Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2-2(3-6)-569/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X6 vә X5 ibarәt tәrkibdә, İsmayılova Elnarә Mәyiş qızının katibliyi, İddiaçının nümayәndәsi vәkil vәkil2 Mәmmәd oğlunun, Cavabdehin nümayәndәsi, vәkil vәkil1 iştirakları ilә, iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı podrat müqavilәsi üzrә pul tәlәbinә dair ilkin, cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı podrat müqavilәsi üzrә pul tәlәbinә dair qarşılıqlı iddia әrizәlәri” tәlәbinә dair iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı vә cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn kommersiya mübahisәsinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxdı. İşin Halları
1. İddiaçı MMC (Sifarişçi) ilә Cavabdeh MMC (Podratçı) arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı podrat müqavilәsi imzalanmışdır.
2. Müqavilәnin :
3. 1.1-ci bәndinә әsasәn bu xidmәt müqavilәsinin şәrtlәrinә әsasәn podrat müqavilәsinin tәrkib hissәsi olan Əlavәlәrdә göstәrilmiş işlәr sifarişçi tәrәfindәn podratçıya sifariş verilir vә podratçı әlavәdә razılaşdırılmış qiymәtә vә müddәtdә işlәri yerinә yetirmәyi, sifarişçi isә hәmin işlәrin nәticәlәrini tәhvil alıb dәyәrini müqavilә ilә müәyyәn edilmiş mәblәğdә vә şәrtlәrlә podratçıya ödәmәyi öhdәsinә götürür.
4. 1.2-ci bәndinә әsasәn podratçı bu müqavilәdә nәzәrdә tutulmuş işlәrin keyfiyyәtli olmasını vә tәlәb olunan bütün materiallar vә malların hәmçinin, hәmin avadanlıqların quraşdırılmasını, istismara verilmәsini tam tәmin edir.
5. 2.1-ci bәndinә әsasәn bu müqavilә hәr iki tәrәfin nümayәndәsi tәrәfindәn imzalandığı gündәn qüvvәyә minir vә ##.##.2024-cü il tarixәdәk qüvvәdәdir. İcraçı bu müqavilәdә vә Əlavәlәrdә nәzәrdә tutulan işlәri hәmin müddәt әrzindә yekunlaşdıraraq tәhvil vermәyi öz öhdәsinә götürür.
6. 3.1-ci bәndinә әsasәn bu müqavilәnin qüvvәdә olduğu müddәt әrzindә podratçı görülәcәk işlәrin hәcmini müqavilәnin Əlavәlәrindә nәzәrdә tutulan işlәrin sifarişçinin göstәrişlәrinә uyğun şәkildә yerinә yetirәcәk vә tamamlayacaqdır.
7. 3.2-ci bәndinә әsasәn podratçı işlәrin görülmәsi üçün lazım olan bütün mal vә materialların satın alınmasını hәyata keçirir. Podratçı sifarişçiyә әvvәlcәdәn bildiriş tәqdim etmәklә işlәrin görülmәsini tam vә ya qismәn, işlәrin görülmәsi üçün qanunvericilikdә nәzәrdә tutulan bütün lisenziya vә icazәlәrә malik sub-podratçılara hәvalә edә bilәr.
8. 3.3-cü bәndinә әsasәn qanunvericilikdә nәzәrdә tutulan hallarda podratçı layihәlәrin tәsdiqi, habelә işlәrin tәhvil vermә tarixindә vә ya ondan әvvәl әrazidә görәcәyi işlәrlә әlaqәdar bütün tәlәb olunan razılıqların, lisenziyaların, xüsusi icazәlәrin müvafiq dövlәt orqanı vә tәşkilatlardan alınmasını (görülәn işlәrin xüsusiyyәtinә görә belә bir razılıqların zәrurәti yaranarsa) tәmin etmәlidir. Əgәr qanunvericiliyә әsasәn razılıqların, lisenziyaların, xüsusi icazәlәrin sifarişçi tәrәfindәn alınması tәlәb edilәrsә, podratçı hәmin razılıq, lisenziya, xüsusi icazәlәrin alınması ilә bağlı tәlәb edilәn bütün sәnәdlәri müvafiq orqan vә ya quruma tәqdim edilmәyә hazır vәziyyәtdә sifarişçiyә tәqdim etmәlidir.
9. 4.1-ci bәndinә әsasәn hazırkı müqavilә çәrçivәsindә görülmәli olan işlәrin nәzәrdә tutulan müqavilә qiymәti aşağıdakı kimidir: 4.1.1. Müqavilә qiymәti bu müqavilәnin ayrılmaz hissәsi olan Əlavәlәr ilә müәyyәn olunur. 4.1.2. Ödәniş podratçı tәrәfindәn müvafiq ödәniş sәnәdi tәqdim edildiyi gündәn etibarәn 5 tәqvim günü әrzindә Azәrbaycan manatı ilә podratçının bank hesabına köçürmә yolu ilә hәyata keçirilir. 4.1.3. Podratçı bu müqavilәdә nәzәrdә tutulmuş işlәri yekunlaşdırdığı zaman tәhvil-tәslim aktını (Forma 2) sifarişçiyә tәqdim etmәlidir. Sifarişçi öz tәrәfindәn 5 gün әrzindә tәqdim olunmuş sәnәdlәri imzalamalıdır.
10. 5.3-cü bәndinә әsasәn podratçının aşağıdakı öhdәliklәri vardır: 5.3.1. İşlәri sifarişçi tәrәfindәn tәsdiq edilmiş layihәlәrә uyğun, qüsursuz vә keyfiyyәtlә yerinә yetirmәk vә vaxtında sifarişçiyә tәhvil vermәk; 5.3.6. İşlәrin görülmәsi, işlәrdә aşkar edilmiş qüsurların vә çatışmazlıqların aradan qaldırılması üçün bütün resursları, işçi qüvvәsini, alәtlәri, avadanlıqları, materialları vә sairә vasitәlәri öz hesabına vaxtlı-vaxtında tәmin etmәk; 5.3.8. Müqavilәnin icrasını sifarişçinin әvvәlcәdәn razılığı olmadan heç bir üçüncü şәxsә ötürmәmәk vә ya tәhvil vermәmәk. 5.3.11. Sifarişçinin göstәrişlәrinә vә tapşırıqlarına әmәl etmәk vә ya onların icrasının hәr hansı sәbәbdәn mümkünsüz olması barәdә әsaslı bildiriş vermәk.
11. 6.1.1-ci bәndinә әsasәn bu müqavilә üzrә işlәrin podratçı tәrәfindәn vә ya sifarişçinin razılığı ilә hәr hansı üçüncü şәxs tәrәfindәn yerinә yetirilmәsindәn asılı olmayaraq, podratçının bu müqavilә üzrә öhdәliklәrinin icra edilmәsinә görә sifarişçi qarşısında yalnız podratçı mәsuliyyәt daşıyır. 6.1.5-ci bәndә әsasәn işlәr nәzәrdә tutulmuş müddәtdә başa çatdırılmadığı halda podratçı onun tәqsiri ucbatından yaranmış sifarişçiyә gecikdirilmiş hәr gün üçün 0.25% dәbbә pulu ödәmәlidir.
12. 7.5-ci bәndinә әsasәn podratçı bәyan vә tәsdiq edir ki, işlәrin görülәcәyi yer, şәrait vә digәr şәrtlәri araşdırmış vә onlarla tanış olmuşdur vә sözügedәn yer, şәrait vә digәr şәrtlәr işlәrin bu müqavilәdә göstәrilәn mәblәğ çәrçivәsindә hәyata keçirilmәsi üçün onu qane edir.
13. Müqavilәyә ##.##.2024-cü il tarixli, 01 nömrәli Əlavәnin (qiymәtlәrin razılaşdırılması protokolu) 1-ci bәndinә әsasәn hazırkı Əlavәnin (“A Frame” tipli yaşayış evinin tikintisi) ümumi qiymәti ƏDV daxil olmaqla 75992 manat tәşkil edir. 2-ci bәndinә әsasәn hazırkı әlavә üzrә ödәniş 45% avans olaraq, iş qrafikinә uyğun olaraq ## ######## 2024-cü il tarixindә 45%, 10% tәhvil verildikdәn sonra 3 gün әrzindә hәyata keçirilir.
14. Müqavilәyә Əlavә 2-dә ümumi sahәsi 122,84 kvadrat metr olan “A Frame” tipli yaşayış evinin tikinti işlәrinin material tәsnifatı (-0,600 Dәmir-beton bünövrә işlәri, +0,00 sәviyyәsindә dәmir-beton döşәmә işlәri, tәmir işlәri 1-ci vә 2-ci mәrtәbә) qeyd olunmuşdur.
15. ##.##.2024-cü il tarixli çıxarışa әsasәn sahәsi 0,12 ha olan Qәbәlә rayonu, Bunud kәndindә yerlәşәn torpaq sahәsi İddiaçı MMC-nin xüsusi mülkiyyәtindәdir. ##.##.2021-ci il tarixli, EL-***/**** saylı lisenziyaya әsasәn Cavabdeh MMC-yә tikintisinә icazә tәlәb olunan bina vә qurğuların tikinti-quraşdırma işlәrini hәyata keçirmәyә icazә verilmişdir. Lisenziyanın әlavәsindә qurğuların tikinti-quraşdırma işlәri fәaliyyәti üzrә görülmәsinә icazә verilәn işlәrin siyahısı (xüsusi torpaq işlәri, ankerlәrin torpağa bәrkidilmәsi vә binaların “torpaqda divar” üsulu ilә tikilmәsi, enmә quyularının vә kessonların qurulması vә s) әks olunmuşdur.
16. Cavabdeh MMC tәrәfindәn İddiaçı MMC-uә ## #### 2024-cü il tarixli, ARC/EST/24-005 nömrәli müqavilәnin Əlavә № *-ә әsasәn 45% avans ödәnişinin ödәnilmәsi üçün ##.##.2024-cü il tarixli, ARC/İNV/24-017 nömrәli, dәyәri ƏDV daxil 34 196,40 manat olan hesab-faktura göndәrilmişdir. Cavabdeh MMC tәrәfindәn İddiaçı MMCyә ödәniş edilmәsi üçün AA2407 seriyalı, 10809873 nömrәli, ##.##.2024-cü il tarixli, dәyәri 34196.4 manat olan elektron qaimә faktura göndәrilmişdir.
17. ##.##.2024-cü il, ##.##.2024-cü il vә ##.##.2024-cü il tarixli әrizәlәrә әsasәn 1 mәrtәbәli (kürsülü, mansardlı) fәrdi yaşayış evinin tikinti niyyәti barәdә Qәbәlә Rayon İcra Hakimiyyәtinә müraciәtlәr edilmişdir. Qәbәlә Rayon İcra Hakimiyyәti tәrәfindәn ünvanlanmış ## ###### 2026-cı il tarixli mәktubda qeyd olunmuşdur ki, Qәbәlә rayonu Bunud kәndindә yerlәşәn “xxxx" MMCnin mülkiyyәtindә olan 0.12 ha torpaq sahәsindә “A Frame" tipli yaşayış evinin tikintisi ilә bağlı rayon icra hakimiyyәtinә ##.##.2024-cü vә ##.##.2024-cü il tarixlәrindә müraciәt edilmiş vә tikinti layihәsindә memarlıq-planlaşdırma bölmәsindә çatışmamazlıqlar olduğu üçün irad bildirilәrәk geri qaytarılmışdır.
18. Cavabdeh MMC (sifarişçi) ilә “xxxx” MMC (icraçı) arasında imzalanmış ## ###### 2022-ci il tarixli, ARC/CAS/**-*** saylı xidmәt müqavilәsinin 1.1-ci bәndinә әsasәn bu xidmәt müqavilәsinin şәrtlәrinә әsasәn xidmәt müqavilәsinin tәrkib hissәsi olan Əlavәdә göstәrilmiş işlәrin Sifarişçi tәrәfindәn İcraçıya sifariş verilir vә İcraçı әlavәdә razılaşdırılmış qiymәtә vә müddәtdә işlәrin yerinә yetirmәyi, Sifarişçi isә hәmin İşlәrin nәticәlәrini tәhvil alıb dәyәrini Müqavilә ilә müәyyәn edilmiş mәblәğdә vә şәrtlәrlә İçraçıya ödәmәyi öhdәsinә götürür.
19. 3.1-ci bәndinә әsasәn bu müqavilә hәr iki tәrәfin nümayәndәsi tәrәfindәn imzalandığı gündәn qüvvәyә minir vә ##.##.2023-ci il tarixәdәk qüvvәdәdir. Hәmin müqavilәyә 01 nömrәli әlavә ilә layihә üzrә dizayn xidmәtlәrinin dәyәri 1300 manat razılaşdırılmışdır.
20. Müqavilәyә 02 nömrәli әlavәyә әsasәn hazırkı Əlavәnin (Mermarlıq planlama hәlli, Eksteryer dizayn hәlli, İnteryer dizayn hәlli, Landşaft dizaynı, Mәlumatlandırma icraatı (fәrdi yaşayış evlәri) müraciәt xidmәti, Tikintiyә nәzarәt xidmәti) ümumi qiymәti vergilәr daxil 8741,91 manat tәşkil edir.
21. Hәr iki tәrәfin imzası ilә tәsdiq olunmuş ## ###### 2024-cü il tarixli tәhvil-tәslim aktına әsasәn ## ###### 2024-cü il tarixinә qәdәr görülmüş işlәrin ümumi dәyәri vergilәr daxil olmaqla 8741,91 manat tәşkil edir.
22. “X4” MMC (icarәyә verәn) ilә Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (icarәçi) arasında imzalanmış ##.##.2024-cü il tarixli, SD/02 nömrәli icarә müqavilәsinin 1.1-ci bәndinә әsasәn icarәyә verәn istifadә edilmәsi mәqsәdi ilә mülkiyyәtindә olan 1 әdәd 12 x 2.4 kv.m sahәsi olan (iki otaqlı sanitar qovşaq daxil) “Ofis Konteyner”i istifadәyә tam yararlı vәziyyәtdә İcarәçiyә verir. 1.2-ci bәndinә әsasәn icarәçi isә öz növbәsindә bu müqavilәyә uyğun şәkildә Konteyneri istismar edir vә onun dәyәrini bu müqavilәnin şәrtlәrinә uyğun şәkildә ödәmәyi öhdәsinә götürür. 4.2-ci bәndә әsasәn hazırkı Müqavilә imzalandıqda İcarәçi hәr ay üçün 400 AZN (ƏDV daxil deyil) icarә haqqı ödәyir. Bundan sonra icarә haqqı icarәyә verәnә hәr ay ödәnilir.
23. ##.##.2025-ci il tarixli İddiaçı MMC (voen: **********) vә xxxx MMC (vöen: **********) arasında ## #### 2024 tarixli ARC/EST/**-*** saylı müqavilәyә әsasәn görülmüş işlәr. Forma-2-ә әsasәn Layihә Smeta Sәnәdlәrinin hazırlanması-LSS dәyәri 7408,4 manat olan işlәr (Memarlıg Planlama Hәlli, Exteryer Dizayn Hәlli, İnteryer dizayn hәlli, Landşaft dizaynı, Mәlumatlandırma icraatı (fәrdi yaşayış evlәri) müraciәt xidmәti, Tikintiyә nәzarәt xidmәti (müәllif nәzarәti)), dәyәri 17663,42 manat olan Tikinti - Tәmir işlәri (Mobilizasiya vә Konteynerin icarәsi (9x400), Torpaq işlәri, Mal materialın alınması EQ әsasında (MT2409 Nömrә: 10300372), Mal materialın alınması EQ әsasında (EBEE Nömrә: 694479), Mal materialın alınması EQ әsasında (EBEE Nömrә: 876605)), İlkin müqavilә üzrә görülmüş işlәr 25071,82, Sirkәt Mәnfәәt 20% 3760,77 manat, Nәqliyyat xәrclәri 5% 1253.59 manat olmaqla ƏDV daxil 35501,70 manat tәşkil edir.
24. Azәrbaycan Respublikası Vәkillәr Kollegiyası Bakı şәhәri ** saylı Vәkil Bürosu tәrәfindәn İddiaçı MMC-nin mülkiyyәtindә olan vә Bunud kәndindә yerlәşәn 0,12 ha torpaq sahәsinә elektrik xәttinin çәkilmәsi ilә bağlı İddiaçı MMC tәrәfindәn müraciәt olunubolunmaması, olunmuşdursa hansı tarixdә olunması vә ya hazırda hәmin torpaq sahәsinә elektrik xәttinin çәkilib-çәkilmәmәsi ilә bağlı “xxxx” ASC-nin Şimal-Qәrb Regional İdarәsinin Qәbәlә Elektrik Şәbәkәsinә müraciәtinә “xxxx” ASC-nin Şimal-Qәrb Regional İdarәsinin Qәbәlә Elektrik Şәbәkәsi tәrәfindәn ünvanlanmış cavab mәktubunda qeyd olunmuşdur ki, X1 Al Jahdhamın adı ilә “ASAN Xidmәt” mәrkәzinin texniki şәrtlәr bölmәsinә "xxxx” MMC-nin mülkiyyәtindә olan vә Bunud kәndindә yerlәşәn 0.12 ha torpaq sahәsinә elektrik verilişi xәttinin çәkilmәsi vә sayğac quraşdırılması ilә әlaqәdar müraciәt daxil olmamışdır.
25. Azәrbaycan Respublikası Vәkillәr Kollegiyası Bakı şәhәri ** saylı Vәkil Bürosu tәrәfindәn İddiaçı MMC-nin mülkiyyәtindә olan vә Bunud kәndindә yerlәşәn 0,12 ha torpaq sahәsinә su xәttinin çәkilmәsi ilә bağlı İddiaçı MMC tәrәfindәn müraciәt olunubolunmaması, olunmuşdursa hansı tarixdә olunması vә ya hazırda hәmin torpaq sahәsinә su xәttinin çәkilib-çәkilmәmәsi barәdә әtraflı mәlumatın tәqdim olunması üçün Qәbәlә Suvarma Sistemlәri İdarәsinә müraciәt edilmişdir.
26. Azәrbaycan Respublikası Vәkillәr Kollegiyası Bakı şәhәri ** saylı Vәkil Bürosu tәrәfindәn İddiaçı MMC-nin (**********) vә ya onun tәsisçisi-direktoru X1 Al Jahdhamınin (nümayәndә2) adına 2023-cü ilin yanvar ayının 01-dәn 2025-ci ilin dekabr ayının 01-dәk hәr-hansı bir daşınmaz әmlak alınıb-alınmaması yaxud daşınmaz әmlakın dövlәt reyestrindә hәr hansı bir mülkiyyәtin qeydә alınıb-alınmaması (qeydә alınıbsa hansı tarixdә, ildә vә hansı notariat ofisindә alqı-satqı müqavilәsinin bağlanması) barәdә әtraflı mәlumatın tәqdim olunması üçün Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Bakı Ərazi İdarәsinә müraciәt edilmişdir.
27. Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Bakı Ərazi İdarәsinin ##.##.2026-cı il tarixli mәlumatın verilmәsi barәdә mәktubunda qeyd olunmuşdur ki, Qәbәlә rayonu, Bunud kәndindә yerlәşәn 0.12 ha yaşayış mәntәqәlәrinin torpaqları tәyinatlı torpaq sahәsi Bakı şәhәri * saylı notariat kontorunun 47- 409 reyestr nömrәli ##.##.2024-cü il tarixli alqı-satqı müqavilәsinә әsasәn ##.##.2024-cü il tarixdә; Sumqayıt, Corat qәsәbәsi ünvanında olan fәrdi yaşayış evinin yerlәşdiyi 0.0243 ha torpaq sahәsi Sumqayıt şәhәri * saylı notariat ofisinә 4Ə-315 reyestr nömrәli ##.##.2025ci il tarixli alqı-satqı müqavilәsinә әsasәn ##.##.2025-ci il tarixdә İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. X1 Al Jahdhamınin adına qeydiyyata alınmış daşınmaz әmlak aşkar edilmәmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
28. İddiaçı İddiaçı MMC(bundan sonra iddiaçı) iddia әrizәsi vә iddia tәlәbinin hәcminin azaldılması barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, onun ilә cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı “podrat müqavilәsi”nә әsasәn avans olaraq ödәnilmiş 29196,4 manat, dәbbә pulu olaraq hesablanmış 24624 manat, müqavilә üzrә gecikdirmәyә görә illik 5% cәrimә olaraq hesablanmış 1710 manat olmaqla, ümumilikdә 55 530,4 manat pul vәsaitinin, elәcә dә hüquqi yardıma görә vәkilә ödәnilmiş 400 manat vә mәhkәmәyә dövlәt rüsumu olaraq ödәnilmiş 275 manat pul vәsaitinin Cavabdeh MMC-dәn tutularaq ona ödәnilmәsinә dair qәtnamә çıxarılmasını xahiş etmişdir.
29. İlkin iddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilә cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı “podrat müqavilәsi”nә әsasәn Cavabdeh MMC Qәbәlә rayonunun Bunud kәndindә yerlәşәn İddiaçı MMC-yә xüsusi mülkiyyәt hüququ ilә mәxsus olan 0,12 ha yaşayış mәntәqәlәri torpağında ümumi sahәsi 122,84 kvadrat metr olan “A Frame” tipli yaşayış evinin tikitnisini öz üzәrindә götürmüş, sifarişçi İddiaçı MMC dә müqavilә üzrә görülәcәk işlәrin müqabilindә ƏDV daxil 75 992,00 manat mәblәğindә ödәnişi hәyata keçirmәyi öhdәsinә götürmüşdür. Qeyd edilәn müqavilәnin müddәti ## ###### 2024-cü il tarixәdәk nәzәrdә tutulmuş vә müqavilә üzrә görülәcәk işlәrin dә hәmin tarixә başa çatdırılması müәyәn edilmişdir. İddiaçı MMC tәrәfindәn müqavilә üzrә görülәcәk işlәrә görә avans şәklindә 34 196,4 manat pul vәsaiti hәlә 2024-cü ilin iyul ayında Cavabdeh MMC-nin hesabına köçürülsә dә, cavabdeh tәrәfindәn sözügedәn müqavilә üzrә üzәrinә götürdüyü öhdәliklәr yerinә yetirilmәmiş vә iddiaçı tәrәfindәn cavabdehә görülәcәk işlәrә görә avans şәklindә ödәnilmiş pul vәsaiti dә bugünәdәk geri qaytarılmamışdır. İddiaçı MMC-nin nümayәndәlәri tәrәfindәn Cavabdeh MMC-nin sәlahiyyәtli nümayәndәlәri ilә dәfәlәrlә görüşlәr keçirilmiş, müvafiq müraciәtlәr edilәrәk müqavilә üzrә üzәrinә götürdüyü öhdәliklәrin yerinә yetirilmәsi, yaxud da ödәnilmiş pul vәsaitinin geri qaytarılması tәlәb edilmişdir. Ancaq bütün bu tәlәblәrә vә xәbәrdarlıqlara baxmayaraq, müqavilә öhdәliklәrinin yerinә yetirilmәsi istiqamәtindә cavabdeh tәrәfindәn hәr hansı addım atılmamışdır. İddiaçı tәrәfindәn cavabdehә “Elektron mәhkәmә” İnformasiya sistemi vasitәsi ilә elektron qaydada pretenziya ilә müraciәt olunaraq yaranmış mübahisәnin mәhkәmәyә qәdәr hәlli qaydasında nizama salınması vә borcun ödәnilmәsi tәklif olunsa da, cavabdeh hәmin tәklifi dәyәrlәndirmәmişdir. Bu sәbәbdәn yuxarıda göstәrilәn podrat müqavilәsinin şәrtlәri cavabdeh Cavabdeh MMC tәrәfindәn yerinә yetirilmәdiyinә görә İddiaçı MMC cavabdehin müqavilә öhdәliklәrini yerinә yetirmәmәsi nәticәsindә vurulmuş maddi ziyanın ödәnilmәsi üçün müvafiq iddia tәlәblәri ilә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada mәhkәmәyә müraciәt etmәk mәcburiyyәtindә qalmışdır. Müqavilә münasibәtlәrindә tәrәflәr bәrabәr hüquq vә vәzifәlәrә malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilәlәrin mahiyyәti onda ifadә olunur ki, belә razılaşmada hәr iki tәrәfin mәnafeyi qorunur. Mülki qanunvericilik müqavilә şәrtlәrinin mәcburiliyini vә icra edilmәli olduğunu tәsbit edir. Bu prinsipә görә, bağlanmış müqavilәlәr onlarda göstәrilәn vә tәrәflәrin razılığa gәldiklәri şәrtlәr әsasında da icra edilir. Hәmin prinsip müәyyәn edir ki, müqavilә qüvvәyә mindiyi andan tәrәflәr üçün mәcburi xarakterә malik olur vә onun şәrtlәri, bir qayda olaraq, dәyişdirilmir. Hazirkı mübahisәdә cavabeh tәrәfindәn sәrbәst şәkildә bağlanılmış müqavilә öhdәliklәri әsassız olaraq yerinә yetirilmәmiş, avans olaraq pulun iddiaçıdan alınmasına baxmayaraq müqavilәdә nәzәrdә tutulmuş işlәrin yerinә yetirilmәsi tәmin olunmamış vә sonradan da yerinә yetirilmәmiş öhdәliklәri üzrә aldığı pul vәsaitini geri qaytarmaqdan imtina edilmişdir. Cavabdehin bu hәrәkәtlәri iddiaçıya maddi ziyan vurmaqla yanaşı, onu müqavilә bağlanılan zaman formalaşmış marağından da mәhrum etmişdir. İddiaçı MMC ilә cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı podrat müqavilәsinin 1.1-ci bәndinә әsasәn “Sifarişçi”, yәni İddiaçı MMC podrat müqavilәsinin tәrkib hissәsi olan Əlavәlәrdә göstәrilmiş işlәri “Podratçı”ya, yәni Cavabdeh MMC-yә sifariş verir, “Podratçı” әlavәdә razılaşdırılmış qiymәtә vә müddәtdә işlәri yerinә yetirmәyi, “Sifarişçi” isә görülmüş işlәrin nәticәlәrini tәhvil alıb dәyәrini müqavilә ilә müәyyәn edilmiş mәblәğdә vә şәrtlәrlә “Podratçı”ya ödәmәyi öhdәsinә götürmüşdür. Hәmin müqavilәnin 2.1-ci bәndinә görә müqavilәnin qüvvәdә olma müddәti ## ###### 2024-cü il tarixәdәk müәyyәn edilmiş vә “Podratçı” müqavilәdә vә Əlavәlәrdә nәzәrdә tutulmuş işlәri hәmin müddәt әrzindә yekunlaşdırıb tәhvil vermәyi öz öhdәsinә götürmüşdür. Hәmin müqavilәnin 6.1.5-ci bәndinin müddәalarına görә işlәr nәzәrdә tutulmuş müddәtdә başa çatdırılmadığı halda “Podratçı” “Podratçı”nın tәqsiri ucbatından yaranmış gecikdirilmiş gün üçün “Sifarişçi”yә 0,25% dәbbә pulu ödәmәlidir.
30. Cavabdeh Cavabdeh MMC(budan sonra cavabdeh) qarşılıqlı iddia әrizәsi vә qarşılıqlı iddia әrizәsinin hәcminin artırılması barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, onun xeyrinә görülmüş işlәrin vә çәkilmiş xәrclәrin әvәzini tәşkil edәn 30501,70 manat mәblәğindә pulun, 1000 manat hüquqi yardım göstәrilmәsi üçün ödәnilmiş mәblәğin vә dövlәt rüsumunun әvәzi olaraq 127,01 manat mәblәğdә pulun cavabdeh İddiaçı MMC-dәn tutularaq ona ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
31. Qarşılıqlı iddia әrizәsi belә әsaslandırılmışdır ki, Cavabdeh MMC ilә İddiaçı MMC arasında ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı podrat müqavilәsi bağlanmışdır. Bağlanmış podrat müqavilәsinә әsasәn Cavabdeh MMC Qәbәlә rayonunun Bunud kәndindә yerlәşәn İddiaçı MMC-yә xüsusi mülkiyyәt hüququ ilә ona mәxsus olan 0,12 ha yaşayış mәntәqәlәri torpağında ümumi sahәsi 122,84 kvadrat metr olan “A Frame” tipli yaşayış evinin tikitnisini öz üzәrindә götürmüş, sifarişçi İddiaçı MMC dә müqavilә üzrә görülәcәk işlәrin müqabilindә ƏDV daxil 75 992,00 manat mәblәğindә ödәnişi hәyata keçirmәyi öhdәsinә götürmüşdür. Bu müqavilә üzrә 29.800 AZN + 18% ƏDV mәblәğindә avans 2024-cü ilin iyun ayında Cavabdeh MMC-nin hesabına ödәnilmişdir. Belә ki, tәrәflәr arasında müqavilә bağlandıqdan sonra ilkin olaraq tikintiyә icazә alınması üçün müxtәlif tarixlәrdә yәni ## #### 2024-cü il, ## ######## 2024-cü il vә ## ####### 2024-cü il tarixlәrindә Qәbәlә rayon İcra Hakimiyyәtinә müraciәt olunmuşdur. Qәbәlә rayon İcra Hakimiyyәti tәrәfindәn ilkin iki müraciәtә imtina cavabı verilsә dә sonuncu müraciәtә müsbәt cavab verilәrәk tikintiyә icazә verilmişdir. Bundan sonra dәrhal işә başlanılmış, lahiyәlәndirmә işlәri aparılmış, әraziyә texnika cәlb edilmiş vә hәmin әraziyә ofis konteyneri gәtirilәrәk yerlәşdirilmişdir. Bundan sonra tikintiyә başlanılaraq әrazidә bünövrә qazıntısı vә geodeziya ölçmә işlәri aparılmış, hәmçinin EQ sistemi vasitәsilә elektron ödәnişlә materiallar alınaraq anbara yığılmışdır. Lakin bir müddәt sonra İddiaçı MMC, yәni onun rәhbәri X2 Alı ilә uzun müddәt әlaqә saxlanılması mümkün olmamışdır. Eyni zamanda nәzәrdә tutulan ödәmәlәrin hәyata keçirilmәmәsi, әn әsası işlәrin görülmәsi üçün әraziyә suyun vә işığın çәkilmәmәsi, әraziyә gedәn yolun olmaması işlәrin yubanmasına vә görülmәmәsinә gәtirib çıxartmışdır. İşlәr başlanılan vaxtı sifarişçiyә dәfәlәrlә müraciәt olunaraq işıq, su vә yol tәminatının yaradılması tәlәb edilmiş, lakin sifarişçi bu tәlәblәri yerinә yetirmәmiş vә 6 ay әrzindә ümumiyyәtlә әraziyә gәlmәmişdir. Əraziyә giriş yolları bәrbad vәziyyәtdә olmuş, ağır texnika vә nәqliyyat vasitәlәrinin keçidi mümkün olmamışdır. Bu sәbәbdәn yolun bәrkitmәsi vә ağacların tәmizlәnmәsi üçün dövlәt orqanlarından icazә alınmalı vә iş sifarişçi tәrәfindәn tәşkil edilmәli idi. Sifarişçi tәrәfindәn işin davamı üçün maliyyә tәminatı vә zәruri şәrait yaradılmadığından, işlәrin dayandırılması cavabdehin tәqsiri ilә deyil, sifarişçinin mәsuliyyәtsizliyi nәticәsindә baş vermişdir. Yәni qeyd olunan işlәrin uzadılmasının sәbәbi Cavabdeh şirkәti yox, hazırkı qarşılıqlı iddia üzrә cavabdeh İddiaçı MMC olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, onlar hәmin әrazidә Layihә Smeta Sәnәdlәrinin hazırlanması üçün uzun müddәtdir ki, әmәkdaşlıq etdiklәri “xxxx” MMC ilә ## ###### 2024-cü il tarixdә ** №-li әlavә müqavilә bağlamış vә qeyd olunan işlәr hәmin şirkәtә tapşırılmışdır. Hәmin MMC tәrәfindәn isә memarlıq planlama, eksteryer dizayn, interyer dizayn, landşaft dizaynı, mәlumatlandırma icraatı (fәrdi yaşayış evlәri) müraciәt xidmәti vә tikintiyә nәzarәt xidmәti hәyata keçirmişdir. Yәni hәmin әrazidә “xxxx” MMC tәrәfindәn ƏDV daxil 8741,91 manat dәyәrindә işlәr görülmüşdür. Bundan әlavә, Cavabdeh MMC tәrәfindәn mobilizasiya vә konteynerin icarәsi üçün, torpaq işlәri vә.s işlәrin görülmәsi üçün ümumilikdә yәni alınmış materiallar daxil cәmi 25454,47 manat xәrc çәkmişdir. Bundan әlavә şirkәt olaraq mәnfәәt vә nәqliyyat xәrclәri dә olmuşdur ki, bu da ümumilikdә 4929,43 manat tәşkil edir. Hazırkı vaxta kimi İddiaçı MMC tәrәfindәn Cavabdeh MMC-yә ödәnilmәli olan pul dәyәri 46 533,82 manat tәşkil edir. Hәmin pul mәblәğindәn dә ƏDV daxil 34 196.4 manat mәblәğindә pul ödәnilmişdir. Hazırda Cavabdeh MMC-yә ödәnilmәli olan pul mәblәği 12.337,42 manat tәşkil edir. Göstәrilәnlәrә baxmayaraq onlar müqavilә şәrtlәrinә yenidәn baxılmaqla işlәrin davam etdirilmәsindә maraqlı olmuşdur. Buna görә 2025-ci ilin ortalarında dәfәlәrlә tәrәfindәn qarşı tәrәflә görüşlәr keçirilmişdir. Bu görüşlәrdә İddiaçı MMC-nin direktoru X2 Alı xarici ölkә vәtәndaşı olduğundan ona qeydiyyata düşmәk üçün mәnzil lazım olduğunu vә buna görә dә, artıq fәrdi yaşayış evinin tikintisindә maraqlı olmadığını vә yeni mәnzil aldığını bildirmişdir. Buna görә dә hazırkı öhdәlik onların yox qarşı tәrәfin günahı ucbatından icra edilmәmiş qalmışdır. Belә ki, tәrәflәr arasında bağlanmış ## #### 2204cü il tarixli, ARC/EST/24-05 No-Lİ müqavilәnin 5.1.1, 5.1.3 vә 5.1.4-cü bәndlәrinә әsasәn, sifarişçi işlәrin yerinә yetirilmәsi üçün sahәni podratçıya işlәmәyә yararlı vәziyyәtdә tәhvil vermәli vә işlәrin gedişinә mane olmamalıdır. Bu öhdәliklәr yerinә yetirilmәdiyindәn işlәrin dayanması sifarişçinin tәqsiri ilә baş vermişdir. Hәmin müqavilәnin 6.1.5-ci bәndinә әsasәn, işlәrin gecikmәsi sifarişçinin tәqsirli әmәllәri vә әsassız müdaxilәlәri zamanı nәzәrә alınmalıdır.
32. İddiaçının nümayәndәsi vәkil2 mәhkәmә iclasında ilkin iddia tәlәbini müdafiә, qarşılıqlı iddianı isә rәdd edәrәk bildirmişdir ki, tәrәflәr arasında ## #### 2024-cü il tarixli podrat müqavilәsinә әsasәn cavabdeh Cavabdeh MMC Qәbәlә rayonunun Bunud kәndindә yerlәşәn iddiaçı İddiaçı MMC-yә mәxsus torpaq sahәsindә ümumi sahәsi 122,84 kv.m olan “A Frame” tipli yaşayış evinin tikintisini öhdәsinә götürmüş, iddiaçı isә müqavilә üzrә 75 992 manat mәblәğindә ödәniş etmәli olmuşdur. Müqavilә üzrә işlәrin ## ###### 2024-cü il tarixәdәk tamamlanması nәzәrdә tutulmuşdur. İddiaçı tәrәfindәn 2024-cü ilin iyul ayında 34 196,4 manat mәblәğindә avans ödәnilsә dә, cavabdeh müqavilә üzrә öhdәliklәrini yerinә yetirmәmiş, yalnız qazıntı işlәri aparmış, işlәrin әsas hissәsi görülmәmişdir. Müqavilәdә nәzәrdә tutulmuş iş qrafikinә әmәl olunmamışdır. İddiaçı tәrәf yalnız 5000 manat mәblәğindә işin görüldüyünü (4140 manat konteyner vә 450 manat qazıntı işlәri daxil olmaqla) qәbul edir, qalan mәblәği qәbul etmir. Tәrәflәr arasında işlәrin görülmәsi ilә bağlı yazışmalar, sәs yazıları vә digәr sübutlar mәhkәmәyә tәqdim edilmiş vә bu sübutlar iddiaçının işdәn imtina etmәdiyini, әksinә mütәmadi olaraq cavabdehlә әlaqә saxladığını tәsdiq edir. Nümayәndә qeyd etmişdir ki, müqavilәdә işlәrin görülmәsi üçün şәraitin (yol, su, işıq vә s.) yaradılması iddiaçının öhdәliyi kimi nәzәrdә tutulmamışdır, layihәnin tәsdiqi vә icazәlәrin alınması cavabdehin öhdәliyi olmuşdur, ##.##.2024-cü il tarixdә icazә alınmışdır, yanvar ayından sonra tikinti işlәri aparılmamışdır. Hәmçinin o, bildirmişdir ki, müqavilә Cavabdeh MMC ilә bağlansa da, cavabdeh öhdәliklәrini iddiaçının razılığı olmadan üçüncü şәxslәrә ötürmüşdür. Müqavilәnin әlavәsindә nәzәrdә tutulmayan işlәr iddiaçı tәrәfindәn sifariş edilmәmişdir. Bu sәbәbdәn, iddiaçı tәrәf ilkin iddianın tәmin, qarşılıqlı iddianın isә rәdd edilmәsini xahiş edir.
33. İddiaçının nümayәndәsi S.Kәrimova mәhkәmә iclasında ilkin iddia tәlәbini müdafiә, qarşılıqlı iddianı isә rәdd edәrәk bildirmişdir ki, mәhkәmәyә müraciәt etmәzdәn әvvәl cavabdeh tәrәfindәn vatsap vasitәsilә excel cәdvәli göndәrilmiş, lakin sonradan tәqdim edilәn sәnәdlәrdә şişirdilmiş qiymәtlәr göstәrilmişdir. O, qarşılıqlı iddia üzrә 4590 manat mәblәği qәbul etdiklәrini, digәr hissәni qәbul etmәdiklәrini bildirmişdir. Nümayәndә qeyd etmişdir ki, Cavabdeh MMC-yә müraciәt internet vasitәsilә edilmişdir, bәzi sәs yazılarında iştirak edәn Cәlil adlı şәxs tәrcümәçi olmuşdur, tәrәflәr arasında yol, su, işıq vә digәr tәminatlarla bağlı hәr hansı razılaşma olmamışdır, layihә üzrә ödәniş iddiaçı tәrәfindәn edilmiş, lakin layihә cavabdeh tәrәfindәn hazırlanmışdır, icazәlәrin alınması cavabdehin öhdәliyi olmuş vә 5 dәfә müraciәt edilmiş, yalnız 23 oktyabrda tәsdiq alınmışdır. Layihә tәsdiq edildikdәn sonra cavabdehә dәfәlәrlә müraciәt olunsa da, işlәr başlamamış, yalnız ## ###### 2025-ci ildә qazıntı işlәri aparılmışdır. Daha sonra cavabdeh yolun vәziyyәtini әsas gәtirәrәk әlavә şәrtlәr irәli sürmüşdür. Hәmçinin iddiaçının xәbәri olmadan işlәr “xxxx” MMC-yә hәvalә edilmişdir. Sәs yazıları vә digәr sübutlar iddiaçının işdәn imtina etmәdiyini, әksinә davamlı әlaqә saxladığını tәsdiq edir. Hәmçinin tәqdim edilmiş maddi sübutlarda layihәdәki sәhvlәr sәbәbindәn icazәnin gec verildiyi göstәrilmişdir. Bu әsaslarla S.Kәrimova da ilkin iddianın tәmin, qarşılıqlı iddianın rәdd edilmәsini xahiş etmişdir.
34. Cavabdehin nümayәndәsi vәkil1 qarşılıqlı iddianı müdafiә edәrәk vә ilkin iddiaya etiraz edәrәk bildirmişdir ki, işlәrin yerinә yetirilmәmәsinin әsas sәbәbi iddiaçı tәrәfindәn müqavilә üzrә öhdәliklәrin yerinә yetirilmәmәsi olmuşdur. Belә ki, әraziyә su, işıq vә yol çәkilmәmiş, ağır texnikanın hәrәkәti üçün şәrait olmamış, bu sәbәbdәn işlәrin aparılması mümkün olmamışdır. Cavabdeh tәrәf sifarişçiyә dәfәlәrlә müraciәt etsә dә, bu problemlәr aradan qaldırılmamış, sifarişçi uzun müddәt әlaqәyә çıxmamışdır. Tikintiyә icazә alınması üçün bir neçә dәfә müraciәt edilmiş, sonuncu müraciәt müsbәt nәticәlәnmişdir, bundan sonra әraziyә texnika cәlb olunmuş, konteyner yerlәşdirilmiş, qazıntı vә geodeziya işlәri aparılmış, materiallar alınaraq anbara yığılmışdır, lakin sonradan sifarişçi ilә әlaqә kәsilmişdir. Cavabdeh nümayәndәsi hәmçinin qeyd etmişdir ki, işlәrin bir hissәsi “xxxx” MMC tәrәfindәn subpodrat qaydasında icra edilmişdir, bu şirkәtlә cavabdeh arasında müqavilә mövcud olmuşdur, layihә vә digәr işlәr üzrә xәrclәr çәkilmişdir. Ümumilikdә 25 454,47 manat xәrclәr çәkilmiş, әlavә olaraq mәnfәәt vә nәqliyyat xәrclәri olmuş, iddiaçı tәrәfindәn ödәnilmәli olan qalıq mәblәğ 12 337,42 manat tәşkil edir. Nümayәndә bildirmişdir ki, müqavilәnin icra olunmaması onların tәqsirindәn deyil, sifarişçinin hәrәkәtsizliyi vә öhdәliklәrini yerinә yetirmәmәsi ilә bağlıdır. Hәmçinin nümayәndә qeyd etmişdir ki, materiallar hazırda anbarda saxlanılır vә qaytarıla bilәr vә ya әgәr ödәnişlәr hәyata keçirilsә işlәr davam etdirilә bilәr. Bu әsaslarla cavabdeh ilkin iddianın rәdd edilmәsini, qarşılıqlı iddianın tәmin edilmәsini xahiş etmişdir.
35. Cavabdehin nümayәndәsi nümayәndә3 iştirak etdiyi mәhkәmә iclasında bildirmişdir ki, 12 337,42 manat mәblәğindә mal-material alınmışdır vә hәmin materiallar iddiaçıya verilә bilәr, 30 kub hәcmindә bünövrә qazıntısı aparılmışdır. O, qeyd etmişdir ki, tikinti işlәrinin aparılması üçün zәruri olan yol, su vә işıq tәmin edilmәmişdir, tәrәflә uzun müddәt әlaqә saxlamaq mümkün olmamışdır, layihә üzrә ödәniş tam edilmәmişdir, alınmış vәsait әsasәn materialların alınmasına yönәldilmişdir.
36. Şahid şahid2 Fariz oğlu mәhkәmә iclasında ifadә verәrәk bildirmişdir ki, Cavabdeh MMC ilә onların şirkәti arasında layihә işlәri ilә bağlı müqavilә münasibәtlәri mövcud olmuşdur vә bu çәrçivәdә o, layihәyә nәzarәt etmiş, tikinti sahәsindә dәfәlәrlә olmuşdur. Şahidin sözlәrinә görә, ilkin baxış zamanı onların tәrәfi tәrәfindәn mobilizasiya işlәri görülmüş, tikinti sahәsi işә hazır vәziyyәtә gәtirilmiş, usta briqadası cәlb edilmişdir. Bu tәdbirlәr tikinti prosesinin tәhlükәsizliyini vә fasilәsizliyini tәmin etmәk mәqsәdi daşımışdır. Şahid qeyd etmişdir ki, İddiaçı MMC ilә ilkin әlaqә Cәlil adlı şәxsin internet üzәrindәn müraciәti әsasında yaranmış, bundan sonra әraziyә yerindә baxış keçirilmişdir. Layihәlәndirmә işlәri şәhәrsalma vә arxitektura tәlәblәrinә uyğun olaraq hәyata keçirilmiş vә tikilәcәk obyekt üzrә memarlıq-planlama hәlli hazırlanmışdır. O, hәmçinin bildirmişdir ki, onların şirkәti hәm layihә, hәm dә tikinti sahәsindә xidmәt göstәrir, lakin tikinti üzrә lisenziya yalnız 2025-ci ilin fevral ayında alınmışdır. 2024-cü ildә isә tikinti işlәri aparılmamış, o, yalnız mühәndis qismindә әraziyә cәlb edilmişdir. Sonradan lisenziyalı şirkәt tәlәb olunduğuna görә Cavabdeh MMC ilә müqavilә bağlanmışdır. Şahidin ifadәsinә görә, layihә onların tәrәfindәn hazırlanmış, lakin lisenziya olmadığından layihә digәr lisenziyalı şirkәt tәrәfindәn yoxlanılaraq tәsdiq edilmiş, möhür vә imza hәmin şirkәt tәrәfindәn vurulmuşdur. Layihәdә onların adının qeyd olunmaması işin mahiyyәtinә tәsir etmәmişdir. Şahid әlavә olaraq bildirmişdir ki, onlar Cavabdeh MMC ilә çәrçivә müqavilәsi әsasında subpodratçı kimi fәaliyyәt göstәrmiş, әmәkdaşlıq münasibәtlәri müxtәlif әlavәlәr vә protokollarla tәnzimlәnmişdir. Müqavilәlәrin müddәti әsasәn 1 il tәşkil etdiyindәn, mәhkәmәyә bir neçә әlavә tәqdim edilmişdir. Onun sözlәrinә görә, “Əlavә 2” üzrә memarlıq-planlama xidmәti layihәnin lisenziyalı qaydada hazırlanması vә aidiyyәti orqanlara tәqdim edilmәsini әhatә edir vә bu proses adәtәn 15-20 iş günü çәkir. Bu xidmәt müştәrinin şifahi müraciәti әsasında hәyata keçirilmişdir. Şahid qeyd etmişdir ki, tikintiyә nәzarәt xidmәti memarın layihәnin icrasına texniki nәzarәti kimi başa düşülür vә bu xidmәt dә Cavabdeh MMCnin müraciәti әsasında göstәrilmişdir. Bundan әlavә, o bildirmişdir ki, layihә onların tәrәfi tәrәfindәn hazırlanaraq tәqdim edilmiş, 2024-cü ilin yayında Cavabdeh MMC rәhbәrliyi ilә birlikdә әraziyә baxış keçirilmiş vә mövcud vәziyyәt sifarişçiyә izah edilmişdir. Şahid hәmçinin qeyd etmişdir ki, onların tikinti üzrә lisenziyası yalnız 2025-ci ilin fevral ayında alınmış, layihә üzrә isә lisenziya әldә olunmamışdır. Bu istiqamәtdә müraciәtlәr edilsә dә, nәticә әldә edilmәmişdir. Nәhayәt, şahid bildirmişdir ki, әrazidә görülmüş işlәrin dәyәri tәxminәn 8741 manat tәşkil etsә dә, hәmin işlәrә görә ona ödәniş edilmәmişdir.
37. Şahid Aydınlı İlqar Aydın oğlu mәhkәmә iclasında ifadә verәrәk bildirmişdir ki, ## ###### 2025-ci il tarixdә Qәbәlә şәhәrindә yerlәşәn mübahisәli әraziyә baxış keçirilmiş, hәmin әrazidә torpaq planlama işlәri aparılmış, ustalar cәlb olunmuş vә qonşu ilә danışıqlar aparılmışdır. Şahidin sözlәrinә görә, ilkin razılaşmaya әsasәn qonşu tәrәfindәn әraziyә giriş üçün yol verilmәsi nәzәrdә tutulmuş, texnikanın hәmin yoldan istifadә edәrәk sahәyә daxil olacağı vә işlәrin problemsiz aparılacağı bildirilmişdir. Ərazi yerlәşmәsinә görә qonşu ilә üzbәüz baxdıqda tikinti sahәsi hәmin qonşunun evinin arxa hissәsinә düşmüşdür. Bildirildiyinә görә, görülәn işlәr çәrçivәsindә ustalar cәlb edilmiş, bünövrә qazılmış vә konteyner yerlәşdirilmişdir. Lakin torpaq planlama işlәri aparıldıqdan sonra qonşu әvvәlki razılaşmadan imtina edәrәk öz yolundan istifadә edilmәsinә icazә vermәmiş, digәr yoldan istifadә edilmәsini tәlәb etmişdir. Şahid qeyd etmişdir ki, alternativ yol yararsız vәziyyәtdә olmuş, ağır texnikanın hәmin әraziyә daxil olması mümkün olmamışdır. Bu sәbәbdәn işlәrin davam etdirilmәsi mümkün olmamış vә Samir adlı şәxs tәrәfindәn işıq vә su mәsәlәlәri hәll edildikdәn sonra işlәrin davam etdirilәcәyi bildirilmişdir. Bundan sonra işlәr dayandırılmış vә vәziyyәtin hәlli gözlәnilmişdir. Şahid әlavә olaraq bildirmişdir ki, sahә rәisi kimi bir neçә dәfә mәsәlә ilә maraqlansa da, problem aradan qaldırılmamışdır. İddiaçının nümayәndәsinin suallarına cavab olaraq şahid qeyd etmişdir ki, “xxxx” MMC-nin layihә üzrә lisenziyasının olub-olmaması barәdә mәlumatı yoxdur, çünki rәhbәr vәzifәdә çalışmamış, layihә rәhbәri kimi yalnız tikintiyә nәzarәt funksiyasını hәyata keçirmişdir. Tikinti işlәrinin isә “xxxx” MMC tәrәfindәn aparıldığını bildirmişdir. Sәdrlik edәnin suallarına cavab olaraq şahid göstәrmişdir ki, tәrәflәr arasında bağlanmış müqavilәnin tarixi barәdә mәlumatı olmamış, 2024-cü ilin dekabr ayının sonlarında ona Qәbәlәdә iş olacağı vә tikintiyә nәzarәt edәcәyi bildirilmişdir. Əraziyә gedәrәk ilk iş görәn şәxsin özü olduğunu qeyd etmişdir. Hәmçinin şahid bildirmişdir ki, onların şirkәti layihә vә dizayn işlәri dә hәyata keçirir, lakin layihәnin hazırlanması üzrә lisenziyanın olubolmaması barәdә mәlumatı yoxdur. Cavabdeh MMC ilә bağlı isә bu iş onun ilk fәaliyyәti olmuşdur.
38. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı podrat müqavilәsi üzrә pul tәlәbinә dair ilkin iddiasının qismәn tәmin edilmәsi, cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtindәn ## #### 2024-cü il tarixli müqavilәyә әsasәn 29196 (iyirmi doqquz min bir yüz doxsan altı) manat 40 (qırx) qәpik pul vәsaitinin, 1500 (bir min beş yüz) manat dәbbә pulunun, әsas borca illik 5 % hesablanmış 1710 (bir min yeddi yüz on) manat pul olmaqla, cәmi 32406 (otuz iki min dörd yüz altı) manat 40 (qırx) qәpik, hüquqi yardım xәrci üzrә 400 (dörd yüz) manat vә ödәnilmiş dövlәt rüsumunun 187 (bir yüz sәksәn yeddi) manat 19 (on doqquz) qәpiyinin әvәzi tutularaq İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә ödәnilmәsi, ilkin iddianın qalan hissәdә tәmin edilmәmәsi, cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı podrat müqavilәsi üzrә pul tәlәbinә dair qarşılıqlı iddiasının tәmin edilmәmәsi qәt edilmişdir.
39. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, cavabdeh etirazında sifarişçi tәrәfindәn işlәrin görülmәsi üçün şәraitin yaradılmadığını bildirsә dә, tәrәflәr arasında imzalanmış müqavilәdә “sifarişçinin öhdәliklәri” hissәsindә sifarişçinin işin icrası üçün xüsusi şәrait yaratması ilә bağlı konkret öhdәlik nәzәrdә tutulmamışdır. Əksinә, tәrәflәr arasında bağlanmış müqavilәnin 7.5-ci bәndinә әsasәn podratçı işlәrin görülәcәyi yer, şәrait vә digәr şәrtlәrlә әvvәlcәdәn tanış olduğunu vә hәmin şәraitin müqavilә üzrә öhdәliklәrin icrası üçün qәnaәtbәxş olduğunu tәsdiq etmişdir. Bu hal podratçının işin icrası ilә bağlı mümkün risklәri әvvәlcәdәn qәbul etdiyini göstәrir. Bundan әlavә, iş materiallarında cavabdeh tәrәfindәn sifarişçiyә işlәrin icrasına mane olan hallarla bağlı vaxtında vә әsaslı xәbәrdarlıq edilmәsini tәsdiq edәn mötәbәr sübutlar mövcud deyildir. Halbuki Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 756-cı maddәsinә әsasәn sifarişçinin işlәrin icrası üçün zәruri hәrәkәtlәri yerinә yetirmәdiyini iddia edәn podratçı bu halları sübuta yetirmәlidir vә bu hal podratçının mәsuliyyәtini istisna etmir. Ancaq cavabdeh işlәrin yerinә yetirilmәmәsinin sifarişçinin davranışı ilә bağlı olmasını sübuta yetirә bilmәmişdir. Cavabdeh tәrәfindәn müqavilә öhdәliklәrinin yerinә yetirilmәmәsi onun risk dairәsinә daxil olan hallarla bağlı olmuşdur vә bu sәbәbdәn o, öhdәliyin icra edilmәmәsinә görә mәsuliyyәt daşıyır. Mәhkәmә hәmçinin qeyd etmişdir ki, müqavilәnin 3.2-ci vә 5.3.8-ci bәndlәrinә әsasәn podratçı işlәrin icrasını bütün lisenziya vә icazәlәrә malik üçüncü şәxslәrә yalnız sifarişçinin әvvәlcәdәn razılığı ilә hәvalә edә bilәr. Lakin iş materiallarından müәyyәn olunur ki, cavabdeh bu şәrtlәrә әmәl etmәdәn işlәrin icrasını üçüncü şәxs – “xxxx” MMC-yә hәvalә etmişdir. Bundan әlavә, mәhkәmә araşdırması zamanı müәyyәn edilmişdir ki, qeyd olunan subpodratçı şirkәtin nә tikinti işlәrinin aparılması, nә dә layihәlәndirmә fәaliyyәti üzrә müvafiq lisenziyası mövcud olmamışdır. Bu hal podratçının müqavilә öhdәliklәrini pozduğunu vә işlәrin qanunvericiliyin tәlәblәrinә uyğun qaydada icra olunmadığını göstәrir. Belәliklә, cavabdehin işlәrin icrasını sifarişçinin razılığı olmadan vә müvafiq lisenziyaya malik olmayan şәxsә hәvalә etmәsi onun mәsuliyyәtini istisna etmәdiyi kimi, әksinә, müqavilә öhdәliklәrinin kobud pozuntusu kimi qiymәtlәndirilmәlidir. Müqavilә üzrә işlәr ## ###### 2024-cü il tarixәdәk tamamlanmalı olduğu halda, bu müddәtә qәdәr işlәr başa çatdırılmamış, yalnız mәhdud hәcmdә ilkin işlәr görülmüşdür. Bu isә cavabdehin öhdәliyi lazımınca icra etmәdiyini tәsdiq edir. Müqavilәnin icra edilmәmәsi cavabdehin tәqsiri ilә bağlı olmuşdur vә bu sәbәbdәn iddiaçı Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 759.2-ci maddәsinә әsasәn müqavilәdәn imtina edәrәk yalnız faktiki görülmüş işlәrin dәyәri çıxılmaqla ödәnilmiş avansın geri qaytarılmasını tәlәb etmәk hüququna malikdir. İş materialları vә tәrәflәrin izahatları ilә müәyyәn olunur ki, iddiaçı tәrәfindәn tәxminәn 5000 manat mәblәğindә işin görüldüyü qәbul edilir. Bu sәbәbdәn mәhkәmә hesab edir ki, ödәnilmiş 34196,4 manat avans mәblәğindәn hәmin hissә çıxıldıqdan sonra qalan 29196,4 manat mәblәğindә vәsait cavabdehdәn tutularaq iddiaçıya qaytarılmalıdır. Mәhkәmә ilkin iddia üzrә 24624 manat dәbbә pulu tәlәbi ilә bağlı qeyd etmişdir ki, tәrәflәr arasında bağlanmış müqavilәdә öhdәliklәrin gecikdirilmәsinә görә cәrimә ödәnilmәsi nәzәrdә tutulmuşdur. Bu baxımdan iddiaçının cәrimә tәlәb etmәk hüququ mövcuddur. İşin hallarını, tәrәflәrin davranışını vә faktiki görülmüş işlәrin hәcmini nәzәrә alaraq mәhkәmә tәlәb olunan mәblәği tәnasübsüz hesab edir vә onun azaldaraq 1500 manat müәyyәn edir. Hәmçinin iddiaçı Mülki Mәcәllәnin 445.7-ci maddәsinә әsasәn müqavilә üzrә gecikdirmәyә görә illik beş faiz hesablanmaqla 1710 manat mәblәğindә vәsaitin ödәnilmәsini tәlәb etmişdir. Mәhkәmә hesab edir ki, cavabdeh müqavilә üzrә üzәrinә götürdüyü öhdәliklәri yerinә yetirmәdiyinә, avans ödәnişin geri qaytarılmasını 1 ildәn artıq gecikdirdiyinә görә iddiaçının әsas borca hesablanmış illik beş faiz ödәnilmәsini tәlәb etmәk hüququ vardır vә buna görә dә iddia hәmin hissәdә dә tәmin olunmalı, 1710 manat mәblәğindә pul cavabdehdәn tutularaq iddiaçıya ödәnmәlidir. Qarşılıqlı iddiaya münasibәtdә mәhkәmә qeyd etmişdir ki, cavabdeh tәrәfindәn görülmüş işlәrin vә çәkilmiş xәrclәrin mövcudluğu vә hәcmi mötәbәr sübutlarla tәsdiq edilmәmişdir. Tәqdim olunan sәnәdlәr hәmin işlәrin konkret olaraq mübahisәli obyekt üzrә yerinә yetirildiyini vә iddia edilәn mәblәğdә xәrclәrin çәkildiyini sübut etmir. Belә olan halda Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 77.1-ci maddәsinә әsasәn sübutetmә yükü cavabdehin üzәrinә düşdüyü halda, o, qarşılıqlı iddia tәlәbinin әsasını tәşkil edәn halları sübuta yetirә bilmәmişdir. Belә ki, cavabdeh (qarşılıqlı iddiaçı) layihә smeta sәnәdlәrinin hazırlanması üçün “xxxx” MMC-yә müraciәt etdiyini bildirsә dә, işdә olan Qәbәlә rayonu, Bunud kәndindә İddiaçı MМС-уә mәxsus torpaq sahәsindә fәrdi yaşayış evinin layihәlәndirilmәsi sәnәdindә “xxxx” MMC-nin adı qeyd olunmuş, yәni layihә başqa şirkәt tәrәfindәn hazırlanmış, cavabdeh isә hәmin şirkәtә layihә sәnәdinin hazırlanmasına görә ödәniş edilmәsi ilә bağlı, hәmçinin “xxxx” MMC tәrәfindәn ƏDV daxil 8741,91 manat dәyәrindә memarlıq planlama, eksteryer dizayn, interyer dizayn, landşaft dizaynı, mәlumatlandırma icraatı (fәrdi yaşayış evlәri) müraciәt xidmәti vә tikintiyә nәzarәt xidmәti işlәrinin, Cavabdeh MMC tәrәfindәn isә mal-material xәrci, mobilizasiya vә torpaq işlәri vә.s işlәrin görülmәsi ilә bağlı hәr hansı sübutu tәqdim edә bilmәmişdir. Hәmçinin nәzәrә alınmalıdır ki, cavabdeh tәrәfindәn işlәrin icrası lisenziyası olmayan subpodratçıya hәvalә edildiyindәn, hәmin işlәrә görә çәkildiyi iddia edilәn xәrclәr hüquqi baxımdan sifarişçiyә aid edilә bilmәz. Buna görә dә mәhkәmә qarşılıqlı iddianı әsassız hesab etmiş vә onun rәdd edilmәsi qәnaәtinә gәlmişdir.
40. İddiaçı İddiaçı MMC qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qәtnamәsi qismәn-ilkin iddia üzrә iddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddia tәlәbinin tәmin olunmadığı hissәdә lәğv edilmәsini vә hәmin hissәdә dә ilkin iddia tәlәbinin tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
41. Cavabdeh Cavabdeh MMC qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәtnamәsini ilkin iddia tәlәbinin tәmin olunması hissәsindә lәğv edilmәsi vә ilkin iddia tәlәbinin tәmin olunmaması, qarşılıqlı iddia tәlәbinin isә tәmin olunmaması hissәsindә lәğv edәrәk qarşılıqlı iddianın tam tәmin olunması, o cümlәdәn 300 (üç yüz) manat hüquqi yardım üçün ödәnilmiş vәsaitin vә apellyasiya şikayәtinin verilmәsi üçün ödәnilmiş 210 (iki yüz on) manat dövlәt rüsumunun cavabdeh İddiaçı MMCdәn tutularaq Cavabdeh MMC-yә ödәnilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) İddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri
42. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, İddiaçı MMC ilә cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli,ARC/EST/**-*** saylı podrat müqavilәsinin 6.1.5-ci bәndinin mәzmununa görә işlәr nәzәrdә tutulmuş müddәtdә başa çatdırılmadığı halda “Podratçı”,yәni Cavabdeh MMC “Podratçı”nın tәqsiri ucbatından yaranmış gecikdirilmiş gün üçün “Sifarişçi”yә,yәni İddiaçı MMC 0,25%dәbbә pulu ödәmәlidir. İddia әrizәsinin mәzmunundan görünür ki,dәbbә pulu avans olaraq cavabdehә ödәnilmiş ümumi mәblәğin mәblәğinin gündәlik 0,25%-i olmaqla iddia tәlәbi ilә mәhkәmәyә müraciәt edilәn günәdәk 24 624,0 (iyirmi dörd min altı yüz iyirmi dörd) manat olaraq hesablanmışdır. Hazırki işә baxarkәn mәhkәmә işin hallarını, tәrәflәrin davranışını vә faktiki görülmüş işlәrin hәcmini nәzәrә alaraq tәlәb olunan mәblәği tәnasübsüz hesab edәrәk onu azaltmış vә 1500 manat müәyyәn etmişdir.Hesab edirik ki,dәbbә pulunu azaldarkәn mәhkәmә tәnasübü düzgün müәyyәn etmәmiş,işin bütün hallarıını,o cümlәdәn kreditor olaraq iddiaçının әmlak mәnafeyini nәzәrә almamışdır.Belә ki,mәhkәmә cavabdehin podrat müqavilәsi üzrә öhdәliklәrini,demәk olar ki,ümumiyyәtlә yerinә yetirmәdiyini,iddiaçının icarәyә verәrәk gәlir әldә etmәk niyyәti ilә müqavilәdә nәzәrdә tutulmuş fәrdi yaşayış evini tikdirmәk istәdiyini vә cavabdehin qanunsuz hәrәkәtlәri nәticәsindә ziyana uğradıldığını, o cümlәdәn әldәn çıxmış fayda üzrә zәrәr çәkdiyini diqqәtә almamışdır. Hesab edirik ki, mәhkәmәnin sözügedәn qәtnamәsi tәrәfimizdәn mübahisәlәndirilәn hissәdә istinad olunan sәbәblәrә görә әsassız vә әdalәtsiz olmuşdur.
b) Cavabdeh Cavabdeh MMC -nin apellyasiya şikayətinin dəlilləri
43. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә yalnız müqavilә üzrә tikinti işlәrinin yekun nәticәdә başa çatdırılmaması faktına әsaslanaraq bütün mәsuliyyәti birtәrәfli qaydada Cavabdeh MMC-nin üzәrinә qoymuş, lakin müqavilәnin icra edilmәmәsinә sәbәb olan halları, sifarişçi İddiaçı MMC-nin davranışlarını vә müqavilә üzrә üzәrinә düşәn vәzifәlәri yerinә yetirib-yetirmәdiyini tam araşdırmamışdır. Halbuki tәrәflәr arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı podrat müqavilәsinin 5.1.1, 5.1.3 vә 5.1.4-cü bәndlәrinә әsasәn sifarişçi işlәrin yerinә yetirilmәsi üçün sahәni işlәmәyә yararlı vәziyyәtdә podratçıya tәqdim etmәli, podratçının fәaliyyәtinә maneçilik törәtmәmәli vә işlәrin icrası üçün zәruri şәrait yaratmalı idi. İş materialları ilә müәyyәn olunur ki, tikinti sahәsinә gedәn yol yararsız vәziyyәtdә olmuş, ağır texnikanın әraziyә daxil olması mümkün olmamış, әrazidә su vә elektrik tәminatı yaradılmamışdır. Podratçı tәrәfindәn dәfәlәrlә müraciәtlәr edilmәsinә baxmayaraq hәmin problemlәr sifarişçi tәrәfindәn aradan qaldırılmamışdır. Mәhkәmә bu halları qәtnamәdә sadalasa da, hәmin faktların müqavilә öhdәliklәrinin icrasına tәsirinә hüquqi qiymәt vermәmişdir. Müqavilәnin icrasının obyektiv sәbәblәrlә gecikmәsini dә nәzәrә almamışdır. Belә ki, iş materiallarından görünür ki, tikintiyә icazәnin alınması üçün dövlәt orqanlarına dәfәlәrlә müraciәt edilmiş, ilkin müraciәtlәr rәdd edilmiş vә yalnız sonradan tikintiyә icazә verilmişdir. Bu isә onu göstәrir ki, müqavilәnin icrası başlanğıc mәrhәlәdәn etibarәn podratçının iradәsindәn asılı olmayan obyektiv maneәlәrlә müşayiәt olunmuşdur. Lakin mәhkәmә buhalları nәzәrә almadan müqavilә müddәtinin keçmәsini avtomatik şәkildә podratçının tәqsiri kimi qiymәtlәndirmişdır. Layihәlәndirmә işlәri aparılmış, tikinti sahәsinә texnika cәlb edilmiş, konteyner yerlәşdirilmiş, geodeziya vә qazıntı işlәri görülmüş, tikinti materialları alınmış, subpodratçı tәşkilat vasitәsilә müәyyәn xidmәtlәr hәyata keçirilmişdir. Yәni müqavilәnin icrasına faktiki başlanılmış vә podratçı tәrәfindәn müәyyәn hәcmdә işlәr görülmüşdür. Buna baxmayaraq, mәhkәmә görülmüş işlәrә vә çәkilmiş xәrclәrә hüquqi qiymәt vermәmiş, әksinә podratçının gördüyü işlәri vә çәkdiyi xәrclәri tam nәzәrә almadan qarşılıqlı iddianı rәdd etmişdir. İddiaçı MMC faktiki olaraq layihәnin davam etdirilmәsindә maraqlı olmamış, podratçı ilә әlaqәlәri zәiflәtmiş vә müqavilәnin icrası üçün zәruri әmәkdaşlığı göstәrmәmişdir. Belә olan halda, sifarişçinin müqavilәdәn faktiki imtinasının bütün mәnfi nәticәlәrinin podratçının üzәrinә qoyulması Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 425-ci maddәsinә әsasәn qanunsuzdur. Mәhkәmә tәrәfindәn dәbbә pulunun tәtbiqi dә maddi hüquq normalarının pozulması ilә nәticәlәnmişdir. Belә ki, mәhkәmә özü iddiaçı tәrәfindәn tәlәb olunan 24.624 manat mәblәğindә dәbbә pulunu әsassız hesab edәrәk 1.500 manata endirmişdir. Bu hal özü göstәrir ki, müqavilәnin icra edilmәmәsindә yalnız podratçının tәqsirli olması barәdә nәticә әsaslı olmamışdır. Mәhkәmәnin müqavilәnin 7.5-ci bәndinә istinad edәrәk podratçının bütün risklәri әvvәlcәdәn qәbul etmәsi barәdә gәldiyi nәticә dә әsassızdır. Podratçının iş görülәcәk әrazi ilә әvvәlcәdәn tanış olması sifarişçinin әmәkdaşlıq vә tәminat öhdәliklәrini aradan qaldırmır. Müqavilәnin hәmin bәndi podratçının ümumi texniki şәraitlә tanış olmasını ifadә etsә dә, sifarişçiyә işlәrin icrasını faktiki mümkünsüz edәn maneәlәri aradan qaldırmamaq hüququ vermir. İş materialları ilә müәyyәn olunur ki, tikinti sahәsinә ağır texnikanın daxil olması mümkün olmamış, yol problemi mövcud olmuş, su vә elektrik tәminatı yaradılmamışdır. Bu hallar adi sahibkarlıq riski deyil, müqavilәnin icrasına birbaşa tәsir göstәrәn vә sifarişçinin әmәkdaşlıq öhdәliyi çәrçivәsindә aradan qaldırılmalı olan maneәlәrdir. Mәhkәmәnin yalnız “rәsmi vә yazılı xәbәrdarlıq yoxdur” nәticәsinә әsaslanaraq bütün riskin cavabdehin üzәrinә qoyulması hüquqi baxımdan düzgün deyildir. Çünki mülki hüquqda sübutlar yalnız formal yazışmalarla mәhdudlaşmır, faktiki davranışlar vә işin real gedişi dә sübut kimi qiymәtlәndirilmәlidir. Mәhkәmәnin müqavilәnin 3.2-ci vә 5.3.8-ci bәndlәrinә istinad edәrәk gәldiyi nәticә dә düzgün deyildir. Hәmin bәndlәrin mәzmunundan görünür ki, subpodrat qadağan edilmәmiş, yalnız sifarişçinin әvvәlcәdәn razılığı şәrti nәzәrdә tutulmuşdur. İş materiallarında isә sifarişçi tәrәfindәn subpodratın cәlb edilmәsinә dair konkret etiraz vә ya qadağa müәyyәn olunmamışdır. Bu baxımdan “xxxx” MMC-nin cәlb edilmәsi müqavilәnin mahiyyәtini pozan hal deyil, işlәrin icrasının tәmin olunmasına yönәlmiş tәşkilati tәdbirdir. Subpodratçı şirkәtin lisenziya statusu da avtomatik olaraq әsas podratçının müqavilә öhdәliyini kobud şәkildә pozması nәticәsini doğurmur. Digәr tәrәfdәn “xxxx” MMC-nin hazırki işdә iştriakına etiraz etmәmişdir. Çünki hәmin şirkәtin әmәkdaşı işlәrin görülmәsindә vә danışıların aparılmasına birbaşa iştirak etmişdir. Müqavilәnin 2.3cübәndindә göstәrilmişdir ki, müqavilә müddәtinin başa çatmasına 10 (on) tәqvim günü qalanadәk “Tәrәrflәr”dәn hәr-hansı biri müddәtin uzadılmayacağı barәdә digәr tәrәfi yazılı xәbәrdar etmәzsә, müqavilә “Tәrәflәr” arasında 01 (bir) il müddәtinә uzadılmış hesab edilir vә bu qayda növbәti illәrdә dә tәtbiq edilir. Göründüyü kimi tәrәf müqavilә müddәtinin bitmәsi vә sonrakı 01 il üçün uzadılması vә ya işlәrin uzanması ilә bağlı hәr-hansı bir formada öz etirazını bildirmәmişdir. Mәqsәdli şәkildә tikilinin uzanmasında maraqlı olmuşdir. Necә ki, sonradan gәlib tikintinin davam etdirilmәsindә maraqlı olmamasını bildirmişdir. Qeyd edim ki, iş materiallarında sifarişçi tәrәfindәn tәxminәn 5.000 manat dәyәrindә işlәrin görüldüyünün qәbul edilmәsi faktı mövcuddur. Bu hal özlüyündә müqavilә münasibәtlәrinin qismәn dә olsa icra olunduğunu tәsdiq edir. Mәhkәmәnin 24.624 manat mәblәğindә dәbbә pulunun tutulması ilә bağlı gәldiyi nәticә müqavilә şәrtinin mövcudluğuna formal yanaşmanın nәticәsidir. Müqavilәdә cәrimә nәzәrdә tutulması avtomatik olaraq hәmin cәrimәnin tutulması üçün kifayәt deyil. Bunun üçün ilk növbәdә müqavilә öhdәliyinin podratçının tәqsiri ilә pozulması sübuta yetirilmәlidir. İş materiallarında isә müqavilә öhdәliyinin gecikmәsinә sәbәb olan hallar tam araşdırılmamış, tikinti üçün zәruri icazәlәrin alınmasındakı gecikmәlәr, sahәdә işlәrin aparılmasına obyektiv maneәlәr vә sifarişçi tәrәfindәn әmәkdaşlığın tәmin edilmәmәsi nәzәrә alınmamışdır. Ən әsası iddiaçı tәrәfdәn cavabdehә sonrakı ödәmәlәrin olmaması ümumiyyәtlә araşdırılmamış vә bu hala da mәhkәmә qiymәt vermәmişdir. Mәhkәmәnin cavabdehdәn әsas borca illik 5 faiz mәblәğindә 1710 manatın tutulması barәdә gәldiyi nәticә dә işin faktiki hallarının vә müqavilә münasibәtlәrinin mahiyyәtinin düzgün qiymәtlәndirilmәmәsi ilә bağlıdır. Çünki müqavilәnin icrasının dayanması vә öhdәliklәrin yerinә yetirilmәsindә yaranmış gecikmәlәr yalnız cavabdehin tәqsiri ilә bağlı olmamışdır. Mәhkәmә qarşılıqlıiddianın rәdd edilmәsi zamanı da sübutların qiymәtlәndirilmәsindә sәhvә yol vermişdir. Belә ki, cavabdeh tәrәfindәn görülmüş işlәrin vә çәkilmiş xәrclәrin mövcudluğunu tәsdiq edәn sәnәdlәr, flashkart, Forma-2 sәnәdlәri vә WhatsApp yazışmaları tәqdim olunsa da, mәhkәmә hәmin sübutları sistemli şәkildә araşdırmamışdır. İş materiallarında mövcud olan Görülmüş İşlәr Haqqında Hesabatda (Forma-2) layihәsmeta sәnәdlәrinin hazırlanması, memarlıq vә interyer hәllәri, landşaft dizaynı, tikintiyә nәzarәt xidmәtlәri, mobilizasiya, torpaq işlәri vә mal-material tәminatı üzrә konkret işlәrin görülmәsi әtraflı göstәrilmişdir. Bu sәnәd tikinti münasibәtlәrindә görülmüş işlәrin faktiki icrasını tәsdiq edәn әsas ilkin maliyyә-texniki sәnәdlәrdәn biridir. İş materiallarında mövcud olan WhatsApp yazışmaları tәrәflәr arasında işlәrini icrası vә texniki proseslәrlә bağlı davamlı kommunikasiya olduğunu tәsdiq edir. Bu yazışmalar müqavilә münasibәtlәrinin faktiki olaraq icra mәrhәlәsindә olduğunu göstәrәn әlavә sübut kimi qiymәtlәndirilmәli idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Mәhkәmә iclasında iştirak edәn iddiaçının nümayәndәsi vәkil vәkil2 Mәmmәd oğlu tәrәflәrindәn verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin olunmasını, cavabdeh tәrәfindәn verilmiş şikayәtә etiraz edәrәk, şikayәtin tәmin olunmamasını mәhkәmәdәn xahiş etmişdir.
46. Mәhkәmә iclasında iştirak edәn cavabdehin nümayәndәsi, vәkil vәkil1 tәrәflәrindәn verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin olunmasını, iddiaçı tәrәfindәn verilmiş şikayәtә etiraz edәrәk, şikayәtin tәmin olunmamasını mәhkәmәdәn xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
47. Maddә 385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәtlәri etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.
48. Maddә 386.1. Öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır.
49. Maddә 389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır.
50. Maddә 442, 443.1 vә 448.1. Öhdәliyin icra edilmәmәsi dedikdә onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür. Öhdәliyini icra etmәyәn borclu kreditora dәymiş zәrәrin әvәzini ödәmәyә borcludur. Borclu onun risk dairәsinә daxil olan öhdәliklәrin icra edilmәdiyi bütün hallar üçün cavabdehdir.
51. . Maddә 462.1. Dәbbә pulu (cәrimә, penya) müqavilә ilә müәyyәnlәşdirilәn, öhdәliyin icra edilmәdiyi vә ya lazımınca icra edilmәdiyi, o cümlәdәn icranın gecikdirildiyi halda borclunun kreditora ödәmәli olduğu pul mәblәğidir.
52. Maddә 463-cü maddәsinә әsasәn dәbbә pulu haqqında razılaşma әsas öhdәliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayәt edilmәmәsi dәbbә pulu haqqında razılaşmanın etibarsızlığına sәbәb olur.
53. Maddә 465.2-. әgәr borclu öhdәliyin lazımınca icra edilmәmәsi, o cümlәdәn müәyyәnlәşdirilmiş müddәtdә icra edilmәmәsi üçün cәrimә ödәyәcәyini vәd etmişdirsә, kreditor cәrimәnin ödәnilmәsini vә öhdәliyin icrasını tәlәb edә bilәr.
54. Maddә 467. Mәhkәmә işin hallarını nәzәrә alaraq tәnasübsüz surәtdәyüksәk dәbbә pulunu azalda bilәr. Tәnasüb müәyyәnlәşdirilәrkәn kreditorun hәm әmlak mәnafelәri, hәm dә bütün әsaslı mәnafelәri nәzәrә alınır.
55. Maddә 752.1.Podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür.
56. Maddә 753.1.Sifarişçi podratçıya şәrtlәşdirilmiş muzd ödәmәyә borcludur.
57. Maddә 755. Podratçı işi şәxsәn yerinә yetirmәyә yalnız bunun müqavilәdәn, yaxud konkret hallardan vә ya işin xarakterindәn irәli gәldiyi hallarda borcludur.
58. Maddә 756.1. әgәr sifarişçi yerinә yetirilmiş işi qәbul etmәzsә, podratçı yerinә yetirilmәmiş işin haqqını vә zәrәrin әvәzinin ödәnilmәsini tәlәb edә bilәr. Sifarişçi işin yerinә yetirilmәsi üçün zәruri hәrәkәtlәri icra etmәdiyi halda da zәrәrin әvәzini ödәmәyә borcludur.
59. Maddә 756.2.zәrәrin әvәzinin ödәnilmәsi miqdarı bir tәrәfdәn gecikdirmәnin müddәtindәn vә muzdun miqdarından asılı olaraq, digәr tәrәfdәn isә, әgәr sifarişçi müddәti pozmasaydı, podratçının öz iş qüvvәsindәn başqa şәkildә istifadә etmәsi nәticәsindә ala bilәcәyindәn asılı olaraq müәyyәnlәşdirilir.
60. Maddә 759.1. sifarişçi işlәr qurtaranadәk istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr, lakin podratçıya yerinә yetirilmiş işin haqqını vermәli vә müqavilәnin lәğvi ilә vurulan zәrәrin әvәzini ödәmәlidir.
61. Maddә 759.2.Əgәr sifarişçi tәrәfindәn müqavilәyә bilavasitә podratçının hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә baş verәn vә ya hәmin hәrәkәtlәrlә bağlı olan sәbәbә görә xitam verilәrsә, podratçı yalnız yerinә yetirilmiş işin haqqını tәlәb edә bilәr, bu şәrtlә ki, sifarişçinin hәmin işlәrә hansısa marağı olsun.
62. Maddә 762.3.Podratçının sifariş edilmiş podrat nәticәsini deyil, başqa podrat nәticәsini tәqdim etmәsi vә ya podratı kәmiyyәtcә yerinә yetirmәmәsi, әgәr bunu icra әvәzinә qәbul etmәk açıq-aşkar mümkün deyildirsә, qüsurlara bәrabәr tutulur. 63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
64. Maddә 14.2 Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
65. Maddә 77.1 Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
66. Maddә 119.1. Mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә münasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir.
67. Maddә 217.4 Mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır.
68. . Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
69. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr.
70. Mәhkәmә kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddәasını vә onun rәsmi şәrhinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarını nәzәrә almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hәdlәrini qәtnamәnin tam yoxlanılması tәşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
71. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәtlәrinin dәlillәri әsassız olduğundan şikayәtlәr tәmin edilmәdәn birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmalıdır.
72. İşin mübahisәsiz hallarına әsasәn tәrәflәr arasında bağlanmış ## #### 2024-cü il tarixli, ARC/EST/**-*** saylı podrat müqavilәsinә әsasәn podratçı Cavabdeh MMC müqavilәdә nәzәrdә tutulmuş işlәri müәyyәn edilmiş müddәtdә vә keyfiyyәtdә yerinә yetirәrәk sifarişçiyә tәhvil vermәyi öhdәsinә götürmüşdür. Müqavilәnin icra müddәti başa çatsa da, müddәt başa çatdıqdan sonra sifarişçi tәrәfindәn uzun müddәt müqavilәnin predmetini tәşkil edәn tikinti işlәrinin yekunlaşmasdırılması üçün şәrait yaradılsada işlәr tamamlanmamış, yekun nәticә sifarişçiyә tәqdim edilmәmişdir.
73. Mәhkәmә kollegiyası dәbbә pulunu azaldarkәn tәnasübün düzgün müәyyәn edilmәmәsi dәlilinә münasibәtdә qeyd edir ki, dәbbә pulunun növlәrindәn biri olan “cәrimә” öhdәliyin icra edilmәdiyi vә ya lazımi qaydada icra edilmәdiyi hallarda birdәfәlik sabit pul mәblәği, digәr növü olan “penya” isә öhdәliyin icra edilmәmәsinә vә ya lazımi qaydada icra edilmәmәsinә görә pozuntunun davam etdiyi müәyyәn vaxt dövrü üçün faiz (vә ya sabit mәblәğ) formasında müәyyәn edilir vә pozuntu davam etdikcә penyanın mәblәği dә artır. Odur ki, tәrәflәr arasında bağlanmış müqavilәin şәrtlәrindә nәzәrdә tutulmuş dәbbә pulu “cәrimә” adlandırılsa da, gecikdirmәnin hәr günü üçün әsas borc mәblәğinә faiz kimi müәyyәn edildiyindәn hesablanma üsuluna görә dәbbә pulunun penya növünә aiddir.
74. Belә ki, AR Mülki Mәcәllәsi dәbbә pulunu öhdәliyin icrasını tәmin etmә üsullarından biri kimi tәsbit edir (460.1-ci maddә). Dәbbә pulu tәrәflәrin iradә sәrbәstliyi vә müqavilә azadlığı prinsiplәrinә söykәnir. Bu prinsiplәr çәrçivәsindә tәrәflәr dәbbә pulunun miqdarını azad şәkildә müәyyәnlәşdirә bilәrlәr (MM-in 462.3-cü maddәsi).
75. Kollegiya hazırkı iş üzrә borclunun öhdәliyini pozmasındakı tәqsirinin dәrәcәsini, iddiaçının mәnafeyini nәzәrә alaraq, habelә dәbbә pulunun öhdәliyin icrasının tәmini üsulu olmasını vә bu mәnada yüksәk mәblәğdә dәbbә pulunun kreditorun әsassız varlanmasına sәbәb olmasının yolverilmәzliyini vurğulayaraq hesab edir ki, birinci instasniya mәhkәmәsi haqlı olaraq iddia tәlәbini bu hissәdә qismәn tәmin edәrәk, cavabdehdәn iddiaçının xeyrinә 1500 manat mәblәğindә dәbbә pulunun tutulması qәnaәtindә haqlı olmuşdur.
76. Cavabdeh apellyasiya şikayәtindә qeyd etmişdir ki, müqavilәnin icra edilmәmәsinә sәbәb sifarişçinin üzәrinә düşәn öhdәliklәri yerinә yetirmәmәsi, tikinti sahәsinә gedәn yolun yararsız olması, ağır texnikanın әraziyә daxil ola bilmәmәsi, su vә elektrik tәminatının yaradılmaması, habelә tikintiyә icazәlәrin alınması ilә bağlı yaranmış çәtinliklәr olmuşdur. Lakin iş materialları hәmin halların podratçının(cavabdehin) müqavilә üzrә öhdәliklәrini yerinә yetirmәsini tam şәkildә qeyri-mümkün edәn vә ya onun mәsuliyyәtini istisna edәn hallar olmasını tәsdiq etmir.
77. Belә ki, Müqavilәnin 7.5-ci bәndindәn görünür ki, podratçı işlәrin görülәcәyi әrazi ilә әvvәlcәdәn tanış olduğunu, işlәrin icrasına tәsir göstәrә bilәcәk şәraiti qiymәtlәndirdiyini vә bu halları nәzәrә alaraq müqavilә öhdәliklәrini qәbul etdiyini tәsdiqlәmişdir. Hәmin şәrt podratçının müqavilә predmetinә aid olan risklәri әvvәlcәdәn qiymәtlәndirmәk vә fәaliyyәtini buna uyğun tәşkil etmәk vәzifәsini nәzәrdә tutur. Buna görә dә sonradan tikinti sahәsinin xüsusiyyәtlәrinә, giriş imkanlarına vә digәr texniki şәraitә istinad edilmәsi müqavilә öhdәliklәrinin icra edilmәmәsinә haqq qazandıran hal kimi qәbul edilә bilmәz.
78. Kollegiya qeyd edir ki, podratçı tikinti işlәrinin icrasına mane olduğu iddia edilәn halların aradan qaldırılması üçün sifarişçiyә müqavilәdә nәzәrdә tutulmuş qaydada rәsmi tәlәb irәli sürmәsi, işlәrin dayandırılması barәdә bildiriş vermәsi, müddәtin uzadılmasını tәlәb etmәsi vә ya müqavilә şәrtlәrinin dәyişdirilmәsi üçün hüquqi tәdbirlәr görmәsi barәdә mötәbәr sübut tәqdim etmәmişdir. İş materiallarında mövcud olan yazışmalar vә digәr sәnәdlәr tәrәflәr arasında müәyyәn әlaqәlәrin olduğunu göstәrsә dә, onların heç biri sifarişçinin müqavilәnin icrasını mümkünsüz edәn hәrәkәtlәrә yol verdiyini vә ya podratçının müqavilә üzrә nәticәni әldә etmәsinin obyektiv surәtdә qarşısının alındığını tәsdiq etmir.
79. Cavabdeh apellyasiya şikayәtindә tikintiyә icazәlәrin alınmasında yaranmış gecikmәlәrә dә istinad edilmişdir. Lakin iş materiallarından görünür ki, hәmin hallar müqavilә üzrә işlәrin tamamlanmamasının yeganә vә birbaşa sәbәbi kimi müәyyәn edilmәmişdir. Əksinә, podratçı müqavilәnin qüvvәdә olduğu müddәt әrzindә üzәrinә götürdüyü işlәri tamamlamaq üçün kifayәt qәdәr tәdbirlәr gördüyünü vә nәticәnin әldә edilmәsinin onun iradәsindәn kәnar sәbәblәrlә mümkünsüz olduğunu sübuta yetirә bilmәmişdir.
80. İş materiallarından müәyyәn olunur ki, layihәlәndirmә işlәrinin aparılması, tikinti sahәsinә texnikanın gәtirilmәsi, konteynerin yerlәşdirilmәsi, geodeziya vә qazıntı işlәrinin görülmәsi, müәyyәn materialların alınması vә digәr hazırlıq xarakterli tәdbirlәr hәyata keçirilmişdir. Lakin bu hallar müqavilә üzrә nәticәnin әldә edilmәsini vә işlәrin tamamlanaraq sifarişçiyә tәhvil verilmәsini tәsdiq etmir. Podrat müqavilәsinin predmetini tәşkil edәn әsas nәticә әldә olunmadığından yalnız müәyyәn hazırlıq vә tәşkilati tәdbirlәrin görülmәsi müqavilә öhdәliklәrinin lazımi qaydada icra olunması kimi qiymәtlәndirilә bilmәz.
81. Cavabdeh tәrәfindәn sifarişçinin tәxminәn 5.000 manat mәblәğindә işlәrin görüldüyünü qәbul etmәsinә istinad etsә dә, hәmin hal podratçının müqavilә üzrә bütün öhdәliklәrini yerinә yetirmәsini tәsdiq etmir. Müәyyәn hәcmdә işlәrin görülmәsi faktı müqavilә üzrә yekun nәticәnin әldә edilmәsi vә işlәrin tәhvil verilmәsi öhdәliyini aradan qaldırmır.
82. Kollegiya qeyd edir ki, cavabdehin subpodratçı tәşkilatın cәlb edilmәsi ilә bağlı dәlillәri dә әsaslı hesab edilә bilmәz. Belә ki, Müqavilәnin 3.2-ci vә 5.3.8-ci bәndlәrindәn görünür ki, subpodratçıların cәlb edilmәsi sifarişçinin әvvәlcәdәn razılığı ilә mümkün olmuşdur. İş materiallarında isә “xxxx” MMC-nin subpodratçı qismindә cәlb edilmәsinә sifarişçi tәrәfindәn verilmiş yazılı razılığı tәsdiq edәn hәr hansı sübut mövcud deyildir. Hәmin şirkәt әmәkdaşlarının müәyyәn görüşlәrdә vә ya iş prosesindә iştirak etmәsinә dair cavabdehin bildirdiklәrinә dair hәr hansı sübut tәqdim edilmәmiş, hәmin әmәkdaşların iştirakları olsa belә, sifarişçinin müqavilәdә nәzәrdә tutulan razılığının verilmәsi kimi qiymәtlәndirilmәmәlidir.
83. Müqavilәnin 2.3-cü bәndinә әsasәn müqavilәnin müddәtinin avtomatik uzadılması barәdә dәlilә münasibәdә kollegiya qeyd edir ki, müqavilәnin formal olaraq uzadılmış hesab edilmәsi podratçını müqavilә üzrә әsas öhdәliyi olan nәticәni әldә etmәk vә işlәri başa çatdırmaq vәzifәsindәn azad etmir.
84. Cavabdehin apellyasiya şikayәtinin sifarişçinin layihәnin davam etdirilmәsindә maraqlı olmaması vә podratçı ilә әmәkdaşlıq etmәmәsi barәdә dәlillәrinә münasibәtdә kollegiya qeyd edir ki, iş üzrә müәyyәn edilmiş hallardan görünür ki, әksinә müqavilә müddәti (## #### 2024-cü il - ## ###### 2024-cü il) bitdikdәn sonra sifarişçi işlәrin başa çatdırılması üçün müqavilә müddәtindәn dә artıq müddәti gözlәyәrәk işlәrin davam etdirilmәsindә maraqlı olmuş, müqavilә üzrә nәticәnin әldә edilmәsi üçün ##.##.2025-ci il tarixәdәk gözlәmәklә podratçıya vaxt vermiş, lakin podratçı tәrәfindәn öhdәliklәr lazımi qaydada vә vaxtında icra edilmәmişdir.
85. Mәhkәmәnin dәbbә pulunun tutulması barәdә gәldiyi nәticә dә qanuni vә әsaslı olmuşdur. Müqavilәdә tәrәflәrin razılığı ilә cәrimә mәsuliyyәti müәyyәn edilmiş, podratçının müqavilә üzrә öhdәliklәrini vaxtında yerinә yetirmәdiyi iş materialları ilә tәsdiq olunmuşdur. Podratçının mәsuliyyәtini istisna edәn hallar sübuta yetirilmәdiyindәn müqavilәdә nәzәrdә tutulmuş mәsuliyyәt tәdbirinin tәtbiqi üçün hüquqi әsas mövcud olmuşdur.
86. Eyni qaydada әsas borca görә faizlәrin tutulması barәdә nәticә dә işin müәyyәn edilmiş hallarına uyğundur. Müqavilә üzrә әldә olunmuş pul vәsaitlәrinin müqabilindә nәzәrdә tutulmuş nәticә sifarişçiyә tәqdim edilmәdiyindәn, hәmin vәsaitdәn istifadәyә görә faizlәrin hesablanması qanunvericiliyin tәlәblәrinә uyğun olmuşdur.
87. Cavabdeh tәrәfindәn tәqdim edilmiş Forma-2 sәnәdlәri, elektron mәlumat daşıyıcıları, WhatsApp yazışmaları vә digәr sәnәdlәr mәhkәmә tәrәfindәn araşdırılmışdır. Lakin hәmin sübutlar podratçının tәlәb etdiyi mәblәğdә işlәri faktiki yerinә yetirmәsini, hәmin işlәrin sifarişçi tәrәfindәn qәbul edilmәsini vә ya qarşılıqlı iddia üzrә tәlәb olunan mәblәğin әsaslılığını birmәnalı qaydada tәsdiq etmir. Xüsusilә, Forma-2 sәnәdlәri sifarişçi tәrәfindәn tәsdiqlәnmәmiş, WhatsApp yazışmaları isә yalnız tәrәflәr arasında müәyyәn işgüzar münasibәtlәrin vә ünsiyyәtin mövcudluğunu göstәrmişdir.
88. Belәliklә, kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi qanuni vә әsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr isә yuxarıda göstәrilәnlәrә görә әsassızdır vә mahiyyәtcә düzgün olan birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğvi üçün әsas ola bilmәz.
89. Kollegiya hәmçinin qeyd edir ki, apellyasiya şikayәti tәmin edilmәdiyindәn iddiaçı vә cavabdeh tәrәfindәn apellyasiya şikayәtlәrinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu tәrәflәrin özlәrinә aid edilmәlidir.
90. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 384.0.1, 392, 393-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
qət etdi: İddiaçı İddiaçı Mәhdud Mәsuliyyәtli Cәmiyyәti vә cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsin dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu tәrәflәrin özlәrinә aid edilsin. Qәtnamәdәn rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.