Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-529/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Firmasına qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və pul” tələbi barədə ilk, Cavabdeh Firmasının iddiaçı1 qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Firmasına qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və pul” tələbinə dair iddia ərizəsi ilə, sonradan isə iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi məbləği 34705,9 manat dəyərində olan malların, yəni: Qab yığılan (balaca) – 15ədəd-12 manat - 180 manat, qab yığılan (böyük) - 10ədəd - 18 manat - 180 manat, meyvə qabı (böyük) - 5ədəd – 19 manat - 95 manat, meyvə qabı (balaca) - 5ədəd – 15 manat – 75 manat, meyvə qabı (orta) – 7ədəd – 17 manat – 119 manat, paltar səbəti (böyük) – 13ədəd – 13 manat – 169 manat, paltar səbəti (orta) – 14ədəd – 11 manat – 154 manat, paltar səbəti (balaca) –7ədəd – 10 manat – 70 manat, zibil qabı (dəst) – 14ədəd – 24 manat – 336 manat, zibil qabı (bahalı) – 10ədəd – 28 manat – 280 manat, zibil qabı (iran) – 12ədəd – 18 manat – 216 manat, zibil qabı (mətbəx) – 20ədəd – 2 manat 80 qepik– 36 manat, zibil qabı (balaca) – 20ədəd – 2 manat – 40 manat, zibil qabı (dəmir) – 7ədəd – 11 manat – 77 manat, zibil qabı dəmir (orta) – 6ədəd – 22 manat – 132 manat, zibil qabı dəmir (böyük) – 5ədəd – 28 manat – 140 manat, ofis zibil qabı (balaca) – 150 ədəd – 2.50 manat – 375 manat, ofis zibil qabı (orta) – 150 ədəd – 2.80 manat – 420 manat, pol vedrəsi (bahalı) – 7ədəd – 25 manat – 175 manat, zibil vedrə (dik) – 10 ədəd – 23 manat – 230 manat, zibil vedrə (dik) – 7 ədəd – 20 manat – 140 manat (3639 m.), hamam uqlavoy (2) – 10 – 8 manat – 80 manat, hamam uqlavoy (2) – 4 – 8 manat – 32 manat, hamam uqlavoy (2) – 5 – 8 manat – 40 manat, hamam uqlavoy (2) – 4 – 8 manat – 32 manat, hamam uqlavoy (2) – 7 – 8 manat – 56 manat, hamam uqlavoy (3) – 5 – 10 manat – 50 manat, hamam uqlavoy (3) – 5 – 10 manat – 50 manat, hamam uqlavoy (3) – 3– 10 manat – 30 manat, hamam uqlavoy (3) – 3 – 10 manat – 30 manat, hamam uqlavoy (3) – 3 – 10 manat – 30 manat, qab qoyan (böyük) – 6 – 18 manat – 108 manat, qab qoyan – 5 – 15 manat – 75 manat, qab qoyan (bahalı) – 7 – 13 manat – 91 manat, qab qoyan – 4 – 9 manat – 36 manat, qab qoyan – 4 – 10 manat – 40 manat, qab yığılan (plasmas) – 4 – 12 manat – 48 manat, veşilka (silikon) – 70 – 5 manat – 350 manat, veşilka (taxta) – 10 – 6 manat – 60 manat, veşilka (plasmas) – 20 – 4 manat – 60 manat, hamam pərdəsi – 40 – 5 manat – 200 manat (1498 m), maqnit pərdə (bahalı) 100×90 – 20 – 9.50 manat – 190 manat, maqnit pərdə (bahalı) 100×100 – 20 – 12.50 manat – 250 manat, maqnit pərdə (bahalı) 120×120 – 20 – 17 manat – 340 manat, pinqvin (rulon) – 80 – 5 manat – 400 manat çörək salafan – 80 – 5 manat – 400 manat, pinqvin (paçka) – 70 – 4 manat – 280 manat, çörək salafan (paçka) – 90 – 4 manat – 360 manat, zibil paket (balaca) – 60 – 0.50 manat – 30 manat, zibil paket (böyük) – 100 – 1 manat – 100 manat, maşın dəsmalı (ucuz) –25 – 2.80 manat – 70 manat, maşın dəsmalı (bahalı) – 40 – 3 manat – 120 manat, maşın dəsmalı (orta) - 20- 4 manat - 80 manat, tualet dəmiri – 30 – 35 manat – 437,5 manat, ceyran dəri (balaca) – 30 – 2.50 manat – 75 manat, ceyran dəri (böyük) – 80 – 1.50 manat – 120 manat, 183 ARİ – 50 – 7.70 manat – 385 manat, 183 ARİ 80×30 – 50 manat – 1500 manat, 183 ARİ 70×25 – 40 manat – 1000 manat 183 ARİ 60×20 – 30 manat – 600 manat, 183 ARİ 50×25 – 25 manat – 625 manat 183 ARİ 40×15 – 70 manat – 270 manat, 183 ARİ 30×30 – 18 manat – 540 manat, (8172,5 m) Zibil vedrə (dik) 50 - 18 manat - 90 manat, zibil vedrə - 5 – 15 manat - 75 manat, pol vedrə (dik) 6 - 20 manat -120 manat, pol vedrə (Türk) - 6 - 18 manat - 108 manat, pol vedrə (kitay) - 10 - 13 manat - 130 manat, pol vedrə (demir) - 10 -18 manat - 180 manat, pol vedrə (balaca) - 10 - 15 manat - 150 manat, pol vedrə (orta) - 10 - 13 manat - 130 manat, pol vedrə (bahalı) - 5 - 30 manat - 150 manat, şotka (balaca) - 1600 - 2,20 manat - 352 manat, şotka (orta) - 170 - 2,50 manat - 300 manat, şotka (seredni) - 100 - 2,80 manat - 280 manat, şotka (böyük) -110 - 3 manat - 330 manat, şotka 18 - 180 - 1,90 manat - 342 manat, şotka 20 - 120 - 2,30 manat – 276 manat, şotka 22 - 170 - 2,70 manat - 324 manat, şotka 23 - 150 - 3,30 - 495 manat, şotka 26 - 90 - 4 manat - 360 manat, şotka 28 - 90 - 5 manat - 450 manat, şotka 29 - 170 - 6 manat - 720 manat, şotka 30 - 150 - 7 manat - 1050 manat (6412 m), meyvə qabı (plastmas) (2) - 8 - 12 manat - 96 manat, paltar siyirməsi (4) - 5 - 19 manat -95 manat, paltar siyirməsi (5) - 5 - 22 manat - 110 manat, paltar siyirməsi (4) - 5 -24 manat - 120 manat, paltar siyirməsi (5) -8 - 28 m - 224 manat paltar siyirməsi 056- 6-7 manat - 42 manat, paltar siyirməsi 053 -6 - 8.80 manat – 52,8 manat, paltar siyirməsi 25- 3- 5 - 5 manat - 25 manat, paltar siyirməsi kodu 8639 - 5 - 13 manat - 65 manat, paltar siyirməsi 8638, 5 - 8 manat - 40 manat. paltar siyirməsi 28-11 – 8- 6 manat - 48 manat, paltar siyirməsi 2812 – 7 - 5 manat -35 manat, paltar siyirməsi 03 – 5 - 11 manat -55 manat, paltar siyirməsi 02 – 6 - 10 manat - 60 manat, paltar siyirməsi 04 - 10 - 13 manat - 130 manat, paltar siyirməsi 10-3 – 40 - 12 manat - 480 manat, paltar siyirməsi 4-6- 30 - 10 manat - 300 manat, paltar siyirməsi 4-3- 50 -9 manat -450 manat, paltar siyirməsi 2-5 – 60 - 8 manat - 480 manat, paltar siyirməsi 2-7 – 30 - 7 manat, - 210 manat, paltar siyirməsi 2-8 -30 - 6 m - 180 manat (3297 m), mətbəx dəsmalı (5) – 150 -1.90 manat – 285 manat, göy dəsmal 30+ 30 – 120 - 0.50 manat - 60 manat, göy dəsmal 40*40 – 70 - 0,80 manat -56 manat, göy dəsmal 50*50 – 50 -1,50 manat -75, göy dəsmal 60*60 – 50 - 2 manat - 100 manat, göy dəsmal 80*40 – 60 - 2,50 - 150 manat, göy dəsmal (100*1,20 ) -40 - 2,80 manat - 112 manat, göy dəsmal (120*1,20) -40- 4 manat - 160 manat, göy dəsmal 150*150 – 30 - 4 manat - 120 manat, bel kisəsi – 160 - 1 manat - 160 manat, bel kəməri (bahalı) – 100- 1,80 manat - 180 manat. sarı dəsmal (rolon) – 156 - 2,50 manat - 390 manat, yumru dəsmal (bahalı) – 70 - 4 manat - 280 manat, polipak - 24 - 15 - 13 manat - 195 manat, zanik 24 – 20 - 11 manat - 165 manat, zanik (40)- 15 - 5 manat - 75 manat, zanik (50) -15 - 6 manat - 90 manat, zanik (50) -35 - 7 manat - 245 manat, zanik (60) – 25 - 8,50 manat – 212,5 manat, zanik (40) - 70 - 2,80 manat - 196 manat, zanik (55) – 85 - 3,50 manat – 297,5 manat, (3604 m), pol pedalı –5 əd – 19 manat – 95 manat, zapas çubuğu – 60 əd – 6 manat – 360 manat, bahalı çubuq –15 əd – 10 manat – 150 manat, yumru çubuq (bahalı) –7 əd – 15 manat – 105 manat, yumru dəsmal (bahalı) – 40 əd – 3 manat – 120 manat, yumru dəsmal (ucuz) – 70 əd – 2 manat – 140 manat, toz alan şotka (bahalı) – 30 əd – 4 manat – 120 manat, toz alan (ucuz) – 50 əd – 2 manat – 100 manat, şüşə silən (balaca) – 50 əd – 2 manat – 100 manat Şüşə silən (böyük) – 50 əd – 2.5 manat – 125 manat, Şüşə silən (orta) – 70 əd – 3 manat – 210 manat, şüşə silən (uzun) – 20 ədəd – 6.5 manat – 130 manat, qab maçalkası – 30 ədəd – 1.5 manat – 45 manat, (ad qeyd olunmayıb) – 50 ədəd – 1 manat – 50 manat (ad qeyd olunmayıb) – 40 ədəd – 0.90 manat – 36 manat (ad qeyd olunmayıb) – 60 ədəd – 1.80 manat – 108 manat (ad qeyd olunmayıb) – 60 ədəd – 1.10 manat – 66 manat, (ad qeyd olunmayıb) – 40 ədəd – 0.80 manat – 32 manat, meyvə qabı (plasmas) – 5 ədəd – 14 – 7 manat, meyvə qabı (plasmas) – 10 ədəd – 16-nə – 180 manat, meyvə qabı (plasmas) – 20 ədəd – 18 manat – 360 manat (2642 m) tualet şotka (bahalı) – 10 ədəd – 9 manat – 90 manat, tualet şotka (orta) – 15 ədəd – 6 manat – 90 manat, tualet şotka (sredni ) – 20 ədəd – 5 manat – 100 manat, tualet şotka (dəmir) – 30 ədəd – 7.5 manat – 225 manat, tualet şotka (dik) – 40 ədəd – 6.5 manat – 360 manat, tualet şotka (qara) – 20 ədəd – 8.5 manat – 85 manat, tualet şotka (silikon) – 20 ədəd – 12.5 manat – 240 manat, tualet şotka (kitay) – 100 əd – 2.5 manat – 250 manat, tualet şotka (iran ) – 150 ədəd – 1.5 manat – 225 manat, süpürgə xəkəngaz (dəmir) – 48 ədəd – 4.5 manat – 216 manat, süpürgə xətəngaz (plasmas) – 48 ədəd – 10 manat – 480 manat, xətəngaz süpürgə (Türkiyə) – 48 ədəd – 5 manat – 240 manat, şüşə silən – 10 ədəd – 5 manat – 50 manat Kariçni dəsmal (meyvə) – 170 ədəd – 2 manat – 340 manat, göy dəsmal (30x30)– 120ədəd – 1.8 manat – 216 manat, yaşıl dəsmal (60×80) – 50 ədəd – 1.6 manat – 80 manat, göy dəsmal (40×80) – 100 ədəd – 1.5 manat – 150 manat, kariçni dəsmal (60×120) – 80 ədəd – 1.9 manat – 152 manat, yaşıl dəsmal (70×130) – 60 ədəd – 20 manat – 1200 manat, kariçni dəsmal (80×100) – 60 ədəd – 2.2 manat – 132 manat, göy dəsmal (30×150) – 60 ədəd – 3 manat – 180 manat, 60-L – 5 × 26 = 130 manat 20-L – 4 × 12= 48 manat 40-L – 2 × 25 = 30 manat 80-L – 2 × 40 = 40 manat 183A28 – 12 × 7.70 = 92.4 manat (5441,4 m) cavabdehdən alınıb iddiaçıya verilməsi, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənubşərqində cavabdeh Cavabdeh fəaliyyət göstərdiyi ticarət mərkəzində 6-cı sıra, ** saylı mağazaya onun ticarət fəaliyyətini davam etdirməyi üçün buraxılmağına cavabdeh Cavabdeh hər cür maneəsinin aradan qaldırılması və cavabdehə bu cür maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Firmasına qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və pul” tələbi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilməməsi, Cavabdeh firması ilə Hüseynov Hüseynəli İzzət oğlu arasında imzalanmış ##.##.2011- ci il tarixli, **** nömrəli müqavilənin ləğv edilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı iddiaçı1 qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 34705,9 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 97,06 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh şikayət verərkən cəmi 50,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-529/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-529/2026
21.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver