Məhkəmə qərarları › İş №e-2-2(3-6)-578/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-578/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-578/2026 23.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Genetik Ehtiyatlar İnstitutuna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın dəyərinin ödənilməməsi, podratın qüsurları, sübutetmə, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və AbdullayevElşənUğuroğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsi(vəkili)nümayəndə2iştirakıilə İddiaçı MMC-nin Genetik Ehtiyatlar İnstitutuna qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları

1. İddiaçı MMC-nin direktoru və AMEA-nın İşlər İdarəsinin müdiri X5 tərəfindən imzlanmış ## ####### 2019-cu il tarixli Qüsur Aktında göstərilmişdir ki, Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsində yerləşən Dayaq Məntəqəsinə texniki baxış keçirilmiş, orada işlərin davam etdirilməsinə və tam başa çatdırlmasına yaranmış zərurətlə əlaqədar müqavilə qiymətlərinə uyğun yerinəyetirilmiş,lakindəyəritamödənilməmişzəruritəmirişlərininhəcmimüəyyənedilmişdir.

2. İddiaçı MMC-nin direktoru və AMEA-nın İşlər İdarəsinin nümayəndəsi Kamran Mustafayev tərəfindən AMEA Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsində yerləşən Dayaq Məntəqəsi üçün birmərtəbəli inzibati binada ## ###### 2019-cu il tarixinə yerinə yetirilmiş, dəyəri ödənilməmişişlərinişhəcmləricədvəlitəsdiqedilmişdir.

3. İddiaçı MMC-nin direktoru ilə AMEA-nın İşlər İdarəsinin nümayəndəsi Kamran Mustafayev tərəfindən imzalanmış “Təxmini qiymət cədvəli”ndə Genetik Ehtiyatlar İnstitutunun X3 birmərtəbəli anbar binasında 2019-cu ildə yerinə yetirilmiş, dəyəri ödənilməmiş təmir işlərinin 2019cu ildə mövcüd olmuş qiymətqoyma bazis artım əmsalına uyğun qiymətlərlə tərtib edilmiş təxmini qiymətcədvəlinəəsasənqiymətininƏDVdaxil26458,24manatolduğugöstərilmişdir.

4. İddiaçı MMC-nin direktoru AMEA-nın İşlər İdarəsinə ## ###### 2020-ci il tarixində ünvanladığı məktubda aşağıdakıları bildirmişdir: “Məlumat üçün bildiririk ki, AMEA-nın İşlər İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış müqavilələr üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə icra edilmişdir. İşlərin gedişatı zamanı AMEA üçün vacib və təxirəsalınmaz təmir işlərinin yaranması zərurəti ilə əlaqədar bəzi obyektlərdə AMEA rəhbərliyi tərəfindən verilmiş tapşırıq və zəmanətlərlə dəyəri alınmadan işlərə tərəfimzdən başlanılmış və qısa zamanda təhvil verilmişdir. Qeyd olunanları nəzərə alaraq qoşmada göstərilən obyektlərdəki görülmüş işlərin dəyərininödənilməsinə köməklikgöstərilməsinixahişedirik.”.

5. Həmin məktuba əlavə olunmuş siyahıda Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsində yerləşən dayaq məntəqəsində görülən təmir işləri (birmərtəbəli anbar binası) də göstərilmişdir.

6. AMEA-nın İşlər İdarəsi tərəfindən həmin məktuba verilmiş ## ###### 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “...qeyd olunan məsələnin AMEA-nın İşlər İdarəsinin 2020-ci illin yanvar ayından fəaliyyətə başlayan yeni rəhbərliyinə aidiyyatı olmadığından, bu məsələnin həlli qeyri mümkün hesab edilir. Eyni zamanda, AMEA-nın bır sıra elmi müəssisə və təşkilatlarının binalarında Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən aşkar edilmiş, yerinə yetirilməmiş təmir işləri üzrə nəzarət ölçü qaydasında müəyyən edilmiş bərpa işlərinintamşəkildəyerinəyetirilməsinintəminedilməsixahişolunur”.

7. Azərbaycan Pespublikası Prezidentinin 2022-ci il ## #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Siyahısı”nda Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələrindənolanGenetikEhtiyatlarİnstitutununadıdaqeydolunmuşdur.

8. İddiaçı MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış ## ### 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının bəzi İnstitut və təşkilatları Elm və Təhsil nazirliyinin tabeliyinə verilmişdir. Şirkətimiz tərəfindən nazirliyin tabeliyinə verilən, institut və təşkilatların binalarında müxtəlif dövrlərdə cari və əsaslı təmir işləri yerinə yetirilmişdir. Məlum səbəblərdən görülən işlərin dəyəri ödənilməmişdir. Yerinə yetirilmiş işlərin araşdırılması və dəyərinin ödənilməsi üçün müvafiq komissiyanınyaradılmasınagöstərişverilməsinixahişedirik.”

9. Genetik Ehtiyatlar İnstitutunun ## ####### 2024-cü il tarixli Nizammnaməsinin 1.1-ci bəndinə əsasən, İnstitut Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutudur; 1.2-ci bəndinə əsasən, İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının "Elm haqqında” və “Təhsil haqqında” qanunlarını, digər normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur; 1.3-cü bəndinə əsasən İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əlaqədə fəaliyyət göstərir; 1.4-cü bəndinə əsasən, İnstitut bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər; 1.5-ci bəndinə əsasən, İnstitut qeyrikommersiya hüquqi şəxs statusuna malikdir, onun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır; 1.6-cı bəndinə əsasən, İnstitutun ayrıca əmlakı vardır və İnstitut öz öhdəliklərinə görə bu əmlaka cavabdehdir. İnstitutun qanunvericiliyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququ vardır; 1.7-ci bəndinə əsasən, İnstitutun strukturu, ştat cədvəli, əməyin ödənişi fondu və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir vəxərclərsmetasıNazirliktərəfindəntəsdiqedilir.

10. AMEA-nın X6 Təsərrüfat işlərinin təşkili şöbəsinin müdir müavini X2 tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının audit qrupuna verilmiş izahatda aşağıdakılar qeyd olunmuşdur: “... İşlər idarəsində çalışdığım müddət ərzində İşlər idarəsi tərəfindən heyata keçınlən dövlət satınalma prosedurlar, üzrə tender komissiyasının üzvü olaraq (təmır-tıkıntı işləri aparılan obyektlər üzrə işlər idarəsinin müdir müavini Məhəmməd Əliyarovun tapşırığı əsasında sənədlərin tərtibatı, podratçılarla işləmək və işlərə yerində nəzarət etmək məqsədilə) iştirak etmişəm. 2019-cu ildə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının bina və tikililərində təmirtikinti işlərinə dair keçirilmiş açıq tender proseduru üzrə satınalma müqaviləsi bağlanılmış qalib şirkət olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən aparılmış təmir-tikinti işləri üzrə görülmüş işlərin dəyərinin ödənilməsinə köməklik gösterilməsi barədə AMEA-ya daxil olmuş ## ######## 2024-cü il tarixli **/**-* nömrəli müraciət məktubu ilə əlaqədar AMEA-da yoxlama tədbirlərini aparan Azərbaycan Respublikası Hesablama Palatasının audit qrupu tərəfindən mənə verilən suallara cavab olaraq aşağıdakıları nəzərinizə çatdırıram. Bildirirəm ki, “xxxx" MMC cari və əsaslı təmir maddələrinə dair bir neçə obyekt üzrə işlər idarəsi tərəfindən keçirilmiş açıq tender müsabiqələrinin qalibi olaraq sərgilədiyi keyfiyyətli və zəmanətli işlərə görə AMEA rəhbərliyinin etimadı nəticəsində AMEA-ntn tabeliyində olan elmi müəssisə və təşkilatların binalarında yaranmış zərurətlə bağlı görülməli təmir işlərinə cəlb edilmiş, bir sıra obyektlərdə İşlər İdarəsinin müdir müavini Məhəmməd Əliyarovun bilavasitə iştirakı ilə müqavilə deyərindən əlavə işlər yerinə yetirmişdir. “xxxx" MMC tərəfindən 2019-cu ildə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının bina və tikililərində aparılmış təmir-tikinti işləri üzrə görülmüş işlərin dəyərinin ödənilməsinə köməklik gösterilməsi barədə ## ###### 2020-ci il tarixli **/**-* nömrəli məktub AMEA-nın İşlər idarəsinə daxil olmuşdur. Adıçəkilən məktubun əlavəsində gösterilən 12 (on iki) obyekt üzrə 2019cu ilin sonlarında İddiaçı MMC-nin nümayəndəsi ilə birlikdə təmir-tikinti işləri görülmüş obyektlərə yerində baxış keçirilmiş, təqdim edilmiş sənədlər əsasında işlərin tam həcmdə görüldüyünə dair qüsur aktları və təxmini bazar qiymətlərinə uyğun iş həcmləri cədvəlləri tərtib edilərək hər iki tərəf arasında imzalanmışdır. “xxxx” MMC tərəfindən İşlər idarəsinə daxil olmuş məktuba İşlər idarəsinin müdiri professor Elton Məmmədovun imzası ilə ## ###### 2020-ci İ! tarixli **-*-** nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd olunan məsələnin AMEA İşlər idarəsinin 2020-ci ilin yanvar ayından fəaliyyətə başlayan yeni rəhbərliyinə aidiyyəti olmadığından, bu məsələnin həllinin qeyri-mümkün hesab edildiyi bildirilmişdir. 2019-cu ildə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının bina ve tikililərində İddiaçı MMC tərəfindən aparılmış təmir-tikinti işləriAüzrə görülmüş işlərin dəyərinin ödənilməsinə köməklik gösterilməsi barədə AMEA-ya daxil olmuş ## ######## 2024-cü il tarixli **/**-* nömrəli müraciət məktubla əlaqədar olaraq bildirirəm ki, məktubun əlavəsində təqdim edilən sənədlərdə ƏDV nəzərə alınmaqla ümumi məbləği 1.707.245,00 AZN olan mallar, işlər ve xidmətlərdən cari və əsaslı təmir xərc maddələrinə aid təmir-tikinti işlərinə dair'7 (yeddi) obyekt olmaqla 10 (on) halda müxtəlif istiqamətlər üzrə ümumilikdə 1.454.400,00 AZN məbləğində olan işlər AMEA-nın tabeliyindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən institut ve təşkilatlarda görülən işlər aşağıdakılardır: a)Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunda təmir işləri (5-ci mərtəbə), b) X10 (Qonaq evi); c)Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsində yerləşən dayaq məntəqəsində təmir işləri (birmərtəbəli anbar binası), d) AMEAYTP-nin ərazisində yerləşən * nömrəli elmitədqiqat laboratoriya binasında təmir işləri; e) AMEAYTP- nin ərazisində yerləşən * nömrəlielmi tədqiqat laboratoriya binasında təmir işleri (birmərtəbəli dronis r yerləşən bir a və 2 mərtəbəli laboratoriya binası); f) AMEA YTP-nin ərazisində Mərkəzləşdirilmiş analitik laboratoriya binasında təmir işləri, Zoologiya İnstitutu (Zoologiya İnstitutunun inzibati binasında Fiziologiya İnstitutu üçün 5-ci mərtəbənin tam təmiri). ƏDV nəzərə alınmaqla ümumi məbləği 450.776,87 AZN olan mallar, işlər və xidmətlərdən cari və əsaslı təmir xərc maddələrinə aid təmir-tikinti işlərinə dair 3 (üç) obyekt olmaqla ümumilikdə 198400 AZN məbləğində olan işlər isə AMEA-nın tabeliyində qalan institut və təşkilatlarda görülən işlər aşağıdakılardır: a) AMEA Rəyasət Heyəti (akademik R.Əliquliyevin otağı və mühasibatlıq otaqları); b) AMEA-nın Aspirantlar yataqxanasında təmir işləri (mənzillər nömrələri ilə: 36B, 56A-B, 63A, 84B və bina daxilində digər sahələr); c) AMEA-nın M.Qaşqay küçəsində yerləşən Qonaq evi. Sonda qeyd edir ki, bütün sadalanan işlərin görülməsi Akademiya əməkdaşları üçün normal iş şəraitinin yaradılması, elmə olan hörmətin bununla ifadə edilməsi, Podratçının Sifarişçi qarşısında etibar və etimad qazanması hesabına atılan addımlardır. Qeydlər: 1.Yuxarıda sadalanan obyektlər üzrə görülmüş təmir-tikinti işlərinə dair çəkilmiş xərcin ƏDV nəzərə alınmaqla ümumi dəyəri 1.652.800,00 AZN təşkil edir; 2. Yuxanda sadalanan obyektlərdə ƏDV nəzərə alınmaqla 1.652.800,00 AZN məbləğində çəkilmiş xərc üzrə görülmüş təmir-tikinti işləri o vaxtkı AMEA rəhbərliyinin şifahi tapşırığı əsasında uzun müddət təmirsiz istismar olunan binalarda normal iş şəratinin yaradılması məqsədilə müvafiq təxirəsalınmaz tədbirlərin icra edilməsinə yönəldilərək görülmüş işlərə aiddir. 3.Görülmüş təmirtikinti işləri üzrə xərclərin bilavasitə İddiaçı MMC tərəfindən tam şəkildə qarşılandığı nəzərə alınaraq, adıçəkilən şirkətə ƏDV nəzərə alınmaqla ümumi dəyəri 1652800 AZN məbləğində olan yerinə yetirilmiş faktiki işlərə görə borcun ödənilməsi məsələsində həmin işlərin yerində yoxlanılaraq qəbui edilməsi yaranmış zərurətlə əlaqədar işlərin davamı olaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası tələblərinə əsasən bir mənbədən satınalma metodu tətbiq edilərək İddiaçı MMC ilə müvafiq satınalma müqavilələrinin bağlanılması yolu ilə nəzərə alınmışdır. Lakin, 2020-ci ilin yanvar ayında İşlər idarəsinin rəhbərliyi dəyişdiyindən, əvvəlki illərdə “xxxx" MMC tərəfindən görülmüş təmir-tikinti işləri üzrə yaranmış borc məbləğləri müvafiqqaydadarəsmiləşdirilməmişvəhəminborclarınödənişiaparılmamışdır”. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı MMC (iddiaçı) Genetik Ehtiyatlar İnstitutuna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən görülmüş işin dəyəri olaraq 26 458,24 (iyirmi altı min dörd yüz əlli səkkiz manat 24 qəpik) manatın və ödənilmiş 170 manat dövlət rüsumununun xeyrinə tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə İddiaçı MMC tərəfindən Genetik Ehtiyyatlar İnstitutunun X3 “birmərtəbəli anbar binasında” təmir işləri yerinə yetirilmiş, təmir işlərinin ümumi dəyəri (ƏDV daxil) 26458,24 (iyirmi altı min dörd yüz əlli səkkiz manat 24 qəpik) manat təşkil etmişdir. Həmin işlərin görülməsi və görülmüş işlərin həcmləri AMEA İşlər İdarəsinin nümayəndəsi Kamran Mustafayev və İddiaçı MMC-nin direktoru arasında imzalanmış “Təxmini qiymət cədvəli” ilə təsdiq edilmişdir. Yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyərinin İddiaçı MMCyə ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət olunaraq, həmin pretenziyanın alındığı gündən 15 (on beş) iş günü ərzində 26 458.24 (iyirmi altı min dörd yüz əlli səkkiz manat 24 qəpik) məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi xahiş olunmuşdur. Həmin pretenziya məktubuna cavabdeh təşkilat tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “2019-cu ildə institutun Saray təcrübə bazasında görülmüş təmir işləri bilavasıtə AMEA-nın İşlər idarəsi tərəfindən həyata keçirilmişdir. Bununla da institutun İddiaçı MMC qarşısında heç bir müqavilə öhdəliyi yoxdur”. Cavabdeh təşkilatın məktubunda göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, cavabdeh təşkilat İnstitutun hal-hazırda da istifadəsində olan X4 “birmərtəbəl ianbar binasında” təmir işləri yerinə yetirilməsini inkar etmir. Həmçinin, qeyd olunan təmir işləri AMEA-nın İşlər idarəsinin sifarışi əsasında yerinə yetirilsə də, təmir olunmuş anbar sahəsi Genetik Ehtiyyatlar İnstitutu tərəfindən daimi olaraq istifadə olunur və anbar sahəsindən həmin İnstitut faydalanır. Bu səbəbdən də 2019-cu ildə İddiaçı MMC tərəfindən X3 yerləşən “birmərtəbəli anbar binasında” yerinə yetirilmiş, lakin dəyəri ödənilməmiş təmir işlərinin dəyəri Genetik Ehtiyyatlar İnstitutu tərəfindənödənilməlidir.

13. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim etmiş, etirazında aşağıdakıları bildirmişdir: “... 2019-cu ildə institutun Saray təcrübə bazasında görülmüş təmir işləri ilə bağlı Genetik Ehtiyatlar İnstitutu ilə İddiaçı MMC arasında heç bir podrat və ya digər müqavilə olmamışdır. Bu barədə institutun ##.##.2025-ci il tarixli **-**/*** nömrəli məktubu ilə İddiaçı MMC-yə cavab verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, həmin sənədlərdə Genetik Ehtiyatlar İnstitutun məsul vəzifəli şəxslərinin adı keçmir. Bundan əlavə İddiaçı MMC-nin pul tələbinə dair iddia müddətinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətinin ötrüldüyünübildiririk”.

14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, şahid ifadələrindən də aydın olduğu kimi iddiaçı tərəfindən tikili tam yararlı vəziyyətdə cavabdeh tərəfə təhvil verilmiş, tikilidən başqa şirkət yox, sırf Genetik Ehtiyatlar İnstitutu istifadə etmiş, yararlanmışdır, ona görə də ödənişi də cavabdeh tərəfödəməlidir.

15. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi bildirmişdir ki, işlərin görüldüyünü şahidlər də bildirmişdir, lakin işlərin görülməsinin sifarişi onlar tərəfindən yox, AMEA tərəfindən olmuşdur. Genetik Ehtiyyatlar İnstitutunun müqavilə üzrə öhdəlikləri yoxdur, eyni zamandaiddiatələbiüzrəiddiamüddətiötürülmüşdür.

16. Məhkəmənin şahid qismində dindirdiyi şahid3 ifadəsində göstərmişdir ki, Genetik Ehtiyatlar İnstitutunda 2003-cü il tarixindən 2021-ci il tarixinə qədər direktor müavini vəzifəsində çalışmışdır. O və direktor binanın tikintisində və Forma 2-nin imzalanmasında iştirak etməmişlər, İddiaçı MMC AMEA ilə iş görmüşdür, onlarla iş görməmişdir. Bina tikildikdən sonra Genetik Ehtiyatlar İnstitutuna təhvil verilməmişdir. Bina yerindədir və hansı şirkət tərəfindən tikildiyini dəqiq bilmir. İşlər üzrə Elmlər Akademiyanın mütəxəssisi Kamran müəllim sənədlərlə tanış olub imza atmağını demişdir. İşlər görülmüşdür, işlərdən sonra həmin ərazidə olmuş, lakin, o, işləri qəbul etməmişdir. Vaqon köhnə olduğuna görə həmin binada təmir işləri görülmüşdür. Onların işlərin görülməsindənməlumatlarıolmamışdır.

17. Məhkəmənin şahid qismində dindirdiyi şahid1 ifadəsində göstərmişdir ki, Genetik Ehtiyatlar İnstitutunda 2013-cü il tarixindən 2023-cü ilin sentyabr ayına qədər təcrübə stansiyasının müdiri vəzifəsində çalışmışdır. İddiaçı MMC tərəfindən bina tikilmişdir və bir müddət onların istifadəsində olmuşdur. Həmin binanı İddiaçı MMC sıfırdan tikib təhvil vermişdir, tikilən binadanGenetikEhtiyatlarİnstitutununəməkdaşlarıistifadəedirdi.

18. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təminedilməməsiqətolunmuşdur.

19. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Məhkəmə ilkin olaraq qeyd edir ki, qeyd edilən işlərin görülməsi ilə bağlı yazılı müqavilə mövcüd olmasa da, iş materiallarından görünür ki, qüsur aktı, yerinə yetirilmiş iş həcmləri cədvəli iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə AMEA işlər İdarəsi arasında imzalanmışdır. Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsində yerləşən dayaq məntəqəsində təmir işlərinin (birmərtəbəli anbar binası) həqiqətən də görülməsi iş materialları, şahidləri ifadələri ilə öz təsdiqini tapmışdır. İşin mübahisəsiz halı kimi giymətləndirilə bilər. Lakin yuxarıda qeyd edildiyi kimi həmin işlərin sifarişçisi kimi Genetik Ehtiyatlar İnstitutunun olması iş materialları ilə birmənalı təsdiq edilmir. Digər tərəfdən işlər görüldüyü zaman İnstitut AMEA-nın tərkibində fəaliyyət göstərirdi. Yalnız AR Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanına əsasən Genetik Ehtiyatlar İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Və İnstitutun qüvvədə olan bugünkü Nizamnaməsinə əsasən İnstitutun ayrıca əmlakı vardır və İnstitut öz öhdəliklərinə görə bu əmlaka cavabdehdir. İnstitutun qanunvericiliyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququ vardır. Cavabdehin etirazının birinci arqumenti ondan ibarət olmuşdur ki, işlərin görülməsinin sifarişini İnstitut tərəfindən verilmədiyi və İnstitut işlər görüldüyü zaman AMEA- nın nəzdində olduğu üçün iddia onlara qarşı deyil, AMEA-ya qarşı qaldırılmalıdır, ikinci arqument isə iddia tələbinin tətbiq edərək iddianın rədd edilməli olduğunu bildirmişlər.

 Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz olunması təklif olunsa da, iddiaçı etiraz etmiş, iddiaya olduğu kimi baxılmasının davam edilməsini xahiş etmişdir.

 Belə olan halda məhkəmə hesab edir ki, Genetik Ehtiyatlar İnstitutuna (iddiaya cavab verməli olmayan şəxs) qarşı irəli sürülmüş hazırkı iddia ərizəsi təmin edilməməlidir.

 Lakin iddia düzgün cavabdehə qarşı verildiyi zənn edildiyi (qeyd edilən təmir işləri görülən binanın təmirdən sonra bilavasitə İnstitutun istifadəsinə verilməsi və s.) halda belə məhkəmə hesab edir ki, iddia tələbi yenə də təmin edilə bilməz.

 Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmə cavabdehin həmin ərizəsini əsaslı hesab edir.  Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

 Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

 Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin əmələ gəldiyini, işlərin yerinə yetirilməsi nə hazırkı cavabdeh tərəfindən, nə də ki, AMEA-nın iddiaçıya göndərdiyi məktublarında mübahisə edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.

 Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

 Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, işlər 2019-cü il tarixində yerinə yetirilmişdir. Tərəflər arasında imzalanmış müqavilə olmasa da, məhkəmə hesab edir ki, iddia müddətinin axımı (AR Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən) ## ###### 2020-ci il tarixindən başlanılmış hesab edilməlidir. Belə ki, İddiaçı MMC birinci dəfə ## ###### 2020-ci il tarixində görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı məktubla müraciət etmişdir. Buna görə də iddia müddətinin axımı da ## ###### 2023cü il tarixdə (## ###### 2020 + Məcəllə ilə müəyyən edilmiş 7 gün icra üçün ağlabatan müddət +3 il) başa çatmış hesab olunmalıdır. İddiaçı isə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.2-ci, 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 377.3-cü, 378-ci, 380-ci, 385.1-ci, 390.1ci, 427.2-ci, 427.3-cü, 427.4-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 752.1-ci, 753.1-ci, 769-cu, 770-ci və Mülki Prosessual Məcəllənin 54.1-ci, 54.2-ci, 76.1-ci, 76.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cümaddəsininşərhedilməsinədair”########2001-ciiltarixliqərarınaistinadetmişdir.

21. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia müddətinin axımının başlandığı anın düzgün müəyyənləşdirilmədiyini, müddətin axımının AMEA-nın ##.##.2025-ci il tarixli məktubundan etibarən başladığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasınıxahişetmiş,cavabdehinnümayəndəsiisəməhkəməyəgəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdənçəkinməyitələbetməkhüququnamüddətşamiledilir.

28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddiamüddətisayılır.

29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

31. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfinhüquqlarınavəəmlakınaxüsusiqayğıgöstərməkvəzifəsiniqoyabilər.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.

34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.

36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədəonlarıxəbərdaredir,onlarınprosessualhüquqlarınınhəyatakeçməsinəköməkgöstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrədüzgünnəticəyəgəlmişdir.

51. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

52. İşin müəyyən olunan halı odur ki, mübahisəli təmir-tikinti işləri üzrə hüquqi münasibətlərin formalaşmasında Genetik Ehtiyatlar İnstitutu tərəf kimi çıxış etməmiş, iddiaçının istinad etdiyi qüsur aktı, iş həcmləri cədvəli və təxmini qiymət cədvəli yalnız iddiaçı ilə AMEA İşlər İdarəsi arasında imzalanmışdır. Genetik Ehtiyatlar İnstitutunun həmin sənədlərdə müqavilə tərəfi kimiiştirakıvəyaonunadındanöhdəlikqəbuledilməsiişmateriallarıilətəsdiqolunmur.

53. Mülki hüququn ümumi prinsiplərinə əsasən, öhdəliyin yaranması üçün tərəflər arasında iradə ifadəsinin uyğunluğu və ya qanunda nəzərdə tutulmuş digər hüquqi faktın mövcudluğu tələb olunur. Hazırkı işdə isə cavabdehin belə bir iradə ifadəsi və ya öhdəlik qəbul etməsi müəyyən edilmir.

54. İşin faktiki hallarına dair “faydalanma” və ya “istifadə etmə” faktı mülki hüquqi məsuliyyətinyaranmasıüçünmüstəqilvəyetərliəsastəşkiletmir.

55. Beləliklə, Genetik Ehtiyatlar İnstitutunun hazırkı iddia üzrə öhdəlik daşıyan subyekt kimi müəyyənedilməsihüquqiəsasdanməhrumdur.

56. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, mübahisəli işlər 2019-cu ildə icra olunmuş, iddiaçı tərəfindən isə işlərin dəyərinin ödənilməsi ilə bağlı ən gec 2020-ci ildə tələb irəli sürülmüşdür.

57. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür; iş materiallarında mövcud olan 2019–2024-cü illərə dair yazışmalar öhdəliyin hüquqi tanınması kimi qiymətləndirilmir, iddia müddətinin kəsilməsinə səbəb olmur, yeni hüquqi münasibət və ya yeni öhdəlik yaratmır. Həmin yazışmalar yalnız tərəflər arasında informasiya və müraciət xarakterli kommunikasiyaolmaqlamülkihüquqinəticədoğurmur.

58. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə hər hansı əsaslandırılmış vəsatət təqdim edilməmiş, iddia müddətinin ötürülməsinə səbəb olan üzrlü hallar sübuta yetirilməmişdir. Buna görə iddia müddətinin bərpası üçünqanuniəsaslarmövcuddeyildir.

59. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsidəyişdirilmədənsaxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidolunsun. Qətnamədən İddiaçı MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar