Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-576/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X9 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı(bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2xxxxcavabdeh1 MMCyə(bundan sonra 2-ci cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (icraçı) ilə X1 Aviaşirkəti" MMC (Sifarişçi) arasında imzalanmış ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, Hazırkı Müqavilədə “Xidmətlər” dedikdə Müqaviləyə əsasən İcraçı tərəfindən hazırkı Müqavilənin müvafiq Əlavəsində göstərilən xidmətlər nəzərdə tutulur. İcraçı Sifarişçiyə hazırkı Müqavilənin qüvvədə olduğu müddət ərzində nəzərdə tutulmuş Xidmətlərin göstərilməsini, Sifarişçi isə hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq Xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Bu Müqaviləyə əlavə olunmuş X10 əsasən İcraçı tərəfindən göstərilən Xidmətlərin adları, qiyməti və kəmiyyət və keyfiyyət göstəriciləri Tərəflər arasında razılaşdırılır.
2. Müqavilənin 2-ci maddəsinə əsasən İcraçı bu Müqavilənin və Sifarişçinin bütün tələblərinə uyğun olaraq sifarişlər əsasında öz öhdəliklərinin icrasını təmin edir. İcraçı işləri Sifarişçinin müvafiq tapşırıqlarına əsasən müəyyən ediləcək müddətə təhvil verməyi öhdəsinə götürür. Bu Müqavilə ilə müəyyən olunmuş işi, burada nəzərdə tutulmuş şərtlərdən kənara çıxmamaqla, yüksək keyfiyyətlə və vaxtında icra edərək Sifarişçiyə təhvil verəcəkdir. Tərtib edilən layihə sənədləri Sifarişçinin yazılı razılığı olmadan hər hansı digər şəxsə ötürə, həvalə və ya güzəşt edə bilməz. Bu Müqavilə üzrə sifarişləri yerinə yetirən zaman gördüyü işin yüksək peşəkarlığına təminat verir və gördüyü işin nəticəsində Sifarişçiyə vurduğu zərərə görə məhsuliyyət daşıyır. Xidmətin həyata keçirilməsi zamanı Sifarişçinin imicinə və işgüzar nüfuzuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Təhvil verilən işlərin keyfiyyəti müqavilənin şərtlərinə tam uyğun gələcəyinə zəmanət verir. İşin görülməsi üçün lazım olan məlumatları Sifarişçidən tələb edir. İcraçı tərəfindən işin görülməsinə mane ola biləcək vəziyyətin aradan qaldırılmasını Sifarişçidən tələb edir. Bu müqaviləyə uyğun şəkildə yerinə yetirdiyi xidməti Təhvil-qəbul Aktı əsasında Sifarişçiyə təhvil verir. İşin görülməsi üçün lazımi şəraitin yaradılmasını Sifarişçidən tələb edir. Gördüyü iş üzrə ödəmənin vaxtında edilməsini Sifarişçidən tələb edir.
3. Müqavilənin 3-cü maddəsinə əsasən Sifarişçi işin icrası müddətinə nəzarət edir və istənilən vaxt bununla bağlı “İcraçıdan məlumat alır. Sifarişçi İcraçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola biləcək hərəkətlərdən çəkinməli və müqavilə üzrə ödənişləri vaxtında həyata keçirməlidir. İcraçının bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin: həyata keçirməsi üçün ona obyekt barədə lazım olan məlumatı verəcək və İcraçıya əldə etmək istədiyi nəticəni hərtərəfli izah etməklə ona öz təkliflərini verəcəkdir. Sifarişçi İcraçının imicinə və işgüzar nüfuzuna ziyan vura biləcək hərəkətlərə yol vermir. İcraçının bu müqaviləyə uyğun şəkildə yerinə yetirilmiş xidmətini Təhvil-qəbul Aktı əsasında təhvil alır və dəyərini ödəyir. İcraçıdan üzərinə götürdüyü bütün xidmətləri layiqincə və vaxtında icra etməsini tələb etmək. Müqavilənin 4.1-ci bəndinə əsasən, Müqavilə üzrə görüləcək işlərin ümumi məbləği bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda öz əksini tapır və bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, Tərəflərin qarşılıqlı razılığı əsasında bu Müqaviləyə, bir tərəfin digər tərəfi qabaqcadan yazılı xəbərdar etməsi ilə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
4. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 12.## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinə ## ####### 2024-cü il tarixli ** saylı Əlavə Sazişdən görünür ki, Bu Müqavilənin “İcraçının hüquq və vəzifələri" adlı hissəsinə aşağıdakı məzmunda bəndlər əlavə edilmişdir:
5. ."2.12. Müqavilə üzrə gösterilən xidmətlərin yeriinə yetirilməsi ilə bağlı icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.
6. .2.13. İcraçı əməyin mühafizəsi vo təhlükəsizlik texnikası ilə bağlı tələb olunan bütün tədbirləri həyata keçirməli və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir.
7. .2.14. İcraçı işləri yerinə yetirən işçilərə fərdi qoruyucu iş paltarı və avadanlıqları ilə təmin etməlidir. Bu avadanlıqlardan istifadə etməyən işçilər işlərin yerinə yetirilmə sahəsindən uzaqlaşdırılmalıdırlar.
8. .2.15. İcraçı ış yerində qəzalara qarşı Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində hər növ tədbirləri həyata keçirmək üçün məsuliyyət daşıyır Baş verən hər hansı iş qəzasına və ödəniləcək təzminatlara görə İcraçı cavabdehdir.
9. .2.16. İcraçı iş yerində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə bütün tədbirləri vaxtlı- vaxtında gömıək, səriştəli işçi və şəxsi heyətdən Azərbaycan Respublikasının Əmək Qanununa müvafiq istifadə etmək, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin şərt və müddəalarına, habelə ekologiya qanununa əməl etmək üçün öhdəlik götürmüşdür. Əks təqdirdə, meydana gələ biləcək istənilən qəza və təzminatlara görə Sifarişçi və üçüncü şəxslər, aidiyyəti olan idarə və müəssisələr qarşısında bilavasitə İcraçı özü məsuliyyət daşıyacaq.
10. 2.17. Sifarişçinin avadanlıq, maşın və operatorla və ya operatorsuz texnikasından istifadə olunub olunmamasından asılı olmayaraq, İcraçı işlərin yerinə yetirilməsi zamanı meydana gələ biləcək istənilən qəza və təzminatlara (kompensasiyalara) görə öz işçiləri, üçüncü şəxslər, aidiyyəti olan idarə və müəssisələr qarşısında birbaşa özu məsuliyyət daşıyır. İcraçının bu məsuliyyətə görə Sifarişçidən zərərin ödənilməsini (kompensasiya) tələb etmək hüququ yoxdur. Bu və digər səbəblər ilə bağlı birbaşa Sifarişçi əleyhinə iddia qaldırılarsa və bunun nəticəsində Sifarişçi maddi və mənəvi təzminat (kompensasiya) ödəmək məcburiyyətində qalarsa və ya rəsmi orqanlar tərəfindən Sifarişçinin əleyhinə təzminat (kompensasiya) ödəmək qərarı verilərsə. Sifarişçi İcraçıya müraciət edərək ödədiyi təzminatın (kompensasiyanın) geri qaytarılmasım tələb edə bilər. Sifarişçinin təqsirli olub olmamasından asılı olmayaraq, icraçı bu məsələ ile bağlı Sifarişçi qarşısında məsuliyyət daşıyır. İcraçı Sifarişçi qarşısında Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi (SƏTBM) siyasəti ilə bağlı yazılı öhdəlik götürməli və bu öhdəlikdən irəli gələn tələblərə riayət etməlidir.
11. 2.18. Təhvil verilən Xidmətlərin keyfiyyətinə dair zəmanət vermək və ortaya çıxan qüsurları öz hesabına aradan qaldırmaq, lazım gəldikdə isə bu tip Xidmətləri yenisi ilə əvəz etmək
12. İddiaçı (icraçı) ilə cavabdeh2 MMC (Sifarişçi) arasında imzalanmış ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, Hazırkı Müqavilədə “Xidmətlər” dedikdə Müqaviləyə əsasən İcraçı tərəfindən hazırkı Müqavilənin müvafiq Əlavəsində göstərilən xidmətlər nəzərdə tutulur. İcraçı Sifarişçiyə hazırkı Müqavilənin qüvvədə olduğu müddət ərzində nəzərdə tutulmuş Xidmətlərin göstərilməsini, Sifarişçi isə hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq Xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Bu Müqaviləyə əlavə olunmuş X10 əsasən İcraçı tərəfindən göstərilən Xidmətlərin adları, qiyməti və kəmiyyət və keyfiyyət göstəriciləri Tərəflər arasında razılaşdırılır. Müqavilənin 2-ci maddəsinə əsasən İcraçı bu Müqavilənin və Sifarişçinin bütün tələblərinə uyğun olaraq sifarişlər əsasında öz öhdəliklərinin icrasını təmin edir. İcraçı işləri Sifarişçinin müvafiq tapşırıqlarına əsasən müəyyən ediləcək müddətə təhvil verməyi öhdəsinə götürür. Bu Müqavilə ilə müəyyən olunmuş işi, burada nəzərdə tutulmuş şərtlərdən kənara çıxmamaqla, yüksək keyfiyyətlə və vaxtında icra edərək Sifarişçiyə təhvil verəcəkdir. Tərtib edilən layihə sənədləri Sifarişçinin yazılı razılığı olmadan hər hansı digər şəxsə ötürə, həvalə və ya güzəşt edə bilməz. Bu Müqavilə üzrə sifarişləri yerinə yetirən zaman gördüyü işin yüksək peşəkarlığına təminat verir və gördüyü işin nəticəsində Sifarişçiyə vurduğu zərərə görə məhsuliyyət daşıyır. Xidmətin həyata keçirilməsi zamanı Sifarişçinin imicinə və işgüzar nüfuzuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Təhvil verilən işlərin keyfiyyəti müqavilənin şərtlərinə tam uyğun gələcəyinə zəmanət verir. İşin görülməsi üçün lazım olan məlumatları Sifarişçidən tələb edir. İcraçı tərəfindən işin görülməsinə mane ola biləcək vəziyyətin aradan qaldırılmasını Sifarişçidən tələb edir. Bu müqaviləyə uyğun şəkildə yerinə yetirdiyi xidməti Təhvil-qəbul Aktı əsasında Sifarişçiyə təhvil verir. İşin görülməsi üçün lazımi şəraitin yaradılmasını Sifarişçidən tələb edir. Gördüyü iş üzrə ödəmənin vaxtında edilməsini Sifarişçidən tələb edir. Müqavilənin 3-cü maddəsinə əsasən Sifarişçi işin icrası müddətinə nəzarət edir və istənilən vaxt bununla bağlı “İcraçfdan məlumat alır. Sifarişçi İcraçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola biləcək hərəkətlərdən çəkinməli və müqavilə üzrə ödənişləri vaxtında həyata keçirməlidir. İcraçının bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin: həyata keçirməsi üçün ona obyekt barədə lazım olan məlumatı verəcək və İcraçıya əldə etmək istədiyi nəticəni hərtərəfli izah etməklə ona öz təkliflərini verəcəkdir. Sifarişçi İcraçının imicinə və işgüzar nüfuzuna ziyan vura biləcək hərəkətlərə yol vermir. İcraçının bu müqaviləyə uyğun şəkildə yerinə yetirilmiş xidmətini Təhvil-qəbul Aktı əsasında təhvil alır və dəyərini ödəyir. İcraçıdan üzərinə götürdüyü bütün xidmətləri layiqincə və vaxtında icra etməsini tələb etmək. Müqavilənin 4.1-ci bəndinə əsasən, Müqavilə üzrə görüləcək işlərin ümumi məbləği bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda öz əksini tapır və bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, Tərəflərin qarşılıqlı razılığı əsasında bu Müqaviləyə, bir tərəfin digər tərəfi qabaqcadan yazılı xəbərdar etməsi ilə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinə ## ####### 2024-cü il tarixli ** saylı Əlavə Sazişdən görünür ki, Bu Müqavilənin “İcraçının hüquq və vəzifələri" adlı hissəsinə aşağıdakı məzmunda bəndlər əlavə edilmişdir:
14. "2.12. Müqavilə üzrə gösterilən xidmətlərin yeriinə yetirilməsi ilə bağlı icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.
15. 2.13. İcraçı əməyin mühafizəsi vo təhlükəsizlik texnikası ilə bağlı tələb olunan bütün tədbirləri həyata keçirməli və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir.
16. 2.14. İcraçı işləri yerinə yetirən işçilərə fərdi qoruyucu iş paltarı və avadanlıqları ilə təmin etməlidir. Bu avadanlıqlardan istifadə etməyən işçilər işlərin yerinə yetirilmə sahəsindən uzaqlaşdırılmalıdırlar.
17. 2.15. İcraçı ış yerində qəzalara qarşı Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində hər növ tədbirləri həyata keçirmək üçün məsuliyyət daşıyır Baş verən hər hansı iş qəzasına və ödəniləcək təzminatlara görə İcraçı cavabdehdir.
18. 2.16. İcraçı iş yerində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə bütün tədbirləri vaxtlı- vaxtında gömıək, səriştəli işçi və şəxsi heyətdən Azərbaycan Respublikasının Əmək Qanununa müvafiq istifadə etmək, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin şərt və müddəalarına, habelə ekologiya qanununa əməl etmək üçün öhdəlik götürmüşdür. Əks təqdirdə, meydana gələ biləcək istənilən qəza və təzminatlara görə Sifarişçi və üçüncü şəxslər, aidiyyəti olan idarə və müəssisələr qarşısında bilavasitə İcraçı özü məsuliyyət daşıyacaq
19. 2.17. Sifarişçinin avadanlıq, maşın və operatorla və ya operatorsuz texnikasından istifadə olunub olunmamasından asılı olmayaraq, İcraçı işlərin yerinə yetirilməsi zamanı meydana gələ biləcək istənilən qəza və təzminatlara (kompensasiyalara) görə öz işçiləri, üçüncü şəxslər, aidiyyəti olan idarə və müəssisələr qarşısında birbaşa özu məsuliyyət daşıyır. İcraçının bu məsuliyyətə görə Sifarişçidən zərərin ödənilməsini (kompensasiya) tələb etmək hüququ yoxdur. Bu və digər səbəblər ilə bağlı birbaşa Sifarişçi əleyhinə iddia qaldırılarsa və bunun nəticəsində Sifarişçi maddi və mənəvi təzminat (kompensasiya) ödəmək məcburiyyətində qalarsa və ya rəsmi orqanlar tərəfindən Sifarişçinin əleyhinə təzminat (kompensasiya) ödəmək qərarı verilərsə. Sifarişçi İcraçıya müraciət edərək ödədiyi təzminatın (kompensasiyanın) geri qaytarılmasım tələb edə bilər. Sifarişçinin təqsirli olub olmamasından asılı olmayaraq, icraçı bu məsələ ile bağlı Sifarişçi qarşısında məsuliyyət daşıyır. İcraçı Sifarişçi qarşısında Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi (SƏTBM) siyasəti ilə bağlı yazılı öhdəlik götürməli və bu öhdəlikdən irəli gələn tələblərə riayət etməlidir.
20. 2.18. Təhvil verilən Xidmətlərin keyfiyyətinə dair zəmanət vermək və ortaya çıxan qüsurları öz hesabına aradan qaldırmaq, lazım gəldikdə isə bu tip Xidmətləri yenisi ilə əvəz etmək.
21. ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinə ** saylı əlavə olan ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı və cavabdeh cavabdeh2 MMC təmizlik xidmətinin qiymətinin 5.200 manat olması barədə razılığa gəlmişlər.
22. ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli xidmət müqaviləsinə ** saylı əlavə olan ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı və cavabdeh cavabdeh1 MMC təmizlik xidmətinin qiymətinin 2.000 manat olması barədə razılığa gəlmişlər.
23. 06.2025-ci il tarixli qiymət təklifindən görünür ki, cavabdeh1 MMC-yə məxsus parkovkada yerləşən 18 ədəd çətir formalı parça örtüyün yuyulması xidməti üzrə işlərin görülməsi üçün 1 günlük müddətdə (gündəlik 8 saat olmaqla) 3 nəfər işçinin cəlb edilməsi nəzərdə tutulmuş, göstəriləcək xidmətin ümumi dəyəri isə 600 manat məbləğində müəyyən edilmişdir.
24. 27 və ## #### 2025-ci il tarixlərində tərtib edilmiş 03 ədəd təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehlər üçün ümumilikdə 7.800 manat məbləğində işlərin görüldüyü qeyd edilsə də, təhvil-təslim aktları yalnız iddiaçı tərəfindən imzalanmış, cavabdehlər tərəfindən isə imzalanmamışdır.
25. ## #### 2025-ci il tarixli görülmüş işlərin qəbul edilməməsi barədə aktdan görünür ki, "X2 Aviaşirkəti” MMC-nin İnzibati İşlərin Təşkili idarəsinin rəisi Aygün Həsənova, inzibati işlərin Təşkili idarəsinin Təsərrüfat xidməti şöbəsinin rəisi Kamal Quliyev, “xxxx” MMC-nin komendantı Kamal Kərimov ## ####### 2024-cü il tarixli xidmət müqaviləsi əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən icra olunmalı olan inzibati binanın fasadlarının yuyulması işlərinin yerinə yetirilməsi ilə bağlı obyektə baxış keçirmişlər. Baxış zamanı aşağıdakı ciddi uyğunsuzluqlar və keyfiyyət çatışmamazlıqları aşkar edilmişdir. 1) İcraçı tərəfindən təqdim olunan işlər müqavilədə nəzərdə tutulmuş texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğun olmamışdır.2) Binanın fasadının müxtəlif sahələrində çirk qalıqları, ləkələr, yuyulmamış sahələr, həmçinin təmizlənmənin qeyri-bərabər aparıldığı zonalar müəyyən edilmişdir. 3) Görülən işlərin ümumi icra səviyyəsi qənaətbəxş hesab edilməmiş, xidmətin nəticəsi müqavilə üzrə öhdəliklərə zidd olmuşdur. 4) Yuxarıda göstərilən səbəblərə əsasən xidmət X4 tərəfindən qəbul edilməmiş və İcraçıya, görülmüş işlər üzrə aktın tərtib edilməsi və göstərilən xidmətlərə dair Sifarişçinin maliyyə öhdəliklərinin bağlanması məqsədilə çatışmamazlıqların aradan qaldırılması təklif edilmişdir. 5) Aşkarlanmış çatışmamazlıqlar barədə icraçıya məlumat verilsə də, icraçı tərəfindən onda tələb olunan kimyəvi maddələrin olmadığı, əsas gətirilərək, işin keyfiyyətinin bərpası təmin olunmamışdır. Bu akt məsələ üzrə daxili baxış və hüquqi prosedurlar çərçivəsində tərtib edilmişdir. 34.## #### 2025-ci il tarixli hesab-fakturalardan görünür ki, hesab-fakturalar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və cavabdeh cavabdeh2 MMC-nin 5.200 manat və 600 manat olmaqla, cəmi 5.800 manat borcunun olması, digər cavabdeh cavabdeh1 MMC-nin isə 2000 manat borcunun olması qeyd edilmişdir.
26. ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli və ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaimələrə əsasən iddiaçı tərəfindən müvafiq olaraq 600 manat və 5.200 manat dəyərində göstərilmiş xidmət cavabdeh cavabdeh2 MMCyə ödəniş üçün təqdim edilmiş, həmçinin, ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən müvafiq olaraq 2.000 manat dəyərində göstərilmiş xidmət cavabdeh cavabdeh1 MMC-yə ödəniş üçün təqdim edilmişdir. Elektron qaimələr birtərəfli qaydada yalnız iddiaçı tərəfindən imzalanmışdır.
27. Fasadın yuyulması üzrə tamamlanmış sınaq işləri haqqında ## #### 2025-ci il tarixli aktdan görünür ki, icraçı “xxxx” MMC (təmizlik şirkəti) əvvəlcədən sifarişçi, yəni cavabdehlər ilə əldə edilmiş şifahi razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev beynəlxalq aeroportu ünvanında yerləşən “Silk Way” ofis binasının fasadının sınaq yuyulmasını həyata keçirmişdir (09-## #### 2025-ci il tarixləri arasında). İcraçı tərəfindən təqdim olunmuş təmizləmə işləri texniki tələblərə və şifahi razılaşmalara uyğun olaraq tam keyfiyyətlə həyata keçirilmişdir.
28. “xxxx CLEANING COMPANY” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymət təklifindən görünür ki, cavabdehlərə aşağıdakı qiymət təklifi edilmişdir: X3 inzibati bina (köhnə və təzə bina birlikdə) – 3 223 m² x 1.23 AZN (3.964,29 AZN + ƏDV 713.57 AZN); X2 inzibati bina – 2 400 m² x 1.23 AZN (2.952,00 AZN + ƏDV 531.36 AZN)- Cəmi: 6.916,29 AZN + ƏDV 1.244,93 AZN (8.161,22 AZN). Bu qiymət bir dəfəlik yuyulma üçün nəzərdə tutulur.
Birinci instansiya məhkəməsindəki icraat
29. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 MMC ilə aramızda bağlanmış müqaviləyə və əlavə razılaşmaya əsasən xidmət haqqı olan 5199,98 AZN və 600 AZN vəsaitin, “xxxx” MMC ilə aramızda bağlanmış müqaviləyə əsasən xidmət haqqı olan 2000 AZN məbləğin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 azn vəkil xərcinin və 100 azn dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 MMC (bundan sonra, Sifarişçi)ilə iddiaçı İddiaçı (bundan sonra, İcraçı) arasında bağlanmış ## ####### 2024-cü il tarixli, ****/**** nömrəli “Xidmət Müqavilə”sinə və Qiymətlərin razılaşdırılması Protokuluna əsasən 5199,98 AZN qarşılığında 7200 kv.m. olan SWG binasının yuyulması və cavabdeh1 MMC (bundan sonra, Sifarişçi) ilə aramızda bağlanmış ## ####### 2024cü il tarixli, ****/**** nömrəli “Xidmət Müqavilə”sinə və Qiymətlərin razılaşdırılması Protokoluna əsasən 2000 AZN qarşılığında 2600 kv.m. olan SWWA binasının yuyulması barədə razılığa gəlinmişdir. Eyni zamanda cavabdeh2 MMC ilə əlavə razılaşmaya əsasən 600 AZN qarşılığında dayanacaqda olan 16 ədəd çətirin yuyulması barədə razılığa gəlinmişdir. Müvafiq müqavilələrə uyğun olaraq, iddiaçı öz üzərinə düşən öhdəlikləri layiqincə və vicdanla yerinə yetirmiş, SWG və SWWA binası, eləcə də dayanacaqda yerləşən 16 ədəd çətir tam şəkildə müqaviləyə uyğun təmizlənmişdir. Lakin, buna baxmayaraq cavabdeh işləri təhvil almaqdan imtina etmiş, artıq təmizliklə bağlı işləri başqa şirkətlə edəcəklərini bildirərək müqavilə üzrə ödənişləri ödəməkdən imtina etmişlər. İşlər yekunlaşdıqdan sonra cavabdehlərə elektron qaimələr göndərilmiş, qaimələr cavabdeh tərəfindən təsdiq olunsa da ödənişləri həyata keçirməmişlər. Daha sonra cavabdehin əməkdaşları ilə əlaqə saxlanıldığında ödənişləri köçürmək üçün rəhbərliyin tapşırığını gözlədiklərini bildirsələr də heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin, cavabdehlərin əməkdaşları ilə dəfələrləaramızda olan şifahi və telefon danışıqlarımıza əsasən məbləği köçürəcəklərini, daha sonra rəhbərlik desə köçürəcəyik və s. kimi danışıqlar olmuşdur. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlikləri razılaşdırılmış qaydada yerinə yetirilməsinə baxmayaraq, cavabdehlər öhdəliklərini tam və vaxtında icra etmədiyindən iddiaçı İddiaçı xeyrinə 7800 (yeddi min səkkiz yüz) AZN ziyan dəymişdir. İddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh2 MMC-yə göstərilən xidmətlər üzrə elektron qaiməfakturalar göndərilmişdir: 1. ##.##.2025- ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli 600 (altı yüz) AZN dəyərində 2. ##.##.2025- ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli 5200 (beş min iki yüz) AZN dəyərində Həmçinin, iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh1 MMC-yə göstərilən xidmət üzrə elektron qaimə-faktura göndərilmişdir: 1.##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli 2000 (iki min) AZN dəyərində Tərəfimizdən cavabdehə ödənişin 3 gün ərzində edilməsi ilə bağlı məktub (pretenziya) göndərilmiş, həmin məktub cavabdehə ## ######## 2025-ci il tarixində çatmış, lakin cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı elektron çıxarış qoşmaya əlavə edilmişdir. Müqavilənin 2.11-ci maddəsinə əsasən İcraçı gördüyü iş üzrə ödəmənin vaxtında edilməsini Sifarişçidən tələb edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən Sifarişçi İcraçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola biləcək hərəkətlərdən çəkinməli və müqavilə üzrə ödənişləri vaxtında həyata keçirməlidir; 3.3-cü bəndinə əsasən, Sifarişçi İcraçının həmin müqavilədə nəzərdə tutulmuş xidmətlərini həyata keçirməsi üçün ona obyekt barədə lazım olan məlumatı verməli və İcraçıya əldə etmək istədiyi nəticəni hərtərəfli izah etməklə ona öz təkliflərini verməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən Müqavilə üzrə görüləcək işlərin ümumi məbləği bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda öz əksini tapır və bank köçürmə yolu ilə həyata keçirilir. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və yuxarıda qeyd edilən Mülki Məcəllənin müvafiq maddələrini nəzərə alaraq hesab edirik ki, tərəfimizdən aparılmış 1-ci binanın 3800 kv.metr, 2-ci binanın isə 2000 kv.metr sahəsinin və dayanacaqdakı 16 ədəd çətirin təmizlik işlərinə görə xidmət haqqı və məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi nümayəndə2 yazılı etirazla məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh1 MMC-yə qarşı iddiasının tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və yazılı etirazı belə əsaslandırmışdır ki, cavabdeh aşağıdakı dəlilləri təqdim edərək, göstərilən tələbin təmin edilməsinə etiraz edir: Fiziki şəxs İddiaçı (İddiaçı - Xidmət Müqaviləsi üzrə İcraçı) ilə cavabdeh1 MMC (Cavabdeh - Xidmət Müqaviləsi üzrə Sifarişçi) arasında bağlanmış 2024-cü il ## ####### tarixli, ****/**** nömrəli Xidmət Müqaviləsinə (bundan sonra “Xidmət Müqaviləsi” adlandırılacaq) uyğun olaraq, İddiaçı Cavabdehdən cavabdeh1 MMC-nin inzibati binasının fasadının (alkopon üzlüklə örtülmüş) və pəncərələrinin yuyulması barədə sifariş almışdır.Təmizlik işləri “sənaye alpinizm” üsulu istifadə edilməklə həyatakeçirilmişdir. İş başa çatdıqdan sonra Cavabdeh İddiaçının diqqətini işin keyfiyyətsizliyinə yönəltmiş və yol verdiyi nöqsanların aradan qaldırılmasını təklif etmişdir. İddiaçı sözügedən inzibati binanın fasadının və pəncərələrinin lazımi keyfiyyətdə yuyulmaması ilə razılaşaraq işlərin keyfiyyətsiz yerinə yetirdiyini etiraf etmişdir. Bununla belə, İddiaçı onda olan lazımi kimyəvi maddələrin çatışmazlığını əsas gətirərək, işindəki nöqsanların aradan qaldıra bilmədiyini bəyan etmişdir. İddiaçı tərəfindən işlərin lazımi keyfiyyətdə yerinə yetirilməməsi ilə bağlı Cavabdeh tərəfindən 2025-ci il ## #### tarixli Akt tərtib edilmişdir. Cavabdehin sözügedən aktın imzalamaq təklifinə İddiaçı hər hansı reaksiya verməmişdir. Bu səbəbdən, işlərin keyfiyyətsiz yerinə yetirilməsi ilə bağiı sübut bazası kimi aidiyyəti fotoşəkillər çəkilmişdir.
32. Cavabdeh cavabdeh2 MMC-nin direktoru İslamov Rəhim yazılı etirazla məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh2 MMC-yə qarşı iddiasının tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və yazılı etirazı belə əsaslandırmışdır ki, Cavabdeh aşağıdakı dəlilləri təqdim edərək, göstərilən tələbin təmin edilməsinə etiraz edir: Fiziki şəxs İddiaçı (İddiaçı - Xidmət Müqaviləsi üzrə İcraçı) ilə cavabdeh2 MMC (Cavabdeh - Xidmət Müqaviləsi üzrə Sifarişçi) arasında bağlanmış 2025-ci il ## ####### tarixli, ****/**** nömrəli Xidmət Müqaviləsinə (bundan sonra “Xidmət Müqaviləsi” adlandırılacaq) uyğun olaraq, İddiaçı Cavabdehdən cavabdeh2 MMC-nin inzibati binasının fasadının (alkopon üzlüklə örtülmüş) və pəncərələrinin, eləcə də avtomobilləri yağıntılardan qoruyan örtüklərin yuyulması barədə sifariş almışdır. Təmizlik işləri “sənaye alpinizm” üsulu istifadə edilməklə həyata keçirilmişdir. İş başa çatdıqdan sonra Cavabdeh İddiaçının diqqətini işin keyfiyyətsizliyinə yönəltmiş və yol verdiyi nöqsanların aradan qaldırılmasını təklif etmişdir. İddiaçı sözügedən inzibati binanın fasadının və pəncərələrinin lazımi keyfiyyətdə yuyulmaması ilə razılaşaraq işlərin keyfiyyətsiz yerinə yetirdiyini etiraf etmişdir. Bununla belə, İddiaçı onda olan lazımi kimyəvi maddələrin çatışmazlığını əsas gətirərək, işindəki nöqsanların aradan qaldıra bilmədiyini bəyan etmişdir. İddiaçı tərəfindən işiərin lazımi - keyfiyyətdə yerinə yetirilməməsi ilə bağlı Cavabdeh tərəfindən 2025-ci il ## #### tarixli Akt tərtib edilmişdir. Cavabdehin sözügedən aktın imzalamaq təklifinə İddiaçı hər hansı reaksiya verməmişdir. Bu səbəbdən, işlərin keyfiyyətsiz yerinə yetirilməsi ilə bağlı sübut bazası kimi aidiyyəti fotoşəkillər çəkilmişdir.
33. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil nümayəndə3 izahat verərək bildirmişdir ki, müqavilələr hər iki cavabdehlər üçün müəyyən xidmətlərin göstərilməsi ilə bağlı olaraq imzalanmışdır. Əlavə olaraq zontiklərin yuyulması da xidmətə daxil idi. Müqavilə üzrə bütün xidmətlər yerinə yetirilmişdir. Sadəcə olaraq sonuncu dəfə işlər yerinə yetirilərkən qarşı tərəf müəyyən bir hissədə ləkə olduğunu bildirmişdir. Cavabdehlərə bildirilmişdir ki, həmin ləkələr xüsusi kimyəvi vasitələrlə təmizlənməlidir və növbəti dəfə həmin kimyəvi vasitələri gətirib ləkələri təmizləyəcəklər, lakin növbəti dəfə təmizlik üçün gedərkən həmin əraziyə buraxılmayıblar. İddiaçı İddiaçı cavabdehlərlə danışıqlar aparmışdır və ona bildirilib ki, göstərilənxidmətə görə ödəniş ödəniləcək. Özü də şəxsən cavabdeh tərəfin nümayəndələri ilə mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində danışıqlar aparmışdır. Belə ki, onlar bildirdilər ki, rəhbərlikdən asılıdır. Rəhbərlik təsdiq etsə, ödəniş edilər. Müqavilə bağlanarkən hər hansı bir kimyəvi vasitənin tətbiq edilməsi ilə bağlı şərt nəzərdə tutulmayıb. Tərəflər ləkənin olduğunu bildirən zaman onlara həmin ləkələrin aradan qaldırılması üçün kimyəvi vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Ümumilikdə, hüquqlarını müdafiə etdiyi şəxsin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi mübahisəsizdir. Yerinə yetirilən sifarişlə müqayisədə həmin alkopanlar işin çox kiçik bir hissəsini əhatə etməkdədir. Eyni zamanda həmin ləkələrin aradan qaldırılması, ümumiyyətlə xidmət müqaviləsində nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında imzalanan müqavilənin predmeti yuma prosesinin həyata keçirilməsilə bağlı olmuşdur. Lakin qarşı tərəfin bildirdiyi ləkələrin aradan qaldırılması kimyəvi təmizlik xidmətinin predmetinə daxildir. Belə bir tələb, öncədən müqavilə şərtlərinə xüsusi olaraq daxil edilməli və ya bununla bağlı əlavə xidmət müqaviləsi imzalanmalı idi. Ödənişlərin həyata keçirilməsilə bağlı yaranan problem bir sıra subyektiv amillərdən qaynaqlanır. Bunu nəzərə alaraq, iddia tələbini tam həcmdə müdafiə edirlər.
34. Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, həmin ərazilərdə üç sahədə iş aparmışlar. Sahəsinin biri avtopark hissədir. Bu sahədə həyata keçirdikləri iş üzrə heç bir tərəf onlara mənfi rəy bildirməmişdir. İkinci hissə isə kiçik bina və ya arxa bina adlanan hissədə həyata keçirdikləri işlərdir. Bu işlər üzrə də heç bir tərəfdən mənfi rəy almamışlar. Sadəcə olaraq əsas binanın giriş hissəsindəki sütunlarda bəzi ləkələr qalmışdır. Onlar artıq 4-cü dəfədir ki, həmin binada təmizlik işləri aparırdı. Hər dəfəsində də onlara bu problemi bildirmişlər. Binada bütün işləri bitirdikdən sonra bildirdilər ki, binada giriş sütununda ağ alpokonlarda ləkələr qalıb, lakin həmin ləkəli ərazinin sahəsi 300 kvadrat metrdən çox deyil. Həmin alkoponları yuyan zaman orada ləkələrin olduğunu tərəflər bildirmişdir. Bu zaman işləri dayandıra bilərdilər. Lakin işin dayandırılması ilə bağlı olaraq onlara heç bir xəbərdarlıq edilmədi. İşi bitirdikdən sonra onlara bildirdilər ki, həmin ləkələr təmizlənməlidir. Onlara bildirdilər ki, həmin ləkələrin yuyulması üçün xüsusi kimyəvi vasitələr lazımdır. Həmin kimyəvi vasitələrdə Azərbaycanda təkcə xxxx şirkətində var. Bu zaman kimyəvi vasitələrin alınması üçün xxxxla əlaqə saxlamışlar. Onlarda həmin vasitələri verəcəklərini bildirdilər. Sonra elə bir vəziyyət yarandı ki, həmin kimyəvi vasitələri başqa şirkətdən almış və tərəfə bildirdilər ki, həmin kimyəvi vasitələrlə ləkələri təmizləyəcəklər. Razışlaşmada belə idi ki, həmin işlərin görülməsi əgər xüsusi bir xərc tələb etməsə, onlar yalnız işçilərin pulunu ödəyəckdilər, amma əlavə xərcin məbləği yüksək olardısa, əvvəlki müqavildə qiymətdə bəzi dəyişikliklər olacaqdı. Bununla bağlı email yazışmaları da var. Daha sonra ləkələrin təmizlənməsi üçün binaya yaxınlaşanda onlara bildirdilər ki, həmin binaya girişlərinə qadağa qoyulub. Başqa şirkət gəlib həmin ləkələri təmizləyəcək. xxxx həmin ləkələrin təmizlənməsi üçün ona qiymət deməmişdir. Ona bildirdilər ki, həmin ləkələrin təmizlənməsini ona hədiyyə ediləcək, çünki xxxxla da əməkdaşlıqları olub. Əsas binanın, yəni cavabdeh2 MMC-nin sahəsi 3800 kvadrat metr, X1 Aviaşirkəti” MMC-nin sahəsi isə 2000 kvadrat metrdir. Bu sahələrdə təmizlik işlərigörmüşlər. Eyni zamanda 16 ədəd də zontik yuyulmuşdur. Həmin binaların sahələrini onların özləri ona bildiriblər. O da işin gedişatına və çəkdiyi əziyyətləri, vergi və köçürmə xərclərini nəzərə alaraq 5200 manat qiymət təyin etmişdir. Kvadrat hesabı hesablamamışdır. cavabdeh2 MMC-nin binasına 5200 manat məbləğ təyin etmiş, digər binaya isə 2000 manat. Qiymətlər arasında mütənasibsizliyin səbəbi ondan ibarətdir ki, ikinci bina zamanı bu ikinci iş olduğu və qarşı tərəf endirim istədiyi üçün endirim etmişlər. 600 manatda zontiklərin yuyulması üçün təyin etmişdir. Qeyd edilən kimyəvi vasitələri 350 manata almışdır. Həmin ləkələrin aradan qaldırılması üçün çəkilə bilinəcək maksimum xərc 1000 manatdır. Həmin xərci çıxıb digər borcunu qaytarmalıdılar. Həmin binalarda 8 gün 8 işçi ilə xidmət göstərmişlər. Həmin işçilərin bütün zəruri xərclərini nahar və.s kimi xərclərini o çəkmişdir. Qarşı tərəflərlə bağladıqları müqavilələrdə təmizlik işlərin görülməsi zamanı hər hansı bir kimyəvi vasitədən istifadə olunması şərt kimi nəzərdə tutulmayıb. Cavabdeh tərəflə əməkdaşlıq etdikəri ilk dəfə deyildi. Bundan əvvəldə həmin sahələrdə təmizlik işləri görümüşlər. Bu işlər görülərkən eyni vasitələrdən istifadə edilmiş, hər hansı bir fərqli vasitədən istifadə edilməmişdir. Bu zaman qarşı tərəfdən hər hansı bir problemlə qarşılaşmamışlar və ödənişlər vaxtlı vaxtında edilib. Tərəflər arasında bağlanan əlavə saziş qarşı tərəfin istəyinə uyğun olaraq bağlanmışdır. Müqaviləyə əsasən qarşı tərəf ildə 1-2 dəfə yuyulma tələb edə bilərdi. Axırıncı təmizlik işləri 2025-ci ilin iyul ayında görülmüşdür. Əvvəlki göstərdikləri xidmətlər üzrə müqaviləni başqa şirkətlər bağlayıb, lakin xidməti o göstərmişdir. Həmin ləkələri təmizləmiş olsa idilər, ümumiyyətlə bununla bağlı ödəniş almaya bilərdilər, lakin maksimum məbləğ hər bir halda 1000 manatdan yüksək ola bilməzdi. Hal hazırda başqa şirkətlərlə əməkdaşlıq edirlər. Əgər təmizlik işləri zamanı kimyəvi vasitələrin tətbiq edilməsi əvvəlcədən nəzərdə tutulursa, həmin təklifləri dəyərləndirib qəbul edirlər. Bu zaman təbii ki, qiymətlərdə də artım müşahidə edilir. Belə ki, kimyəvi vasitələrlə görülən işlərin qiyməti adi qaydada yerinə yetirilən təmizlik işlərindən iki dəfə yüksək olur. 100 kvadrat metr sahəsini təmizlədikən sonra tərəflərə bildirildi ki, bəzi sahələrdə olan ləkələr tək yuma ilə getməyəcək. Bunun üçün xüsusi kimyəvi vasitələr tələb olunur. Sifarişi həyata keçirərkən alpinistlərdən istifadə etmişlər, eyni zamanda suyu xüsusi aparat vasitəsilə vururdular. Yuma prosesində xüsusi kimyəvi köpüklərdən istifadə edilib. Həmin vaxt şüşə və alkopanlar birlikdə yuyulmuşdu. Alpinist sistemində yuma üçün fərqli alətlər tətbiq olunur. Təzyiqli suvuran aparatdan çətirlərin təmizlənməsində istifadə edilib. Təxminən 1 həftə ərzində işi təhvil vermişlər. Qarşı tərəf isə əvvəlcədən heç bir ödəniş etməyib. Bu onlar üçün həyata keçirdikləri üçüncü sifariş idi. Qarşı tərəfdən tələb olunan kimyəvi vasitələrin gətirilməsilə bağlı möhlət istəsə də, bundan imtina etdilər. Sözügedən ləkələrin təmizlənməsi üçün tələb olunan xüsusi kimyəvi vasitələri xarici ölkədən sifariş etməyinə baxmayaraq, cavabdeh tərəf işi onlara həvalə etmək istəmədi. Sifariş etdikləri kimyəvi vasitələrin dəyəri təxminən 300 manat məbləğində idi. “xxxx” MMC şirkətilə həmin kimyəvi vasitələrin alınması ilə bağlı əlaqə saxlayanda, həmin təmizlik sifarişini özlərinin yerinə yetirməsilə bağlı razılıq əldə olunduğunu əsas gətirərək, onlara verməkdən imtina etdilər. Eyni zamanda qarşı tərəfdən sifarişlə bağlı ödənişlərin həyata keçirilməsini tələb etdikdə, bundan imtina etdilər. Cavabdehlə aralarında imzalanan müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi prosesinə üçüncü şirkət yalnız tərəflərin razılaşmasına əsasən daxil ola bilərdi. Lakin qarşı tərəf bu barədə də öhdəliklərini pozmuşdur. Kompromis əldə olunması məqsədilə həmin getməyən ləkələrə görə qarşı tərəfə müqavilə öhdəlikləri üzrə 1000 manat məbləğində güzəştə getməyə hazırdır.
35. Məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi nümayəndə1 izahat verərək bildirmişdir ki, qarşı tərəf keyfiyyətsiz iş gördüyünü etiraf etmiş, lakin bununla bağlı tərtib edilən aktı imzalamaqdan imtina etmiş və heç bir münasibət bildirməmişdir. İddiaçı tərəfdən işlərin lazimi keyfiyyədə yerinə yetirilməməsilə bağlı ## #### 2025-ci il tarixli akt tərtib edilməsində iddiaçı tərəfdə iştirak edib, lakin iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Foto şəkillər aktın tərtib edildiyi zaman çəkilmişdir. Daha sonra həmin işi başqa şirkətə həvalə etmişlər və həmin şirkət həmin problemləri aradan qaldırmışdır. Bu da sübut edir ki, iddiaçı tərəf öz işini lazimi qaydada yerinə yetirməyib. İş görüldükdən sonra iddiaçı tərəf bildirdi ki, işi lazimi qaydada icra etmək üçün keyfiyyətli ləvazimatları yox imiş. İşlərin görülməsi bağlı danışıqları inzibati idarənin nümayəndələri aparıblar. Müqavilədə xidmətlərin görülməsi zamanı hər hansı bir konkret kimyəvi məhsullardan istifadə edilməsini nəzərədə tutan şərt yoxdur. Kompromisin əldə olunması məqsədilə iddiaçıya ümumilikdə 2600 manat məbləğində ödəniş etməyə razıdırlar.
36. Məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, 30 iyun onlara təhvil təslim aktını imzalamaq üçün təqdim etdilər, lakin həmin aktı imzlamaqdan imtina etmişlər, çünki onlar xidmət göstərərkən onlara bildirildi ki, aşkar olunan qüsurlar aradan qaldırılmasa onlar ödəniş etməyəcəklər. Bundan əvvəl də bu şirkətlərlə dəfələrlə əməkdaşlıq etmişlər. Eyni məzmunlu problemlərlə bir neçə dəfə qarşılaşmışlar. Bunu tərəfə bildirəndə həmin ləkələrin aradan qaldırılmasının mümkün olmadığını bildirirdilər, lakin sonradan araşdırmalara əsasən məlum oldu ki, həmin ləkələrin aradan qaldırılması mümkündür. Yenidən tərəfə müraciət etdikdə yenidən eyni məzmunlu cavab aldıq. İddiaçı İddiaçılə birbaşa görüşləri olmayıb. Danışıqlar həmin şirkətin əməkdaşı Mahmud adlı şəxslə aparılıb. Xidmət bütün binada alkaponlarda olan axıntı ləkələrinin aradan qaldırılması ilə bağlı idi. Təmizlənmə işləri adətən ildə bir dəfə həyata keçirilir. Zontiklər binaya nisbətən yaxşı təmizlənmişdir. Zontiklər yaxşı təmizlənsə də, binalar yaxşı vəziyyətdə deyildi, lakin cavabdeh1 MMC-nin binasında görülən təmizlik işlərində hər hansı bir problem yox idi. “xxxx” MMC ilə xidmət haqqında müqavilə bağlanılıb, lakin hal hazırda qiymət razılaşdırılması olmayıb. Bir məsələ də var ki, müqavilə üzrə cavabdeh1 MMC-də binanın sahəsi 7.200 kavdrat metr kimi qeyd edilib, lakin bina 2200 kvadrat metrdir. Burada texniki səhvlik olub. İddiaçı tərəf qeyd edir ki, 4 dəfə şirkətdə təmizlik işləri görüb, doğrudur, lakin ikisi aralarında bağlanan müqaviləyə əsasən görülüb. Digər iki dəfə görülən işlərdə isə onlar müqavilə tərəfi olmayıb. Sadəcə xidmət göstərilib. 2024-cü ilin oktyabr ayında görülən təmizlik işləri qış aylarına təsadüf etdiyi üçün təmizlik sonrası qalan ləkələr o qədərdə diqqətlərini cəlb etməmişdir, lakin 2025- ci ildə görülən təmizlik işləri yay aylarında olduğu üçün ləkələr daha çox diqqəti cəlb edir. Ləkəli sahənin təmizlənməsi üçün xüsusi kimyəvi vasitələrdən istifadə edilməli olduğunu iddiaçı tərəf onlara iş bitdikdən sonra bildirmişdir.
37. .Məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçıya cavabdeh1 MMC-nin binasının yuyulmasına görə 2000 manat, çətirlərin yuyulmasına görə isə 600 manat olmaqla, ümumilikdə, 2600 manat məbləğində ödəniş etməyi təklif etmişlər. Lakin qarşı tərəf bu məbləğlə razılaşmayıb. cavabdeh2 MMC-nin binasında həyata keçirilən təmizləmə işləri normativlərə cavab vermədiyindən həmin sifarişi yerinə yetirilməmiş hesab edirlər.
38. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh2 MMC-dən 4.800 (dörd min səkkiz yüz manat) manat və digər cavabdeh cavabdeh1xxxxcavabdeh2xxxxcavabdeh1 MMC-dən 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, eyni zamanda cavabdehlərdən müştərək qaydada 300 (üç yüz) manat hüquqi yardım xərcinin əvəzi tutularaq iddiaçı İddiaçı Abahir oğluna ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
39. Cavabdeh cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək, avtomobilləri yağıntılardan qoruyan örtüklərin yuyulmasına görə cavabdeh2 MMC-dən 600.00 manat tələb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin qüvvədə saxlanılması şərtilə “Silk Way”xxxxcavabdeh2 MMC-dən 4200,00 manat tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş başa çatdıqdan sonra, cavabdeh iddiaçının nümayəndəsinin diqqətini işin keyfiyyətsizliyinə yönəltmiş və yol verdiyi nöqsanların aradan qaldırılmasını təklif etmişdir. İddiaçı sözügedən inzibati binanın fasadının və pəncərələrinin lazımi keyfiyyətdə yuyulmaması ilə razılaşaraq işlərin keyfiyyətsiz yerinə yetirdiyini etiraf etmişdir. Bununla belə, iddiaçı onda olan lazımi kimyəvi maddələrin çatışmazlığını əsas gətirərək, işindəki nöqsanların aradan qaldıra bilmədiyini bəyan etmişdir. İddiaçı tərəfindən işlərin lazımi keyfiyyətdə yerinə yetirilməməsi ilə bağlı cavabdeh tərəfindən 2025-ci il ## #### tarixli Akt tərtib edilmişdir .Cavabdehin sözügedən aktı imzalamaq təklifinə iddiaçı hər hansı reaksiya verməmişdir. İddiaçının nümayəndəsi Qüsur Aktı hazırlanarkən, cavabdehin ofisini tərk etmişdir. Cavabdeh birtərəfli Qüsur Aktı tərtib etmiş və iddiaçının bu Akt imzalamaqdan əsassız olaraq yayınmasını qeyd etmişdir. Bu İddiaçının öhdəliklərini yerinə yetirməməsinin sübutudur. İddiaçının çatışmazlıqları aradan qaldırmaq üçün "təmizləyici vasitələrin olmaması"na istinad etməsi onun peşəkar səriştəsizliyin sübutudur. Öz sahəsində peşəkar olan İddiaçı işin xüsusiyyətlərini bilməyə və lazımi avadanlıq və resurslara malik olmağa borcludur. Cavabdeh həmçinin, İddiaçı lazımi kimyəvi maddələri vaxtında tapa bilmədikdə və işi ağlabatan müddətdə düzəltmədikdə, yəni çatışmazlıqları düzəltməkdən imtina etdikdə, İddiaçı qüsurlarını düzəltmək üçün üçüncü tərəfləri cəlb etmək hüququna malik idi. cavabdehin fasaddakı ləkələrin "təmizlənməməsi" və bu problemi həll etmək üçün ölkədə uyğun kimyəvi maddələrin olmaması ilə bağlı arqumentləri, cavabdehin cəlb etdiyi təmizlik şirkətinin (“xxxx”MMC) fasaddakı qüsuru sınaq işləri zamanı standart peşəkar vasitələrdən istifadə edərək tam şəkildə aradan qaldırması faktı ilə tamamilə təkzib olunur. Qüsurların xxxx tərəfindən düzəldilməsi, yəni lazımi işlərin tamamlanması faktı fotoşəkillərdən istifadə edilməklə sənədləşdirilib. Bu, İddiaçının işi vicdanla yerinə yetirmədiyini təsdiqləyir. İddiaçı tərəfindən Müqavilə üzrə qeyd olunan öhdəliklərinin yerinə yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə iclasında iştirak edən iddiaçının iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
43. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi nümayəndə1a apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər
44. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
45. .Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə 46.edilməsinə yol verilmir.
47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
49. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
50. .Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
51. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
52. .Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
53. 436. Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir.
54. 451. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər.
55. .752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
56. .762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
57. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
58. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
59. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
60. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
61. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
62. 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
63. 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
69. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
71. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə (4200 manat hissəsində) yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
72. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (4200 manat hissəsində) dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin adlandırılmasından asılı olmayaraq, tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyəti müəyyən edilərkən müqavilənin adı deyil, onun məzmunu, tərəflərin qarşılıqlı hüquq və vəzifələri, habelə faktiki icra olunmuş hərəkətlər nəzərə alınmalıdır. İş materiallarından görünür ki, iddiaçı müəyyən nəticənin əldə edilməsinə yönəlmiş işlərin görülməsini, cavabdeh isə həmin işlərin nəticəsini qəbul edib haqqını ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi hesab edilməli və mübahisə podrat münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
74. Tərəflər arasında əsas mübahisə işin nəticəsinin müqavilənin tələblərinə uyğun olub-olmaması ilə bağlıdır. Müqavilənin 2.2-ci bəndində işlərin “yüksək keyfiyyətlə” yerinə yetirilməsi nəzərdə tutulsa da, həmin anlayışın konkret texniki göstəricilər və ya standartlarla dəqiqləşdirilmədiyi müəyyən edilir. Lakin bu hal müqavilə şərtini məzmunsuz etmir. Belə ki, müqavilədə keyfiyyət göstəriciləri ayrıca müəyyən edilmədikdə, işin nəticəsi həmin sahədə qəbul olunmuş adi peşə və təsərrüfat dövriyyəsi standartlarına cavab verməlidir.
75. Hazırkı mübahisədə sifarişçinin təmizlik xidmətindən istifadə etməkdə məqsədinin inzibati binanın fasad və pəncərələrinin təmiz, baxımlı və ləkəsiz vəziyyətə gətirilməsi olduğu aşkardır. Ağlabatan hesab edilə bilməz ki, sifarişçi əhəmiyyətli məbləğdə vəsait ödəməklə yalnız səthi və ya natamam təmizləmə nəticəsini əldə etməyi nəzərdə tutmuş olsun. İddiaçı peşəkar qaydada təmizlik xidmətləri göstərən şəxs kimi hansı növ çirklənmələrin adi yuma üsulu ilə, hansılarının isə xüsusi kimyəvi vasitələrlə aradan qaldırılmasını bilməli idi. Əgər işin tam və keyfiyyətli görülməsi əlavə texnologiyaların və ya xüsusi kimyəvi vasitələrin tətbiqini tələb edirdisə, bu məsələ müqavilə bağlanarkən sifarişçi ilə razılaşdırılmalı və xidmətin dəyərində öz əksini tapmalı idi. Belə razılaşmanın mövcudluğu iş materialları ilə təsdiq olunmur.
76. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müqavilədə nəzərdə tutulan “yüksək keyfiyyətli təmizlik” anlayışı sifariş obyektinin təyinatına və xidmətin məqsədinə uyğun olaraq fasad və pəncərələrin görünən ləkələrdən təmizlənərək normal estetik vəziyyətə gətirilməsini ehtiva edir. İş materialları ilə isə fasadda müxtəlif ləkələrin qaldığı, iş nəticəsinin gözlənilən keyfiyyət göstəricilərinə cavab vermədiyi müəyyən olunduğundan, görülmüş iş qüsurlu icra kimi qiymətləndirilməlidir.
77. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, sifarişçi tərəfindən qüsurların aradan qaldırılması üçün podratçıya kifayət qədər və ağlabatan müddət verilməmişdir. İş materiallarından görünür ki, iddiaçı aşkar edilmiş nöqsanları tam inkar etməmiş, əksinə, onların mövcudluğunu qəbul edərək xidmət haqqından 1000 manat məbləğində güzəşt edilməsini təklif etmişdir. Bu hal iddiaçının qüsurların müəyyən hissəsinə görə məsuliyyətini qəbul etdiyini və mübahisənin məhkəmədənkənar qaydada həllinə maraqlı olduğunu göstərir.
78. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən qüsurların aradan qaldırılması üçün faktiki olaraq hansı məbləğdə əlavə xərc çəkildiyi mötəbər sübutlarla təsdiq edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən kimyəvi təmizləmə işləri nəzərdə tutulmadan fasadların yuyulması xidmətinin dəyəri 7200 manat müəyyən edilmiş, sonradan cəlb olunmuş podratçı tərəfindən isə eyni işlərin kimyəvi təmizləmə tədbirləri ilə birlikdə həyata keçirilməsi üçün təxminən 8200 manat məbləğində qiymət təklifi verilmişdir. Bu məlumatlar qüsurların aradan qaldırılması üçün tələb olunan əlavə xərclərin təxminən 1000 manat təşkil etdiyini göstərir.
79. Məhkəmə kollegiyası hesab edir ki, görülmüş iş tamamilə yararsız olmamış, sifarişçi üçün müəyyən fayda yaratmışdır. Eyni zamanda, iş müqavilədə nəzərdə tutulan keyfiyyət tələblərinə tam cavab vermədiyindən, xidmət haqqının tam məbləğdə ödənilməsi də ədalətli nəticəyə gətirib çıxarmır. Buna görə də tərəflərin maraqları arasında balansın təmin edilməsi məqsədilə görülmüş işin dəyəri, qüsurların həcmi, onların aradan qaldırılması üçün tələb olunan əlavə xərclər, iddiaçının təklif etdiyi güzəşt məbləği, həmçinin sifarişçi tərəfindən qüsurların aradan qaldırılması üçün podratçıya ağlabatan vaxtın verilməməsi, əlavə icra üçün şəraitin yaradılmaması və işin sifarişçi üçün yaratdığı fayda nəzərə alınmaqla müəyyən edilməlidir.
80. Göstərilən halların məcmusu əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, görülmüş işlərin faktiki dəyəri 4200 manat məbləğində qiymətləndirilməlidir. Buna görə də həmin məbləğin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması birinci instansiya məhkəməsinin gəldiyi nəticənin mahiyyət etibarilə düzgün olduğunu göstərir və qətnamənin bu hissədə dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
81. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
82. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.