Məhkəmə qərarları › İş №e-2-2(3-6)-524/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-524/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-524/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıxxxx“Metag Inşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Fillialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi, dəbbə pulunun ödənilməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçıxxxx“Metag Inşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Fillialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2020-ci il tarixli, SPM/AZ/GDB/**/*** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə bu Müqaviləyə əsasən Subpodratçı, müqavilənin Xüsusi Şərtlərində nəzərdə tutulan tələbləri nəzərə alaraq, Podratçının təsdiq və/və ya təqdim etdiyi layihəyə uyğun, müqavilənin * saylı Əlavəsində razılaşdırılmış həcmdə və qiymətlər üzrə “Gədəbəy rayonunda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi, təchizatı və quraşdırılması” layihəsi çərçivəsində qurğunun Elektrik və Avtomatika avadanlıqlarının təmin edilməni və quraşdırılması işlərini (cizgilərə, spesifikasiyalar, o cümlədən texniki şərtlərə və Sifarişçinin (Sifarişçi barədə məlumat Müqavilənin Xüsusi Şərtlərində (* saylı Əlavə) əks olunub) tələblərinə uyğun yerinə yetirməyi, başa çatdırmağı (sazlama, işə buraxma, sınaq testi, istismara vermə) və Podratçıya tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra “Işlər” adlandırılacaq) öhdəsinə götürür. Podratçı isə Subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən Subpodratçı işləri başlamamışdan əvvəl iş proqramını Podratçıya təqdim etməli və sonuncu tərəfindən təsdiq edilən iş proqramına uyğun şəkildə işləri icra edərək 90 gün ərzində başa çatdırmalıdır: 2.1.1. Layihə dəyişikliyinə əsasən iş həcmləri dəyişə bilər. Iş həcmləri Sifarişçi və Dövlət Ekspertizası tərəfindən təsdiqlənən ən son cizgilər əsasında hesablanmalıdır; 2.1.2. Əgər bu Müqavilə üzrə Işlərin lıəcnıi obyektiv qaydada artarsa (Subpodratçımn səhvləri, nöqsanları, ehtiyatsızlığı və/və ya məsuliyyətsizliyi nəticəsində artması istisna olaraq). Əsas Müqaviləyə müvafiq olaraq, tərəflərin qarşılıqlı razılığı ilə müqavilədə dəyişiklik oluna bilər; 2.1.3. Əgər bu Müqavilə üzrə işlərin həcmi azalarsa, Əsas Müqaviləyə müvafiq olaraq müqavilənin qiyməti azaldılır; - 2.3-cü bəndinə əsasən, “Icraçı” işlərin başa çatması haqqında “Sifarişçi”ni yazılı şəkildə məlumatlandırır. Işlərin təhvil verilməsi üçün hazır olması haqqında məlumat “Sifarişçi” və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. - 3.1-ci bəndinə əsasən, Bu Müqavilənin ümumi məbləği ODV xaric 430147,75 ABŞ dolları təşkil edir; - 3.2-ci bəndinə əsasən, Müqavilə üzrə ödəmələr Müqavilənin Xüsusi Şərtlərində göstərilən şəkildə, aşağıdakılara riayət edilməklə həyata keçirilir: 3.2.1. Subpodratçı bu Müqavilə imzalandıqdan sonra Müqavilənin Xüsusi Şərtlərində göstərilən işlərin gedişat müddətini tam əhatə edən, geri çağırılmayan, ilk tələbli, heç bir əsaslandırma və sənəd tələb etməyən Müqavilənin Xüsusi Şərtlərində göstərilən məbləğdə Bank Icra qarantiyasını Podratçıya təqdim edir; 3.2.2. Subpodratçıya ödəniləcək Avansın geri qaytarılma müddətini tam əhatə edən Müqavilənin Xüsusi Şərtlərində göstərilən məbləğdə Avans qarantiyasını Podratçıya təqdim edir; 3.2.3. Podratçı Müqavilənin 3.2.2. bəndinə əsasən Təminat məktubunu aldıqdan sonra Müqavilənin Xüsusi Şərtlərində göstərilən müddətdə və məbləğdə Subpodratçıya Avans ödəyir və Subpodratçı dərhal işlərin icrasına başlayır. Subpodratçı tərəfindən Avansın geri qaytarılması Müqavilənin Xüsusi Şərtlərində göstərilən qaydada Forma 2 və Forma 3 Aktından tutulmaqla həyata keçirilir; 3.2.4. Müqavilə üzrə ödəmələr işlərin gedişatı zamanı, hər ayın sonunda Subpodratçının Podratçıya təqdim eldiyi faktiki görülmüş işlərin aktının (Forma 2, Forma 3) sonuncu tərəfindən təsdiq edildiyi tarixdən 56 gün ərzində həyata keçiriləcəkdir; 3.2.5. Ödəniş, Layihəyə uyğun olaraq Sifarişçinin yerli nümayəndəsi tərəfindən qəbul edilmiş faktiki iş həcmləri əsasında aparılacaqdır. Buna görə də işlər yerinə yetirilərkən müqavilə üzrə iş həcmləri və müqavilə məbləği dəyişə bilər; 3.2.6. Tərəflər razılaşırlar ki, Müqavilə üzrə bütün ödənişlər ödəniş gününün məzənnəsinə uyğun Azərbaycan Manatı ilə Podratçı tərəfindən Subpodratçıya ödəniləcəkdir; - 6.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Təhvil-Təslim Aktında Mühəndisin imzası da olmalıdır; - 6.2-ci bəndinə əsasən Təhvil-Təslim Aktının imzalanmasına baxmayaraq təhvil alınmış işlərdə sonradan yaranan və/və ya sonradan aşkarlanan qüsür və/və ya gizli qüsurlara və bunların gətirdiyi nəticələrə görə Subpodrutçı həm Podratçı, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır və Subpodratçı belə qüsurları öz hesabına ən qısa vaxt və ya Podratçının müəyyən etdiyi vaxt ərzində aradan qaldırmalıdır; - 6.3-cü bəndinə əsasən Bu Müqaviləyə əsasən, təhvil alınan işlər üçün Subpodratçı tərəfindən təmin edilən qarantiya müddəti ən azı 1 il, lakin tətbiq olunan qanunvercilik və bu sahədə təcrübədən irəli gələn müddətdən aşağı olmayaraq müəyyən edilir; - 6.4-cü bəndinə əsasən, Bu Müqavilə üzrə Subpodrutçı tərəfindən icra edilən işlərin keyfiyyəti Baş Podratçı ilə Sifarişçi (Işi birbaşa Baş Podratçıya tapşıran/həvalə edən və Osas Müqavilə üzrə Sifarişçi qismində çıxış edən şəxs) arasında bağlanmış Əsas Müqavilə ilə razılaşdırılmış şərtlərə cavab verməlidir; - 6.5-ci bəndinə əsasən, Podratçı Subpodratçı tərəfindən icra edilən, lakin Baş Podratçı və Sifarişçi tərəfindən qəbul edilməyən işləri qəbul etməmək və dəyərini ödəməmək hüququna malikdir; - 6.7-ci bəndinə əsasən, Sifarişçi tərəfindən Işlər tam və ya qismən qəbul edildikdən sonra Podratçı və Subpodratçı arasında müvafiq olaraq Yekun Təhvil-Təslim və ya Işlərin Müvəqqəti Qəbul Aktı imzalanır; - 7.1 və 7.3-cü bəndlərinə əsasən, Işlərin keyfiyyəti Azərbaycan Respublikasında tətbiq olunan müvafiq standartlara və beynəlxalq standartlara cavab verməlidir. Podratçı keyfiyyətsiz və qüsurlu Işləri qəbul etməkdən imtina etmək hüququna malikdir;

2. ##.##.2020-ci il tarixdə Müqaviləyə Iş həcmlərinin qiymətləri cədvəli (Smeta cədvəli) adlanan * nömrəli Əlavə və X5 adlanan * nömrəli Əlavə tərtib edilmişdir. Hər iki Əlavələrdə tərəflər razılaşmışalar ki, onlar Müqavilənin tərkib hissələridir və Müqavilənin Ümumi şətləri ilə müqayisədə onlar üstünlük təşkil edirlər. Tərəflər arasında Müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən 3 Təhvil- Təslim3.aktı imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. ##.##.2020-ci il tarixdə tərətib edilmiş ** nömrəli Təhvil-Təslim aktında 35 adda, ##.##.2020-ci il tarixli, ** nömrəli Təhvil-Təslim aktında 106 adda və ##.##.2022-ci il tarixli, ** nömrəli Təhvil-Təslim aktında isə 63 adda görülmüş işlərin cavabdehə təhvil verilməsi əks olunmuşdur.

4. “Borc hesabatı” adlı cədvəldən görünür ki, Müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri 862876,39 manat olmuş, cavabdeh tərəfindən ##.##.2020-ci il tarixdə 48960 manat ƏDV, ##.##.2020-ci il tarixdə 272000 manat əsas olmaqla, cəmi 320960 manat, ##.##.2020-ci il tarixdə 30601,46 manat ƏDV, ##.##.2020-ci il tarixdə 170008,13 manat əsas olmaqla, cəmi 200609,6 manat, ##.##.2021- ci il tarixdə 9000 manat ƏDV, eyni tarixdə 50000 manat olmaqla, cəmi 59000 manat, ##.##.2021-ci il tarixdə 20000 manat ƏDV, ##.##.2021-ci il tarixdə 15000 manat ƏDV, ##.##.2022-ci il tarixdə 106000 manat əsas və ##.##.2023-cü il tarixdə 50000 manat əsas borc üzrə ödənişlər edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. Iddiaçı 83243,06 manat məbləğində əsas borcun, 16648,61 manat məbləğində dəbbə pulunun, 391,89 manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat olmaql, cəmi 102283,56 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında “Müqavilə və Öhdəliklər barədə məlumat” cədvəli üzrə məlumatları qeyd olunan subpodrat müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin həll edilməsi də mümkün olmamışdır. Iddiaşı tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq Cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmiş, müqavilənin tələblərini pozmuşdur. Müqavilənin 16.1. bəndinin tələblərinə əsasən dəbbə pulunun məbləiğinin yuxan həddi müqavilənin qiyməitinin 20%-dən çox olmamalıdır. Qeyd olunan bəndin tələblərinə əsasən cavabdeh 16648,61 manat məbləğində hesablanmış cərimə məbləğini ödəməlidir. Əlavə olaraq iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 391,89 manat dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə iddia ərizəsini əsaslandırmamışdır. Ancaq bir neçə maddi və prosesual hüquq normasını “cədvəldə” qeyd edərək cavabdehdən 83243,06 manat əsas borc, 16648,61 manat dəbbə pulunun, 391,89 manat dövlət rüsumunun, hüquqi xidmət üçün vəkilə ödənilmiş 2000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Həmin borcların haradan, neçə yarandığını, işin hallarını və borcun neçə yarandığını ərizəsində əsaslandırmamışdır. Iddiaçının iddia ərizəsi əsassızdır təmin edilməməli, əksinə iddiaçı onlara 14.940 manat pul qaytarmalıdır. Iddiaçı ilə cavabdeh arasında ##.##.2020-ci il tarixli, SPM/AZ/GDB/**/*** saylı (Düzəliş NR00) subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Gədəbəy rayonunda tikilən Çirkab (Tullantı) X4 (ÇSTQ) elektrik avadanlıqlarının çatdırılması yerində montaj olunması, kabellərin təmini və ÇSTQ daxili elektrik təchizatı xəttlərinin çəkilməsi, SCADA (avtomatika) sisteminin qurulması, bu işlər görüldükdən sonra sınaqların aparılması və təhvil verilməsini nəzərdə tutulmuşdur. Müqavilənin icra müddəti ilə 90 gün müəyyən edilmişdir. Müqavilənin ümumi dəyəri 430147,75 (ƏDV xaric) ABŞ Dolları məbləğində müəyyən edilmişdir (731.000 AZN + ƏDV). Iddiaçı müqavilə üzrə işləri tam deyil, qismən icra etmişdir. Belə ki, layihə üzrə elektrik avadanlıqları və kabellər sahəyə çatdırılmış, avadanlıqlar yerinə montaj edilmiş, kabellərin böyük qismi çəkilmişdir. Lakin, kabellərin qurğulara qoşulması, SCADA (avtomatlaşdırma) işləri icra olunmamış, sınaqlar aparılmamış və qurğu işlək vəziyyətdə təhvil verilməmişdir. Çirkab və təmizləyici qurğu və avadanlıqları quraşdırmalı, avtomatlaşdırmalı, proqramlaşdırmalı, kabbellərinin işə salınması, yəni işin əsas hissəsi olan işi yerinə yetirməmişdir. Onlara artıq ödədikləri ƏDV məbləğini geri istəyirlər. 90 günə təhvil verməli olduğu halda işi görmədiyinə görə əlavə olaraq dəbbə pulu da tələb edirlər. Müqavilə üzrə ödənişlər icra edilmişdir. Belə ki, müqavilə dəyərinin 648.008.3 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Buna müvafiq olaraq, 116.640 manat məbləğində ƏDV ödənilməli idi. Iddiaçı avadanlıqları xarici ölkələrdən gətirdiyini və gömrük ödənişlərini icra edə bilməsi üçün müqavilə üzrə bütün ƏDV məbləğinin avans olaraq köçürülməsini xahiş etmiş, onlar da həmin pul məbləğini onlara ödəmişdir. Yəni, 116.640 manat əvəzinə 123,561.46 manat ƏDV ödənişi olmuşdur. Yəni, iddiaçıya görmədiyi işə görə də onların xahişi ilə əvvəlcədən ƏDV ödənişi artıq ödənilmişdir. Bu isə ödənilməli olan ƏDV məbləğindən 6 921,46 manat artıqdır. Iddiaçı tərəfindən müqavilə üzrə icra müddətinin üzərindən bir neçə il keçməsinə baxmayaraq, avadanlıqların elektrik qoşulmaları, SCADA (avtomatlaşdırma, proqramlaşdırma) sisteminin qurulması, sınaqlar və qurğu üzrə elektrik avtomatlaşdırma işləri icra olunmamış və təhvil verilməmişdir. Iddiaçı işlərinin tam icra etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hal-hazırda iddiaçının icra etməli olub lakin icra etmədiyi bu işləri cavabdehin sifarişçisi olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) öz hesabına icra edir. 2024-cü ildə qalıq işlərin tamamlanması üçün iddiaçıya müraciət olunaraq müqavilə üzrə icra edilməmiş işlərin icra edilmısi tələb edilmiş, icra edildiyi təqdirdə qalan 83.000 manat məbləğində pulun ödəniləcəyi bildirilmişdir. Lakin, iddiaçı icra etmədiyi, qalıq işləri icra etmələri üçün 83.000 manatdan daha artıq məbləği (130.000 manat) tələb etmiş və müqavilə üzrə öhdəliyində olan işləri icra etməkdən yayınmışdır. Göründüyü kimi, əslində müqavilə üzrə iddiaçı tərəfindən icra etməli olduğu işlər Baş podratçı tərəfindən artıq öz hesabına icra edilir. Iddiaçı tərəfindən yuxarıda qeyd edilən subpodrat müqaviləsinə əsasən üzərinə düşən işlərin tam və vaxtında yerinə yetirilməməsi səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 759, 760 və 762-ci maddələrinə əsasən yalnız faktiki və sifarişçi üçün maraq kəsb edən, qəbul edilmiş işlərə görə ödəniş mümkündür, bu da artıqlaması ilə iddiaçıya ödənilmişdir. Hazırda iddiaçının tələb etdiyi pul məbləği isə onun tərəfindən tam və vaxtında icra edilməmiş, təhvil verilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Metag Inşaat Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 83243,06 manat əsas, 4160 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 340,17 manat hissəsi olmaqla, cəmi 87743,23 manat pul və 2000 manat hüquqi xidmət xərcinin tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 51,72 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, tərəflər arasında 3 ədəd olmaqla - 35 adda işlərin icra edilərək təhvil verilməsi barədə ##.##.2020-ci il tarixli, ** nömrəli, 106 adda işlərin icra edilərək təhvil verilməsi barədə ##.##.2020-ci il tarixli, ** nömrəli və 63 adda işlərin icra edilərək təhvil verilməsi barədə ##.##.2022-ci il tarixli, ** nömrəli Təhvil- Təslim aktları tərtib edilmiş, həmn Aktlar hüquqi şəxslərin rəhbərləri, habelə iddiaçı tərəfdən Nizami Quliyev, cavabdeh tərəfdən Qanuni nümayəndə tərəfndən imzalanmış (müqaviləyə görə Təhvil-təslim aktlarının azı 2 nəfər səlahiyyətli şəxs tərəfindən imzalanması şərti), eyni zamanda hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin tərəfindən görülmüş işlərə görə muzdun tam ödənilməməsi isə işin mübahisəsiz halıdır. Cavabdeh ödənişin tam yerinə yetirilməsini iddiaçı tərəfindən işlərin tam çatdırılmaması, yəni avadanlıqların elektrik qoşulmaları, SCADA (avtomatlaşdırma, proqramlaşdırma) sisteminin qurulması, sınaqlar və qurğu üzrə elektrik-avtomatlaşdırma işlərinin icra olunmaması və təhvil verilməməsi ilə izah edir. Cavabdeh yazılı etirazında iddiaçıya 2024-cü ildə müraciət edərək qalıq işlərin tamamlanması tələb etməsini, işlər icra edildiyi təqdirdə qalan 83.000 manat məbləğində pulun ödəniləcəyini, lakin iddiaçının daha artıq ödəniş (130.000 manat) tələb etməsi və müqavilə üzrə öhdəliyində olan işləri icra etməkdən yayınmasını, habelə həmin işlərin cavabdehin sifarişçisi olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öz hesabına yerinə yetirilməsini bildirsə də, bu dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

10. Iddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab etmişdir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 5001,98 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab etmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 443.1, 448.1, 462.1, 467, 752.1, 753.1, 769 və 769-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Həmin qətnamədən cavabdeh “Metag Inşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Fillialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq iddiaçı müqavilə üzrə işləri tam icra etməmişdir. Belə ki, avadanlıqların və kabellərin sahəyə çatdırılması və qismən montaj işləri həyata keçirilsə də, kabellərin qurğulara qoşulması; SCADA sisteminin qurulması və proqramlaşdırılması; avtomatlaşdırma işləri; sınaqların aparılması; qurğunun işlək vəziyyətdə istismara təhvil verilməsi iddiaçı tərəfindən icra edilməmişdir. Beləliklə,müqavilənin predmetini təşkil edən əsas və yekun mərhələ – obyektin tam işlək vəziyyətdə təhvil verilməsi təmin olunmamışdır. Bunlardan əlavə, müqavilə üzrə icra müddəti 90 gün müəyyən edildiyi halda, həmin müddətin üzərindən bir neçə il keçməsinə baxmayaraq, işlər tamamlanmamışdır. Bu hal icraçının müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyini göstərir. Müqavilə üzrə öhdəliyin gecikdirilməsi sifarişçiyə dəbbə pulu tələb etmək hüququ verir. Bu baxımdan, cavabdeh tərəfindən dəbbə pulunun tələb olunması hüquqi baxımdan əsaslıdır. Müqavilənin ümumi dəyəri 731.000 manat + ƏDV olmaqla müəyyən edilmişdir. Müqavilə üzrə 648.008,3 manat məbləğində ödəniş icra edilmişdir. Bu məbləğə uyğun olaraq 116.640 manat ƏDV ödənilməli idi. Lakin iddiaçının müraciəti əsasında, avadanlıqların xaricdən gətirilməsi və gömrük ödənişlərinin icrası məqsədilə bütün ƏDV məbləğinin əvvəlcədən köçürülməsi tələb edilmiş və cavabdeh tərəfindən 123.561,46 manat ƏDV ödənilmişdir. Beləliklə, faktiki olaraq ödənilməli olan ƏDV məbləğindən 6.921,46 manat artıq ödəniş edilmişdir. Işlər tam icra olunmadığı halda, əvvəlcədən və artıq ödənilmiş ƏDV məbləğinin hüquqi əsası aradan qalxmışdır. Bu məbləğ əsassız varlanma kimi qiymətləndirilməli və geri qaytarılmalıdır. 2024-cü ildə cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada müraciət edilərək müqavilə üzrə icra olunmamış işlərin tamamlanması tələb edilmiş, işlər tamamlandığı təqdirdə qalan 83.000 manat məbləğinin ödəniləcəyi bildirilmişdir. Lakin iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə əlavə olaraq 130.000 manat tələb etmiş və müqavilə şərtlərinə zidd olaraq öhdəliklərin icrasından yayınmışdır. Bu hal müqavilənin pozulması və öhdəliyin icrasından imtina kimi qiymətləndirilməlidir. Hazırda iddiaçının yerinə yetirmədiyi işlər sifarişçi “X2” MMC tərəfindən öz vəsaiti hesabına icra olunur ki, bu da iddiaçının müqavilə öhdəliklərini icra etmədiyini bir daha sübut edir. Tərəflərindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatət təmin edilməmiş, bunun əvəzində iş materiallarında mövcud olan formal qaydada imzalanmış təhvil-təslim aktlarına istinad edilməklə qətnamə qəbul edilmişdir. Bu hal prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş və işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına mane olmuşdur. Mübahisənin predmeti müqavilə üzrə işlərin faktiki icra olunub-olunmaması, onların həcmi, keyfiyyəti və tamamlanma dərəcəsi ilə bağlıdır. Bu hallar xüsusi bilik tələb edən texniki məsələlərdir və yalnız məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi yolu ilə obyektiv müəyyən edilə bilər. Yerli baxış və ekspertiza keçirildiyi təqdirdə məhkəmə görülmüş işlərin real həcmini və tamamlanma dərəcəsini; normativ-texniki tələblərə və layihəsmeta sənədlərinə uyğunluğu; yarımçıq və ya qüsurlu işlərin mövcudluğunu və həcmini; elektrik qoşulmalarının, SCADA (avtomatlaşdırma və proqramlaşdırma) sisteminin icrasını; sınaqların aparılıb-aparılmadığını; qurğunun işlək vəziyyətdə təhvil verilib-verilmədiyini bilavasitə müəyyən edə bilərdi. Iş üzrə mövcud olan təhvil-təslim aktlarının formal qaydada imzalanması həmin aktlarda göstərilən işlərin faktiki və tam icra edilməsi demək deyildir. Müqavilə predmetini təşkil edən əsas nəticə tullantı su təmizləyici qurğusunun elektrik və avtomatlaşdırma sistemləri ilə birlikdə işlək vəziyyətdə istismara təhvil verilməsi obyektiv texniki yoxlama aparılmadan yalnız sənəd üzərində qiymətləndirilə bilməz. Məhkəmə isə mübahisənin mahiyyətini təşkil edən texniki məsələləri araşdırmadan, xüsusi bilik tələb edən halları ekspertiza yolu ilə müəyyən etmədən, yalnız formal sənədlərə istinad etməklə nəticəyə gəlmişdir. Beləliklə, ekspertiza vəsatətinin təmin edilməməsi işin hallarının natamam araşdırılmasına, sübutların düzgün qiymətləndirilməməsinə və nəticə etibarilə qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Bundan əlavə məhkəmə yerli baxış keçirsəydi heç mütəxəssis olmadn belə işlərin yarımçıq qaldığını gözlə də görə bilərdi. Lakin məhkəmə işi araşdırmaq əvəzinə sadəcə iş materiallarında olan mötəbər olmayan və cavabdeh tərəfindən mübahisələndirilən sənədlərə istinad edərək tələm-tələsik qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən: sübutların hərtərəfli və obyektiv araşdırılması təmin edilməmiş; tərəflərin bərabərliyi və çəkişmə prinsipi faktiki olaraq pozulmuş; iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi üçün zəruri olan sübutetmə vasitəsi (ekspertiza) tətbiq edilməmişdir. Nəticədə, məhkəmə mübahisənin mahiyyətini təşkil edən texniki məsələləri araşdırmadan, xüsusi bilik tələb edən halları müəyyən etmədən əsas borcun və dəbbə pulunun tutulması barədə qətnamə qəbul etmişdir. Bu isə qəbul olunmuş məhkəmə aktının qanuniliyinə və əsaslılığına ciddi şübhə yaradır.

Apellyasiya şikayətinə qarşı etiraz:

14. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə üzrə bütün işlər başa çatdırılaraq Podratçıya təhvil verilmiş və bu təhvil rəsmi təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin işlərə dair elektron qaimə-fakturalar (e-qaimələr) tərtib edilərək Podratçıya təqdim edilmiş və ödəmələr Podratçı tərəfindən həyata keçirilmişdir. Bu faktlar – yəni işlərin aktla təhvil alınması, e-qaimələrin qəbul edilərək ödənilməsi – Podratçının görülmüş işləri qəbul etdiyini və Subpodratçının müqavilə öhdəliyini lazımi qaydada icra etdiyini göstərir. Məhz işlərin təhvil-təslim aktları və onların əsasında tərtib edilmiş e-qaimələrin Podratçı tərəfindən qəbul olunub ödənilməsi, görülmüş işlərin müqavilə şərtlərinə uyğun icra edilib qəbul olunduğuna dair ciddi sübutlardır. Podratçı bu cür qəbul edib ödəməklə, Subpodratçı qarşısında hər hansı qüsur iddiasının olmadığını faktiki olaraq təsdiqləmişdir. Müqavilə tərəfləri arasında işlərin icrası prosesi boyunca sistemli və etirazsız bir praktika formalaşmışdır. Belə ki, Subpodratçı görülmüş işləri mərhələli qaydada təqdim etmiş, Podratçı isə hər bir mərhələdə işləri qəbul edərək müvafiq aktları imzalamış və ödənişləri etmişdir. Uzun müddət ərzində davam edən bu iş münasibətləri çərçivəsində heç bir mərhələdə Podratçı tərəfindən irad və ya etiraz bildirilməmişdir. Tərəflərin bu cür davranışı – yəni Subpodratçının öhdəliyini icra etməsi və Podratçının da səsiz şəkildə qəbul edib ödəməsi – razılaşmanın və işlərin keyfiyyətinin tərəflər baxımından faktiki təsdiqidir. Heç bir yazılı etirazın və ya qüsur qeydinin verilməməsi, habelə Subpodratçı tərəfindən təqdim edilmiş işlərin qəbulundan sonra cavabdeh tərəfindən iki dəfə – ##.##.2022-ci il tarixində 106.000 manat, ##.##.2023-cü il tarixində isə 50.000 manat məbləğində – ödənişin həyata keçirilməsi, dispozitivlik prinsipi baxımından Subpodratçının işinin nəticələrinin Podratçı tərəfindən qəbul olunduğunu və müqavilə öhdəliklərinin razılıq əsasında icra olunduğunu təsdiqləyən davranış hesab edilməlidir. Yəni, Podratçı öz iradə və seçimi ilə (sərbəst müqavilə iradəsi əsasında) işləri qəbul etmiş və hər hansı tələb irəli sürməməklə onların layiqincə icra olunduğunu qəbul etmişdir. Podratçı yalnız məhkəmə müstəvisində verdiyi etirazında ilk dəfə “qüsurlu icra” məsələsini gündəmə gətirmiş, lakin indiyədək Subpodratçıya qarşı qüsurla bağlı heç bir yazılı bildiriş və ya əsaslandırılmış irad təqdim etməmişdir. Subpodratçının təqdim etdiyi təhviltəslim aktları və qəbul edilmiş ödəniş sənədləri işlərin lazımi qaydada görüldüyünü göstərən obyektiv sübutlardır. Cavabdeh tərəfindən heç bir mərhələdə yazılı irad və ya qüsur iddiası irəli sürülmədiyi halda, yalnız məhkəmə icraatı başlandıqdan sonra “qüsurlu icra” bəhanəsi ilə apellyasiya şikayətinin verilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrində təsbit olunmuş dispozitivlik prinsipinə, habelə prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipinə ziddir. Bu davranış cavabdehin hüquqi müdafiə hüququndan səmimi və qanuna uyğun şəkildə istifadə etmədiyini, əksinə, yalnız süründürməçilik və məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədilə prosessual mexanizmlərdən formal şəkildə yararlandığını nümayiş etdirir. Bu hallar, cavabdehin “qüsurlu icra” iddiasının hüquqi nəticə doğurmadığını və məhkəməyə təsir etmək məqsədi ilə sonradan irəli sürüldüyünü bir daha sübut edir.

Apellyasiya baxışı, izahatlar:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ölkə xaricində olduğundan, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, iş görməli, xidmət göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün, zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar istisna olmaqla, onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi, işlərdə və xidmətlərdə qüsurlarla icra edilməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlərin pozulması başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

23. Mülki Məcəllənin 752.1, 753.1, 769 və 770-ci maddələrinin mənasına görə podrat müqaviləsi üzrə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməli, sifarişçi isə razılaşdırılmış muzd ödəməlidir. Iş müqaviləyə və ya işin xarakterinə görə qəbul edilməli olduqda sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur və işi qəbul etdikdə muzd ödəməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

26. Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən məhkəmə qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Həmin düzəliş qətnamənin məzmununu dəyişdirməməli, yalnız mətn və ya hesab xarakterli uyğunsuzluğun aradan qaldırılmasına xidmət etməlidir.

27. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Mülki Prosessual Məcəllənin 440.1 və 443-cü maddələrinin tələblərinə əsasən xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyəti həmin şəxsin Azərbaycan Respublikasında olduğu yerin, filialının və ya nümayəndəliyinin mövcudluğu, yaxud iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi kimi hallarla müəyyən edilir. Ali Məhkəmə Plenumunun ##.##.2023-cü il tarixli, **/**** nömrəli Qərarında da xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyətin əvvəlcə tərəflərin razılaşması, sonra beynəlxalq müqavilə, belə əsaslar olmadıqda isə MPM-in beynəlxalq səlahiyyət normaları üzrə yoxlanılmalı olduğu izah edilmişdir.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Şikayət qətnamənin ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda qətnamə tam yoxlanılır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Buna görə məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri, eyni zamanda maddi və prosessual hüquq normalarının düzgün tətbiqi baxımından yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Əvvəla, məhkəmə kollegiyası hazırkı mübahisənin xarici elementli kommersiya mübahisəsi olduğunu qeyd edir. Belə ki, cavabdeh xarici hüquqi şəxs olan “Metag Inşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialıdır. Mübahisə isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmış subpodrat müqaviləsindən irəli gəlir. Bu hal mübahisənin Azərbaycan Respublikası kommersiya məhkəmələrində baxılmasını istisna etmir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2023-cü il tarixli, **/**** nömrəli Qərarında izah edilmişdir ki, xarici elementli kommersiya mübahisələrində Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyəti müəyyən edilərkən əvvəlcə tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlət məhkəməsinin səlahiyyətinə dair yazılı razılaşmanın olub-olmaması, sonra müvafiq beynəlxalq müqavilənin mövcudluğu, belə əsaslar olmadıqda isə MPM-də beynəlxalq səlahiyyətin nəzərdə tutulub-tutulmadığı yoxlanılmalıdır.

35. Hazırkı işdə Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmasını istisna edən xarici dövlət məhkəməsinin müstəsna səlahiyyətinə dair razılaşma, arbitraj sazişi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədən irəli gələn qadağa müəyyən edilmir. Əksinə, müqavilə üzrə işlərin icrası Azərbaycan Respublikasının ərazisində — Gədəbəy rayonunda yerləşən tullantı sutəmizləyici qurğu layihəsi çərçivəsində həyata keçirilməli olmuş, cavabdeh isə xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı kimi çıxış etmişdir.

36. Bu baxımdan, MPM-in 440.1 və 443-cü maddələrinin tələbləri, habelə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən izahları nəzərə alınmaqla hazırkı mübahisəyə Azərbaycan Respublikasının kommersiya məhkəmələrində baxılması qanunvericiliyə uyğundur. Mübahisənin xarici elementli olması özü-özlüyündə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətini istisna etmir.

37. Işin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2020ci il tarixli, SPM/AZ/GDB/**/*** saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı “Gədəbəy rayonunda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi, təchizatı və quraşdırılması” layihəsi çərçivəsində elektrik və avtomatika avadanlıqlarının təmin edilməsi və quraşdırılması işlərini yerinə yetirməyi, cavabdeh isə görülmüş işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.

38. Tərəflər subpodrat müqaviləsini öz azad iradələri ilə bağlamış, onun icrası ilə bağlı şərtləri, o cümlədən işlərin qəbul qaydasını qabaqcadan müəyyən etmişlər. Müqavilənin 6.1ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən azı iki nəfər səlahiyyətli şəxsin imzası və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktı əsasında həyata keçirilməlidir.

39. Iş materiallarından müəyyən edilir ki, tərəflər arasında ##.##.2020-ci il tarixli ** nömrəli, ##.##.2020-ci il tarixli ** nömrəli və ##.##.2022-ci il tarixli ** nömrəli təhviltəslim aktları tərtib edilmişdir. Həmin aktlar tərəflərin rəhbərləri və məsul şəxsləri tərəfindən imzalanmış, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Aktlarda ümumilikdə 204 adda işin cavabdehə təhvil verildiyi əks olunmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, təhvil-təslim aktları ayrıca götürüldükdə mübahisənin avtomatik həlli kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə həmin aktlar cavabdehin sonrakı davranışı, yəni aktlardan sonra ödənişlər etməsi, uzun müddət ərzində qüsur və ya yarımçıq icra barədə yazılı irad bildirməməsi, işlərin qəbulundan imtina barədə rəsmi sənəd təqdim etməməsi ilə birlikdə qiymətləndirildikdə iddiaçının aktlarda göstərilən işləri cavabdehə təhvil verdiyi və cavabdehin həmin işləri qəbul etdiyi qənaətinə gəlməyə əsas verir.

41. Cavabdeh apellyasiya şikayətində işlərin tam və keyfiyyətli icra edilmədiyini, elektrik qoşulmalarının, SCADA sisteminin, avtomatlaşdırma və proqramlaşdırma işlərinin, sınaqların və qurğunun işlək vəziyyətdə təhvil verilməsinin təmin olunmadığını bildirmişdir. Lakin cavabdeh bu dəlillərin təsdiqi üçün hansı konkret aktda göstərilən hansı işin faktiki yerinə yetirilmədiyini, qüsurun nə vaxt aşkar edildiyini, bu barədə iddiaçıya hansı tarixdə və hansı məzmunda bildiriş göndərildiyini, habelə həmin qüsurların aradan qaldırılması üçün hansı xərc çəkildiyini təsdiq edən sübutlar təqdim etməmişdir.

42. Müqavilənin 6.2-ci bəndi təhvil alınmış işlərdə sonradan aşkar edilən qüsurlara görə subpodratçının məsuliyyətini istisna etmir. Lakin bu müddəa cavabdehi sübutetmə yükündən azad etmir. Gizli və ya sonradan aşkar edilmiş qüsur iddiasının əsaslı sayılması üçün qüsurun mövcudluğu, onun iddiaçının icra etdiyi işlərlə səbəbli əlaqəsi, qüsur barədə vaxtında bildiriş verilməsi və bu səbəbdən cavabdehə zərər dəyməsi mötəbər sübutlarla təsdiqlənməlidir. Hazırkı işdə cavabdeh belə sübutları təqdim etməmişdir.

43. Cavabdehin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilməməsi ilə bağlı dəlili də əsaslı hesab edilmir. Ekspertiza o halda təyin edilir ki, iş üçün əhəmiyyətli olan hallar xüsusi bilik tələb etsin və həmin halların mövcud sübutlar əsasında müəyyən edilməsi mümkün olmasın. Hazırkı işdə cavabdeh ekspertiza keçirilməsi üçün zəruri ilkin faktiki əsasları — qüsur aktlarını, konkret qüsur siyahısını, sifarişçinin qəbuldan imtina sənədlərini, iddiaçıya ünvanlanmış pretenziya məktublarını və qüsurların aradan qaldırılmasına dair xərcləri təsdiq edən sənədləri təqdim etməmişdir.

44. Bundan başqa, mübahisəli təhvil-təslim aktları 2020–2022-ci illərdə tərtib edilmişdir. Bu müddətdən sonra obyektin faktiki vəziyyətində üçüncü şəxslərin müdaxiləsi, əlavə işlərin görülməsi, istismar və ya digər hallar nəticəsində dəyişikliklərin baş verməsi mümkündür. Ona görə də hazırkı dövrdə aparılacaq texniki baxış aktların imzalandığı tarixdə işlərin icra vəziyyətini etibarlı şəkildə müəyyən etmək üçün kifayətli hesab edilə bilməz. Bu səbəbdən ekspertiza vəsatətinin təmin edilməməsi işin hallarının natamam araşdırılması kimi qiymətləndirilə bilməz.

45. Cavabdehin “X2” MMC tərəfindən qalıq işlərin öz vəsaiti hesabına icra olunması barədə dəlili də əsaslı hesab edilmir. Belə ki, cavabdeh həmin şirkətlə bağlanmış müqavilə, görülmüş iş aktları, ödəniş sənədləri, həmin işlərin məhz iddiaçının müqavilə üzrə icra etməli olduğu və aktlarla təhvil verdiyi işlərlə eynilik təşkil etdiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Yalnız ümumi xarakterli istinadlar imzalı və möhürlü təhvil-təslim aktlarının sübutetmə qüvvəsini aradan qaldırmır.

46. Cavabdehin ƏDV üzrə 6.921,46 manat artıq ödəniş edilməsi və həmin məbləğin əsassız varlanma kimi qiymətləndirilməli olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh artıq ödənişin mövcudluğunu və həmin məbləğin hazırkı iddia üzrə tələb edilən əsas borcdan çıxılmalı olduğunu sübut etməlidir. Iş materiallarında bu məbləğin tərəflər arasında qarşılıqlı hesablaşmada qəbul edilməsi, əvəzləşdirilməsi və ya iddiaçının tələb etdiyi 83.243,06 manat əsas borcu azaltdığını təsdiq edən mötəbər sənəd yoxdur. Bu səbəbdən həmin dəlil hazırkı iddianın rədd edilməsi və ya əsas borcun azaldılması üçün əsas ola bilməz. Cavabdeh artıq ödəniş olduğunu hesab edirsə, həmin məbləğin qaytarılması ilə bağlı müstəqil iddia qaldırmaq hüququndan məhrum edilmir.

47. Beləliklə, iş üzrə təqdim edilmiş sübutların məcmusu iddiaçının müqavilə üzrə aktlarla təsdiq edilmiş işləri cavabdehə təhvil verdiyini, cavabdehin isə həmin işlərə görə ödəniş öhdəliyini tam icra etmədiyini təsdiq edir. Cavabdeh işlərin qəbul edilmədiyini, qüsurlu və ya yarımçıq icra olunduğunu, eləcə də iddia edilən borcun artıq ödəniş hesabına aradan qalxdığını sübut edə bilməmişdir. Buna görə birinci instansiya məhkəməsi cavabdehdən 83.243,06 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

48. Dəbbə pulu hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 16.648,61 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbi tam təmin etməmiş, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun məbləğini tənasüblülük və ağlabatanlıq meyarları baxımından azaltmışdır.

49. Dəbbə pulu öhdəliyin vaxtında icrasını təmin edən mülki-hüquqi məsuliyyət vasitəsi olsa da, onun məbləği əsas borcun məbləği, pozuntunun xarakteri, tərəflərin davranışı və işin konkret halları ilə müqayisədə tənasübsüz olmamalıdır. Hazırkı işdə birinci instansiya məhkəməsi tələb edilən 16.648,61 manat dəbbə pulunun tam həcmdə tutulmasını ağlabatan hesab etməmiş və onu 4.160 manat məbləğinədək azaltmışdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulunu 4.160 manat həddində müəyyən etməsi işin hallarına, öhdəliyin xarakterinə, əsas borcun məbləğinə və tənasüblülük prinsipinə uyğundur. Bu məbləğ həm kreditorun pozulmuş hüququnun müdafiəsinə xidmət edir, həm də borclunun üzərinə açıq-aşkar tənasübsüz məsuliyyət qoyulmasına səbəb olmur.

51. Qətnamənin əsaslandırma hissəsində dəbbə pulunun azaldılmış məbləği ilə bağlı ayrı-ayrı yerlərdə fərqli rəqəmin göstərilməsi texniki xarakterli uyğunsuzluq kimi qiymətləndirilməlidir. Belə ki, qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı dəbbə pulunun məbləği 4.160 manat kimi müəyyən edilmiş, əsas borc — 83.243,06 manat, dəbbə pulu — 4.160 manat və dövlət rüsumunun təmin edilmiş hissəyə uyğun 340,17 manat hissəsi birlikdə 87.743,23 manat təşkil etmişdir. Bu hesablamanın özü də nəticə hissəsində göstərilən 4.160 manat dəbbə pulunun məhkəmənin yekun iradəsi olduğunu təsdiq edir.

52. Beləliklə, əsaslandırma hissəsində dəbbə pulunun azaldılmış məbləği ilə bağlı buraxılmış texniki uyğunsuzluq məhkəmənin iş üzrə gəldiyi yekun nəticəni dəyişdirmir, cavabdehin hüquqi vəziyyətini ağırlaşdırmır və qətnamənin ləğvi üçün müstəqil prosessual əsas yaratmır. Bu cür uyğunsuzluq qətnamənin mahiyyətinə deyil, onun mətnindəki rəqəm ifadəsinə aid olduğundan, zərurət yaranarsa, MPM-in 228-ci maddəsində nəzərdə tutulmuş qaydada yanlışlıq və ya açıq hesab səhvi kimi düzəldilə bilər.

53. Odur ki, apellyasiya baxışı zamanı əsas qiymətləndirilməli məsələ dəbbə pulunun əsaslandırmanın ayrı-ayrı hissələrində texniki uyğunsuz rəqəmlə göstərilməsi deyil, həmin məbləğin tələb olunan 16.648,61 manatla müqayisədə ağlabatan və tənasüblü qaydada azaldılıb-azaldılmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun 4.160 manat həddində müəyyən edilməsi işin hallarına uyğun olduğundan bu hissədə də qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin müəyyən edilmiş hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər yuxarıda göstərilən əsaslara görə qətnamənin ləğvi üçün əsas yaratmır. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402–406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətnamənin nəticə hissəsində göstərilən qaydada qərar qəbul edir.

QƏT ETDI:

Cavabdeh “Metag Inşaat Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Fillialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar