Məhkəmə qərarları › İş №e-2-2(3-6)-559/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-559/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-559/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1, X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: . İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 manat əsas borc, 19000 manat dəbbə pulu, hüquq xidmətinə görə vəkil bürosuna ödənilmiş 1000 manat və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsi, iddiaçıdan cavabdehin xeyrinə 24570 manat əlavə işlərə çəkilmiş xərc miqdarında real zərərin, 1000 manat miqdarında vəkil haqqı ödənişi formasında real zərərin, 166,71 manat məbləğində dövlət rüsumu formasında real zərərin və 18000 manat miqdarında əldən çıxmış faydanın, toplam 44736,71 manat məbləğində vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMCdən 20000 manat məbləğində əsas borc, 1000 manat dəbbə pulu, 153 manat dövlət rüsumu, ümumilikdə 21153 (iyirmi bir min bir yüz əlli üç) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, İlk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia ərizəsi verilərkən ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu, 1000 (bir min) manat hüquqi yardımla bağlı xərcin iddiaçı İddiaçı MMC-nin özünə aid edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 166,71 (yüz altmış altı manat yetmiş bir qəpik) manat dövlət rüsumu, 1000 (bir min) manat hüquqi yardımla bağlı xərcin qarşılıqlı iddiaçı “xxxx” MMC-nin özünə aid edilməsi, cavabdeh Cavabdeh MMC-dən 180 (bir yüz səksən) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X2 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında ##.##.2026-cı il tarixə, saat 11:40-a təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin ## ### 2026ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən şikayət verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilsin. İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar