deyildir. Bu səbəbdən qeyd edilən rəy nəzərə alınmamalıdır…” Məhkəmənin mövqeyinə əsasən iddiaçının məhkəmə iclasında bildirdiyi şifahi izahatlar ixtisalaşdırılmış mütəxəssisin rəyindən daha üstündür. Necə ola bilər ki, mütəxəssisin gəldiyi qənaət sübut kimi qəbul edilməsin, lakin iddiaçının şifahi olaraq bildirdiyi hallar məhkəmə üçün daha üstün hüquqi qüvvəyə malik olsun? İddiaçının bildirdikləri zatən yalnız birinci podrat müqaviləsi ilə bağlı olan hallar idi ki, Tərəfin məhkəmədəki və ərazidəki nümayəndələri ancaq eyvan sahəsində olan örtükdən danışırdılar. Dekorativ üzləmə və laminatla bağlı məhkəmə iclasında heç bir söz belə deyilməmişdir. Zatən iddiaçının dediklərinin həqiqətə uyğun olmadığı iddianın “xxxx” MMC ilə bağlanılmış müqavilə əsasında icra edilmiş xidmətlərə görə ödənilmiş pul vəsaitinin geri qaytarılması hissəsində iddianın təmin edilməməsi ilə öz təsdiqini tapmışdır. Yəni ki, “xxxx” MMC ümumiyyətlə məhkəməyə nə cavabdeh tərəfindən hər hansı xidmətin düzgün və ya tam icra edilib-edilməməsi ilə bağlı hər hansı sübut vermiş, nə də ki heç şifahi izahatları ilə belə halların reallıqda beş verib-verməməsini doğru-düzgün izah edə bilməmişdir. Bu halda iş üzrə yeganə sübut qismində tanına bilən mütəxəssis rəyini heçə saymaq birbaşa onu göstərir ki, məhkəmənin həmin hissədə gəldiyi nəticə heç bir halda əsaslı sayıla bilməz. Məhkəmə iddianı yalnız 10000 manatlıq hissədə təmin etməklə həmçinin onu təsdiq etmiş olur ki, 689592 manat məbləğində edilmiş ödənişə mütənasib olaraq tərəfimizdən 679592 manat məbləğində xidmət icra edilmişdir. “X1 and Residences” adlı istirahət kompleksinin tikintisi ölkə üzrə sayılıb-seçilən layihələrdən biri olmaqla birbaşa ölkə rəhbərliyimizin nəzarəti altındadır. Belə layihədə iştirak etməyə yoldan keçən bir təşkilat buraxılmır. Yalnız cavabdehin kimi tikinti sahəsində müvafiq təcrübəyə və biliklərə malik olan podratçılar həmin kompleksin inşasında iştirak edə bilər. Beləliklə cavabdeh bu qədər nüfuza malik olduğu halda 689592 manatlıq iş müqabilində 10000 manatlıq işi icra etməməklə nə qazana bilərdi? Hansı podratçı layihənin 1 faizini təhvil vermədən ərazidən uzaqlaşar? “xxxx” MMC kimi podratçıların pulunu ödəyib sonradan təhvil-təslim aktını qərəzli şəkildə imzalamayaraq pulunu tələb edən, bunun əvvəlcədən bir şərt kimi müqaviləyə daxil edib məsuliyyətdən yayınmaq niyyətlərini büruzə verən təşkilatla çalışmaqlarına baxmayaraq cavabdehin üzərinə düşən və dəyəri ödənilən bütün xidmətlər cavabdeh tərəfindən tam şəkildə icra edilmişdir. Bu səbəbdən xidmətlərin 1 faizinin belə cavabdeh tərəfindən icra edilməməsi ümumiyyətlə istisna edilən bir haldır. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. İstənilən tikinti sahəsində xidmətlər icra edilən kimi dərhal sifarişçi tərəfindən qəbul edilməlidir. Sifarişçinin aylarla xidmət aktlarını imzalamaması, sonradan isə aylar sonra pretenziya ünvanlaması və daha bir neçə ay sonra məhkəməyə müraciət etməsi onu göstərir ki, işgüzar adətlərə uyğun olaraq tərəf vaxtında təhvil-təslim aktını imzalamamaqla xidmətin icra edilməməsini deyil də, əksinə, xidmətin tərəfindən qəbul edilməsinin səbəbkarı olub. Məhkəmə qanunvericiliyin hazırkı normasını məhkəmə qətnaməsində qeyd etsə də, həmin hissədə ümumiyyətlə araşdırma aparmamışdır. ##.##.2025-ci il tarixdə qeyd edilən sənədlərin tədqiqindən sonra iclasda həm tərəflərin, həm məhkəmənin razılığı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təəssüf ki, AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi ## ###### 2025-ci il tarixli məlumatı ilə ekspertizanın aparılmasından imtina etmişdir. Beləliklə cavabdeh olaraq haqlı olduqlarını müəyyən etmək üçün məcbur qalıb sırf daşınmaz əmlakla bağlı təcrübəyə malik qiymətləndirici təşkilatına müraciət etmişlər. Qiymətləndirici qarşısında məhz bu sualların qoyulmasında cavabdehin niyyəti həm toplam görülmüş işlərin dəyəri müəyyən etmək, həm də qüsurların nədən ibarət olmasını bilmək idi. Məhkəmə araşdırması zamanı dəfələrlə eyvan sahələri müzakirə səbəbi olduğundan həmin sahədə olanlarla bağlı da tərəfimizdən qiymətləndiriciyə müvafiq videomateriallar da təqdim edildi. Yekunda qiymətləndiricinin cavabdeh tərəfindən verilən suallara bu formada cavab verdi: 1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarında “xxxx" MMC ilə “X4MA" MMC arasında bağlanmış **/** saylı, ## ###### 2024cü il tarixli müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDV-siz 585124 manat, ƏDV daxil 690446,32 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarına baxış zamanı **/** saylı, ## ###### 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi. Məhkəmə məcburiyyətdən müraciət etdiyi mütəxəssisin rəyini qəbul etməyərək ekspert rəyini daha üstün hesab edir və bildirir ki, ekspertin tədqiqat aparmaqdan imtina etdiyi halları nəzərə alaraq mütəxəssisin həmin hallar üzrə araşdırma aparması istisna edilir. Halbuki heç mütəxəssisin hansı əsaslarla həmin qənaətə gəldiyini belə araşdırmır.
44. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflərin imzaladığı X/M-**/** saylı, ## ###### 2024-cü il tarixli xidmət müqaviləsinin 2.1.1-ci bəndinə görə, görülmüş işləri vaxtında və hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və tərəflərin möhürü ilə təsdiq edilən/rəsmiləşdirilən müvafiq təhvil-təslim aktı əsasında iddiaçıya təhvil vermək cavabdehin vəzifəsinə aid edilmişdir. Həmçinin müqavilənin həmin bəndində qeyd olunmuşdur: “Təhvil-təslim aktı ödəniş üçün əsas sənəd sayılacaqdır. Əgər, ödəniş iddiaçı tərəfindən avans şəklində əvvəlcədən həyata keçirilmişsə, görülən işlərə dair təhvil-təslim aktının imzalanmaması (elektron qaimə-faktura təqdim olunsa belə), avans olaraq həyata keçirilmiş ödənişin sifarişçiyə qaytarılması üçün əsas hesab olunacaqdır.” Göründüyü kimi, tərəflər yerinə yetirilən işlərin yalnız təhvil-təslim aktı əsasında sifarişçiyə təhvil verilməsi ilə bağlırazılığa gəlmişlər. Təhvil-təslim aktının imzalanmaması isə avans şəklində həyata keçirilmiş pulun istisnasız olaraq geri qaytarılmasına əsasdır. İddiaçı öz növbəsində işlərin görülmədiyinə istinadən müqavilə müddəasını rəhbər tutaraq, ödənilmiş avansın (sonuncu hissəsinin) geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Beləliklə, məhkəmə müqavilə müddəalarını nəzərə almamış, işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə Mülki Məcəllənin 763-766-cımaddələrinin tələblərini tətbiq edərək hesab etmişdir ki, iddiaçının X3 ödəmiş olduğu 10000 manat pulun əvəzi cavabdehdən tutulmalıdır. Çünki iddiaçı ##.##.2024-cü il tarixdə pretenziya ilə cavabdehdə müraciət etmiş, pretenziyada göstərilən müddətdə qüsurlar aradan qaldırılmamış və iddiaçı qüsurların aradan qaldırılması üçün X3 ilə müqavilə bağlamışdır. Hesab edir ki, məhkəmə belə nəticəyə gələrkən bir daha yalnışlığa yol vermişdir. Belə ki, iddiaçının ##.##.2024-cü il tarixdə cavabdehə pretenziya göndərməsi və qalan işlərin icrasını tələb etməsi ona dəlalət etmir ki, iddiaçı həmin tarixədək “xxxx” MMC ilə bağladığımüqavilə üzrə sonuncuya ödəmiş olduğu pulun əvəzini Cavabdehdən tələb edə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında 101839,90 manat ödənişə münasibətdə işlərin təhvil verilməsinə dair akt imzalanmamışdır. Çünki, Cavabdeh həmin işləri yerinə yetirməmişdir; iddia tələbinə münasibətdə Mülki Məcəllənin 763-766-cımaddələrinin tələbləri tətbiq olunsa belə, İddiaçının işlərin görülməsinə görə digər podratçılara/icraçılara ödəmiş olduğu pul tam şəkildə cavabdehdən tutulmalı idi (həmin məbləğ(lər) iddiaçının cavabdehə avans olaraq ödəmiş olduğu sonuncu məbləğlə üst-üstə düşür).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
45. Apellyasiya şikayətilərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
46. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin şikayətinin rədd edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Nümayəndə verdiyi izahatında digər podratçılarla müqavilələrin cavabdeh tərəfindən görülmüş işlərdəki qüsurların aradan qaldırılması məqsədilə deyil, müqavilə üzrə işlərin cavabdeh tərəflərin tamamlanmamış hissəsinin görülməsi üçün bağlandığını bildirdi.
47. Cavabdehin nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin rədd edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. İzahatında digər podratçılarla bağlanmış müqavilələrdə göstərilmiş iş növlərinin mübahisəli müqavilə üzrə tərəflərindən görülmüş işlərdən fərqləndiyini bildirdi.
Tətbiq edilən hüquq:
48. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. -763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
49. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində, iddiaçının isə iddia təmin edilməmiş hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC (sifarişçi) ilə cavabdeh Cavabdeh MMC (icraçı) arasında ##.##.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və ** nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsini, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavədə razılaşdırılmış məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 689.592 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş pulun müqabilində cavabdeh tərəfindən ümumilikdə ƏDV daxil 587.752,10 manat məbləğində işlər görüldüyünü, cavabdeh tərəfindən görülməmiş işlərə dair başqa şəxslərlə müqavilələr bağladıqlarını və həmin işlərin digər podratçılar tərəfindən icra edildiyini əsas gətirərək tərəfindən ödənilmiş 101.839,90 manat məbləğində pulun qaytarılmasını tələb edir. Cavabdeh isə görülmüş işlər üzrə sonuncu təhvil-təslim aktının iddiaçı tərəfindən imzalanmadığını, tərəflərindən müqavilə üzrə işlərin tam icra edildiyini, görülmüş işlərdə hər hansı qüsurların olmadığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
55. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlandırılsa da, müqavilənin predmetini maddi nəticələri olan işlərin görülməsi təşkil etdiyindən, həmin müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara əsasən, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 759.1 və 1192-ci maddələri təşkil edir.
56. Qeyd edilməlidir ki, mübahisəli müqaviləyə əsasən cavabdeh tərəfindən ƏDV daxil 587.752,10 manat dəyərində işlərin görüldüyü işin mübahisəsiz halını təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli halı isə, müqavilə üzrə razılaşdırılmış işlərin qalan hissəsinin də cavabdeh tərəfindən icra edilib-edilməməsi, yaxud həmin işlərin bir hissəsinin digər şəxslər tərəfindən görülməsi ilə bağlıdır. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən müqavilə üzrə işlərin natamam icra edildiyini, sifariş edilmiş işlərin işlərin başa çatdırılması məqsədilə digər podratçılarla müqavilə bağladığını və işlərin qalan hissəsinin həmin podratçılar tərəfindən yerinə yetirildiyini iddia edir.
57. Həmin halı sübuta yetirilməsi məqsədilə iddiaçı tərəfindən məhkəməyə digər podratçılarla bağlanmış iki müqavilə - “xxxx” MMC ilə ##.##.2024-cü il tarixli və X3 ilə ##.##.2024-cü il tarixli xidmət müqavilələri, həmçinin qaimələr və ödənişləri təsdiq edən sənədlər təqdim edilmişdir.
58. Kollegiya ilk növbədə “xxxx” MMC ilə bağlanmış müqaviləyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birincisi, həmin müqavilə iddiaçı tərəfindən işlərin qüsurlu icra edilməsi barədə cavabdehə pretenziya göndərilməsindən (##.##.2024-cü il tarixdən əvvəl) bir neçə ay əvvəl bağlanmış, bundan əlavə, işlərin təhvil-təslim aktlarından müəyyən edildiyi kimi həmin müqavilə bağlandığı dövrdə, yəni 2024-cü ilin may ayında, cavabdehlə bağlanmış mübahisəli müqavilə üzrə işlərin görülməsi davam etməkdə idi. Cavabdehlə müqavilə münasibətlərinin davam etdiyi halda iddiaçı tərəfindən cavabdehə işlərin tam görülməməsi və ya görülməsinin gecikdirilməsi ilə bağlı hər hansı irad bildirmədən eyni işlərə dair paralel olaraq başqa şirkətlə müqavilə bağlanması isə inandırıcı və ağlabatan görünmür.
59. İkincisi, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə bağlanmış müqavilədən və müqaviləyə əlavə kimi təsdiq edilmiş qiymət razılaşdırılması protokolundan görünür ki, həmin müqavilə üzrə işlər də mübahisəli müqavilədə olduğu kimi 11 və ** saylı binalarda görülsə də, sözügedən müqavilədə görülməsi nəzərdə tutulan işlərlə mübahisəli müqavilə üzrə görülmüş işlərin dairəsi fərqli olmuşdur. Yalnız sözügedən müqaviləyə * saylı əlavə kimi təsdiq edilmiş qiymət razılaşdırılması protokolunun 3-cü bəndində nəzərdə tutulmuş “Dam konsollarının izolyasiyası işləri” ilə mübahisəli müqavilə üzrə qiymət razılaşdırılması prokotolunda nəzərdə tutulmuş “damda konsolların dördqat izolyasiyası və styajkası” işləri eynilik təşkil edir. Bununla bağlı isə vurğulanmalıdır ki, “Dam konsollarının izolyasiyası işləri” müqavilə üzrə görülməsi razılaşdırılmış işlər kimi “xxxx” MMC ilə bağlanmış müqaviləyə əlavədə yer alsa da, “xxxx” MMC tərəfindən həmin növ işlərin faktiki icra edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, sözügedən müqavilə üzrə icra edilmiş işlərlə bağlı “xxxx” MMC tərəfindən işlərin həcmi və adı göstərilməklə iddiaçıya elektron qaimələr göndərilsə və iddiaçı tərəfindən ödənişlər həmin qaimələr üzrə aparılsa da, damda konsolların izolyasiyası işləri ilə bağlı iddiaçıya elektron qaimə göndərilməmişdir.
60. Odur ki, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-nin mübahisəli müqavilə üzrə cavabdehin görmədiyini (başa çatdırmadığı) işləri görməsi iş materialları ilə öz təsdiqini tapmadığından, əksinə iki müqavilə üzrə görülmüş işlərin eynilik təşkil etməməsi müəyyən edildiyindən həmin müqavilə üzrə ödənişlərin cavabdehə ödənilməli olan məbləğdən çıxılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır.
61. X3 ilə bağladığı xidmət müqaviləsinə gəldikdə qeyd edilməlidir ki, həmin müqavilədə iki növ işlərin görülməsi nəzərdə tutulmuşdur ki, həmin işlərin yalnız biri - girişin tavan hissələrində MDF şponla işlərin dekorativ üzlənmə işləri mübahisəli müqavilədə nəzərdə tutulmuş MDF işləri - dressvoll, gizli qapı və parçalı tavan işlərinə qismən uyğun gəlir.
62. İkincisi, o da qeyd edilməlidir ki, həmin müqavilə ##.##.2024-cü ildə, yəni iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsi ilə eyni gündə bağlanmışdır. Bu da o deməkdir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə görülmüş işlərdə yol verilməsini iddia edilən qüsurların və natamamlıqların aradan qaldırılması üçün cavabdehə əlavə müddət verilməmiş, bununla da Mülki Məcəllənin 763-764-cü maddələrinin tələbləri pozulmuşdur. Belə olan halda iddiaçı qüsurların aradan qaldırılması (işlərin tamamlanması) üçün çəkdiyi xərclərin cavabdehin gördüyü işlərin dəyərindən çıxılmasını tələb etməkdə də haqlı deyildir.
63. Lakin kollegiya onu da qeyd edir ki, cavabdeh də öz növbəsində Mülki Məcəllənin 759-cu maddəsinin tələbləri baxımından müqaviləyə xitam verilərkən yalnız faktiki olaraq gördüyü işlərin dəyərini tələb edə bilər.
64. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli müqavilə üzrə 11 və ** saylı binalarda faktiki icra edilmiş işlərin dəyəri iş materiallarında olan mütəxəssis rəyi ilə müqaviləyə əlavədə razılaşdırılmış qiymətlər əsas götürülməklə ƏDV daxil 690.446,32 məbləğində müəyyən edilmişdir. Kollegiya həmin rəydə əks olunmuş işlərin kimin tərəfindən icra edilməsinin müəyyən edilməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, həmin rəyin cavabdeh tərəfindən görülmüş işlərin dəyərini müəyyənləşdirən sübut kimi nəzərə almasa da, qeyd edir ki, həmin rəydə əks olunmuş işlərin həcmi və dəyəri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, kollegiya mübahisəli müqavilədə razılaşdırılmış iş növlər üzrə sözügedən binalarda yerinə yetirilmiş işlərin həcminin və dəyərinin həmin rəy əsasında müəyyən edilməsini mümkün sayır.
65. İddiaçı həmin rəydə əks olunmuş işlərdən yalnız “MDF işləri - dressvoll, gizli qapı və parçalı tavan işləri”nə oxşar işlərə görə (tavanın MDF şponla üzlənməsi) başqa şəxslə müqavilə bağlaması və həmin şəxsə pul ödəməsini təsdiq edən sübutları təqdim etmişdir. Belə olan halda aydın olur ki, həmin növ işlərin bir hissəsi cavabdeh tərəfindən deyil, üçüncü şəxs tərəfindən icra edilmişdir. Rəydə əks olunmuş iş həcminin hansı hissənin üçüncü şəxs tərəfindən icra edilməsinə gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına əsasən hər bina üzrə 39 kv.m., yəni ümumilikdə 78 kv.m. miqdarda “MDF işləri - dressvoll, gizli qapı və parçalı tavan işlərinin” görüldüyü öz təsdiqini tapdığı halda rəydə hər bina üzrə görülmüş həmin işlərin həcmi 45 kv.m., yəni ümumilikdə 90 kv.m. olması müəyyən edilir. Belə olan halda cavabdeh təhvil-təslim aktında əks olunmamış 12 kv.m. işin onlar tərəfindən icra edilməsini sübuta yetirə bilmədiyini, iddiaçı isə həmin növ işlərin X3 tərəfindən görülməsinə dair sübutlar təqdim etdiyini nəzərə alaraq hesab edir ki, həmin işlərin cavabdeh tərəfindən görülməsi iş materialları ilə öz təsdiqini tapmır.
66. Belə olan halda isə kollegiya hesab edir ki, cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə görülmüş işlərin dəyəri müqavilədə göstərilən iş növləri üzrə ümumilikdə görülmüş işlərin dəyərindən (ƏDV daxil 690.446,32) 12 kv.m. MDF işlərinin dəyəri (12x195manat=2340) çıxılmaqla 688.106,32 manat məbləğində müəyyən edilməlidir.
67. Odur ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə cavabdehə 689.592 manat ödənildiyi, cavabdeh tərəfindən yalnız 688.106,32 manat dəyərində işlərin görülməsi öz təsdiqini tapdığını, eləcə də Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən cavabdehin yalnız tərəfindən görülmüş işlərə görə muzdu almaq hüququna malik olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, iddiaçı tərəfindən cavabdehə 1485 (688.106,32-689.592) manat artıq ödənilmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 759.1 və 1192.1-ci maddələrinə əsasən həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır.
68. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - cavabdeh Cavabdeh MMC tərəfindən qaytarılması qət edilmiş məbləğ hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq əsas borc 1485 manat məbləğində müəyyən edilməlidir. İddiaçı apellyasiya şikayəti ilə mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
69. Buna müvafiq olaraq, qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 6 manat müəyyən edilməlidir.
70. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
71. Cavabdehin apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə (təxminən 85%) mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 167 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehin özünə aid edilməlidir.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi - cavabdeh Cavabdeh MMC-dən tutulacaq əsas borc və dövlət rüsumunun əvəzi kimi tutulacaq pul vəsaitinin həcmi hissələrində - dəyişdirilsin, cavabdeh Cavabdeh MMCdən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulacaq artıq ödənilmiş pul vəsaiti (əsas borc) 1485 manat, dövlət rüsumunun əvəzi kimi tutulacaq pul vəsaiti isə 6 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövtlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 167 manat iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə cavabdehin özünə aid edilsin. Qətnamədən iddiaçı İddiaçı MMC tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov